Bəzi bölgələrə qar yağır .....                        Bakı yolları yenilənəcək - AAYDA .....                        İran səmasında gərginlik: ABŞ-nin 3 döyüş təyyarəsi vuruldu .....                        İranın ABŞ təyyarələrinə qarşı yeni müdafiə sistemi .....                        Zelenski İstanbulda - Ərdoğanla görüş yekunlaşdı .....                        Qasım Süleymaninin qardaşı qızı və nəvəsi HƏBS EDİLDİ .....                        Kreml Paşinyanla münasibətləri davam etdirmək istəmir - İDDİA .....                        Ermənistan təhlükəsizliyinin təminatçısı Azərbaycandır - Simonyan .....                        Savaş və bölgəmizin taleyi .....                       
Tarix : 3-10-2021, 08:06
Əhməd Obalı: İran təlimə cəlb etdiyi hərbçiləri ac saxlayır:


İran təlimə cəlb etdiyi hərbçiləri ac saxlayır: “Bölgədə ərzaq qıtlığı yaranıb.
​​​​​​​İran ordusu ölkənin şimal-qərb bölgəsində hərbi təlimlərə başlayıb.
İran ordusunun quru qüvvələrinin komandanı Kiyumərs Heydərinin iştirakı ilə keçirilən “Fatehan-e Xeybər” (“Xeybər fatehləri”) adlı təlimləri bir sıra yerli rəsmilər də yaxından izləyir.
Bir sıra ekspertlər hesab edir ki, İran ordusunun hərbi təlimləri qonşu dövlətlərə psixoloji təzyiq məqsədi daşıyır.
Güney Azərbaycan Televiziyasının rəhbəri, Güney Azəbbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) İdarə Heyətinin üzvü Əhməd Obalı da bu fikirdədir.
“Həmədan və Zəncanın artilleriya taborları, Marağanın zirehli taboru, 321 -ci piyada və hücum briqadası və SEPAH-ın briqadası "Baba Yəqub" yüksəkliklərinə yerləşdirilib.

Bu “hərbi təlim” adlanan əzələ nümayişi ilə İran rejiminin məqsədi qonşu dövlətlərə, əsasən də Azərbaycan Respublikasına psixoloji təzyiq göstərməkdir”-bunu Əhməd Obalı Günaz.TV-yə açıqlamasında bildirib.
“Bizə verilən məlumata görə, hərbi texnika və silah-sursat daşıyan yararsız iri yük maşınlarından (TIR) biri Araz çayına düşüb”-deyən Əhməd Obalı bildirib ki, tez-tələsik başlanan hərbi təlimlər İran ordusunun bir sıra maddi-texniki problemlərini və ərzaq təminatındakı çatışmazlıqları ortaya çıxarıb.
Əhməd Obalı bildirib ki, bölgəyə cəlb edilən hərbi qüvvələrin ərzaq və sanitar təminatında ciddi problemlər yaranıb.
Çörək, yumurta və digər ərzaq məhsulları çatışmır: “Hərbçiləri sanki gövdə göstərisi, əzələ nümayişi üçün bölgəyə tələsik gətiriblər. Hərbi təlim keçirilən ərazidə hərbçilər üçün heç bir səyyar xidmət infrastrukturu yaradılmayıb.
Hərbçiləri ərzaqla təmin etmək üçün Culfa şəhəri və ətraf kəndlərin mağazalarından ərzaqlar toplanıb.
Hərbçilərin qida ilə təminatı bərbaddır. Rejim hərbçiləri qida ilə təmin etmək üçün mülki əhalinin ərzağına əl uzadıb. Aldığımız məlumata görə, bölgədə ərzaq böhranı yaranıb.
Çörək, yumurta kimi gündəlik tələbat malları qəhətə çəkilib. Bu isə bölgədə ərzaq qıtlığı yaradıb, əhalinin narazılığına səbəb olub”.
Əhməd Obalı bildirib ki, “hərbi təlim” gözlənilən effekti verməyib.
“İran ordusunun “hərbi təlim”i rüsvayçılıqla nəticələnib, əks-effekt verib. Sırf qonşuları qorxutmaq, psixoloji təzyiq etmək üçün tez-tələsik ordunu Araz kənarına cəmləyiblər.
Özü də hərbi təlimə cəlb olunmuş şəxsi heyətin-hərbçilərin sayı deyildiyi qədər çox deyil. Ən yaxşı halda bölgəyə 2 min, 2 min 500 hərbçi cəlb edilib. Bu “hərbi təlim” əksinə İran ordusunun hərbi hazırlığının aşağı və maddi təminatının isə bərbad olduğunu göstərdi”.
Ayxan


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!