Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 5-10-2021, 06:51
"Xəfif hıçqırtılar otağı bürümüşdü..."

İlqar Əlfioğlu
Telejurnalist

1977-cı ilin yayı idi. İrandan 3-4 gün idi gəldiyim. Atam işdən zəng vurdu ki, Bəxtiyar əmi günorta səni gözləyir evlərində, söhbət eləmək istəyir.
Getdim. İsfəndiyar orda mənimlə idi, bir otaqda qalırdıq. Fikirləşdim ki, yəqin oğlundan nigarandır, hal-əhval tutmaq istəyir. Yeri yaxşı idi, danışıb, nigaranlığına son qoyacaqdım.
Gəldim. Dilarə xala rəhmətlik yaxşı süfrə açmışdı. İçəri girəndə, gördüm ki, "üç muşketyor" heç masa arxasına keçməyib məni gözləyirlər - Bəxtiyar əmi, Xudu Məmmədov, Nurəddin Rzayev. Hamısını yaxşı tanıyırdım, öpüşdük, görüşdük, keçdik masaya. Məni baş tərəfdə oturtdular, hörmətli adam kimi, söhbət başladı, nə başladı...
Bəri başdan deyim ki, indiki müdrikliyim olmasa da, o vaxt da yalan demirdim. Yüngülcə hal-əhval tutub, başladılar İranla bağlı sorğu-suala, İsfəndiyarla maraqlanan kim idi...
Qısası, yaşayışlarından, güzəranlarından, xasiyyətlərindən sualları başıma bomba kimi yağırdı. Birinə mükəmməl cavab verməmiş, digəri vızıltı ilə düşürdü ortaya, mən də, yeyə-yeyə, cavabını verirdim...
Onda, vəziyyət başqa cür idi, bizimkiləri İrana tək-tük buraxırdılar, buraxanda da, çalışırdılar cənuba salsınlar, Təbrizdən mümkün qədər uzağa, çəkinirdilər...
Toyuq qızartmasından ağzıma dadlı bir tikə qoymuşdum ki, ortaya pauza çökdü. O sükut məni diksindirdi, başımı qaldırıb gördüm ki, deyəsən, məndən başqa yeyən yoxdur, ağzımdakını bir təhər udub, əl saxladım. Bu məqamda Bəxtiyar əmi növbəti sualını guppuldatdı: Orda heç azərbaycanlı gördün? Dedim, əlbəttə, bir yerdə işləyirdik də... Daha bir sual: Bəs, milli-azadlıq hərəkatı nə vəziyyətdədir? Mexaniki cavab verdim - orda elə şey yoxdur...
Bir də başımı qaldırdim ki, bayaqdan alışan gözlər qəflətən söndü, elə bil, işığın düyməsini burdular, tez əlavə elədim, bəlkə, mən görməmişəm, Bəxtiyar əmi, biz Xuzustanda, Əhvazda idik. Bir balaca dirçəldilər, bir-birinə baxıb, razılıqla baslarıni tərpətdilər, Nurəddin müəllim dilləndi: Azərbaycanda olmayıb, hardan bilsin?..
Daha demədim ki, hər yerdə olmuşam, lap Tehranda, Təbrizdə də, mən bilməyəndə, kim biləcəkdi ki?..Düzü, gördüm ki, xalqımın böyük ziyalıları kiminsə düzəltdiyi illüzor, reallıqdan uzaq aləmdə yaşayır, bir təhər oldum. Bilmirdim, nə deyim, amma, onlara şirin yalan lazım olsa da, yalan deyə bilməzdim, özüm sual verdim: Xalq özünü iranlı yox, azərbaycan türkü hiss etməsə, milli-azadlıq hərəkatı necə ola bilər? Orda hökümətə müxaliflər var, hamısı da, marksistlərdir. Kiçik özəklərdə fəaliyyət göstərirlər, aralarında bizimkilər də çoxdur, amma, hamısı özünü iranlı sayır, bizi çox istəyirlər, amma qəti inanmırlar. Xudu müəllim soruşdu: Niyə? Dedim ki, müharibə vaxtı satdıq onları, nə qədər adamı yerinden eləyib, vətənindən didərgin saldıq, ona görə...
Yenə sükut. Başımı aşağı saldım, susdum..Xəfif hıçqırtılar otağı bürüdü, üçü də burnunu çəkirdi. Baxışlarımı qaldırdım - ağlayırdılar, səssiz-səmirsiz, Allah haqqı, ilk dəfəydi ağlayan kişilər görürdüm, çox pis oldum...
Hardasa, bir saat da oturdum, fikirlərini dağıtmaq üçün başıma gələn maraqlı şeylərdən bir xeyli danışdım, çayımı içib yola düzəldim...
Ertəsi gün atam işdən gələndə, dedi ki, Bəxtiyargilə nə demisən, kefi yox idi? Mən də, onlarla elədiyim söhbəti olduğu kimi, yerli yataqlı danışdım, onsuz da özünə hamısını demişdim. Başını buladı. Bilmədim gördüyümü deməyimə təəssüflənir, yoxsa, İrandakı vəziyyətə...
Sonralar çox düşündüm. Bəlkə, özünü aldatmıs insanları mən də aldatmalıydım? Bilmirəm, amma, indiki müdrikliyim olsaydı, tamam başqa cür, lap yumşaq danışardım, amma, qəti yalan deməzdim.
...Sonralar onların üçü ilə də, başımız tükü sanı, tək-tək də görüşdüm və bir kəşf etdim: bu böyük ziyalılar həqiqəti mənsiz də bilirdilər, amma, reallığına inandıqları o xəyali dünyanı üçlükdə qurmuşdular deyə, onu bir-birinin qəlbini qırmamaq üçün qoruyur, özlərini şirin yalanla yaşadır, əzabı isə, təklikdə çəkirdilər...
Bunu özüm üçün qətiləşdirən kimi, çiynimdə gəzdirdiyim yalançı günah yükünü birdəfəlik atdım və qəti peşman deyiləm...


Paylaş



Bölmə: Güneyin sesi / Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!