Seçki keçirməyə hazıram, amma... - Zelenski .....                        İki idmançımız dünya çempionatında bürünc medal qazandı .....                        Liderlərdən ilk açıqlama: üçtərəfli görüşə hazırıq! .....                        Fransa razılaşdı: azərbaycanlı uşaqlar Almaniyaya qaytarılır .....                        ATƏT Rusiyanın SOCAR obyektinə hücumuny pislədi .....                        Rusiyada azərbaycanlı iş adamı həbs olundu .....                        Paşinyan anklavlarla bağlı suala belə cavab verdi .....                        Amma siz inqilab etmədiniz... - Paşinyan .....                        Sülh şəraitində yaşamağın nə olduğunu bilmirik - Paşinyan .....                       
Tarix : 17-02-2016, 16:16
Xamneyi bir qrup Azərbaycan əhalisi ilə görüşüb


İranın dini lideri Seyid Əli Xamneyi fevralın 17-də Şərqi Azərbaycanın, o cümlədən də Təbrizin bir sıra əhalisi ilə görüşərək, qarşıdan gələn Üləma Məclisi seçkilərindən və “düşmən nüfuz”undan danışıb.


1978-ci ildə Təbrizin inqilaba gətirib çıxaran “29 Bəhmən Qiyamı”nın ildönümü ərəfəsində təbrizli ruhanilər, eləcə də “Sepah” və “Bəsic”in azərbaycanlı üzvləri ilə görüşən Xamneyi deyib ki, xarici düşmən seçkilərdə nüfuz etməyə çalışır: “Mən həqiqəti söyləməkdən yorulmayacağam. Mən millətin bilməsi lazım olan şeyləri danışacaq, onlarla bir araya qoyacağam. Bu gün, düşmən ictimai rəyi öz iyrənc hədəflərindən yayındırmaq istəyir. Onlar seçki və onun nəticələrinə nüfuz və təsir etməyə çalışırlar. Millət ayıq-sayıq olmalı, düşmənin istəyinin əksinə əməl etməlidir.
Bu gün, düşmənlə eyni mövqedən çıxış edərək Konstitusiyaya Nəzarət Şurasına qarşı çıxıb onu zəiflədənlər, nə etdiklərini bilmirlər. Mən heç kəsi xəyanətdə günahlandırmaq istəmirəm. Lakin bunu bilmək lazımdır ki, bu yalnız Konstitusiyaya Nəzarət Şurasının imicinə xələl gətirmək və onu etibardan salmaq yox, həm də seçkiləri, parlamenti və ölkə qanunvericiliyini etibardan salmaqdır. İctimai rəyin bilməsi üçün bunu demək mənim borcumdur.
Amerikalılar inqilabın əvvəlindən bu yana həmişə bir neçə əsas və mühüm quruma qarşı çıxıblar. Onlardan biri də Konstitusiyaya Nəzarət Şurasıdır. Onlar bu qurumun aradan qaldırılması ilə bağlı hədəflərinə çata bilmədiklərinə görə indi onun qəbul etdiyi qərarlara qarşı çıxır, ictimaiyyətdə onu gözdən salmağa çalışırlar. Bununla da onlar qarşıdan gələn seçkilərin, ölkə parlamentinin və onun qanunvericilik sisteminin qanunsuz və qeyri-legitim olduğu düşüncəsini millətə aşılamağa çalışırlar”.

Redaksiyadan:
İllərlə farsa köləlik edib xalqın ana dilində danışma haqqını tanımayan, 35 milyonluq Cənubi azərbaycanlı soydaşlarımızın hüquqlarını hər addımda tapdalayan, işğal olunmuş Ağdam məscidində donuz saxlayan ermənilərlə hər cür iş birliyi yapan "müsəlman" hansı konstitusiyadan danışır?!


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!