Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                        Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian .....                        Kürdə suyun səviyyəsi yüksəldi .....                        Türkiyədə polis əməliyyatları - 722 nəfər saxlanıldı .....                        İraqın yeni kürd prezidenti - Nizar Amidi .....                       
Tarix : 31-08-2017, 12:12
 Xoy şəhərində Beynəlxalq Şəms Təbrizi və Mövlana konfransı keçiriləcək


Butov.az GünAz TV - yə istinadla xəbər verir ki, Güney Azərbaycanın Xoy şəhərində dünya şöhrətli şair və arif Şəmsəddin Təbrizi və Mövlana Cəlaləddin Rumiyə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

Bu barədə Beynəlxalq Şəms Təbrizi və Mövlana Konfransının icraçı müdiri Rza Cəfərpur mətbuata məlumat verib.

“3-cü Beynəlxalq Şəms Təbrizi və Mövlana Konfransı, Şəms Təbrizinin Xoy şəhərindəki türbəsinin nəzdində keçiriləcək. 400 daxili və xarici araşdırmaçının qatılacağı konfrans oktyabrın 7-8-də baş tutacaq”, - deyə o, bildirib.

Rza Cəfərpur bəyan edib ki, - “araşdırmaçılar konfransın katibliyinə 167 məqalə göndərib, onlardan seçilmiş 9 məqalə konfransda təqdim olunacaq.”

“Beynəlxalq Şəms Təbrizi və Mövlana Konfransı İran Humanitar Elmləri Araşdırma Mərkəzi və YUNESKO Milli Komissiyasının təşəbbüsü ilə keçirilir. Konfransda təqdim olunacaq məqalələr kitab şəklində çap ediləcək”, - deyə R.Cəfərpur əlavə edib.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!