Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 3-03-2023, 07:51
Şəhadət Şərbətin İçən Veys


Şəhadət Şərbətin İçən Veys

44 günlük İkinci Qarabağ müharibəsi. Bu müharibədə adını” Zəfər Tarixinə” yazanlardan biri olmüşdür, taqım komandiri İsmayılov Veys Əflatun oğlu. Veys İsmayılov oktyabır ayının 13-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhadətə qovuşur. Anası Zeynəb xanımın söylədiklərinə görə oğlunun nəşi otuz beş gündən sonra tapılaraq noyabrın ayının 17-də Bakıxanov qəsəbəsində salınmış Şəhidlər xiyabanında dəfn edilir.
Veys haqqında ilk məlumatı dostu, Xocavənd,Qubadlı,Zəngilan, Cəbrayıl rayonlarının və kəndlərinin düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə rəşadətli döyüş yolu keçmiş Rövşən Kərimxanov verdi:
Döyüşdə olduğumuz zaman biri-birimizlə telefon əlaqısi saxlayardıq. O hamıya mənim anamı tapşırıbmış ki, Rövşənə nəsə olarsa onun anasından muğayat olun, çünki,Rövşən ailənin tək oğlan övladıdır. Mən Veysin şəhadət xəbərini qızğın döyüşlərdə olduğum zamanı almışdım. Amma anam və Veysin doğmaları onun ölüm xəbərini məndən gizləyirdilər. Çünki mən onu özümə qardaş bilirdim. Ən dostum, sirdaşım idi. Dost dəniz qırağandakı daşlara bənzər, əvvəlcə toplayırsan, sonra bir-bir dənizə atırsan! Elələri də var ki, onu atmağa qiymırsan, amma tanrı, onu sənin əlindən zorla alıb aparır. Mənfur düşmən də onu məndən zorla qopardı. Onun ölüm xəbərini aldığım ilk gündən bu xəbərin yalan olması üçün Allaha yalvarırdım, onun məzar daşını gördüyüm ana qədər tanrıdan möcüzə gözlədim. Həm yanılmışdım, həm də çox unutqan olmuşdum, axı açılan güllə hər zaman tuşlanan nişangaha çatmaq üçün çox tələsər...
Veys olduqca cəsur, qorxmaz fəgakar dost idi. Cəbhədən geri qayıtdığım ilk gün doğmalarım evimizdə mənim yolumu həsrətlə gözləyirdilər, amma mən ilk Veysin məzarıni ziyarətıə getdim. Yerə, göyə sığmayan cəsur döyüşçü, bu məzara necə sığmışdı? Bir onu amlamırdım. Məzar daşında onun şəklini gördüyüm an bir anlıq damarlarımda qanımın donduğunu hiss etdim. Bədənim bumbuz olmuşdu damarlarımda qanın axışını hiss etmirdim. Veysin şəklinə diqqətlə baxdım və ürəyimdən keçənləri söylədim:
Axı biz biri-birimizə söz vermişdik düşmən bizi öldürə bilməyəcək. Biz odun- alovun içindən alnı açıq-üzü ağ evimizə geri dönəcəkdik...Sən bizim fəxrimiz, fəxarətimiz oldun. Biz hər zaman, səninlə qürur duyacaq və sənin qəhrəmanlığından gələcək nəsillərə danışacağıq... Məzarında rahat yat, sənin və digər şəhid qardaşlarımızım intiqamını o mənfurlardan layiqincə aldıq.
Veysin məzarını ziyarət etdikdən sonra anamı intizarda qoyaraq Veysin anasını- Zeynəb ananı ziyarətə getdim. Bu gün belə ondan söz açmaq mənim, üçün çox çətindir. İkimizə də eyni gün çağırış vərəqəsi gəldi, o Yevlax rayonunda qeydiyatda olduğu, üçün öz doğulduğu rayonun Hərbi komissarlığından çağrışçı idi. Mən, onu sentyabr ayının 27-də Baki Beynəlxalq Avtovağzalından Yevlax rayonuna yola saldım və bizim son görüşümüz həmin gün oldu. Mən dostumu, can sirdaşımı ulu tanrıya əmanət etmişdim. Bilirdim ki,onu dəyirmanın boğazına ölü salsan, diri çıxacaq. Mənim qəhrəman qardaşım, özü yaralı olmasına baxmayaraq, on iki yaralını döyüş bölgəsindən xilas etdikdən sonra özü qan itirmə səbəbindən şəhadətə qovuşur.
Veys İsmayılov 1996-ci il fevralın 23-də dünyaya gəlmişdi. Zabrat dairəsində olan ərazidə yaşayırlar. İndi həmin ərazidə Veysin rəsmi dəmir lövhəyə vurulub.
Rövşənin anası Samirə xanımla Veysin anası Zeynəb xanımı ziyarətə getdik. Evinin sonbeşik övladı ananı dirigözlü məhv etmişdi. Yoxluğa dözə bilməyən ananın oğul dərdinin dərmanı da, sanki yoxa çıxıb. Övlad həsrətinin ağırlığına tab gətirməyən ana yuxu dərmanları qəbil edərək hər açılan sabahını, qaranlıq qovuşanadək yatmaqla sona çatdırır. Bizim gəlişimizdən bixəbər idi. Zeynəb ana yuxudan qalxıncaya qədər biz onun şəhid övladının xatirə otağını ziyarət etdik. Cərgə ilə düzülmüş şəkilləri sanki dil açıb bizimlə söhbət edəcəkdilər, heç kimin söyləyə bilməyəcəyi sirlərdən bizi özü xəbərdar edəcəkdi. Bir ölkənin genaralı öldürülübsə mən nə,üçün yaşayıram, söyləyən Veysin uşaqlılq şəklini əlimə aldım. Səliqə ilə çərçivələnmiş hər şəkildən bir cür boylanırdı Veys. Uşaq yaşlarında çəkilən şəkillərində gözlərinin dərinliyindən bitib-tükənməyən intızar yağırdı. Çünki, min bir əzabla böyüyürdü Veys. Bu əzablaraın sona çatmasını hamıdan çox, o istəyirdi. Yaşının üzərinə yeni yaş gəldikcə şəkillərdən boylanan baxışlarıda şox fərqli idi. Adi geyimlərdə çəkilmiş rəsimlərində gözlərindən sevininc yağırdı. Güləşdə qalib gələrkən, Azərbaycanın üç rəngli bayrağı yüksəklərdə dalğandığı zaman, o qalibiyyət medalları ilə təltif edilərkən çəkilən şəkillərində, özünü dünyanın ən xöşbəxt gənci sanırdı. Hərbi geymlərində dağ vüqarlı şəhidin bir nöqtəyə dikilən gözlərindən qəzəb-kin yağırdi. Bu qəzəbli baxişları anlamaq istəməyən insan hökmən kor olmal idi. Əlində silah tutduğu şəkilləri tam fərqli idi. Hərbi geyimli, əlində silah tutan Veysin bir amalı, bir istəyi var idi yağıları torpağımızdan qovmaq və onları məhv etmək. Torpaqlarımızı azad, ölkəmizi müstəqil, xalqımızı xöşbəxt görməkdən ötrü canımı, qanımı belə əsirgəmədən bütövlük naminə şəhid olmaq, üçün hazıram!
Ağlamaqdan gözləri qançanağına dönmüş Zeynəb xanımı zorla sakitləşdirə bildik. Qəhərdən boğulan ananın söyləmək istədiyi sözlər boğazında düyünlənsə də danışmağa başladı.
-Biz Yevlax rayonunda yaşayırdıq. Həyat yoldaşım Ağdam şəhərindəndir, mənsə Qərbi Azərbaycandan. Biz özümüz olmazın müsübətlər şəkmişdik. Veys sonbeşik övladım olmaqla yanaşı ürəyimin sağalmayan yarasıdır. O uşaqlığından çox bacaracaqlı, hər nə var onun öhdəsindən gələn, həm də şən uşaq olmuşdu. Dördüncü sinfə qədər Yevlaxda təhsil alıb. Sonra dolanışıq ucbatından Sabunçu rayon, Zabrat qəsəbəsinə köçdük. Oğlum böyüdükcə Zabrat qəsəbəsinə və insanlarına vurğun kəsildi. Atası da, mən də nə iş olsaydı onun arxasınca gedərdik ki, evimizə bir tikə çörək gətirə bilək. Övladlarımız çox əziyyətlə böyüməsin deyə min bir əzaba qatlaşırdıq. Oğlum dünyasını dəyişdikdə belə kirayədə yaşayırdıq. İndi evimiz var, amma Veysim yoxdur. O, şəhid olarkən belə bizi köməksiz, yardımsız buraxmadı. İllərdir kirayədə yaşayan ailəmiz oğlum şəhadətə qovuşandan sonra ev-eşik sahibi oldu. Biz işıqlı həyatda sağlamlıq çəhətdən güc-bəla ilə sürünərək yaşayırıq, oğlumsa qara torpaqlar altında.
Burada işıqlı torpaqda ev almağa gücü yetməyən oğlum soyuq torpaqlar altında öz cənnətini qurdu. Bu dünyada cəhənnəm əzabı çəkən oğlum indi göylərdən hamımızı seyr edir. Mən oğlumun bizimlə birgə xöşbəxt ömür sürməsini istəyirdim. Oğlum söz vermişdi, bütün əzabların geridə qalacağını söyləmişdi.Amma oğlumun olmadığı həyattda nəfəs almağa belə utanıram. Veysiz keçən hər bir saniyə, mənim üçün əzabdır. Hər yerdə oğlumu axtarıram elə bilirəm ki, qapi açılacaq və oğlum həsrətiylə böyüdüyü bu evə daxil olacaq. Əfsuslar olsun ki, bu xəyallarım heç bir zaman həqiqətə çevrilməyəcək. Çox insanlar məni təsəlli edir ki, bir anlıq olsa belə olanları, yəni dərdini unut. Dillə söyləmək asandır Veys kimi oğulu unutmaq olarmı? Bilirəm hamı məni düşünür Veysdən başqa iki övladım var. Böyük oğlum Hüseyin də subaydır onu evləndirmək, üçün mənə sağlam ürək lazımdır. Amma sağlam ürəyim Veysimlə bərabər qara torpağa basdırıldı.
Veys Zabratdakı 307 saylı Tam Orta məktəbin şagirdi olub. O şəhidlik şərbətini içəndən sonra qəsəbınin bütün məktəblərində xüsusi ehtiramla yad edilir. Veys haqqında məlumat almaq, üçün 307 saylı Tam Orta məktəbin ibtidai sinif müəlliməsi Məmmədova Sevinc xanıma müraciət etdim:
- Mən müəllimə olmaqla yanaşı daima şəhid ailələrinin, qazilərimizin yanında olan insanam. Veys və digər şəhid oğullar otuz illik vətən həsrətinə son verdilər. Biz şəhid oğullarımızı daima könüllərdə yaşatmalıyıq. Veysin ölmündən sonra məktəbimizdə onun haqqında bir neçə dəfə böyük tədbirlər təşkil etmişik. Keçrilən tədbirlərdə məktəbimizin şagirdləri şəhidlərimizin unudulmaz xatirəsinə həsr edilmiş şerlər söyləmiş və kiçik səhnəciklərdə onlara həvalə edilmiş qəhrəmanların obrazlarını mükkəməl yaratmışdılar.
Veys bizim məktəbin olduqca tərbiyyəli, ictimai işlərində yaxından iştirak edən şagirdi olmuşdur. İdmanı çox sevərdi, o güləşçi idi. Məktəbimizin adını idmanın bu növü üzrə daima üçalarda saxlayaraq, Azərbaycanın üç rəngli bayrağını yüksəklərdə dalğalandırardı. Hamımıza bəllidir ki, Veys çox ailəcanlı övlad olub. Ailə üzvüləri bütün məsləhətlərini onunla edərdilər. Ailə vəziyyətləri çətin olduğu üçün o orta məktəbdə oxuduğu illər ərzində dərsdən sonra istehsalatda çalışar ailəyə qazanc gətirərdi.
Veys şəhadətdə qovuşduğu zaman məktəbimizin direktorü Samirə Sadıqova idi, o hər zaman Veysin ailəsi ilə yaxından maraqlanıb. Dəfələrlə Veysin valdeyinləri və bacısı ilə görüşlər keçiri. Direktor Veysin anasına xəritə üstündə Veysin şəklini 307 saylı məktəbin müəllim kollektivi adından hədiyyə etmişdir. Veysin adına bulaq inşa edilib.
Döyüş yoldaşının söylədiyinə görə, həmin gün o döyüşə qatılmaya bilərdi, yaralı döyüşçünün əvəzinə döyüşlərə qatılan Veys birbaşa erməni səngərində mənfurlarla üz-üzə doyüşmüşdür. Məhz bu səbəbdən onun nəşi neytral zonada qalmışdı. Qardaşı Hüseyin valdeyinlərindən gizlin Veysi Azərbaycanın bütün xəstəxanalarında, meyidxanalarında axtarır, amma qardaşını heç bir yerdə tapa bilmirdi. Bir qardaş üçün, qardaşının ya ölüsünü və yaxudda dirisini axtaramaq ən böyük əzab idi.
Şəhid anasının yalnız bir arzusu var, oğlunun qanı axan torpaqlara getmək və oğlunun ayaqları dəyən hər qarış torpağı doya-doya opmək. Qəhrəman oğlunun ölüm xəbəri atasının belini bükdü. Oğul atası, Zeynəb xanımın həyat yoldaşı əlacı hər gün oğlunun məzarı ilə dərdləşməkdə tapır.
Bacı qardaşını hamıdan çox sevər, onun da bir arzusu var idi qardaşı Veysin toyunda qol götürüb oynamaq. Amma, bu gün bacı şəhid olmuş qardaşı, üçün yalnız bunları söyləyir:
- - Məkanın cənnət olsun,nur üzlü şəhid, qardaşım.“ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ. QANLA YAZILAN TARİX, HEÇ BİR ZAMAN SİLİNMƏZ”.

Yazını qələmə aldı: Natəvan Məlikova.
"Bütöv Azərbaycan" qəzeti
3 mart 2023


Paylaş



Bölmə: Şəhidlər / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!