"Qəbələ" "Səbail"i məğlub etdi .....                        ABŞ-la Ermənistan arasında qərargah danışıqları .....                        Bakı bulvarında salınan velosiped zolağı narazılıq yaratdı .....                        HƏMAS İsraillə razılaşmaya "HƏ" dedi .....                        Laçında müntəzəm marşrut xətləri açıldı .....                        Rusiyadakı paradda hansı ölkələrin liderləri iştirak edəcək? .....                        Sülhməramlılar Xocalı aeroportunu tərk edir .....                        Slovakiyanın Baş naziri Azərbaycana gəldi .....                        Qədim keltlərin (seltlərin) mifoloji terminlərinin izahı .....                       
Tarix : 11-02-2019, 15:29
Qarabağlı Tiflis Ağayev – hündür, ucaboylu kişi...

Ariflər deyir ki, atası vəfat edəndən sonra atasını görmək istəyən oğul atasının sağ qalan dostları ilə görüşsün, onları ziyarət etsin, onda atanın da ruhu şad olar, ata dostları da sevinər, elə oğul da alqış qazanar... O dədəmizə-atamıza həm də ağa kimi, seyid kimi böyük ehtiram göstərərdi. Onlar rayonun böyük və çoxsaylı problemlərini öz şəxsi fərasətləri və vəsaitləri hesabına həll edərdilər.
Mənim uşaqlıq və gənclik yaddaşımda qalan Tiflis Ağayev.., Tiflis əmi... İlk növbədə indi də özündə bu qəddi-qaməti saxlayan Kişi obrazı...
Bəli o ömrünün müdrik yaşında – 96 yaşında da belədi. Həminki danışıq, həminki ruh, həminki fikir, həminki düşüncə...
O atamın, atam da onun dostu idi... Atamdan sonra bizimlə- Səyyad övladları ilə, Məhəmməd, Tahir, Əli, Talıb və Əhmədlə- dost, yoldaş, sirdaş oldu. Mərhum kiçik, sonbeşik qardaşım Əhmədi atamdan sonra yanına,direktoru olduğu sovxoza işə götürdü. Əhməd ona-bu möhtəşəm Kişiyə-nə deyirdisə, nəyi xahiş edirdisə Tiflis əmi Əhmədin sözünü dədəm Səyyadın sözü kimi qəbul edirdi və dostuna sədaqətini bu cür göstərirdi. Biz, Səyyad övladları onun xətrini niyə istəyirik, niyə hörmətini gətiririk, niyə onun yolunu gətirmişik? Və inşallah sona kimi də gətirəsiyik. Çünki bu böyük kişini, dədəmiz Səyyad vəfat edəndə, onu – Tiflis əmini atamızın cənazəsi başında qardaşını, dostunu itirmiş insan kimi gördük, həm də necə gördük... Bu ucaboylu insan, özü də vəzifəli adam, necə şiddətlə göz yaşlarını axıdırdı. O, dədəmin cənazəsini həm çiyninə aldı, həm də düz qəbr evinə kimi öndə getdi. Biz bunları unuda bilmərik. Tiflis əminin bizə elədiyi əmiliyi, qayğıkeşliyi unutsaq onda bu atamıza xəyanət olar.
Məndən böyük qardaşım Əliyə zəng edib, deyib ki, Sizi- qardaşım Səyyadın oğlanlarını könlüm istəyir. Əli ən böyük qardaşım hacı Məhəmmədə zəng edib deyib, Məhəmməd də mənə dedi və durduq getdik Tiflis əminin Bakıdakı evinə. Bizimlə bərabər onun kürəkəni Yusif oğlu Vaqif də getdi. Çox gözəl, təsirli söhbətlərimiz oldu, keçmişi xatırladıq. Tiflis əmi dədəmlə olan dostluğundan, seyyid Zərif nənəmin onu öz köynəyindən keçirməyindən, dədəmlə onun- Tiflis əminin köynəklərinin dəyişməsindən, qardaşlaşmasından (bu yerdə bir təbəssüm... çünki Tiflis əmi dədəmdən hündür, boylu- buxumlu idi və təbii ki, dədəmin köynəyi Tiflis əmiyə, Tiflis əminin də köynəyi dədəmin əyninə uyğun gəlməzdi, amma bu rəmzi ritual olub, o dövrün qədim, gözəl adətlərindən idi. Dədəm də şir kimi, pələng kimi adam idi, amma Tiflis əmi boy-buxum baxımdan nəinki dədəmdən, bütün Azərbaycanda hamıdan hündür boylu idi, və yenə də o boy-buxun yerindədi) danışır. Vaqif Yusif oğlu, hacı Məhəmməd , mən(T.S) elə evində onunla bir neçə şəkillər çəkdiririk və arzu edirik ki, Tiflis əminin 100 illiyini İnşallah özünün iştirakı ilə Füzulidə- cəmi Qarabağda keçirdək.
Onun haqqında –“Tiflis Ağayev dövrünün güclü kadrı idi” fikri elə indi də xalqın dilindədi.
Dədəmlə-atamızla hələ gənclik illərindən çoxlu xeyirxah əməllərə imza atıblar, xalqın kasıb təbəqəsinə dayaq durublar. Bir-birinə dost kimi çətin günlərdə, sınaq anlarında dayaq-dost olublar. Dədəm də artıq 30 yaşından rayonda məsul vəzifələrdə , o cümlədən Füzuli Şəhər Xalq Deputatları Sovetinin sədri, sonra Füzuli rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini, daha sonra Füzuli rayon Aqrar Sənaye Kompleksinin Baş direktoru kimi məsuliyyətli vəzifələrdə işləmişdi. Tiflis əmi də çox çətin sahə olan rayonlararası Horadiz Pambıqtəmizləmə zavoduna uzun illər rəhbərlik etdi. Dövlət tərəfindən “Şərəf nişanı” ordeni və müxtəlif medallarla təltif olundu, dəfələrlə rayon sovetinin- ta ki, Füzuli rayonu işğal olunana- kimi deputatı oldu, elin, obanın vəkili kimi xalqın xidmətində durdu.
Onun səviyyəli ailəsi, övladları, nəvələri, nəticələri var, özləri də ziyalı, alim, dövlət qulluqçularıdırlar. Və bu nəslin hamısı-ata Tiflisin, baba Tiflisin, qaynata Tiflisin hər zaman qulluğundadırlar. Elə el-oba arasında da kimin imkanı varsa onun ziyarətinə gedir və Qarabağsız Qarabağlı günləri xatırlayırlar.
O da, atam da uşaqlıq və gənclik illərini zəhmətlə, çalışqanlıqla keçirib və hər ikisi rayonda, Qarabağda, Azərbaycanda az-az kişilərə nəsib olan hörməti, nüfuzu qazanıblar. Mən bu yazını yazarkən dədəm Səyyadın adına çıxan kitabdakı mübarək və nurani şəklinə baxıram və sanki o mənə özü diktə edir və mən də bu qəlbimdən gələn təəssüratları oxucularla bölüşürəm. İnşallah, qismət olsun tezliklə Tiflis Ağayev haqqında kitab işıq üzü görsün.
Sonda... Dədəmlə, Tiflis əmi o dövrün qənimət adamları idi, bu sözləri mən xalqın dilindən özüm eşitmişəm... Və bu yerdə Füzuli ədəbi mühitinin görkəmli yetişdirməsi, şair Qabil Rəfiyevin “Qənimət adam” şerini bu yazıma əlavə edirəm:

Hamı onun yaxşılığın salar yadına,
Neçə yerdən salam gələr onun adına
Dar ayaqda adamların çatar dadına.
Etibar et, kəm baxarmı qıza , qadına?...
Təmənnasız hörmət edər qənimət adam.
Kara gələr, dada yetər qənimət ad
****
O, həmişə mərd danışar hər bir sözünü,
Xeyir-çərdə çətin işə verər özünü.
Səhərəcən yuxu tutmaz onun gözünü...
Hər addımda yaxşılığın qoyar izini__
Təmənnasız hörmət edər qənimət adam,
Kara gələr, dada yetər qənimət adam.
****
O, əl tutar hər bir kəsə yeri gələndə,
İşlər bir gün tərsə düşüb-geri gələndə
Tapılmayan bir şey olsa, deyər: o məndə!
Çox şad olar,üzü gülər iş düzələndə.
Təmənnasız hörmət edər qənimət adam,
Kara gələr, dada yetər qənimət adam.
****
Öyrətməyə, fitnə sözə bir an baxmaz o,
Elədiyi yaxşılığı başa qaxmaz o.
Doğru yola cəlb eyləyər, vurub yıxmaz o,
Heç bir zaman ehtiyatsız yola çıxmaz o.
Təmənnasız hörmət edər qənimət adam.
Kara gələr, dada yetər qənimət adam.
****
O, nə evdə, nə də işdə yoruldum deməz.
Kişi kimi söz danışar, dediyin yeməz.
Nə qal bilər, nə də qeybət, nə də ki, qərəz.
Təmənnasız hörmət edər, qənimət adam.
Kara gələr, dada yetər qənimət adam.

Seyid Səyyad övladları adından Talıb Səyyadoğlu.
Bakı şəhəri 06.02.2019


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!