Daha bir İŞİD lideri öldürüldü .....                        İsrail Qəzzada əməliyyata başladı .....                        5 ay əvvəl itkin düşmüşdü: öldürülüb basdırılıbmış .....                        Azərbaycan qazı Türkiyənin şərq bölgələrinə ötürüləcək .....                        Netanyahudan Makrona sərt sözlər .....                        Hövsanda cinayət - 31 yaşlı kişi öldürüldü .....                        Zəngəzur dəhlizi üçün önəmli gün .....                        Azərbaycan xalqına davamlı sülh və rifah arzulayıram - Mirziyoyev .....                        Putin-Zelenski görüşü hansı şəhərdə keçiriləcək? .....                       
Tarix : 2-06-2017, 20:33
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 5% artıb

Bu ilin 5 ayı ərzində Gürcüstana gələn turistlərin sayı 25% artıb. Butov.az APA-ya istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında Gürcüstan Milli Turizm Agentliyinin rəhbəri Giorgi Çoqovadze məlumat verib. Onun sözlərinə görə, 2017-ci ilin yanvar ayından başlayaraq may ayı da daxil olmaqla ölkəyə 2 329 677 turist gəlib və bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 206 736 nəfər çoxdur.

Təkcə may ayında Gürcüstana 552 958 turist gəlib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 29 867 nəfər və ya 5,7% çoxdur.

G. Çoqovadze 5 ay ərzində Azərbaycandan gələn turistlərin sayında 5% artım olduğunu vurğulayıb. O, hesabat dövründə Ermənistandan Gürcüstana gələn turistlərin sayının 13,2%, Rusiyadan gələnlərin sayının 22,1%, İrandan gələn turistlərin sayının 3,24 dəfə artığını bildirib. Bu ölkələrin əksinə Türkiyədən Gürcüstana səfər edənlərin sayında 17,8%-lik azalma qeydə alınıb.

Onun sözlərinə görə, Avropa ölkələrindən gələn turistlərin sayında ənənəvi olaraq artım tempi qorunur. Belə ki, Hollandiyadan Gürcüstana gələn turistlərin sayı 34%, Almaniyadan 27%, Fransadan 27%, Böyük Britaniyadan 22% və Polşadan 21% artıb. Bildirilib ki, İrandan Gürcüstana səfər edənlərin sayı 3,24 dəfə, Özbəkistandan 2,9 dəfə, Hindistandan 2,23 dəfə, İsraildən 55% və Çindən gələn turistlərin sayında 40% artım olub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!