Tramp Ukraynaya hərbi yardım paketini təsdiqlədi .....                        "Qarabağ"ın oyununda ilk qol - YENİLƏNİR .....                        Fələstinin müstəqilliyinin tanınması HƏMAS-a deyil .....                        Ceyhun Bayramov: Qətərə edilən son hava hücumu dərin narahatlıq doğurur .....                        Qəzzada əməliyyat nə qədər davam edəcək? - General açıqladı .....                        İtaliya müharibəyə hazır deyil .....                        6 ölkənin birgə təlimi başa çatdı .....                        Avtobus sürücüsünü döyən şəxs tutuldu .....                        Prokurorluqdan Cəlilabaddakı cinayətlə bağlı açıqlama .....                       
Tarix : 15-09-2021, 16:09
Aslan Ismayilov: Əziz Güneyli Soydaşlarım!

Tanınmış hüquqşünas Aslan Ismayilov Güney Azərbaycan Türklərinə müraciət etdi. Həmin müraciəti təqdim edirik:
Əziz Güneyli Soydaşlarım!
Dünən Gorus-Qapan yolundan paylaşdığım videonu (bit.ly/3Cc76If) ürək ağrısı ilə izlədim. Onlarla yanacaq, yük dolu Ermənistana gedən iritonnajlı maşınlar Azərbaycan sərhəddində ilişib qalıblar. Ən acınacaqlısı da odur ki, bizim doğma dilimizdə danışan sürücülər 30 ildə 30 mindən çox azərbaycanlını qətlə yetirmiş erməni işğalçıları əvəzinə Azərbaycan dövlətini ittiham edirlər. Balalarımızı məhv edən erməni işğalçılarına yanacaq, qida daşıyan sürücülər Ermənistana torpaq vergisini ödəyib bizim torpaqda Azərbaycanın qanuni vergi tələbinə isə etiraz edirlər.
Vətən müharibəsi zamanı İran dövlətinin Ermənistan işğalçılarına silah-sursat daşımasına etiraz edən cənublu doğmalarımızla necə qürur duyurdumsa bu gün də gördüklərimdən o qədər peşmançılıq hissi keçirdim. Hesab edirdim ki, yenidən müharibə revanşına hazırlaşan Ermənistana İran dövlətinin hərtərəfli yardım etməsi cənublu doğmalarımızda etiraz doğuracaq. Bu videoda isə əksini gördüm... Bu haqsızlıqda heç bir azərbaycanlı iştirak etməməlidir, əksinə bizə düşmən kəsilən Ermənistana İran dövlətinin istənilən yardımına öz etirazını bildirməlidir. Hamınız bilməlisiniz ki, uzun illər torpaqlarımızı işğal altında saxlayan, faktiki blokadada qalan Ermənistanın bir nömrəli dəstəkçisi İran dövləti oldu. Bu illər ərzində xristrian ölkələri olan Gürcüstan, Ukrayna və digəriləri bizim haqlı tələbimizin yanında olsa da, özünü müsəlman Dövləti adlandıran İran məscidlərimizi darmadağın edən, orada donuz saxlayan Ermənistana bir dəfə etirazını bildirmədi, əksinə, hərtərəfli, o cümlədən hərbi yardım göstərdi.
Azərbaycan cəmiyyətini tanıyan birisi kimi bildirirəm ki, İranda azərbaycanlı soydaşlarımıza qarşı olan bütün haqsızlıqlara insanlarımız dərhal reaksiya verib etirazlarını bildiriblər. Məhz Sizə görə Azərbaycan hakimiyyəti ABŞ və Avropanın təzyiqlərinə baxmayaraq heç vaxt İrana qarşı olan bir tədbirə qoşulmadı. İndi biz azərbaycanlıların haqlı olaraq Sizlərdən gözləntimiz - bizə qarşı riyakarlıq edən İran hakimiyyətinə Azərbaycana yönəlmiş növbəti aqressiyaya hazırlaşan Ermənistana göstərdiyi yardımlara öz etirazınızı bildirmənizdir. Məhz Sizin tərəfinizdən həmin video olan TIR sürücülərindən tutmuş Ermənistan adlı işğalçı, cinayətkar bir dövlətə yardım edən, onunla işbirliyində olan hər kəs ictimai tənqidlə üzləşməlidir.
P.S. Bu yazını Güneyli Soydaşlarımıza göndərmənizi xahiş edirəm.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!