İlham Əliyev Paşinyanla da bir araya gəlib .....                        Qrenlandiya danışıqlara hazırdır .....                        İspaniya deputatları Bakıya gəldilər .....                        Kamran Əsədovun qaynı ona təzyiq edirmiş .....                        Cənubi Qafqaz Rusiyadan uzaqlaşır .....                        Rus diplomat bu ölkədən qovuldu .....                        Növbəti üçtərəfli görüş bu ölkədə keçiriləcək .....                        Ərdoğan Pezeşkianla İrandakı vəziyyəti müzakirə etdi .....                        Prezidentin ailəsi Trampla birgə - FOTO .....                       
Tarix : 18-01-2016, 09:46
AZƏRBAYCAN RESPUBLIKASI DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASINDA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ YAD EDİLİB


Yanvarın 15-də Dövlət Dəniz Administrasiyasında 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov çıxış edərək bildirib ki, 1990-cı ilin 20 Yanvar hadisələri 20-ci əsr tarixinə ən amansız cinayətlərdən biri kimi düşüb: “Bu hadisələr müstəqillik tariximizdə xalqımızın cəsarətli addımlarını əks etdirən səhifələrdəndir. 20 Yanvar günü həm də Milli Qürur günümüzdür. Azərbaycanın suverenliyi uğrunda ayağa qalxmış əliyalın xalq silahllı imperiya qoşunlarının qarşısında böyük şücaət göstərdi. Mərdlik və igidlik simvoluna çevrildilər. Şərəfli zirvəyə - Şəhidliyə yüksələrək həm özlərinə, həm də Vətənə qəhrəmanlıq salnaməsi yaratdılar. Bakıya yeridilən qoşunlar paytaxt və rayonlarda 147 nəfəri qətlə yetirdi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Bu olaylar Azərbaycan xalqının azadlıq eşqini boğmağa hesablansa da Vətən sevgisi ilə coşan insanların böyük müqaviməti ilə qarşılaşdı. Azərbaycan vətəndaşı üstünə şığıyan tanklara, avtomat və pulemyot güllələrinə qarşı sinəsini sipər etdi. Onlar qanları bahasına müstəqilliyin şirinliyini dadan ilk insanlar oldular”. Administrasiyanın rəisi Qüdrət Qurbanov o ağır günlərdə məhz Ümummilli Lider Heydər Əliyevin xalqın səsinə səs verdiyini xüsusilə vurğulayıb: “Yalnız Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükədə qoyaraq yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və terror aktını qətiyyətlə pisləmişdir. Ulu öndərin siyasi hakimiyyətə yenidən qayıdışından sonra 1993-cü ildə 20 yanvar faciəsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Bu faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bütün şəhid ailələrinin problemlərini daim diqqətdə saxlayır və bunun üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz dövlət başçısının yorulmaz fəaliyyətinin nəticəsidir ki, Azərbaycan bu gün bölğənin ən qüdrətli, nüfuzlu dövlətinə çevrilib və hər an düşmənə layiqli cavab vermək gücünə malikdir”.
AZƏRBAYCAN RESPUBLIKASI DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASINDA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ YAD EDİLİB

Anım mərasimində Dövlət Dəniz Administrasiyanın rəis müavini Ehtiram Rəhimov, administrasiyanın dəniz nəqliyyatı siyasəti şöbəsinin müdiri Nigar Bağırova, hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin hüquq sektorunun baş məsləhətçisi Seymur Əsgərli, gəmi heyəti şöbəsinin təhsil-tədris və metodiki təminat sektorunun aparıcı məsləhətçisi Seyidilyas Qədirov, Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin liman nəzarəti müfəttişliyi bölməsinin liman nəzarəti müfəttişi Emin Aşurov, Dövlət Dəniz Administrasiyasının tabeliyində Nəqliyyat və Texniki-Təminat İdarəsinin hüquqşünası Çərkəz Babayev çıxış edərək o zaman Mixayıl Qarbaçov başda olmaqla imperya rəhbərlərinin Azərbaycan xalqına qarşı törətdiyi qanlı hadisələri qətiyyətlə pisləyiblər. 20 Yanvar hadisəsinin Ümummilli Hüzn Günü olması ilə yanaşı, həm də tariximizin şərəfli, qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıblar.
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının
mətbuat xidməti


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!