Putinin helikopterini vurmağa çalışdılar .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                        Azərbaycan investisiyaları Ukrayna üçün vacibdir - Sibiqa .....                        Kiyev Azərbaycanın bu qərarını alqışlayır .....                        Təhlükəli yük daşıyan konteyner gəmisi batdı .....                        Qəbul imtahanının cavabı nə vaxt açıqlanacaq? - RƏSMİ .....                        II və III qruplar imtahan verdi .....                        Ukraynanın Bərpası Konfransında iştirak edəcəyik - Nazir .....                        Nazirlərin geniş tərkibdə görüşü başladı .....                       
23-12-2023, 17:30
İtaliyada meşə yanğınları 24 saatdır davam edir


İtaliyada meşə yanğınları 24 saatdır davam edir

İtaliyanın şimal-qərbindəki Piyedmont bölgəsində dağlıq ərazidə baş verən meşə yanğınları 24 saatdır davam edir.
Bölgədə xeyli insan evlərini tərk etmək məcburiyyətində qalıb. Ətrafdakı bəzi yaşayış məntəqələrində təxliyə prosedurlarına başlanılıb.
Yanğınsöndürənlər, meşə təsərrüfatının əməkdaşları və mülki müdafiə könüllüləri gücləndirilmiş iş rejiminə keçib. Yanğının söndürülməsinə pilotsuz uçuş aparatları, iki təyyarə və bir helikopter cəlb olunub. Yanğınsöndürmə işləri fasiləsiz davam edir.
Bölgədə müşahidə olunan güclü külək səbəbindən yanğının geniş əraziyə yayıldığı bildirilir.
23-12-2023, 17:07
İstanbulun yenidən qurulması layihəsinə start verildi


İstanbulun yenidən qurulması layihəsinə start verildi

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İstanbulun yenidən qurulması layihəsinə start verilib.
İlkin mərhələdə 3037 mənzilin təməli atılıb, mülk sahibləri ilə ilk anlaşmalar imzalanıb.
İstanbulu ola biləcək zəlzələyə hazırlamaq üçün tarixi addımlar atmaqdan qürur hissi keçirdiklərini qeyd edən Ərdoğan deyib: “Şəhərlərin yenidən qurulması layihələrində adını “Yarısı bizdən” qoyduğumuz kampaniyamıza İstanbullular böyük maraq göstərdi. Kampaniyada bu günə qədər 1 milyon 233 min müraciət edilib. “Yarısı bizdən” kampaniyası ilə ümumilikdə 350 min binanı yenidən qurmağı hədəfləyirik. Kampaniyamız çərçivəsində hər bir mənzil üçün 1,5 milyon lirə dəstək verəcəyik”.
Bildirilib ki, indiyədək kampaniyaya müraciət edib 100 faiz razılığa gəlinilən əmlak sayı 71 mini keçib. Əlli faiz və daha çox razılıq alanların sayı isə 158 minə çatıb. Yüz bina olmaqla 500 nəfərlə ilk müqavilələr bağlanıb.
Türkiyə Prezidenti bu gün atılan daha bir əhəmiyyətli addımın da İstanbulun yenidən qurulması layihəsi çərçivəsində söküntü işlərinin başladılması olduğunu deyib.
Bu il fevralın 6-da ölkənin 11 vilayətində 14 milyon insana təsir göstərən dağıdıcı zəlzələsini xatırladan Ərdoğan ölkəsi üçün təbii fəlakətlərə hazırlığın seçkidən daha önəmli olduğunu qeyd edib.
“Bu səbəbdən İstanbul başda olmaqla, 81 əyalətimizə edə biləcəyimiz ən böyük yaxşılığın şəhərsalma olduğuna inanırıq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
23-12-2023, 16:44
Budəfəki seçkidə tələbələr universitetlərdə olmayacaqlar - MSK sədri


Budəfəki seçkidə tələbələr universitetlərdə olmayacaqlar - MSK sədri

Tələbələrin səs verməsi məsələsinə bu il xüsusi baxmaq lazımdır.
Bu barədə MSK sədri Məzahir Pənahov bugünkü iclasda bildirib.
"Budəfəki seçkidə tələbələr universitetlərdə olmayacaqlar. Bu məsələnin üzərində dayanmalıyıq. İmtahanlar bitən kimi valideynlərinin yanına, rayona gedənlər olur. Başqa yerə gedə bilərlər. Onların hamısını qeydiyyatdan çıxma vəsiqəsi ilə təmin edək ki, harada olur-olsun səs versinlər. Elm və təhsil Nazirliyi ilə əlaqə saxlayıb siyahıları bizə təqdim etsinlər. İlkin işlər görülüb",- o deyib.
23-12-2023, 14:52
Rəisi misirli həmkarıyla telefon danışığl apardı


Rəisi misirli həmkarıyla telefon danışığl apardı

İran Prezidenti İbrahim Rəisi misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə telefonla danışıb.
Bu barədə İran KİV-i məlumat yayıb.
İ.Rəisi həmkarını yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
Dövlət başçıları ikitərəfli münasibətlərin inkişafını və Qəzzada baş verən son hadisələri müzakirə ediblər.
23-12-2023, 14:33
İsrail ordusu Qəzzaya hücumlarını dayandırır


İsrail ordusu Qəzzaya hücumlarını dayandırır

İsrail ordusunun yaxın həftələrdə Qəzza zolağına qurudan hücumlarını dayandırmağa hazırlaşdığı bildirilib.
Bu barədə İsrail dövlət televiziyası KAN məlumat yayıb.
"Əməliyyat uğurlarına görə, İsrail ordusu yaxın həftələrdə Qəzzada münaqişənin üçüncü mərhələsinə keçməyə hazırlaşır", - KİV öz mənbəsinə istinadən məlumat paylaşıb.
Üçüncü mərhələ Qəzza zolağında quru manevrinin dayandırılması, qüvvələrin azaldılması, ehtiyat qüvvələrin tərxis olunması və İsrail ilə Qəzza zolağı sərhədində bufer zonasının yaradılmasını əhatə edir. Xəbərdə həmçinin İsrail ordusunun "Qəzza zolağının şimalındakı ərazinin çox hissəsini nəzarətə götürdüyü, lakin cənub bölgəsində irəliləməkdə böyük çətinliklərlə üzləşdiyi" paylaşılıb.
23-12-2023, 13:46
Qərbi Azərbaycan İcmasının saytı fəaliyyətə başlayır


Qərbi Azərbaycan İcmasının saytı fəaliyyətə başlayır

Qərbi Azərbaycan İcmasında təşkilatın 2023-cü ildə fəaliyyətinin qiymətləndirilməsi, görülən işlərə dair hesabatların dinlənilməsi, eləcə də 2024-cü ildə İcmanın qarşısında duran prioritetlərin müəyyən edilməsi ilə bağlı illik ümumi yığıncaq keçirilib.
İclası giriş sözü ilə açan İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, 24 dekabr 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin İcmanın inzibati binasını açılışı zamanı bir qrup ziyalı ilə görüşü İcmanın 2023-cü ildə göstərdiyi intensiv fəaliyyət üçün böyük təkan və stimul olub.
"Dövlət başçısının tövsiyələri əsasında qısa zamanda İcmanın Qayıdış Konsepsiyası hazırlanaraq qəbul olunub. Soydaşlarımızın öz doğma torpaqlarına geri qayıdışı uğrunda yorulmaz daxili və beynəlxalq fəaliyyətə start verilib. Şəhər, rayon və kənd icmalarının Qərbi Azərbaycan İcması ətrafında birləşməsi ilə İcmanın yenidən təşkilatlanması prosesi daha da intensiv hal alıb. İcma Bakıda və bölgələrdə Qərbi azərbaycanlıların qayıdış hüququnun təşviqi və onların adət-ənənələrinin, folklorunun, mədəni dəyərlərinin təbliği istiqamətində çoxsaylı tədbirlər, o cümlədən elmi-praktik konfranslar, seminarlar, festivallar, sərgilər və konsertlər keçirilib", - o vurğulayıb.
Sədr bildirib ki, ilin əvvəlində Qayıdış Konsepsiyasının qəbulundan dərhal sonra, Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtması məsələsinin beynəlxalq gündəliyə gətirilməsi istiqamətində sistemli fəaliyyətə başlanmışdır. İcma Ermənistanın Baş Naziri Nikol Paşinyana məkub ünvanlayaraq dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmət etməklə, qayıdış mövzusunda dialoqa başlamaq təklifi ilə çıxış edib. Bununla yanaşı, xarici dövlətlərə və beynəlxalq təşkilatlara müraciətlər edilərək, İcmanın sülhsevər və beynəlxalq hüquqa əsaslanan missiyası barədə məlumat verilib və qayıdış hüququnun təmin olunmasında onların dəstəyi xahiş edilib. İcmanın 8 sənədi BMT-nin rəsmi sənədi kimi yayılıb. İcma qayıdış məsələsinə dair beynəlxalq təşkilatlarla dialoqa başlayıb və bu təşkilatlar çərçivəsində rəsmi tədbirlərdə iştirak edib. Həmçinin, xaricdə yaşayan Qərbi azərbaycanlıların təşkilatlanması və onlar arasında koordinasiyanın gücləndirilməsi istiqamətində əməli addımlar atılıb.
Ə.Ələkbərli söyləyib ki, 5 dekabrda “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda 30 xarici ölkədən nümayəndələrin iştirakı ilə baş tutmuş beynəlxalq konfrans Qərbi Azərbaycan mövzusunun beynəlxalq ictimaiyyətin gündəliyinə gətirilməsi baxımından böyük rol oynamışdır. İcma il ərzində öz fəaliyyəti barədə ictimaiyyəti aktiv şəkildə məlumatlandırmış və xarici dairələrin İcma üçün maraq doğuran məsələlərə dair ifadə etdikləri mövqelərə operativ qaydada müvafiq bəyanatlarla reaksiya vermişdir.
O vurğulayıb ki, İcma ötən əsrdə dörd dəfə deportasiya olunan soydaşlarımızın və onların varislərinin öz doğma torpaqlarına geri qayıdışı ilə bağlı fəaliyyətini qarşıdakı 2024-cü ildə də davam etdirəcək, bu ədalətsizliyin aradan qaldırılması üçün səylərini əsirgəməyəcək.
Ardınca Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov, Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov, Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Gənclər Birliyinin sədri, Milli Məclisin deputatı Ramin Məmmədov, Qəyyumlar Şurasının sədri Mürvət Həsənli təmsil etdikləri şuralar və birliyin illik hesabatını təqdim ediblər.
Toplantı iştirakçıları Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsində göstərdiyi prinsipial və ardıcıl yanaşmaya və Qərbi Azərbaycan İcmasının fəaliyyətinə verdiyi qiymətli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür etmiş və qarşıdan gələn ad günü münasibətilə cənab Prezidentə səmimi təbriklərini ifadə etmişlər.
Sonda Qərbi Azərbaycan İcmasının saytı www.westaz.org – un təqdimatı baş tutub.
23-12-2023, 12:23
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında dekabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə az yağıntı olacağı ehtimalı var.
Gündüz arabir güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər bəzi rayonlarda yağıntıda fasilə olacaq. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.
22-12-2023, 23:49
Terrorçuların hücumu nəticəsində 3 türk əsgəri şəhid oldu


Terrorçuların hücumu nəticəsində 3 türk əsgəri şəhid oldu

İraqın şimalında Türkiyə ordusuna qarşı hücum həyata keçirilib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb
22 dekabr 2023-cü il tarixində İraqın şimalında PKK terrorçularının hücumu nəticəsində 3 türk əsgəri şəhid olub, 4-ü yaralanıb.
Hücum nəticəsində 3 hərbçi şəhid olub, 4-ü yaralanıb.
22-12-2023, 22:08
BMT Təhlükəsizlik Şurası Qəzzayla bağlı qətnamə qəbul etdi


BMT Təhlükəsizlik Şurası Qəzzayla bağlı qətnamə qəbul etdi

BMT Təhlükəsizlik Şurası Qəzza zolağına humanitar yardımın maneəsiz çatdırılmasını və genişləndirilməsini asanlaşdırmağı nəzərdə tutun qətnamə qəbul edib.
Bu barədə BMT-nin saytında məlumat yerləşdirilib.
Qətnamənin lehinə 15 ölkədən 13-ü səs verib. Rusiya və ABŞ bitərəf qalıb.
Ərəb ölkələri tərəfindən hazırlanan qətnamənin mətnində bildirilir ki, BMT Təhlükəsizlik Şurası təşkilatın baş katibi Antonio Quterreşdən humanitar məsələlər üzrə yüksək səviyyəli əlaqələndirici təyin etməyi və Qəzza zolağına humanitar yardımın sürətləndirilmiş şəkildə çatdırılması mexanizmini yaratmağı xahiş edir.
Qətnamədə deyilir ki, BMT Təhlükəsizlik Şurası anklavda HƏMAS tərəfindən saxlanılan “girovların dərhal və qeyd-şərtsiz azad edilməsini” tələb edir. Qətnamədə, həmçinin Qəzzaya lazımi miqdarda yanacağın çatdırılmasının təmin edilməsi tələb olunur.
Səsvermədən əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya mətndəki “atəşkəs üçün şəraitin yaradılması” ifadəsinin “humanitar yardımın təhlükəsiz daxil olmasını təmin etmək üçün atəşin dayandırılması” ilə əvəz edilməsini təklif edib. 10 ölkə düzəlişin lehinə səs verib, lakin ABŞ bu təklifi rədd edib.
22-12-2023, 21:40
Qazimiz vəfat etdi


Qazimiz vəfat etdi

Vətən müharibəsi iştirakçısı Fərid Kərimli bu gün vəfat edib.
Məlumat sosial şəbəkələrdə yayılıb.
1996-ci ildə Qazax rayonun Bala Çaylı kəndində anadan olan Fərid Vətən müharibəsindən sonra qan xərçəngi xəstəliyinə tutulub.
O, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!