Putinin helikopterini vurmağa çalışdılar .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                        Azərbaycan investisiyaları Ukrayna üçün vacibdir - Sibiqa .....                        Kiyev Azərbaycanın bu qərarını alqışlayır .....                        Təhlükəli yük daşıyan konteyner gəmisi batdı .....                        Qəbul imtahanının cavabı nə vaxt açıqlanacaq? - RƏSMİ .....                        II və III qruplar imtahan verdi .....                        Ukraynanın Bərpası Konfransında iştirak edəcəyik - Nazir .....                        Nazirlərin geniş tərkibdə görüşü başladı .....                       
22-12-2023, 13:22
Erməni spiker Hikmət Hacıyevin fikrini dəstəklədi


Erməni spiker Hikmət Hacıyevin fikrini dəstəklədi

Demarkasiya və delimitasiya prosesi çox uzun çəkə bilər.
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinq zamanı bildirib.
O, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sərhədlərin demarkasiyası məsələsinin sülh müqaviləsindən ayrılması ilə bağlı bəyanatına istinad edərək bildirib: "Mən istisna etmirəm ki, belə bir variant Ermənistan üçün məqbul ola bilər. Düşünürəm ki, biz bunu nəzərdən keçirə bilərik, çünki bu, vaxt baxımından uzun müddət çəkə bilər"
Parlamentin spikeri qeyd edib ki, əgər tərəflər öz cəmiyyətlərini həqiqi sülhə hazırlayırlarsa, normallaşmada maraqlıdırlarsa, sərhəd məsələsi həllinin sonraya saxlanılması ssenarisi kifayət qədər məqbuldur: “Sərhədlərin delimitasiyası və demarkasiyası prosesi illərlə davam edə bilər və sülh müqaviləsi bağlanandan sonra da bu məsələnin həllinə başlamaq olar”.
22-12-2023, 13:10
Ermənistan İranın bu dəniz limanlarından asanlıqla istifadə edəcək


Ermənistan İranın bu dəniz limanlarından asanlıqla istifadə edəcək

Ermənistan İrəvan və Tehran arasında sənaye əməkdaşlığına dair memorandum imzaladıqdan sonra İran limanlarından daha sərfəli şərtlərlə istifadə edə biləcək.
Bunu Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryan deyib.
“Dekabrın əvvəlində İrəvan və Tehran sənaye əməkdaşlığına dair memorandum imzalamaq barədə razılığa gəliblər ki, bu da Ermənistan tərəfinə İran limanlarından istifadə etməyə imkan verəcək.
Hazırda tərəflər müzakirə aparır, memorandumun imzalanması ilə bağlı razılıq əldə olunub”, - deyə Teryan bildirib.
Ermənistan tərəfi sənədi imzaladıqdan sonra sadələşdirilmiş qaydada, xüsusən də İranın üç əsas limanından - Ənzəli, Bəndər Abbas, Çabahardan istifadə edə biləcək.
İrəvanın Çabahar limanındakı operator fəaliyyətinə gəlincə, məsələ İran və Hindistanla müzakirə mərhələsindədir.
Ermənistan İran və Hindistanı birləşdirən multimodal yüksək sürətli yükdaşıma marşrutunun yaradılması üzərində işləyir. Söhbət Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə paralel marşrutdan gedir. Hesab edirlər ki, bu marşrut Hindistan mallarının Qara dəniz vasitəsilə Rusiya Federasiyasına və Avropa ölkələrinə daşınması yolunu qısaldacaq. İrəvan və Yeni Dehli beynəlxalq avtomobil daşımaları üzrə ikitərəfli sazişin imzalanması ilə bağlı danışıqlara başlayıb.
22-12-2023, 12:52
Vaqif Xaçaturyan ailəsilə əlaqə saxladı


Vaqif Xaçaturyan ailəsilə əlaqə saxladı

Xocalı rayonunun Meşəli kəndindəki soyqırımına görə Bakı Hərbi Məhkəməsinin 15 il azadlıqdan məhrum etdiyi Vaqif Xaçaturyan ailəsilə danışıb.
Bu barədə xəbəri onun qızı Ermənistan KİV-nə açıqlayıb.
Xaçatryanın qızı Vera Xaçatryan bildirib ki, atası ilə telefon danışığı bir neçə gün əvvəl baş tutub.
“Atam hər şeyin qaydasında olduğunu, dərman qəbul etdiyini bildirdi”.
Vera Xaçaturyanın sözlərinə görə, telefon danışığı Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyilə gerçəkləşib:
“O, yalnız yaxşı olduğunu, dərman qəbul etdiyini dedi. Başqa heç nə demədi. Bizə ayda bir dəfə zəng edir”, - Vera Xaçatryan deyib.
Noyabrın 7-də Bakı Hərbi Məhkəməsi 68 yaşlı Vaqif Xaçatryan haqqında hökm çıxarıb. O, 1992-ci ildə Meşəli kəndində baş verən qətliamda təqsirləndirilərək 15 il müddətinə azadlıqdan məhrum edilib.
22-12-2023, 12:27
Sabahın havası: Buludlu, yağmursuz keçəcək


Sabahın havası: Buludlu, yağmursuz keçəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 747 mm civə sütununa enəcək. Nisbi rütubət 40-50% olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacaq.
22-12-2023, 12:03
Zelenski İlham Əliyevi təbrik etdi


Zelenski İlham Əliyevi təbrik etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:
"Zati-aliləri.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
2023-cü il - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ili Azərbaycan və şəxsən Sizin üçün əlamətdar il oldu. Məhz bu il Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi.
Ukraynanı azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizədə dəstəklədiyinizə, Rusiya ilə müharibənin humanitar nəticələrinin aradan qaldırılmasında yardıma görə Azərbaycana və şəxsən Sizə minnətdaram.
Mən dövlətlərimiz arasında mövcud dostluq münasibətlərini, şəxsi konstruktiv və səmimi dialoqumuzu yüksək qiymətləndirirəm. Əminəm ki, hörmət və etimada əsaslanan Ukrayna-Azərbaycan strateji əməkdaşlığı bundan sonra da hər iki ölkənin xalqlarının mənafeyi naminə fəal inkişaf edəcəkdir.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, bol enerji və məsuliyyətli dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".
22-12-2023, 11:26
Türkmənistan liderindən İlham Əliyevə təbrik məktubu


Türkmənistan liderindən İlham Əliyevə təbrik məktubu

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə hərtərəfli inkişaf yolunda inamla irəliləyir və beynəlxalq məsələlərdə öz nüfuzunu möhkəmləndirir.
Əminəm ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında möhkəm və qədim əlaqələr daim inkişaf edəcək, xalqlarımıza və ölkələrimizə fayda gətirəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti, qardaş Azərbaycan xalqına bundan sonra da sülh, tərəqqi və firavanlıq arzu edirəm".
Türkmən xalqının Milli Lideri, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Türkmənistan ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə və inkişafına verdiyiniz böyük töhfəyə, göstərdiyiniz xüsusi diqqətə görə Sizə təşəkkürümü bildirirəm.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və bütün işlərinizdə uğurlar diləyirəm".
22-12-2023, 11:09
Lukaşenko : “Azərbaycanın beynəlxalq arenada nüfuzunu möhkəmləndirmisiniz”


Lukaşenko : “Azərbaycanın beynəlxalq arenada nüfuzunu möhkəmləndirmisiniz”

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Şəksiz rəhbər istedadınız sayəsində milli lider kimi Siz Azərbaycanın səmərəli iqtisadi inkişaf modelini həyata keçirmiş, dövlətin beynəlxalq arenada nüfuzunu möhkəmləndirmisiniz.
Fürsətdən istifadə edərək, Sizi Qoşulmama Hərəkatında uğurlu sədrliyiniz münasibətilə təbrik edirəm.
Məmnuniyyətlə qeyd edirəm ki, Minsk ilə Bakının hörmətə və qarşılıqlı anlaşmaya əsaslanan strateji tərəfdaşlığı həm iqtisadi-ticari sahədə, həm də əməkdaşlığın digər istiqamətləri üzrə mühüm nəticələr əldə etməyə imkan verir.
Dostluğumuzu, ölkələrimiz arasında yaranmış münasibətlərin etimada əsaslanan xarakterini yüksək qiymətləndirir, yeni görüşləri və müxtəlif sahələrdə maraqlı birgə layihələri nikbinliklə gözləyirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə Azərbaycan Respublikasının rifahı naminə gələcək fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı, sülh, doğmalarınıza və yaxınlarınıza xoşbəxtlik diləyirəm”.
21-12-2023, 21:01
“Qərbi Azərbaycana Qayıdış: xatirələrin bizi gözlədiyi yer” adlı layihə baş tutdu - FOTO


“Qərbi Azərbaycana Qayıdış: xatirələrin bizi gözlədiyi yer” adlı layihə baş tutdu - FOTO

“Gənc Politoloqlar” təşkilatının təşkilatçılığı və S.C.Pişəvəri adına respublika humanitar fənlər gimnaziyasının dəstəyi ilə 17 noyabr 2023cü il tarixdə “Qərbi Azərbaycana Qayıdış: xatirələrin bizi gözlədiyi yer” adlı möhtəşəm layihə baş tutdu. Layihənin keçirilməsində əsas məqsəd cənab prezident İlham Əliyevin 24 dekabr 2022ci ildə elan etdiyi “Qərbi Azərbaycana qayıdış”proqramı çərçivəsində gənclərin rolunun artırılması və Qərbi Azərbaycan həqiqətlərinin hərkəsə tanıdılması idi. “Gənc Politoloqlar” təşkilatının sədri Elçin İsmayılov keçirilən layihə və Qərbi Azərbaycan gerçəkləri haqqında xüsusi məsələlərə aydınlıq gətirdi. Təşkilatın idarə heyətinin üzvlərindən Babayeva Nigar, Soltanzadə Jalə, Əliyeva Tahirə, Bayramov Rəhim, Mahmudzadə Svetlana və Hacızadə Rəfiqə isə hazırladıqları materiallar ilə Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, məhv edilmiş memarlıq abidələri və xalqımızın bu tarixi torpaqlarından deportasiyası haqqında məlumat verdilər. Bakı Dövlət Universitetinin tələbəsi Məmmədzadə Aysu Qərbi Azərbaycanın bitki örtüyü haqqında məlumat verdi və eyni zamanda gətirdiyi bəzi bitkilərdən təqdirə layiq stend düzəldərək tədbir iştirakçılarının əyani şəkildə bitkiləri görməsinə şərait yaratdı. Keçirilən maraqlı tədbirdə Qərbi Azərbaycan İcmasından nümayəndə heyəti, əslən Qərbi Azərbaycanlı olan dövlət qulluqçuları, universitet tələbələri və gimnaziya heyəti iştirak etdi.




21-12-2023, 19:09
Şamaxıda qətl: Polis əməkdaşı qohumunu güllələdi


Şamaxıda qətl: Polis əməkdaşı qohumunu güllələdi

Dekabrın 21-də saat 18 radələrində şəxsi münasibətlər zəminində 1990-cı il Manafov Saday Əlismayıl oğlu tərəfindən 1979-cü il təvəllüdlü Feyzullayev Rəfail Qərib oğlu odlu silahla qətlə yetirilib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, S.Manafov hadisədən sonra intihara cəhd edib və cəhdin qarşısı alınıb.
O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd olunub ki, S.Manafov polis əməkdaşıdır.
21-12-2023, 18:30
Azərbaycanla Ermənistan arasında sülh fürsəti daha da güclənib - Hakan Fidan


Azərbaycanla Ermənistan arasında sülh fürsəti daha da güclənib - Hakan Fidan

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında tarixi sülh fürsəti daha da güclənib.
Bunu Türkiyənin xarici işlər naziri hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə iki ölkə arasında etimadı artıran qəbul edilən konkret addımlardan məmnuniyyət duyur, sülh sazişinin ən qısa zamanda imzalanacağına ümid edir.
Nazir deyib ki, Türkiyə Azərbaycanla müttəfiqlik səviyyəsinə yüksəltdiyi münasibətlərini hər sahədə genişləndirir.
Hakan Fidan bildirib ki, ölkəsi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına dəstək verir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!