Bakıda 10 marşrutun hərəkət sxemi dəyişdirilir .....                        Lvovda binalara zərbələr endirilib, yaralananlar var .....                        Bakıda bu YOLLAR BAĞLANACAQ .....                        Salyanda minik və yük avtomobili toqquşub, xəsarət alanlar var .....                        Qazaxda 2 ha qamışlıq yandı-VİDEO .....                        Qəbələdə 50 yaşlı kişi dağlıq ərazidə yıxıldı, FHN köməyə gəldi - VİDEO .....                        Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb .....                        Zakir Həsənov müalicə olunan hərbi qulluqçuları ziyarət etdi .....                        Rusiyadan 17 milyon dollarlıq şirniyyat alınıb .....                       
21-09-2024, 15:56
Baş nazir “Xınalıq və Köç yolu” qoruğu ilə bağlı qərar imzaladı


Baş nazir “Xınalıq və Köç yolu” qoruğu ilə bağlı qərar imzaladı

“Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun Əsasnaməsi təsdiqlənib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd edək ki, Qoruq Azərbaycan Prezidentinin 2023-cü il 4 sentyabr tarixli 4082 nömrəli Sərəncamı ilə yaradılıb.
Qoruq Quba rayonunun Xınalıq kəndi daxil olmaqla, Xınalıq kəndi ətrafında yerləşən yay otlaq sahələrindən Pirsaat su anbarınadək uzanan, Qusar, Quba, Şamaxı, Qobustan və Abşeron rayonlarının ərazisindən keçən 200 kilometrdən artıq köç yolunu, həmçinin Abşeron və Hacıqabul rayonlarının ərazilərində yerləşən Xınalıqlıların qış otlaq sahələrini əhatə edən, tarix, mədəniyyət, memarlıq, arxeoloji, etnoqrafik, numizmatik, epiqrafik və antropoloji abidələrin yerləşdiyi dövlət tərəfindən mühafizə edilən ərazidir. Qoruq UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasının 2023-cü il 18 sentyabr tarixli qərarı ilə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
21-09-2024, 15:49
Pozuntulara görə 35 seçki məntəqəsi buraxılıb - RƏSMİ


Pozuntulara görə 35 seçki məntəqəsi buraxılıb - RƏSMİ

“Biz azad olunmuş ərazilərdə seçkilər zamanı 54 məntəqə yaratdıq. Bu məntəqələrdə səsvermə çox yüksək səviyyədə keçirilib”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
Seçkilər zamanı 1500-dən artıq sosial şəbəkədə görüntü olub ki, təxminən 24 dairəni əhatə edib. Bu görüntülər hamısı araşdırılıb. Ərizəçilərdən daxil olan görüntülər də şikayətçinin iştirakı ilə araşdırılıb. Yekunda seçkilərdə ümumilikdə 46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb. 17 dairə üzrə 35 seçki məntəqəsinin seçki komissiyası buraxılıb.
Bundan əlavə, seçki prosesi zamanı 3 min 469-u açıq, 2 min 37-si qapalı olmaqla, ümumilikdə 5 min 506 yer namizədlər üçün ayrılıb. Deputatlığa namizədlər dairə seçki komissiyalarını məlumatlandırmaqla, həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər. Bundan əlavə, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb”.
21-09-2024, 15:25
Seçkilərlə əlaqədar 6 müraciət üzrə cinayət işi başlanıb


Seçkilərlə əlaqədar 6 müraciət üzrə cinayət işi başlanıb

Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrinə dair bütün məntəqələrdən daxil olmuş məlumatları ümumiləşdirərək seçki protokolunun təsdiq olunması üçün müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edib.
Bunu parlament seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılov deyib.
Eyni zamanda məruzəçi Kamran Şəfiyev bildirib ki, Baş prokurorluq seçkilərlə əlaqədar 6 müraciət üzrə cinayət işi başlanması qərara alıb.
Xatırkadaq ki, Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-də 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib.
Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb və bütün dairələr üzrə lider namizədlər müəyyənləşib.
21-09-2024, 15:18
Qarabağdakı faydalı qazıntı yataqları ilə bağlı qərar


Qarabağdakı faydalı qazıntı yataqları ilə bağlı qərar

Nazirlər Kabineti 10 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı”na dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqları istifadəyə verilməsi, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə ayrılan yerin təki sahələri işğaldan azad edilmiş ərazilərdə yerləşdikdə birbaşa danışıqlar yolu ilə istifadəyə verilməsi müddəti daha 2 il artırılaraq 2027-ci il yanvarın 1-nə qədər uzadılıb.
21-09-2024, 15:13
Naxçıvan tezliklə blokadadan xilas olacaq


Naxçıvan tezliklə blokadadan xilas olacaq

Naxçıvan Muxtar Respublikası 30 ildən çoxdur blokada şəraitində yaşa­yır. Naxçıvan əhalisi blokadaya görə 15 ilə yaxın qazsız qalıb, hətta elektrik enerjisi olmayıb. Azərbaycanın əsas hissəsindən gələn enerji xətləri Ermə­nistan tərəfindən kəsilib.
Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləş­dirən dəmir yolunun keçdiyi Zəngəzur dəhlizi 1992-ci ildən birdəfəlik bağla­nıb. Lakin ötən müddətdə beynəlxalq birlik Naxçıvanın dinc sakinlərinin problemlərinin, eyni zamanda, bloka­danın aradan qaldırılması üçün heç bir addım atmayıb və Ermənistana bu məsələdə heç bir təzyiq etməyib.
Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Naxçıvan blokadadan gec-tez xilas olacaq:
"Naxçıvan Muxtar Respublikası Ermənistan və onun havadarlarının destruktiv mövqeyinə görə hələ də blokadada yaşayır. Bu yenilməz diyar insanların qəhrəmanlığı, torpağına, elinə bağlılığı ilə həmişə fərqlənib. Uzun illərdir ki, naxçıvanlılar bütün çətinliklərə sinə gəliblər. 2020-ci il Vətən Müharibəsindəki şanlı qələbəmizdən sonra 10 noyabr üçtərəfli bəyanat imzalandı. Həmin bəyanatın 9-cu bəndi Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizini özündə ehtiva edir. Təəssüflər olsun ki, hələ də Ermənistan bu məsələnin həlli üçün konkret addımlar atmır. Bu da azmış kimi ABŞ, Fransa və Hindistan kimi ölkələrdən hücum silahları almaqdadır. Bu, təbii olaraq, onu deməyə əsas verir ki, Ermənistan Zəngəzur dəhlizinin açılması üçün real addımlar atmır. Amma rəsmi Bakı,dəfələrlə, Ermənistan tərəfə sülh müqaviləsinin imzalanması üçün vacib addımlar atıb, təzyiqlər göstərir. Ermənistan isə bu və ya digər formada hələlik sülh müqaviləsini imzalamaqdan, Zəngəzur dəhlizinin açılmasından yayınmaqdadır. Hələlik orada dəhlizin açılıb Naxçıvanla quru yolu ilə əlaqələrin təmin edilməsi üçün yaxın zamanda real görünmür. Yəni Azərbaycan bu məsələlənin həlli üçün vacib addımlar atır. Dəmir yolu və avtomobil yollarının çəkilməsi istiqamətində addımlar atır və siyasi iradə ortaya qoyur. Mütləq bu yol açılıb, fəaliyyət göstərəcək. Sadəcə olaraq zamanla bağlı problemlər var. Hələlik güclər öz aralarında mübarizə aparmaqdadırlar. Burada İranın anlaşılmaz mövqeyi var. Bu ölkə yalnız özünə qırmızı xətlər çəkməklə məşğuldur. Burada Rusiyanın və ABŞ-nin mövqeyi də mövcuddur. Bu görüşlər bir-birilə kəsişmədiyi üçün hələlik Zəngəzur dəhlizi məsələsində konkret konsensus yoxdur. Hesab edirik ki, bunlar öz həllini tapacaq və burada əsas rolu rəsmi Bakı oynayacaq".
Deputat vurğulayıb ki, Naxçıvan blokadadan çıxdıqdan sonra daha da uğurla inkiaşf edəcək:
"Bizim üçün əsas məsələ dəhlizin açılması Naxçıvanla əsas hissəmizin quru yolu ilə birləşməsidir. Bu quru yolu həm də Türkiyə və digər türk dövlətləri ilə əlaqələrimizin inkişaf etməsi anlamı daşıyır. Bu ideyanın müəllifi olan cənab Prezident İlham Əliyevdir. Bu, ölkəmizin gələcək hərtərəfli inkişafında əvəzsiz rol oynayacaq. Həm siyasi, həm də iqtisadi tərəfdən bu, bizim uğurumuz sayılmalıdır. Gec-tez bu, böyük layihə öz həllini tapacaq. Artıq onda Naxçıvan da blokadadan çıxmış olacaq. Bir tranzit bölgə kimi Naxçıvan uğurla hərtərəfli inkişaf edəcək".
21-09-2024, 15:06
Taliban BRICS-ə nümayəndə göndərir - "ŞƏT və Avrasiya İttifaqında da maraqlıyıq"


Taliban BRICS-ə nümayəndə göndərir - "ŞƏT və Avrasiya İttifaqında da maraqlıyıq"

2021-ci ildən Əfqanıstanda hakimiyyətdə olan Taliban hökuməti də oktyabrda Kazanda keçiriləcək BRICS sammitində iştirak etmək üçün müraciət edib.
Məktub Rusiya prezidentinin köməkçisi Yuri Uşakova ünvanlanıb.
Taliban BRICS sammitinə baş nazirin müavini vəzifəsində olan qruplaşma nümayəndəsi Əbdül Qani Baradarı göndərmək istədiyini bəyan edib.
Əfqanıstanın ticarət naziri vəzifəsində olan Taliban nümayəndəsi Nuriddin Əzizi tərəfindən imzalanmış sənəddə deyilir: “Biz yüksək səviyyəli nümayəndə heyətinin, o cümlədən Əfqanıstanın baş nazirinin müavini Əbdül Qani Baradarın, eləcə də mənim digər iştirakçılarla sammitdə iştirak etməkdə maraqlı olduğumuzu bildiririk”.
Nuriddin Əzizi qruplaşmanın sammitdə iştirakının vacibliyinə diqqət çəkib. Məktubun Rusiya hakimiyyətinə göndərilməsini Əfqanıstandakı Rusiya Biznes Mərkəzinin rəhbəri Rüstəm Xabibulin də təsdiqləyib.
Əfqanıstanın Moskvadakı müvəqqəti işlər vəkili Camal Nasir Qarhval iyun ayında “İzvestiya”ya demişdi ki, Taliban BRICS-in tamhüquqlu üzvü olmaqda maraqlıdır. Onun sözlərinə görə, Taliban hökuməti Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Avrasiya İqtisadi İttifaqına (Aİİ) da daxil olmaq niyyətindədir.
Qeyd edək ki, əksər dünya dövlətləri tərəfindən terror təşkilatı hesab olunan Taliban qruplaşması 2021-ci ildə Əfqanıstanın BMT səviyyəsində tanınan rəsmi hökumətini silah gücünə devirərək hakimiyyəti ələ alıb və ölkəni "Əfqanıstan İslam Əmirliyi" elan edib.
21-09-2024, 15:00
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi


“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd edək ki, Qoruq Azərbaycan Prezidentinin 2023-cü il 16 iyun tarixli 3920 nömrəli Sərəncamı ilə yaradılıb.
21-09-2024, 14:52
Ekologiya və Təbii Sərvətlər Nazirliyində dəyişiklik


Ekologiya və Təbii Sərvətlər Nazirliyində dəyişiklik

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi dəyişib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini kollegiyaya əlavə edilib.
Xatırladaq ki, avqustun 15-də Prezident İlham Əliyevin müvafiq fərmanı ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini postu yaradılıb.
Həmin vəzifəyə Rəşad Sahil oğlu İsmayılov təyin edilib.
21-09-2024, 14:44
Xaricdən dələduzlar zənglər edirlər - DİN-dən vətəndaşlara müraciət


Xaricdən dələduzlar zənglər edirlər - DİN-dən vətəndaşlara müraciət

"Yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsilə zənglər olunur."
Bu barədə Daxili İşlər Nazirliyi vətəndaşlara çağırış edib.
Bildirilib ki, süni intellekt vasitəsilə səslər eyniləşdirilir və onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib, yardım göstərilməsi üçün pul tələb edilir.
"Həmin vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar aparılıb, bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib və şəxslərin saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunması təmin edilib. Qeyd olunanları nəzərə alaraq bir daha çağırış edirik ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməsinlər", - deyə məlumatda qeyd olunub.
21-09-2024, 14:32
Putin Paşinyana təbrikində Rusiya-Ermənistan dostluğundan yazıb


Putin Paşinyana təbrikində Rusiya-Ermənistan dostluğundan yazıb

"Rusiya-Ermənistan dostluq və müttəfiqlik münasibətlərinin, eləcə də ümumi inteqrasiya birlikləri çərçivəsində konstruktiv əməkdaşlığın gələcək inkişafı, şübhəsiz ki, xalqlarımızın fundamental maraqlarına uyğundur".
Bu, Rusiya prezidenti Vladimir Putinin Ermənistanın Müstəqillik Gününün 33-cü ildönümü münasibətilə bu ölkənin baş naziri Nikol Paşinyana müraciətində deyilir.
Rusiyanın baş naziri Mixail Mişustin də ermənistanlı həmkarına mesaj göndərib.
Rusiya Nazirlər Kabinetinin rəhbəri qeyd edib ki, Avrasiya İqtisadi İttifaqı çərçivəsində ikitərəfli əməkdaşlığın və çoxtərəfli konstruktiv qarşılıqlı fəaliyyətin genişləndirilməsi "Rusiya Federasiyasının və Ermənistan Respublikasının uzunmüddətli maraqlarına tam uyğundur".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!