6-05-2024, 18:11
Putin bu tarixdə Paşinyanla görüşəcək Rusiya prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.
Bu barədə jurnalistlərə açıqlamasında Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.
Görüş Putinin andiçməsindən bir gün sonra, Avrasiya İqtisadi Şurasının yubiley iclası çərçivəsində baş tutacaq.
Putin MDB ölkələrinin liderləri üçün ənənəvi dostluq şam yeməyində iştirak edəcək.
Uşakov qeyd edib ki, ikitərəfli təmas çoxməzmunlu olacaq, müzakirə olunacaq çoxlu məsələlər var.
6-05-2024, 18:02
Sərhəddə 40 dirək quraşdırılıb - RƏSMİAzərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.
Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.
İki dövlətin ekspert qruplarının işi davam edir.
6-05-2024, 17:47
Yunanıstan klubu Fatih Terimlə yollarını ayırırYunanıstanın “Panatinaikos” klubu baş məşqçisi Fatih Terimlə yollarını ayırmaq qərarına gəlib.
Buna komandanın Superliqanın pley-off mərhələsindəki uğursuz çıxışı səbəb olub.
Ardıcıl məğlubiyyətlərdən sonra çempionluq şanslarını xeyli azaldan Afina təmsilçisi 71 xalla üçüncü pilləyə geriləyib.
İddiaya görə, klub rəhbərliyi növbəti mövsüm üçün yeni baş məşqçi axtarışındadır. Klub 70 yaşlı mütəxəssisi vaxtından əvvəl istefaya göndərsə, ona 1 milyon 100 min avro təzminat ödəməlidir.
Qeyd edək ki, Fatih Terim "Panatinaikos"la ötən ilin dekabr ayında 1,5 illik müqavilə imzalayıb. Komanda onun rəhbərliyi altında meydana çıxdığı 25 rəsmi oyunda 14 qələbə, 6 heç-heçə və 5 məğlubiyyətlə yadda qalıb.
6-05-2024, 17:42
Putin Rusiya hökumətini istefaya göndərirRusiya prezidenti Vladimir Putin inauqurasiyadan əvvəl hökumət üzvləri ilə son görüşünü keçirib.
Bu barədə "Kommersant" yazıb.
"Bilirsiniz ki, yaxın gələcəkdə Rusiya Federasiyasının Konstitusiyasına uyğun olaraq, yeni hökumətin formalaşdırılması proseduru baş verəcək və bu müddət ərzində planların həyata keçirilməsinin fəal şəkildə davam etməsini təmin etmək üçün lazım olan hər şeyi etməliyik ki, işimizdə heç bir fasilə olmasın”, - Putin deyib.
Mayın 7-də baş tutacaq inauqurasiyadan sonra hökumət istefa verəcək. Kabinet üzvləri əvəzedici statusuna keçəcəklər.
6-05-2024, 17:38
Səfirimiz Türkiyənin daxili işlər naziri ilə görüşdüAzərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bu ölkənin daxili işlər naziri Ali Yerlikaya ilə görüşüb.
Bu barədə səfir “X”də yazıb.
O bildirib ki, nazirlə görüşdə iki ölkə arasındakı əməkdaşlığın mövcud vəziyyəti və inkişafını müzakirə ediblər.
6-05-2024, 17:38
Səfirimiz Türkiyənin daxili işlər naziri ilə görüşdüAzərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bu ölkənin daxili işlər naziri Ali Yerlikaya ilə görüşüb.
Bu barədə səfir “X”də yazıb.
O bildirib ki, nazirlə görüşdə iki ölkə arasındakı əməkdaşlığın mövcud vəziyyəti və inkişafını müzakirə ediblər.
6-05-2024, 17:26
Macarıstan hərbi yaşda olan kişiləri Ukraynaya qaytarmayacaqMacarıstan hərbi yaşda olan kişiləri Ukraynaya qaytarmayacaq.
Bunu Macarıstan baş nazirinin müavini Zsolt Semjen açıqlamasında deyib:
“Onların ölümə göndərilməsinə icazə verməyəcəyik”.
Onun sözlərinə görə, Ukraynadan olan bütün qaçqınlar Macarıstanda azad insanlardır və onlar burada qalıb-qalmamaq, Qərbə getmək və ya istəsələr, geri qayıtmaq barədə sərbəst qərar verə bilərlər:
"Əsas insanlığa əsaslanaraq, onların ölümə göndərilməsinə icazə verməyəcəyik".
6-05-2024, 17:23
Bakı dünyanın "İdman Paytaxtı" seçildiAvropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib.
Bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin namizədliyinin təsdiqləndiyi bildirilib.
Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilib.
Qeyd edək ki, gələn ilin sonunda Belçikanın paytaxtı Brüsseldə, Avropa Parlamentində Bakı şəhərinin dünyanın "İdman Paytaxtı" olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
6-05-2024, 17:09
Məhərrəm ayı bu tarixdən başlayırAzərbaycanda Məhərrəmlik ayının başlanacağı tarix açıqlanıb.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev məlumat verib.
Bildirib ki, bu il Məhərrəmlik ayı iyulun 7-ə təsadüf edəcək:
"Bu il Məhərrəmlik ayının ilk günü iyulun 7-ə, Aşura günü isə iyulun 16-na təsadüf etməlidir. Bununla bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası olacaq".
Məlum məsələdir ki, Məhərrəmlik və ondan sonra davam edən Səfər ayında adətimizə görə, toylar təxirə salınır. Sədr müavininin sözlərinə görə, Məhərrəmlik ayından sonra başlayan Səfər ayı avqustun 7-ə təsadüf edəcək.
6-05-2024, 16:55
Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiriFüzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndik.
Bunu Füzuli və Şuşaya səfər edən ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi deyib.
Səfirliyin "X" hesabındakı paylaşımda qeyd olunub ki, Mark Libbi səfər çərçivəsində ABŞ-nin Azərbaycana yardımlarından danışıb. O qeyd edib ki, Birləşmiş Ştatlar USAID, Siyasi-Hərbi Məsələlər Bürosu, Əhali, Qaçqınlar və Miqrasiya Bürosu və bir çox digər agentliklər və beynəlxalq təşkilatlar vasitəsilə müstəqillik qazandıqdan sonra Azərbaycana 1,5 milyard dollardan çox yardım göstərib:
"Buraya məcburi köçkün icmalarına 250 milyon dollardan çox ayrılmış yardım və minaların təmizlənməsinə dəstək üçün ayrılmış 38 milyon dollardan çox yardım da daxildir. Biz bu yardımın göstərilməsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqiq”.