Baş katib Vaşinqton görüşünü yaxından izləyir .....                        İki rayonda təbiətə 18 min ziyan vuruldu .....                        Dənizdə batan şəxsin meyiti tapıldı .....                        Hökumə Əliyevaya görə 1 dəqiqlik sükut - VİDEO .....                        Azərbaycanla Ermənistan sülh razılaşması imzalayacaq - AĞ EV .....                        1151 taksi sürücüsü DİM-in imtahanından keçdi .....                        Xankəndiyə getmək istəyənlər üçün ŞAD XƏBƏR! .....                        TƏBRİK EDİRİK! .....                        Rəsmi Bakıdan Gürcüstana dəstək mesajı .....                       
20-11-2023, 17:41
Ermənistandan təklifimizə dair qeydləri gözləyirik - İlham Əliyev


Ermənistandan təklifimizə dair qeydləri gözləyirik - İlham Əliyev

Biz Ermənistandan təklifimizə dair qeydləri gözləyirik. Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Lakin indi biz sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib.
Bunun səbəbinin ermənilərə pis məsləhətlərin, xüsusilə Fransadan pis məsləhətlərin verilməsi olduğunu qeyd edən dövlətimizin başçısı bildirib:
“Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə”.
Prezident İlham Əliyev vurğulayıb ki, qeydlərimiz ilə bağlı Ermənistandan nə qədər tez cavab alsaq, bir o qədər də yaxşı olar.
20-11-2023, 17:33
Ermənistan gələcəyini milli maraqlarına əsasən planlaşdırmalıdır - Prezident


Ermənistan gələcəyini milli maraqlarına əsasən planlaşdırmalıdır - Prezident

Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdır. Bunların müstəmləkə siyasəti əsasən dünyanın müxtəlif yerlərində müsəlman əhalisinə qarşı yönəlmişdir.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-da Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib.
“Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir. Lakin onlar üçün bu, sıfır nəticə verəcək. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

20-11-2023, 16:34
İşğaldan azad olunmuş ərazilərdə silahsızlaşdırma prosesi davam edir


İşğaldan azad olunmuş ərazilərdə silahsızlaşdırma prosesi davam edir

Azərbaycanın qazandığı 44 günlük müharibədən sonra da ərazilərimizə də qanunsuz silahlar daşınılıb. Hələ də silah anbarları aşkarlanır.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin birgə keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov bildirib.
Biz bu gün görürük ki, bu ərazilərdə hələ də silahsızlaşdırma prosesi davam edir.
20-11-2023, 16:09
XİN və Müdafiə Nazirliyi birgə brifinq keçirir


XİN və Müdafiə Nazirliyi birgə brifinq keçirir

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin birgə brifinqi keçirilir.
Brifinq Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik korpus və hərbi attaşelər üçün nəzərdə tutulub.
Brifinqdə XİN sözçüsü Ayxan Hacızadə və Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov iştirak edir.
20-11-2023, 15:38
Halal dərman vasitələri ayrı daşınmalıdır - Şöbə müdiri


Halal dərman vasitələri ayrı daşınmalıdır - Şöbə müdiri

“Standarta əsasən, halal dərman vasitələri digər dərman vasitələrindən ayrı daşınmalı və saxlanmalıdır”.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun Yüngül sənaye sahəsinin standartlaşdırılması şöbəsinin müdiri Sehranə Rzayeva deyib.
Onun sözlərinə görə, bu növ dərman vasitələrinin daşındığı nəqliyyat vasitələri də gigiyena və sanitar qaydalara uyğun olmalıdır: “Halal dərman vasitələrinin daşınması zamanı məhsulların satış nöqtəsinə çatmadan əvvəl halal bütövlüyünün qorunması sahibkarın məsuliyyətidir və onun nəzarəti altında həyata keçirilir”.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu “Halal dərman vasitələri – 1-ci hissə – ümumi tələblər” yeni dövlət standartını qəbul edib.
20-11-2023, 15:17
27 minə yaxın insan işğaldan azad olun ərazilərə ziyarət edib


27 minə yaxın insan işğaldan azad olun ərazilərə ziyarət edib

“Yolumuz Qarabağa” portalı üzərindən Şuşa, Ağdam və Füzuli şəhərinə indiyədək ümumilikdə 639 reys həyata keçirilib".
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi Qrupunun rəhbəri Rəhman Hümmətov Şuşa şəhərində keçirilən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclasında deyib.
O, “Yolumuz Qarabağa” portalı üzərindən Şuşa, Ağdam və Füzuli şəhərinə indiyədək təşkil edilən avtobus marşrutları barədə iclas iştirakçılarını məlumatlandırıb. “Bu istiqamət üzrə ümumilikdə 639 reys həyata keçirilib, 26 226 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib”.
20-11-2023, 14:04
Sabiq Prezident Zurabişvilidən əfv istədi


Sabiq Prezident Zurabişvilidən əfv istədi

Gürcüstanın sabiq Prezidenti Mixael Saakaşvili dövlət başçısı Salome Zurabişvilidən əfv olunmasını istəyib.
O, bu barədə məhkəmə iclasında danışıb.
Saakaşvili bildirib ki, o, bir müddət Gürcüstandan kənarda olmalıdır: “Təbii ki, xanım Zurabişvili bir imza ilə atasını uşaqlara qaytara və ən əsası, Gürcüstanda siyasi tarazlığı bərpa edə bilər”.
Qeyd edək ki, M.Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb. 2022-ci ilin may ayında səhhəti pisləşdiyi üçün Tbilisidəki “Vivamed” özəl klinikasına aparılıb və bu günə kimi oradadır.
20-11-2023, 13:50
Azərbaycan və İraq arasında siyasi məsləhətləşmələr keçiriləcək


Azərbaycan və İraq arasında siyasi məsləhətləşmələr keçiriləcək

Azərbaycan və İraq arasında siyasi məsləhətləşmələr keçiriləcək.
Bununla bağlı iki ölkə arasında “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” imzalanıb.
Sənədin imzalanması mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İraqın xarici işlər nazirinin müavini Məhəmməd Hüseyn Bəhr Əl-Ulum iştirak ediblər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və İraq Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə noyabrın 20-də iki ölkə arasında bir sıra sənədlər imzalanıb.
20-11-2023, 13:31
ABŞ regionun daxili işlərinə qarışmağı dayandırmalıdır - İran XİN


ABŞ regionun daxili işlərinə qarışmağı dayandırmalıdır - İran XİN

Amerikalılar onlara aid olmayan işlərə qarışırlar.
Bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasser Kənani ABŞ Dövlət katibinin müavini Ceyms O`Brayenin Azərbaycanla Naxçıvan arasındakı dəhlizin yaradılmasında İranın iştirakını tənqid etməsinə münasibət bildirərkən deyib.
“Amerikalılar onlara aid olmayan işlərə qarışırlar. İranın region ölkələri, o cümlədən Azərbaycanla əməkdaşlığı davam edir və amerikalıların İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur.
Amerikalılar regionun daxili işlərinə qarışmağı dayandırmalı və keçmiş təcrübədən dərs almalıdırlar”, - deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
20-11-2023, 13:29
Əbdüllətif Camal Rəşidin şərəfinə rəsmi nahar verildi


Əbdüllətif Camal Rəşidin şərəfinə rəsmi nahar verildi

Noyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin adından İraq Prezidenti Əbdüllətif Camal Rəşidin şərəfinə rəsmi nahar verilib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!