16-03-2023, 15:27
Minaya düşərək ölən şəxslərlə bağlı ətraflı məlumat verildiBu gün Ağdamda iki nəfər minaya düşərək həlak olub. Hadisə rayonun Yusifcanlı kəndində baş verib. Məlumata görə, ərazidə heyvan otaran kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər. Partlayış zamanı ölənlər 1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğludur. Hadisə barədə açıqlama verən Yusifcanlı kənd bələdiyyəsinin nümayəndəsi Hüseyn Sadıqov bildirib ki, minaya düşən hər iki şəxs eyni kəndin sakinləridir. "Onlar Yusifcanlı kəndinin sakinləridir. Hər ikisi evlidir. Amid Həsənovun 3, İsrail Həsənovun iki övladı var. Onlar təsərrüfatla məşğul olublar. Hadisə heyvan otararkən baş verib. Ehtiyatsızlıqdan minanın üzərinə çıxıblar. Partlayış zamanı yerindəcə keçiniblər", - deyə Hüseyn Sadıqov vurğulayıb. Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.
16-03-2023, 14:54
Minaya düşərək ölən şəxslərlə bağlı ətraflı məlumat verildiBu gün Ağdamda iki nəfər minaya düşərək həlak olub. Hadisə rayonun Yusifcanlı kəndində baş verib. Məlumata görə, ərazidə heyvan otaran kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər. Partlayış zamanı ölənlər 1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğludur. Hadisə barədə açıqlama verən Yusifcanlı kənd bələdiyyəsinin nümayəndəsi Hüseyn Sadıqov bildirib ki, minaya düşən hər iki şəxs eyni kəndin sakinləridir. "Onlar Yusifcanlı kəndinin sakinləridir. Hər ikisi evlidir. Amid Həsənovun 3, İsrail Həsənovun iki övladı var. Onlar təsərrüfatla məşğul olublar. Hadisə heyvan otararkən baş verib. Ehtiyatsızlıqdan minanın üzərinə çıxıblar. Partlayış zamanı yerindəcə keçiniblər", - deyə Hüseyn Sadıqov vurğulayıb. Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.
16-03-2023, 14:52
Ceyhun Bayramov Ankara görüşündə Zəngəzur dəhlizindən danışdıRegionda və dünyada baş verən hadisələr nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlığın əhəmiyyətini artırıb. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən iclasında bildirib. Nazir Ceyhun Bayramov bu istiqamətdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bununla əlaqədar, Azərbaycanın Orta dəhlizin tranzit potensialından istifadəyə şərait yaradacaq bu səylərinin öz növbəsində regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə dair inam ifadə olunub.
16-03-2023, 14:49
Ağdamda iki nəfər mina qurbanına çevrildiAğdam rayonu Yusifcanlı kənd ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər. Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. 1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər. Araşdırma aparılır.
16-03-2023, 14:46
Sabahın hava proqnozuAzərbaycanda martın 17-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var. Cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.
16-03-2023, 14:43
İsrail Ukraynaya silah satışı üçün müdafiə ixracı lisenziyasını təsdiqləyirİsrail Ukraynaya dron əleyhinə sistemlərin satışına icazə verib. Dron əleyhinə sistemlər hazırlayan iki İsrail şirkəti - "Elbit" və "Rafael" üçün lisenziyalar təsdiqlənib. Qeyd olunub ki, İsrailin bu lisenziyaları təsdiqləməsinin səbəblərindən biri də sistemlərin İran dronlarına qarşı necə işlədiyini görməkdir. "Rusiyanın Ukraynaya təcavüzündən sonra ilk dəfədir ki, İsrail Ukraynaya silah satışı üçün müdafiə ixracı lisenziyasını təsdiqləyir", - deyə əlavə olunub.
16-03-2023, 14:41
Erməni nazir tapşırıq verdi: "Artsax” sözünü işlətməyinErmənistanın müdafiə naziri Suren Papikyan ötən gün gizli əmrlə Müdafiə Nazirliyinin bölmələrinin komanda heyətinə tapşırıq verib. Bu barədə "Hraparak" qəzeti yazıb. Bildirilir ki, nazir hərbçilərə “Artsax” ifadəsini işlətməyi qadağan edib. Bölmələrə göndərilən gizli əmrdə qeyd olunub ki, "Artsax” sözünü leksikondan çıxarmaq, yalnız “Dağlıq Qarabağ” sözlərindən istifadə etmək lazımdır.
16-03-2023, 14:38
Ceyhun Bayramov türkiyəli həmkarı ilə görüşdüAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirilib.
16-03-2023, 14:36
Makron pensiya yaşının artırılmasıyla bağlı nazirlərlə görüşübFransa prezidenti Emmanuel Makron martın 15-də Yelisey sarayında baş nazir Elizabet Born və pensiya yaşının artırılmasında maraqlı olan digər nazirlərlə görüşüb. İclasda pensiya islahatından imtina edildiyi təqdirdə parlamentin aşağı palatasının buraxılmasının mümkünlüyü müzakirə olunub. Bildirilib ki, martın 16-da Makron palatadakı səsvermədə şəxsən iştirak etmək niyyətindədir. Məlumata görə, kabinet islahatın parlamentdə səsvermə olmadan təsdiqlənməsinə imkan verən konstitusiya müddəasına da müraciət edə bilər. Fransa hakimiyyəti Milli Assambleyanın uğursuz səsvermə nəticəsində buraxılması ilə bağlı hələlik yekun qərar qəbul etməyib. Ölkə hökuməti hələ də pensiya yaşının artırılmasına dəstək verə biləcək deputatlar axtarır. Martın 16-da bu məsələ ilə bağlı məsləhətləşmələrin davam edəcəyi gözlənilir. Fransa baş naziri Elizabet Born da mövzu ilə bağlı danışıb: "Heç nə qərar verilməyib, biz səsvermə üçün çalışmağa davam edirik". Qeyd edək ki, Fransa hökuməti 2030-cu ilə qədər pensiya yaşını 62-dən 64-ə qaldırmağı planlaşdırır. 2023-cü ilin sentyabrından pensiya yaşının mərhələli şəkildə artırılması planlaşdırılır. Fransa Senatı qanun layihəsini martın 12-də təsdiqləyib. Onun qəbulu üçün sənəd deputatlar tərəfindən dəstəklənməlidir. Sosioloqların fikrincə, fransızların 67%-i islahatların əleyhinədir. Pensiya islahatı ölkədə etirazlara səbəb olub. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, martın 11-də ölkə boyu keçirilən 7-ci ümummilli etiraz aksiyasında 368 min nəfər iştirak edib, onlardan 48 mini Parisdə toplaşıb. Etirazçılarla polis arasında toqquşma yaşanıb.
16-03-2023, 14:33
Bakıya aldığı sənədlə bağlı cavab təkliflərini təqdim edəcəyik - Paşinyan"Ermənistan yaxın vaxtlarda Bakıya bu yaxınlarda aldığı sənədlə bağlı öz cavab təkliflərini təqdim edəcək". Bunu hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib. "İrəvan sülhün bərqərar olmasına sadiqdir", - deyə Paşinyan əlavə edib. Qeyd edək ki, bundan əvvəl Ermənistan baş naziri Azərbaycandan sülh müqaviləsinin mətni ilə bağlı cavab aldıqlarını açıqlamışdı.