Rusiyada azərbaycanəsilli polis rəisi saxlanıldı - VİDEO .....                        Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirəm - Ərdoğan .....                        İtkin düşən qadın sosial şəbəkə vasitəsilə tapıldı .....                        Salyanda avtomobil kanala aşdı - 3 nəfər öldü .....                        Bu ölkə Rusiyaya milyonlarla mərmi göndərdi .....                        Açıq havada qalmayın - XƏBƏRDARLIQ .....                        6 nəfər imtahandan qovuldu .....                        PKK-nın 11 düşərgəsi ləğv ediləcək .....                        Ukrayna polkovnikini öldürən rus agentləri zərərsizləşdirildi .....                       
15-03-2023, 16:01
Pakistanın sabiq nazirini həbs edə bilmədilər


Pakistanın sabiq nazirini həbs edə bilmədilər

Pakistanın sabiq baş naziri İmran Xanın dəstəkçiləri ilə polislər arasında toqquşma yaşanıb. Tərəfdarları siyasətçinin həbs edilməsinə imkan verməyiblər. Bildirilib ki, insident zamanı azı 62 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
15-03-2023, 15:37
Ərdoğan sel fəlakətinə məruz qalan vilayətlərlə bağlı danışdı


Ərdoğan sel fəlakətinə məruz qalan vilayətlərlə bağlı danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyaman və Şanlıurfa vilayətindəki sel fəlakəti ilə bağlı danışıb. O, zəlzələdən sonra görülən işləri də diqqətə çatdırıb. "Seldən təsirlənən, təbii fəlakətin üstünə yeni fəlakət yaşayan vətəndaşlarımıza "keçmiş olsun" deyirəm. Nazirlərimiz, qruplarımız sahədə işləri koordinasiya edir. 35 mindən çox xilasetmə personalı, 22 min dövlət işçisi və könüllülərlə birlikdə təxminən 500 min insan zəlzələdən əziyyət çəkənlərin yardımına qaçdı. Zəlzələdən ən çox ziyan çəkən 11 vilayətdə 14 milyon insanımızın qida və yerləşmə ehtiyaclarını qarşılamaq üçün effektiv təşkilatçılıq işləri gördük. Hazırda zəlzələ bölgəsində qalan 2 400 000 insanımıza yerləşmə imkanı təmin edirik", - deyə Ərdoğan bildirib. Qeyd edək ki, Adıyaman və Şanlıurfada sel fəlakəti 4 nəfərin həyatına son qoyub, həmçinin itkin düşənlər var.
15-03-2023, 14:19
Türkiyədə sel fəlakəti nəticəsində 4 nəfər həlak olub


Türkiyədə sel fəlakəti nəticəsində 4 nəfər həlak olub

Türkiyənin Şanlıurfa və Adıyaman vilayətində sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 4 nəfər çatıb. Bu barədə Şanlıurfa valisi Salih Ayhan məlumat verib. Hadisə zamanı itkin düşənlərin olduğu bildirilir.
15-03-2023, 14:17
Erməni nazir ölkəsinin müdafiə sistemindən danışdı


Erməni nazir ölkəsinin müdafiə sistemindən danışdı

"Müdafiə xətləri mükəmməl vəziyyətdə deyil, lakin onları gücləndirmək üçün hər şey edilir". Bunu Ermənistanın müdafiə naziri Suren Papikyan deyib. Parlamentdə müxalifət deputatlarının müdafiə xəttinin acınacaqlı vəziyyəti ilə bağlı iradına cavab verən nazir bildirib ki, xəttin gücləndirilməsi istiqamətində iş dayanmayıb. Papikyan əlavə edib ki, müdafiə xətti, xüsusən sentyabrda Azərbaycanla toqquşmalardan sonra tam təchizat və avadanlıqlara ehtiyac duyur. "Söhbət digər məsələlərlə yanaşı, müəyyən infrastrukturun yaradılmasından gedir", - deyə o söyləyib.
15-03-2023, 14:10
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında martın 16-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında sabah səhər saatlarından başlayaraq havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.
15-03-2023, 14:08
Azərbaycanlı müəllimə fəal Tehranda həbs olundu


Azərbaycanlı müəllimə fəal Tehranda həbs olundu

Əslən Güney Azərbaycanın Muğan bölgəsindən olan ictimai fəal, müəllim Zeynəb Həmrəng Seyidbəyli Tehranda İranın təhlükəsizlik qüvvələrinin məmurları tərəfindən həbs edilib. Bu barədə onun yaxınları məlumat veriblər. Zeynəb Həmrəng Seyidbəylinin saxlanıldığı yer, həbsinin səbəbləri barədə məlumat əldə etmək mümkün olmayıb. Bildirilib ki, o, müəllimlərin hüquqlarını müdafiə edən təşkilatın fəal üzvlərindən biridir. Zeynəb Həmrəng Seyidbəyli təhsil işçilərinin hüquqlarının qorunması tələbilə etiraz aksiyalarında iştirak etdiyi üçün əvvəllər də polis və təhlükəsizlik qurumları tərəfindən saxlanılıb. Qeyd olunub ki, Güney azərbaycanlı ictimai fəal müəllim 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərinə səfəri zamanı təhlükəsizlik məmurları tərəfindən həbs edilmişdi. O, “ölkənin təhlükəsizliyinə qarşı aksiyalar təşkil etməkdə” ittiham olunaraq 5 il, “hökumətə qarşı təbliğat aparmaq” ittihamı ilə isə 1 il həbs cəzasına məhkum olunmuşdu. Zeynəb Həmrəng Seyidbəyli 2022-ci il oktyabrın sonlarında şərti azadlığa buraxılıb.
14-03-2023, 23:28
Almaniya Dağlıq Qarabağı respublika kimi tanımadı - Kansler


Almaniya Dağlıq Qarabağı respublika kimi tanımadı - Kansler

"Beynəlxalq səviyyədə Almaniya öz fikrini bildirdi və Dağlıq Qarabağı respublika kimi tanımadı". Bu sözləri Almaniya Kansleri Olaf Şolts Berlində Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi mətbuat konfransında deyib. "Yəni, bununla da öz mövqeyini ortaya qoydu" , - deyə kansler bildirib.
14-03-2023, 23:25
Azərbaycan əhəmiyyəti artan tərəfdaşdır - Şolts


Azərbaycan əhəmiyyəti artan tərəfdaşdır - Şolts

Azərbaycan və Avropa İttifaqı Şərqi Tərəfdaşlıq çərçivəsində daha da sıx əməkdaşlıq etmək istəyirlər və bu necə mümkündür və əsasən də ikitərəfli iqtisadi münasibətlərimizi nəzərə alaraq, həmçinin bu sualı da biz görüş çərçivəsində müzakirə etdik. Bu barədə Almaniya Kansleri Olaf Şolts Berlində Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib. “Azərbaycan həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır. Ölkənin həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatı üçün böyük potensialı mövcuddur, Azərbaycan öz töhfəsini verə bilər və eyni zamanda, bərpaolunan enerji də bizim əməkdaşlığımızın bir mövzusudur”, - deyə Almaniya Kansleri qeyd edib.
14-03-2023, 23:18
Uzunmüddətli kontraktlarda maraqlıyıq - İlham Əliyev


Uzunmüddətli kontraktlarda maraqlıyıq - İlham Əliyev

Avropada yaranmaqda olan interkonnektorlar çox mühüm rol oynayır. Nə qədər çox interkonnektor olarsa, bizim Avropa məkanına qaz ixracatımız bir o qədər də genişləndirilə bilər. Təbii ki, uzunmüddətli kontraktlar imzalanmalıdır. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib. Avropada yaşıl keçidə meyillərin yüksək olduğunu qeyd edən Azərbaycan Prezidenti bildirib: “Biz uzunmüddətli kontraktlarda maraqlıyıq və ümid edirəm ki, bu məsələləri bir-birimizlə uzlaşdıra bilərik”.
14-03-2023, 23:12
Ermənistana sülh təklif etmişik - İlham Əliyev


Ermənistana sülh təklif etmişik - İlham Əliyev

İndi isə sülhün vaxtı çatıb. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib. “Ümid edirəm ki, bu şansı Ermənistan qaçırmayacaq və nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!