Rusiyada azərbaycanəsilli polis rəisi saxlanıldı - VİDEO .....                        Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirəm - Ərdoğan .....                        İtkin düşən qadın sosial şəbəkə vasitəsilə tapıldı .....                        Salyanda avtomobil kanala aşdı - 3 nəfər öldü .....                        Bu ölkə Rusiyaya milyonlarla mərmi göndərdi .....                        Açıq havada qalmayın - XƏBƏRDARLIQ .....                        6 nəfər imtahandan qovuldu .....                        PKK-nın 11 düşərgəsi ləğv ediləcək .....                        Ukrayna polkovnikini öldürən rus agentləri zərərsizləşdirildi .....                       
14-03-2023, 16:33
Paşinyan Qarabağ ermənilərinin Bakıya gəlməsinə münasibət bildirdi


Paşinyan Qarabağ ermənilərinin Bakıya gəlməsinə münasibət bildirdi

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağ ermənilərinə Bakıda danışıqların davam etdirilməsi ilə bağlı təklifinə münasibət bildirib. O, bu gün keçirdiyi mətbuat konfransında bu barədə danışıb. "Artıq təşəbbüsə yekun cavab verilib. Qeyd olunub ki, danışıqlar eyni formatda, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə, eyni yerdə aparılmalıdır", - deyə Ermənistan baş naziri söyləyib. Qeyd edək ki, Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunub. Bundan öncə ilk görüş Xocalıda baş tutub.
14-03-2023, 16:29
İranda çərşənbələr zamanı 15 nəfər ölüb


İranda çərşənbələr zamanı 15 nəfər ölüb

İranda Novruz çərşənbələri zamanı 15 nəfər ölüb. Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Ölüm hallarının 7-si Təbrizdə, 4-ü Tehranda, 2-si Həmədanda, 1-i Urmiyada, 1-i isə Qəzvində qeydə alınıb. Bundan əlavə, çərşənbələrdə 357 nəfərin yaralandığı bildirilib.
14-03-2023, 16:26
Paşinyan Azərbaycanla imzalanacaq sülh müqaviləsindən danışdı


Paşinyan Azərbaycanla imzalanacaq sülh müqaviləsindən danışdı

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla imzalanacaq sülh müqaviləsindən danışıb. Bu barədə o, bu gün keçirdiyi mətbuat konfransında söz açıb. "Azərbaycanla imzalanacaq sülh müqaviləsi üçün zaminə ehtiyac var. Sülh müqaviləsinin zaminə ehtiyac var deyəndə, müqavilələrin yerinə yetirilməsi üçün təminatların olmasını nəzərdə tuturuq. Ola bilsin ki, hansısa mərhələdə bu məsələnin həlli olacaq və təklif irəli sürüləcək. Bizim üçün vacib olan zamin institutu deyil, zəmanət institutudur", - deyə Paşinyan bildirib.
14-03-2023, 16:24
KTMT Ermənistanı tərk edir və bu, bizi narahat edir - Paşinyan


KTMT Ermənistanı tərk edir və bu, bizi narahat edir - Paşinyan

"Dünən Rusiya prezidenti ilə söhbətimiz Qarabağda eskalasiya mövzusuna həsr olunmuşdu. Putinə dedim ki, Rusiya sülhməramlılarının nəzarət zonasında problemlər var". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib. Paşinyan çıxışı zamanı KTMT ilə bağlı məsələyə də aydınlıq gətirib. "2022-ci ildə KTMT-nin baş katibi mənə dedi ki, KTMT-də Ermənistanın təşkilatdan çıxacağı ilə bağlı qorxular var. Cavab verdim ki, bu qorxular yersizdir, amma Ermənistanda mövcud olan başqa qorxular da var və bu, KTMT-nin Ermənistanı tərk etməsi ilə bağlıdır. Mənim qiymətləndirməm isə ondan ibarətdir ki, istər-istəməz KTMT Ermənistanı tərk edir və bu, bizi narahat edir", - deyə Ermənistan baş naziri vurğulayıb.
14-03-2023, 16:19
Paşinyan eskalasiya təhlükəsindən danışdı


Paşinyan eskalasiya təhlükəsindən danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan yeni eskalasiya təhlükəsindən danışıb. Bu barədə o, keçirdiyi mətbuat konfransında söz açıb. "Eskalasiya təhlükəsi realdır. Məhz mümkün eskalasiyanın qarşısını almaq, vəziyyəti izləmək üçün İrəvan avropalı müşahidəçilərdən ibarət missiya göndərməyi xahiş edib. Ermənistan Laçın dəhlizinə və Qarabağa faktaraşdırıcı missiya göndərməyi təklif edir", - deyə Baş nazir bildirib.
14-03-2023, 16:16
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda martın 15-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.
14-03-2023, 16:14
İrəvan və Bakı arasında razılaşma effektiv olmalıdır - Paşinyan


İrəvan və Bakı arasında razılaşma effektiv olmalıdır - Paşinyan

"Bakı bir neçə gün əvvəl İrəvanın fevralın ortalarında göndərdiyi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərə cavab verib". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib. Baş nazir bildirib ki, Ermənistan tərəfi prosesdə müəyyən irəliləyiş görür, lakin irəliləyiş həm də fundamental problemləri ortaya qoyur. Paşinyanın sözlərinə görə, 2020-ci ilin üçtərəfli bəyanatından fərqli olaraq, İrəvan və Bakı arasında razılaşma effektiv olmalıdır.
14-03-2023, 16:11
Arayik istefa verməyə hazırlaşır


Arayik istefa verməyə hazırlaşır

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində qalan erməni sepatarçılarının rəhbəri Arayik arutyunyan istefa verməyə hazırlaşır. Bu barədə Ermənistan mediası məlumat yayıb. Erməni mənbələrində yer alan xəbərlərə görə, Arutyunyan "vəzifəsindən" getməyə razıdır. "İrəvunk" nəşri isə bildirib ki, Arayik payız aylarına qədər "vəzifə"sində qala bilər, onun istefası sonrakı dövrdə mümkündür. İddia olunur ki, Arutyunyan istefaya razılaşsa da, guya yerli ermənilər onun getməsini istəmir. Qeyd edək ki, bir neçə gün əvvəl separatçıların "rəhbəri" Arayik Arutyunyan Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. "Hraparak" bildirir ki, görüş çox gərgin keçib. Belə ki, Paşinyan Qarabağdakı ermənilərin Azərbaycanla dil tapmalı olduğunu, əks halda müharibə baş verəcəyini diqqətə çatdırıb. Arayik qəmgin əhval-ruhiyyə ilə Xankəndiyə qayıdıb və artıq "vəzifədə" qalmaq istəmədiyini söyləyib. Bu mənada, onun tezliklə istefa verə biləcəyi ehtimal olunur.
14-03-2023, 16:08
Taxıl sazişi eyni şərtlərlə uzadıldı - Kreml


Taxıl sazişi eyni şərtlərlə uzadıldı - Kreml

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko taxıl sazişi ilə bağlı açıqlamalar verib. Bu barədə TASS məlumat yayıb. O taxıl sazişinin müddətinin uzadıldığını bildirib: "Taxıl sazişi uzadıldı. Eyni şərtlərlə uzadılmasından söhbət gedir. Rusiya Federasiyasından kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması prosesi gedir, lakin yavaş-yavaş baş verir. Rusiya Federasiyası taxıl müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirilməsini israrla təmin etməyə çalışacaq". "Rusiya “Şimal axını”nda terror aktlarının təhqiqatında iştirak etməkdə israrlı olacaq, hələlik bu prosesdə heç bir irəliləyiş yoxdur", - nazir müavini əlavə edib.
13-03-2023, 23:52
İqtisadiyyatımızdakı artım dünya rekordu hesab oluna bilər - İlham Əliyev


İqtisadiyyatımızdakı artım dünya rekordu hesab oluna bilər - İlham Əliyev

Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Düşünürəm ki, bu, dünya rekordu hesab oluna bilər. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib. “Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub. Faktiki olaraq, bu, mənim bir neçə il bundan əvvəl hökumətin qarşısında qoyduğum hədəf idi”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!