Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 96 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 821 757 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 060 nəfər müalicə olunaraq sağalıb, hazırda 776 aktiv xəstə var. Bu günə qədər 9 921 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3806, ümumilikdə isə 7 260 232 test icra olunub.
Yaponiya hakimiyyəti Rusiyanın Sapporodakı konsulundan altı gün ərzində ölkəni tərk etməyi tələb edib. Bunu Yaponiyanın Xarici İşlər Naziri Yoşimasa Hayaşi deyib. Qərar Yaponiyanın Vladivostokdakı konsulunun dindirilməsi və ölkədən çıxarılmasına cavab olaraq qəbul edilib. Onun sözlərinə görə, Yaponiya Kremlin Yaponiya konsulu ilə bağlı hərəkətlərinə cavab olaraq Rusiya Federasiyasının konsulunu persona non-qrata elan edib.
BMU-nun müəllimləri “Tərəqqi” medalı ilə təltif olundu
Bakı Mühəndislik Universitetinin (BMU) üç müəllimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilən təhsil işçilərinin siyahısında yer alıb. Butov.az xəbər verir ki, Müvafiq sərəncama əsasən, BMU əməkdaşları - Peqadoji fakültənin dekanı Elşad Abdullayev, Mühəndsilik fakültəsinin Kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimi Etibar Seyidzadə və Kimya-biologiya kafedrasının dosenti Rəşad Səlimov beynəlxalq fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqləndiklərinə görə, təltif ediliblər. Prezident İlham Əliyev oktyabrın 4-də “Fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” sərəncam imzalayıb. Beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən səkkiz təhsil işçisi “Tərəqqi” medalına layiq görülüb.
“Birinci Qarabağ müharibəsi dövründə həlak olan, respublikanın rayon və şəhərlərində naməlum kimi dəfn edilən 185 şəhidin məzarı qazılaraq çıxarılıb, nümunələr götürülüb. Kimliyi müəyyənləşdirilənlər də var”. Bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib. Onun sözlərinə görə, hələ ki, onların hamısının kimliyi müəyyən edilməyib:“Hazırda identifikasiya aparılır. Kimliyi müəyyənləşdirilənlər də var. Yəqin ki, onlar qruplaşdırılaraq ailələrinə təhvil veriləcək”.
“Belarus xüsusi əməliyyatda iştirak edir, bunu gizlətmirik” - Lukaşenko
Belarus Rusiyanın Ukraynada başladığı xüsusi əməliyyatda iştirak edir, lakin ora özunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. Belarus dövlətinin başçısı Müdafiə Nazirliyində hərbi təhlükəsizliklə bağlı müşavirə keçirib."Ukraynada xüsusi hərbi əməliyyatda iştirakımıza gəlincə, biz orada iştirak edirik. Bunu gizlətmirik. Amma heç kimi öldürmürük. Hərbçilərimizi heç yerə göndərmirik. Biz öhdəliklərimizi pozmuruq", -deyə Lukaşenko vurğulayıb. Onun sözlərinə görə, hər gün Belarusa bir neçə yüz adam gəlir."Bəli, müalicə edirik. Lazım olan insanları müalicə etdik. Bəli, biz insanları yedizdiririk. Həm də təkcə rusları yox. Biz gündə Ukraynadan gələn 400-500 nəfər qaçqını, dilənçiləri, yoxsulları yedizdiririk. Axı onlara necə yemək verməmək, müalicə etməmək olar?! Bax bu, bizim bu hərbi əməliyyatda iştirakımızdır. Başqa cür iştirakımız yoxdur və olmayacaq”, - Lukaşenko bildirib. Rusiya fevralın 24-dən Ukraynada müharibəyə başlayıb.
Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən kompleks tədbirlər həyata keçirilir. AAYDA-dan verilən məlumata görə, bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.
Bakı şəhəri üzrə:
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Mərdəkan-Qala yolunda - Piyada keçidinin tikintisi aparılır və 85% tikinti-quraşdırma işləri görülüb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunda - Piyada keçidinin tikintisi aparılır və 12% tikinti-quraşdırma işləri görülüb. Zığ yolunda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yanında - Piyada keçidinin tikintisi aparılır və18% tikinti-quraşdırma işləri görülüb. Xocasən - Lökbatan yolu, Xocasən elektrik stansiyasının qarşısında - Piyada keçidinin tikintisi aparılır və 15% tikinti-quraşdırma işləri görülüb.
Respublika əhəmiyyətli avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində:
M-4 Bakt-Şamaxı-Yevlax avtomobil yolu, 14,9-cu km - Piyada keçidinin tikintisi yekunlaşıb. Keçidin uzunluğu 40.5 metr, eni 3.5 metr, hündürlüyü 5.5 metr təşkil edir. M-4 Bakt-Şamaxı-Yevlax avtomobil yolu, 18,5-ci km - Piyada keçidinin tikintisi aparılır və 80% tikinti-quraşdırma işləri görülüb. M-4 Bakt-Şamaxı-Yevlax avtomobil yolu, 20,2-ci km - Piyada keçidinin tikintisi aparılır və 40% tikinti-quraşdırma işləri görülüb. M-4 Bakt-Şamaxı-Yevlax avtomobil yolu, 25-ci km - Piyada keçidinin tikintisi aparılır və 80% tikinti-quraşdırma işləri görülüb. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, 21-ci km - Piyada keçidinin tikintisi aparılır və 15% tikinti-quraşdırma işləri görülüb. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, 46,9-cu km - Piyada keçidinin tikintisi aparılır və 20% tikinti-quraşdırma işləri görülüb. M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu, 25,3-cü km - Piyada keçidinin tikintisi aparılır və 45% tikinti-quraşdırma işləri görülüb.
“Xocavənd rayonunun Edilli kəndində artıq üçüncü məzarlıq aşkar olunub. Bu günə qədər 25 nəfərin qalıqları aşkarlanıb”. Bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib. Onun sözlərinə görə, 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar hələ sonuncu deyil: “Müvafiq qaydalara uyğun olaraq həmin qalıqlar götürüləndən sonra qazıntı işləri yenə də davam etdiriləcək. Bunların altında yenə də qalıqlar ola bilər”. Nazirlik rəsmisi bildirib ki, Edilli kəndində ermənilər Azərbaycan əsirləri üçün xüsusi yer ayırıb və kütləvi şəkildə onları basdırıblar:"Burada qazıntı işləri davam etdirilir. Hələ yekunlaşmayıb. Edilli kəndi ərazisindəki başqa yerlərdə də qazıntı işləri aparılacaq".
Peskov Ermənistan mətbuatının iddiasını cəfəngiyyat adlandırdı
Rəsmi Moskvanın guya Ermənistanı “Rusiya-Belarus İttifaqı”na daxil etməyə cəhd göstərməsi barədə məlumatlar cəfəngiyyatdır. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan mediasının iddiasına münasibət bildirərkən deyib."Xeyr, növbəti cəfəngiyatdır", - Peskov jurnalistlərin bu iddianı şərh etmək xahişinə cavab olaraq bildirib. Xatırladaq ki, sözügedən iddianı Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın rəhbərlik etdiyi "Aykakan ıamanak" qəzeti yazıb.
Rusiya nüvə silahını sınaqdan keçirəcək? - Peskov cavab verdi
Rusiya Federasiyası hazırda Qərb mediası və siyasətçilərinin tez-tez müraciət etdiyi “nüvə ritorikası”na qoşulmaq niyyətində deyil. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov “The Times” nəşrinə rəsmi Kremlin Ukrayna yaxınlığında nüvə sınaqları keçirə biləcəyini şərh edərkən bildirib. Bundan əvvəl “The Times” qəzeti yazıb ki, NATO Alyansın üzvü olan ölkələrə Rusiyanın Ukrayna ilə sərhədlərdə - Qara dənizdə nüvə sınaqları keçirə biləcəyi barədə xəbərdarlıq edib. Nəşr bildirir ki, bu yolla Rusiya Federasiyası kütləvi qırğın silahlarından istifadə etməyə hazır olduğunu nümayiş etdirə bilər.
Artıq 200 min insan səfərbərliyə çağırılıb - Şoyqu
Rusiya Silahlı Qüvvələrinə qismən səfərbərliklə əlaqədar 200 mindən çox insan çağırılıb. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, Müdafiə Nazirliyi qismən səfərbərlik planının üçdə ikidən çoxunu yerinə yetirib:"Bu gün Silahlı Qüvvələrə 200 mindən çox insan gəlib. Təşkil olunan bölmələrin şəxsi heyətinin hazırlığı 80 poliqonda və altı təlim mərkəzində aparılır". Şoyqu bildirib ki, vəzifəli şəxslərə səfərbər olunanların geyim dəstləri və digər əmlakla təmin edilməsi, onların hərbi vəzifələrə təyin edilməsi tapşırılıb. Şoyqu vurğulayıb ki, qismən səfərbərliyə çağırılanlar artıq cəlb olunmuş bölmələrlə birlikdə yalnız döyüş koordinasiyasından sonra xüsusi hərbi əməliyyat bölgələrinə göndəriləcək. O, hərbi dairələrin və Şimal Donanmasının komandirlərindən “çağırılanları döyüş vəziyyətinə tez uyğunlaşdırmaq üçün döyüş təcrübəsi olan zabitlərin rəhbərliyi altında onlarla əlavə təlim keçirməyi” tələb edib. Müdafiə nazirinin sözlərinə görə, payız çağırışı zamanı xidməti başa vuran çağırışçılar evə qayıdacaq, yeni çağırışçılar isə xüsusi təyinatlı hərbi əməliyyata cəlb olunmayan hissələrdə xidmət edəcəklər. Bu il payız çağırışı adi vaxtdan bir ay gec, noyabrda başlayacaq və ehtiyata keçid oktyabrdan dekabr ayına qədər baş tutacaq. Həmin müddətdə 120 min nəfərin çağırılması planlaşdırılır ki, bu da ötən payızdan 7500 nəfər azdır. Xatırladaq ki, sentyabrın 21-də prezident Vladimir Putin öz fərmanı ilə Rusiyada qismən səfərbərlik elan edib. O bildirib ki, hərbi xidmətdə təcrübəsi olan, qoşunlar arasında tələbat olan hərbi qeydiyyat ixtisaslarına malik ehtiyatda olan hərbçilər çağırılacaq. Öz növbəsində Şoyqu qeyd edib ki, səfərbərliyə 300 min nəfərə qədər insanın çağırılması planlaşdırılır.