"Daşkəsən" dəmir filizi layihəsi üzrə əsas mərhələlərdən birinə start verilib .....                        Sahibə Qafarova Srebrenitsa qurbanlarını yad etdi - FOTO .....                        İsrail HƏMAS-ın 6 komandirini öldürdü .....                        Avropa Bakı-İrəvan danışıqlarını izləyir .....                        Lavrov Şimali Koreyaya getdi .....                        Baş nazir iclas keçirdi - Gələn ilin büdcəsi müzakirə edildi .....                        Baş nazir iclas keçirdi - Gələn ilin büdcəsi müzakirə edildi .....                        Ərdoğandan PKK ilə bağlı mühüm paylaşım .....                        Polisdən xəbərdarlıq .....                       
4-10-2022, 17:15
Xocavənddə kütləvi məzarlıq aşkarlandı


Xocavənddə kütləvi məzarlıq aşkarlandı

Xocavənd rayonunun işğaldan azad olunmuş Edilli kəndində kütləvi məzarlıq aşkar edilib. Butov.az xəbər verir ki, məzarlıqda 12 nəfərin meyitinin qalıqları tapılıb. Geyimlərdən onların hərbçi olduğu müəyyən edilib. Cəsəd qalıqlarından aydın şəkildə görünüb ki, həmin şəxslərin ölməzdən əvvəl əlləri və ayaqları kəndirlə bir-birinə bağlanılıb.













4-10-2022, 17:01
Bakı metrosunda eskalator dayandı - Sərnişinlər üçün təhlükə


Bakı metrosunda eskalator dayandı - Sərnişinlər üçün təhlükə

Bakı metrosunda sərnişinlər xəsarət alıblar. Hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, metropolitenin “Sahil” stansiyasında eskalatorda nasazlıq yaranıb. Bu zaman eskalatorda olan sərnişinlər yıxılıblar və aralarında xəsarət alanlar da olub. Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır:“Hazırda bu istiqamətdə araşdırma gedir. "Sahil" stansiyasında sərnişinlərdən biri zərurət olmadan təhlükəsizlik düyməsini sıxıb. Nəticədə, eskalator dayanıb. Dərhal texniki baxış keçirilib, hər hansısa texniki nasazlıq olmadığı müəyyən edilib. Sərnişinlərdən xəsarət və ya hər hansı bir problemlə bağlı müraciət edən olmayıb. Eskalator qısa müddətdə işə salınıb. Hadisə qeydə alınıb, lakin xəsarətlə bağlı müraciət olmayıb”.
4-10-2022, 16:59
Məktəblinin döyülməsinin təfərrüatı - Artıq barışıblar


Məktəblinin döyülməsinin təfərrüatı - Artıq barışıblar

Paytaxt məktəbində şagirdin döyülməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib."Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb", - idarədən verilən açıqlamada deyilir. Qeyd olunub ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür. Hadisənin baş verdiyi Bakı şəhəri 112 nömrəli tam orta məktəbdən isə bildiriblər ki, sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüs zamanı baş verib:"Həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb".
4-10-2022, 16:55
Ukrayna Rusiyanın son itkilərini açıqladı


Ukrayna Rusiyanın son itkilərini açıqladı

Ukrayna Ordusu son sutkada Rusiyanın 370 hərbçisini zərərsizləşdirib və 44 tankını məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 60 800 hərbçisi məhv edilib. Məlumata görə, Rusiyanın digər döyüş itkiləri 2 424 tank, 5018 zirehli maşın, 1 407 artilleriya sistemi, 340 reaktiv yaylım atəşi sistemi, 177 hava hücumundan müdafiə sistemi, 266 təyyarə, 228 helikopter, 1 028 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3 823 avtomobil və avtoçən, 131 xüsusi texnikadan ibarətdir.
4-10-2022, 16:52
Bakıda şagird qoçuluq etdi - İki nazirlik araşdırmalara başladı


Bakıda şagird qoçuluq etdi - İki nazirlik araşdırmalara başladı

Elm və Təhsil Nazirliyi Bakı şəhərində yerləşən 112 saylı orta məktəbdə şagirdlər arasında baş verən dava ilə bağlı açıqlama verib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, faktla bağlı araşdırma başladılıb.“Hazırda şagirdlər arasında xoşagəlməz hadisənin yaşandığı məktəblə bağlı araşdırma aparılır. Direktor və sinif rəhbərilə əlaqə saxlanılıb. Araşdırma nəticəsi olaraq, ictimaiyyətə məlumat veriləcək”, - nazirlikdən deyiblər. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən faktla bağlı polis tərəfindən araşdırmalara başlanıldığı bildirilib. Diqqətə çatdırılıb ki, nazirlik görüntülərdən məlumatlıdır, hazırda araşdırmalar davam edir: "Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək". Qeyd edək ki, sosial şəbəkədə Bakıda 112 saylı orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsı ilə bağlı videogörüntülər yayılıb.

4-10-2022, 16:47
Ukraynadan 6 milyon tona yaxın məhsul çıxarılıb


Ukraynadan 6 milyon tona yaxın məhsul çıxarılıb

“Taxıl dəhlizi” işə başlayandan bəri Ukraynanın 6 milyon tona yaxın kənd təsərrüfatı məhsulu ixrac edilib. Ümumilikdə avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün kənd təsərrüfatı məhsulları daşıyan 261 gəmi Ukrayna limanlarını tərk edib. Bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb. "Taxıl dəhlizi"nin həyata keçirilməsi çərçivəsində oktyabrın 3-də Ukrayna ərzaq məhsulları ilə dolu daha 4 gəmi “Odessa” limanını tərk edib. Məlumata görə, gəmilərin göyərtəsində ümumilikdə 77,4 min ton kənd təsərrüfatı məhsulu var və onlar Asiya, Afrika və Avropa ölkələrinə yola salınıb. Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.
4-10-2022, 16:45
Şimali Koreyanın atdığı raket Yaponiyanı qorxuya saldı


Şimali Koreyanın atdığı raket Yaponiyanı qorxuya saldı

Koreya Xalq Demokratik Respublikası oktyabrın 4-də daha bir ballistik raket buraxıb. Bu barədə “Yonhap” agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb. Şimali Koreyanın Caqanq vilayətində yerli vaxtla səhər 7:23-də buraxılan ortamənzilli ballistik raket təxminən 970 kilomert hündürlüyə qalxaraq 4500 kilometr məsafə qət edib. Raket Yaponiya üzərindən uçub keçib. Bu, son 10 gündə Şimali Koreyanın 5-ci və ən böyük raket buraxılışıdır. Qeyd edək ki, Şimali Koreya ilin əvvəlindən bəri bir neçə dəfə ballistik və hipersəsli raket buraxılışı həyata keçirib.
4-10-2022, 16:42
Rusiyalı zənginlər sürətlə “kasıblayır” – 94 milyard itirdilər


Rusiyalı zənginlər sürətlə “kasıblayır” – 94 milyard itirdilər

2022-ci ilin əvvəlindən bəri Rusiyanın ən varlı iş adamlarının varidatı 93,616 milyard dollar azalıb.
Bu barədə Bloomberg agentliyi məlumat yayıb. Məlumata görə, ən çox “kasıblayan” rusiyalı milyarderlərin siyahısına sentyabrın 1-dək 11,2 milyard dollar itirən “Renova” qrupunun yaradıcısı Viktor Vekselberq başçılıq edir.“Severstal”ın direktorlar şurasının sədri Aleksey Mordaşov 9,78 milyard, təbii qaz istehsalçısı olan “Novatek”in səhmdarı Gennadi Timçenko 9,66 milyard, HLMK metallurgiya kompaniyasının direktorlar şurasının sədri Vladimir Lisin isə 9,12 milyard dollar itirib. Siyahıda ilk beşliyi 8,26 milyard dollar itirən Evraz dağ-metallurgiya holdinqinin səhmdarı Roman Abramoviç tamamlayıb.
4-10-2022, 16:40
Gəncə terrorundan 2 il keçir


Gəncə terrorundan 2 il keçir

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından iki il ötür. Butov.az xatırladır ki, 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb. Düşmən tərəfindən Gəncənin bombalaması nəticəsində 1 mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib. Ermənistanın bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hücum idi. Hadisədən sonra Azərbaycanın Baş prokuroru Kamran Əliyev bəyanat yayıb. Bəyanatda bildirilib ki, ilkin araşdırma ilə qeyd olunan fakt üzrə qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyan tərəfindən Cenevrə konvensiyasının tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanıb:“Buna görə də tərəfimdən Arayik Arutunyanın barəsində Azərbaycan Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb". Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.








4-10-2022, 16:35
Aralıq dənizində dəhşət - 25 min miqrant boğularaq ölüb


Aralıq dənizində dəhşət - 25 min miqrant boğularaq ölüb

Aralıq dənizini keçməyə cəhd edərkən həyatını itirən qeyri-qanuni miqrantların sayı açıqlanıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Bildirilir ki, son 9 ildə təxminən 25 min miqrant Aralıq dənizində boğularaq ölüb. Həlak olanlar arasında uşaqlar və qadınlar da var. Onların dəqiq sayı barədə əlavə məlumat verilməyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!