1-10-2022, 15:56
Minaya düşənlərin ayaqları amputasiya edildiAzərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti Tərtərdə minaya düşərək xəsarət alan şəxslərlə bağlı məlumat yayıb. ANAMA-dan verilən məlumata görə, 2022-ci 1 oktyabrda Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən “Üçüncü Sovxoz” adlı təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib. Hadisə nəticəsində 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfail Köçəri oğlu xəsarət alıb. Hər iki xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. İlkin məlumata əsasən ayaqları amputasiya edilib."Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - ANAMA-dan bildirilib.
1-10-2022, 15:54
Prokurorluq Tərtərdə minaya düşənlərlə bağlı məlumat yaydıOktyabrın 1-i Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarovun minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Tərtər rayon prokurorluğundan bildirilib. Aparılmış araşdırmalarla rayonun Qızıl oba kəndində olarkən qeyd olunan şəxslərin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
1-10-2022, 15:52
Bulvarda 2 intihar - Gənc qız öldüDənizkənarı Milli Parkda 22 yaşlı qız intihar edib.
Butov.az-ın məlumatına görə, hadisə dünən axşam saat 23:00 radələrində Dənizkənarı Milli Parkın ərazisində baş verib. Belə ki, Sabirabad rayon sakini, 2000-ci il təvəllüdlü Kəmalə Qoşqar qızı Babayeva özünü dənizə ataraq öldürüb. Boğularaq ölən qızın hansı səbəbdən həyatına qəsd etməsi hələlik məlum deyil. Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır. Xatırladaq ki, ötən gün daha bir gənc qadın bulvarda özünü dənizə atıb, hamilə qadının həyatını xilas etmək mümkün olub, hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
1-10-2022, 15:50
Tərtərdə iki nəfər minaya düşdüTərtər rayon sakinləri minaya düşüblər.
Butov.az-ın əldə etdiyi məlumata görə, Tərtər rayonunun Səhləband kənd sakinləri olan 1990-cı il təvəllüdlü Nicat Cabbarov və 1976-ci il təvəllüdlü Rafael Bayramov Üçüncü Sovxoz adlanan ərazidə minaya düşüblər. Minaya düşən şəxslərin qohum olduğu deyilir. Onlar ayaq nahiyyətlərindən xəsarətlər alıblar. Hər iki şəxs Tərtər rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir. Qeyd edək ki, minaya düşən sakinləri ərazidə olan çoban aşkar edib.
1-10-2022, 15:48
Laçında tibbi xidmət yenidən təşkil ediləcəkİşğaldan azad olunmuş Laçın rayon mərkəzində, Zabux və Sus kəndlərində tibbi xidmət yenidən təşkil ediləcək. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Səhiyyə Nazirliyi və TƏBİB-in rəhbər əməkdaşlarından ibarət işçi qrupu Laçın şəhəri, Zabux və Sus kəndlərinə səfər edib. Nazirliyin Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli və Səhiyyə Nazirliyinin Əsaslı Təmir-Tikinti İdarəsinin rəisi Elşad Hacıyevın iştirakı ilə baş tutan səfərin əsas məqsədi həmin ərazilərdə tibbi xidmətin yenidən təşkil edilməsi istiqamətində mövcud imkanların yerində qiymətləndirilməsindən ibarət olub. Qeyd edək ki, ərazi üzrə fəaliyyət göstərilməsi nəzərdə tutulan tibb müəssisələrinin yeri, tibbi xidmətdən yararlanması nəzərdə tutulan əhali sayı və digər zəruri məlumatlar dəqiqləşdirildikdən sonra tədbirlər planına uyğun olaraq işə başlanılacaqdır.
1-10-2022, 15:46
Sabah hava küləkli olacaqAzərbaycanda oktyabrın 2-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-29° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 28-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.
1-10-2022, 15:43
İran Türkiyəyə qaz nəqlini dayandırırİrandan Türkiyəyə qaz nəqlini həyata keçirən magistral boru xətti profilaktika işləri ilə bağlı oktyabrın 2-dən 9-dək bağlanacaq. Bu barədə Türkiyənin BOTAŞ şirkəti bildirib. Şirkətin məlumatına əsasən, həmin boru xətti ilə qaz nəqli 8 gün müddətinə dayandırılacaq. Qeyd edək ki, İran Rusiyadan sonra Türkiyəyə ikinci ən böyük qaz ixracatçısıdır. Bu ilin yeddi ayı ərzində İrandan Türkiyəyə 5,3 milyard kubmetr qaz nəql olunub.
1-10-2022, 15:40
Yarmarkada 120 ton bal satışa çıxarılıbKənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə bal yarmarkası keçirilib. Yarmarkada 120 ton məhsul satışa çıxarılıb. Bunun 100 tonu süzmə bal, 20 tonu isə şan şəkilində olan məhsullardır. İlk dəfədir ki, arıçılıq təsərrüfatları olan bütün rayonlardan məhsul satışa çıxarılıb. Yarmarkada satılan arıçılıq məhsulları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında yoxlanılıb. Yarmarkada ölkənin bütün bölgələrindən arıçılar iştirak edir.
Butov.az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirib ki, alıcılar rahatlıqla yarmarkadan bal ala bilərlər. Çünki yarmarkaya çıxarılan bütün bal məhsulları laboratoriyadan keçirilib. Yarmarkada Azərbaycanın bütün iqtisadi zonalarından və ilk dəfə olaraq Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonasından fermerlər öz məhsullarını satışa çıxarıblar. Satıcılar balın satışından və onlara yaradılan şəraitdən razı qaldıqlarını ifadə ediblər. Alıcılar isə balın keyfiyyətindən və qiymətindən razı olduqlarını söyləyiblər. Qeyd edək ki, yarmarka oktyabrın 20-dək fəaliyyət göstərəcək. Alıcılar hər gün saat 09:00-dan 19:00-dək keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri yüksək olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.
1-10-2022, 15:37
420 nəfərin Azərbaycanı tərk etməsinin qarşısı alınıbDövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2022-ci ilin sentyabr ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib. DSX-dən bildirilib ki, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 55 nəfər saxlanılıb, оnların 34 nəfəri Azərbaycan Rеspublikası, 3 Nepal, 2 Tacikstan, 1 nəfər Fələstin və 1 nəfər Pakistan, 2 İran İslam Respublikası, 2 Pakistan, 5 Əfqan, 1 Suriya və 4 Şri-Lanka vətəndaşları оlub. Qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində saxtalaşdırılmış pasport, Şengen vizaları və tarix möhürləri ilə 30 nəfər dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb. Sərhədboyu rejim qaydalarını pozduqlarına üçün 25 nəfər və sərhəd rеjim qaydalarını pоzduqları görə isə 678 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Rеspublikası hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 234 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilmiş, ölkədən çıxışı qadağan olan 420 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 24 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb. Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 39 kq 036 qram narkоtik vasitə, 759 ədəd psixotrob həblər aşkarlanaraq götürülüb. Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 937 min 318 manat оlan qaçaqmal, о cümlədən spirtli içki və tütün məmulatları saxlanılıb. Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.
1-10-2022, 15:35
Cənubi Koreya Rusiyanın Ukraynaya dair qərarını rədd etdiCənubi Koreya nə Donetsk və Luqansk, nə də Xerson və Zaporojye vilayətlərində keçirilən “referendumları”, nə də bu regionların Rusiyaya birləşdirilməsini tanıyır. Bunu Cənubi Koreya Xarici İşlər Nazirliyi bəyan edib.“Hökumətimiz Rusiyanın BMT Nizamnaməsini pozaraq Ukraynaya təcavüzünü qətiyyətlə pisləyir. Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməlidir. Cənubi Koreya hökuməti Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilən referendumları, habelə Ukrayna ərazisinin Rusiya tərəfindən ilhaqını tanımır”, - Cənubi Koreya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Dünən prezident Vladimir Putin həmin 4 vilayətin Rusiyaya birləşdirilməsi və Rusiya Federasiyasının tərkibində yeni subyektlərin formalaşdırılması haqqında saziş imzalayıb.