SOCAR-la Suriya Hökuməti arasında Memorandum imzalandı .....                        Kim Çen In Lavrovu qəbul edib .....                        İlham Əliyev Əhməd Əl Şaraa ilə görüşüb - FOTO .....                        Qafqazdan barış mesajı: Bakı Yaxın Şərqdə sülhə necə töhfə verir… .....                        Suriya Prezidenti Bakıya gəldi - FOTO .....                        “41 illik çirkin oyunu pozub alt-üst etdik” - Ərdoğan .....                        "Sputnik Azərbaycan” Rusiya FTX-nin filialı olub - Bəyanat .....                        Rusiya Ukraynaya hücum etdi: 2 ölü, 20 yaralı .....                        Sabahın hava proqnozu .....                       
1-10-2022, 15:03
İranda SEPAH-ın komandiri öldürüldü


İranda SEPAH-ın komandiri öldürüldü

İranın cənub-şərqində, Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində cümə namazından sonra polis məntəqəsinə atəş açılıb. Bu barədə İran mətbuatı məlumat yayıb. Atışma nəticəsində bir neçə nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Hücum zamanı İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat komandiri, polkovnik Əli Musəvi ağır yaralanıb. O, xəstəxanaya aparılsa da, orada vəfat edib. Qeyd edək ki, Zahedan şəhərində keçirilən aksiya zamanı etirazçılarla polis əməkdaşları arasında toqquşmalar olub. Məlumata görə, nümayişçilər SEPAH tərəfindən atəşə tutulub. Nəticədə onlarla ölən və yaralanan olub. Bundan qəzəblənən etirazçı sakinlər Zahedan Şəhər Polis İdarəsinin binasını yandırıb, daha sonra polkovnik Əli Musəvini öldürüblər.
1-10-2022, 15:01
Füzulidə mina partladı - İki nəfər öldü


Füzulidə mina partladı - İki nəfər öldü

Sentyabrın 30-u Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1986-cı il təvəllüdlü Amid Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Quluzadənin minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, aparılmış araşdırmalarla rayonun Yuxarı Dilağarda kəndində olarkən Amid Əsədov və Çərkəz Quluzadənin minaya düşmələri nəticəsində ölmələri müəyyən edilib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
1-10-2022, 14:59
Konqres Ukraynaya 12.4 milyardlıq yardımı təsdiqlədi


Konqres Ukraynaya 12.4 milyardlıq yardımı təsdiqlədi

ABŞ Nümayəndələr Palatası Ukraynaya 12,4 milyard dollar məbləğində yardımın ayrılmasını təsdiqləyib. Butov.az xəbər verir ki, palatanın üzvləri qanun layihəsinə müsbət səs veriblər. Qeyd edək ki, yardım ABŞ Senatı tərəfindən dünən təsdiq edilib. Qanun qüvvəyə minməsi üçün ABŞ prezidenti Cozef Bayden tərəfindən imzalanmalıdır. Yardımın 7,8 milyard dollarlıq hissəsi müdafiəyə xərclənəcək, qalanı birbaşa dövlət büdcəsinə daxil ediləcək.
1-10-2022, 14:57
Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olundu


Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olundu

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Rusiyanın müdafiə və texnologiya sektoru, yüksək səviyyəli rəsmiləri "qara siyahı"ya daxil edilib. Həmçinin, Rusiya ordusunun tədarük zəncirlərini dəstəklədiyinə görə, 14 beynəlxalq şirkətə qarşı sanksiya tətbiq olunub. Dövlət Departamenti 900-dən çox Rusiya rəsmisinə viza qadağası qoyub. Qeyd edək ki, Böyük Britaniya və Kanada da Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
1-10-2022, 14:55
Zelenski NATO ilə bağlı mühüm qərar verdi


Zelenski NATO ilə bağlı mühüm qərar verdi

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı sənədi imzalayıb. Bu barədə o, Təhlükəsizlik Şurasının təcili iclasından sonra məlumat verib. Prezidentin sözlərinə görə, Ukrayna faktiki olaraq NATO-nun bir hissəsidir: “Bu gün bunu de-yure etmək üçün müraciət edirik”. Zelenski, həmçinin qeyd edib ki, Ukrayna defakto NATO-da öz yolunu keçib: “Biz artıq defakto Alyansın standartlarına uyğunluğumuzu sübut etmişik".
1-10-2022, 14:54
Azərbaycanla sülh danışıqlarına başlamaq lazımdır - Paşinyan


Azərbaycanla sülh danışıqlarına başlamaq lazımdır - Paşinyan

Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün substantiv danışıqlara başlamaq lazımdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib. O qeyd edib ki, Ermənistan əldə olunan razılaşmalardan imtina etmir."Yaxın günlərdə xarici işlər nazirimiz azərbaycanlı həmkarı ilə görüş keçirəcək. Əvvəllər qeyd etdiyimiz kimi, sazişin mətninin hazırlanması üzrə danışıqlara başlanılmalıdır”, - Paşinyan deyib.
1-10-2022, 14:51
Qadın boksçumuz erməni rəqibinə qalib gəldi


Qadın boksçumuz erməni rəqibinə qalib gəldi

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində 1/4 final döyüşlərinə start verilib. Butov.az xəbər verir ki, Azərbaycan millisinin heyətində yarımfinala gedən yolda ilk olaraq rinqə Nərmin Əlizadə (48 kq) çıxıb. Boksçumuz Mahur Marikyanla (Ermənistan) döyüşüb və hər 3 raundda rəqibindən üstün olub. O, yekunda 5:0 hesabı ilə qalib gələrək rəqibini mübarizədən kənarlaşdırıb. Nərmin yarımfinala yüksəlməklə yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib. O, 1/2 final döyüşünə oktyabrın 2-də çıxacaq. Boksçumuzun rəqibi polşalı Silva Formela olacaq. Qeyd edək ki, Avropa çempionatında 1/4 final döyüşləri sabah başa çatacaq.
1-10-2022, 14:49
ABŞ Ermənistana sanksiya tətbiq etdi


ABŞ Ermənistana sanksiya tətbiq etdi

ABŞ Ermənistanın "Taco LLC" (Taco) şirkətinə sanksiya tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Ermənistan şirkəti Rusiya ordusuna dəstək verməkdə ittiham olunur. Şirkət Rusiyanın "Radioavtomatika" kompaniyasının təchizatçısıdır. Məlumata görə, "Radioavtomatika" Taco LLC-yə komponentlərin idxalı və Ermənistan daxilində satınalma prosesinin aparılması üçün pul ödəyib. Sanksiya siyahısında kompaniyanın Çin və Belarus şirkətləri də var.
1-10-2022, 14:46
Qurban Qurbanov şəhid övladının arzusunu yerinə yetirdi


Qurban Qurbanov şəhid övladının arzusunu yerinə yetirdi

Vətən Müharibəsinin qəhrəman şəhidi, polkovnik-leytenant Vidadi Xəlilovun oğlu Əli futbol həvəskarıdır. O, yaşadığı Göyçay rayonunda futbol məktəbində məşq edir. Butov.az-ın məlumatına görə, Əlinin ən böyük arzusu “Qarabağ” futbol komandasının üzvləri ilə görüşmək, klubun baş məşqçisi Qurban Qurbanovla tanış olmaq idi. Şəhid övladının bu istəyindən xəbər tutan Qurban Qurbanov onu “Qarabağ”ın təlim düşərgəsinə dəvət edib. Baş məşqçi Əli ilə görüşərək, onu komandanın üzləri ilə tanış edib. Daha sonra şəhid övladına Ağdam təmsilçisi adından hədiyyələr təqdim olunub. Həyatdakı ən böyük arzusuna çatan Əli bu günün onun üçün unudulmaz olduğunu deyib. Qeyd edək ki, Vidadi Vaqif oğlu Xəlilov 1982-ci il iyulun 16-da Göyçayda ziyalı ailəsində doğulub. 1989-1999-cu illərdə Göyçay rayonu akademik Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbinə yüksək nəticələrlə qəbul olunub. 2003-cü ildə həmin məktəbi "motoatıcı" ixtisası üzrə bitirib və leytenant rütbəsi alıb. Vidadi 2003-2004-cü illərdə Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində ixtisas kursu keçib. 2004-cü ildə Müdafiə Nazirliyinin əmrinə əsasən xidməti davam etdirmək üçün Azərbaycan Respublikasının Silahlı qüvvələrinin N saylı hərbi hissəsinə göndərilib. O, müxtəlif hərbi hissələrdə işini şərəf və ləyaqətlə yerinə yetirərək polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Polkovnik-leytenant Vidadi Xəlilov və əsgərləri II Qarabağ müharibəsi döyüşlərində Füzuli, Murov, Qubadlı, Laçın istiqamətlərində hərbi əməliyyatlar apararaq həmin ərazilərin işğaldan azad edilməsinə nail olublar. O, 2020-ci il oktyabrın 31-də Laçın dəhlizində şəhidlik zirvəsinə yüksəlib. Doğma yurdu olan Göyçay şəhəri Şəhidlər xiyabanında dəfn edilib. Sağlığında müxtəlif zamanlarda "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" (1918-2013) yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalına layiq görülən polkovnik-leytenant Vidadi Xəlilov şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub. Şəhidimizin iki övladı Vətənə əmanət qalıb.



1-10-2022, 09:00
ALLAH SƏNİ VƏTƏN ÜÇÜN QORUDU


ALLAH SƏNİ VƏTƏN ÜÇÜN QORUDU
və yaxud Sözün dünyəvi hakimiyyəti
(Məmməd İsmayıl yaradıcılığı barədə ədəbi-fəlsəfi düşüncələr)

Dünyanı şair gözləriylə görən və dərk edən Məmməd İsmayıl poeziyasının yeri yeni eranın yeni əsrində bir əlçim alov kimi görünür. O alov Saqların Altay ocağından bütün Turan dünyasını şölələndirir. Bu əsil poeziya şölənidir. Bu Midiya mənşəli bir türkün həyat fəlsəfəsi və yaşadığı ömür payıdır.
Məmməd Ismayıl beyinlərdə düşüncə Əlifbası yaradan şairdir. Onun yaratdığı Əlifba hər kəsin xəyalında bir cür canlanır, bir cür oxunur. Sözün rəngi, gücü, çaları, miqdarı və ölçüsü kimi. O, yaratdığı əlifbanı şüurlarda və şüuraltında elə yerləşdirib, elə səliqəli sıralayıb ki, dünyanın poetik nizamına zərrə qədər xələl gəlməyib. Bir həriflə, bir işarə ilə elə sərrast xallar vurub ki, hətta poeziyanın özünü ”naşı əllərdən “ və plagiatlardan xilas eləyə bilib.
O, sözlə elə incə rəftar eləyib ki, Söz dönüb ənbər olub.Onun ətri hamını bihuş edib.Hamı o, ənbərdən dadmaq xoşbəxtliyinə nail olmaq istəyib. Təəssüf ki, çoxlarına nəsib olmayıb bu xoşbəxtlik.
Şairin qabaqcadan siqnallı işarə və Sos həyacana yaranan şeir nümunələri poeziyanın reklam şəbəkəsinin daha geniş yayılmasına əsas şərait yaradıb.
Məmməd İsmayılın yaratdığı düşüncə Əlifbası və Söz hakimiyyətinin əsas mənası və məğzi də elə bundan ibarətdir.

Yağdı qar, göylərdə axtardıq Günü,
Səma da, Torpaq da Gümüşü oldu,
Yox, biz görüşmədik o, görüş günü.
Yerlərlə Göylərin görüşü oldu!


Sözlərin mifik subyektivliyi və təsəvvürlərin çarəsizliyi şair təxəyyülünün minacata ehtiyac olduğunu zəruriləşdirib.Çünki, oxucu obrazlı hədəfi, sözlə obyekti və reallıqları daha mükəmməl fərqləndirə bilir.Məqsəd hərəkət və canlılığın, necə deyərlər, misra bağlılığını, fikir bütövlülüyünü və Söz hakimiyyətinin sirlərinin oxucuya bəxş etdiyi ən böyük mükafatdır.

Nә edәk, bir elin günahı varsa,
Ya bizi yox elә, ya bizә gün ver.
Allah, o günahı qurban yuyarsa,
Qurbanın mәn olum, mәnә ölüm ver.
Yaxud:
Qısmәtim ilahi nurdan demәdi,
Nәfsim qayğıların tәlәb meydanı.
El mәni özünә qurban demәdi,
Yolumu gözlәmәz Hәlәb meydanı,-
Mәn şair deyilәm, atam-qardaşım.

M. İsmayıl sözün obyekt kimi təsəvvür edilməsinə uyğun ikinci porodoksu isə belə mənalandırır.Onun şəcərə mifinə və gen mənşəyinə tələb olunan təhlilə yeni çalarlar verir.Beləliklə, ustad sair istifadə olunan söz birləşmələri və misraları yaddaşlarda
həmişəlik qalan özünəməxsus obraza çevirir.

Qarışıb bir ana bətnində genlər,
Qardaş qardaşı sevməz,
Dəyirman daşıdı deyib keçənlər
Alt daş üst daşı sevməz.

Ədəbiyyat dili ilə desek: M. İsmayıl bu məqamda qifılbənd açılan kimi açılır.

…Hamı bir-birinə düşmən,
Kimin kimnən var arası?
Bir Tanrı əyriliyi var,
Xəzri-gilavar arası…

İlk növbədə folklordan bəhrələndiyini, Xəqani cəsarətindən yararlandığını, Fələki dözümlülüyünü, Füzuli bulağından su içdiyini, Nizaminin sələfi olduğunu ortaya qoyur.

Şeytan әmәli var sәndә, ya mәndә,
Qәdim sahibiyik hansı günahın.
Bizә yurd verәndә, yuva seçәndә,
Qalıb arxasınca gözü Allahın.

Şairin yaratdığı digər alternativ - realist obraz isə milli əlamətləri əks etdirməklə yanaşı həm də fərdi həqiqətləri üzə çıxarmaqdır.
İlham mənbəyini Allahlardan almış seçmə şəxslərlə ruh yaxınlığı ideyası ədəbiyyat yaranandan bəllidir və ədəbiyyat nəzəriyyəsinin ana xəttini təşkil edir.Bu konsepsiya dini ədəbiyyatşünaslıqdan gəlsə belə ədəbi istedadın ilahi mənşəyini göz önünə çəkir.
Bu mənada M. İsmayılın qeyri adi ilahi istedadı və Allah sevgisi dediklərimizi mütləq mənada sübuta yetirir.

Məkkədən, qiblədən sənə sığındıq,
Ruh-ruh, bədən-bədən sənə sığındıq.
Lap elə heç nədən sənə sığındıq.
Niyyət edənləri, etməyənləri,
Camiyə, kilsəyə getməyənləri,
Əli ətəyinə yetməyənləri
Beləmi sınağa çəkirsən, ey haqq?!

Poetikada informasiya portalının əsasını qoyan Məmməd İsmayıl əbəs yerə oxucu ilə intellekt və təfəkkür savaşını boşuna aparmır.Onu müasir texnoelektron eranın sakini hesab etsə də düşüncə çahadına çıxmağa səsləyir.Bu yolda poeziyanın bütün imkanlarından istifadə edir.
M. İsmayıl poeziyasının qeyr-adiliyi, dünyəviliyi və dühalığının bir möhtəşəmliyi də məhz bundan ibarətdir.

Bu yatmaq nə vaxtın yatmağıdır ki,
Zamanın günorta çağı gəlibdir.
Oyan, elin-günün göz dağıdır ki,
Öz yuxun özünə yağı gəlibdir?!

Fyodor Dostoyevski deyirdi ki, bu qədər gözəl səma altında bu qədər pis insan necə yaşayırdı?!
Xəyanətkarın öz xəyanətlərinin qurbanı olduğunu - sonda fəryadlar və qan içərisində boğulduğunu təhkiyə yoluyla deyən Məmməd İsmayıl Allahına səbr nümayişini poeziyanın qisası adlandırır.

Bu necә dumandı, göz gözü seçmir?
Bu necә zamandı, düz sözü keçmir?
Yoxsa, seçdiyini xalq özü seçmir,-
Sәn kimi seçirsәn, sәn kimi, xalqım?!
Yaxud;
Örtülü qəbirlər ölüm səddimi,
Bu torpaq həyatın son sərhəddimi?!
İnsan boş əliylə köçsə dünyadan,
Qalıb əməliylə yaşayar yəqin.
Görmədin, geriyə qayıtdı Cavid, –
Ölümdən o yana həyat var yəqin.

Bütün bütpərəst xalqlara kinayə edən şair deyir:

Öz-özünü bulmayanlar,
Özgələrlə üz-göz olur.
Sevgidən doğulmayanlar
Doğunca, Təpəgöz olur.

Məmməd İsmayıl poeziyasında Söz və Güc hakimiymətlərinin eyni paralellikdə interperetasiyası fərqli –fərqli mövqelər sərgiləyir.
Hələ qədimlərdən Söz hakimiyyətinin davamlı və sabit olması prinsipindən çıxış edən şair poeziyada qalib olduğunu ərklə elan eləyir. O, zəbt və işğal olunmağı Söz hakimiyyətinin ayağına yazanlara üsyan edir.Kəşf etdiyi Əlifbanın bir hərfiylə deyilənlərin Güc hakimiyyəti ilə bağlılığını işarə verir.Budur möcüzə, budur dahilik!

Hərdən üz çevirib taleyə, baxta,
Çıxdığı səfərdən qorxub qaçan var.
Bir adam yol gedir bizdən qabaqda,
Yaxşı ki, dünyaya cığır açan var.
Yaxud:
Demə varlığını millət əyibdi
Qəsdlə öcə düşüb millət əyibdi
Xalqımın, xalqımın köksünə güllə dəyibdi
Qan axır şerimin misralarından

Mif ədəbiyyatın rüşeyimi sayılsa belə şair mifdən çox həqiqətə inanır. O, İnsanı həqiqətin sublimasiyası hesab edir, onun mestik varlığına inanmaya bilmir.Janrın bütün tələblərinə tabe olsa belə sevdiyi və ilham aldıgı təbiəti köməyə çağırır. Belədə xilaskar Təbiət şairlə qol-boyun olub şeirləşir; könlünü alır, onu nəs gətirənlərdən və qartımış əbləhlərdən qoruyur.

Meşә çığırları dönüb bir çaya,
Torpaq yağışlardan bәhrәlәnibdir,
Necә gözәl olub tәbiәt, Allah-
Quru kötüklәr dә pöhrәlәnibdir!
Gәzmәk istәyirәm dünyanı yazda
Hardasa, hardasa mәni duyan var,
Hәlә yaşamağa dәyәr bir az da.

Mövlananın sözlərini xatırlayıram: “güvəndiyiniz dağlara qar yağarsa, ən gözəl çarə dağ ilə qarı təklikdə buraxmaqdır. Gün gəlib dağlar əridiyində, dağ sizin yolunuzu gözlədiyində, ən gözəl cavab başqa bir dağdan salam yollamaqdır.

Min ildi Batı da cavab peşində…
Budurmu qardaşın qardaşa ərki
O gözdən bu gözə kin, sitəm baxar.
Adında gizlənən şərdimi Şərq ki,
Əzəldən Qərb ona belə kəm baxar?!

M.İsmayıl poeziyasının ən böyük tərbiyəvi əhəmiyyəti insanlarda Vətən, millət və ana dilinə olan sevginin təbliğidir.İnanıram ki, Qarabağ savaşından ( hələ bizim Təbriz, Dərbənd dərdimiz var.) qalib çıxıb əzəli və əbədi torpaqlarımıza sahib duran xalqımızın ədəbi obrazı şair yaradıcılığında yeni bir mərhələnin başlanğcı olacaqdır.
Çünki, bu gün bütün ədəbiyyatsevərlərə və ümüniyyətlə, çoxmilyonlu oxuculara Məmməd İsmayıl sözü, Məmməd İsmayıl nəfəsi hava, su kimi gərəkdir.

Mənim bir gecikmiş məhəbbətim var,
Dönüb nağıllaşan həqiqətim var.
Səni səsləyirəm, ay ev yiyəsi,
Səsimə səs versin o tayda kim var.
Dodaqlarda donan bir busə kimi
Harda görünür ki, sönə arzular.
Qıvrıla-qıvrıla bir gürzə kimi
Əsrin ovsununa yatıb Araz da
Dünyanın işini nə bilmək olar,
Hələ yaşamağa dəyər bir az da.

Əgər Nəsiminin bədii yaradıcılığının rüşeymi Azərbaycan xalqının folkloru ilə sıx surətdə bağlıdırsa, Məmməd İsmayıl ədəbi dili zaman və məkan qatlarının yeni-yeni dürləri formatında özünü təqdim edə bilmişdir. Şair bu dilin semantik xüsusiyyətlərini qoruyaraq lətif və cazibədar şirinliklə poeziyanı bir az da zənginləşdirmişdir. Çağdaş poeziyamızın dil hüququ və estetik səviyyəsini qoruyub saxlaya bilmişdir.
Məmməd İsmayıl poeziyasının dili yuxarıda qeyd etdiyim düşüncə əlifbasının fonetik və morfoloji bölmələriylə başlayıb böyük türk dilinin hüdudları çərçivəsində dahi rus tənqidçisi Belinskinin dediyi kimi “şairin qəlbindən süzülüb təfəkküründə bülurlaşır.”

Əmir Pəhləvan
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!