SOCAR-la Suriya Hökuməti arasında Memorandum imzalandı .....                        Kim Çen In Lavrovu qəbul edib .....                        İlham Əliyev Əhməd Əl Şaraa ilə görüşüb - FOTO .....                        Qafqazdan barış mesajı: Bakı Yaxın Şərqdə sülhə necə töhfə verir… .....                        Suriya Prezidenti Bakıya gəldi - FOTO .....                        “41 illik çirkin oyunu pozub alt-üst etdik” - Ərdoğan .....                        "Sputnik Azərbaycan” Rusiya FTX-nin filialı olub - Bəyanat .....                        Rusiya Ukraynaya hücum etdi: 2 ölü, 20 yaralı .....                        Sabahın hava proqnozu .....                       
1-10-2022, 08:53
“Professor rütbəsinə malik İran “alimi”nin yalan və iftiraları”
Vidadi Mustafayev:


“Professor rütbəsinə malik İran “alimi”nin yalan və iftiraları”

İran saytlarından birində Tehran universitetinin qadın professoru ilə Zəngəzur dəhlizinin İran üçün təhlükələri haqqında iri həcmli müsahibə dərc edilmişdir. Qadın alim yalan və iftiralardan yola çıxaraq sübut etməyə çalışır ki, İran var gücü ilə Zəngəzur dəhlizinin açılmasına mane olmalı və həmin dəhlizin İranın milli təhlükəsizliyi üçün heç bir təhdid yaratmadığı haqqında danışan iranlı alimlərin sözlərinə əhəmiyyət verməməlidir.
Onun yalan və iftiralarına qısa nəzər salmaq olar.
Professor deyir ki, dəhliz məsələsi “ Britaniya-sionist birliyinin qədim planının bir hissəsidir”. Maraqlıdır ki, bu “alim” Britaniya-sionist planının tarixini nə vaxtdan hesablayır. Onun məntiqini davam etdirsək, yəqin ki, həmin plan İsrail dövləti yaranandan (1948 ) əvvəl cızılıbmış, yoxsa onu qədim adlandırmazdı.
Bu xanım, alim yox, ən bəsit etik qaydalara belə məhəl qoymadan həyasızlıq edərək dünyada öz müstəqil xarici siyasəti ilə seçilən Bakı və Ankaranı başqaları tərəfindən müəyyən edilmiş türk birliyi ideyasının memarlarının planlarını icra edən oyuncaq adlandırır.
O yazır :”Bakı və Ankara dünyanın türkdilli adlanan əhalisini birləşdirməyi hədəfləyən layihənin əsas marionetləri və icraçılarıdır”.
Bu alim Rəhbərin heç nəyə əsaslanmayan məlum fikrindən çıxış edərək hazırkı İran-Ermənistan sərhədi zonasının işğal edilməsi və bağlanmasının yolverilməz olduğunu vurğulayır. Məlum olduğu kimi, Rəhbər İranda Suriyada tənzimlənmə ilə bağlı üçtərəfli (İran, Rusiya, Türkiyə) zirvə görüşündə (28 tir 1401/19 iyul 2022) iştirak edən Türkiyə prezidenti R.T.Ərdoğanla görüşündə demişdir:”… Əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olarsa, İran buna qarşı çıxacaq. Ona görə ki, bu sərhəd bir neçə min illik əlaqə yoludur”.
İran- Ermənstan münasibətlərinin neçə min il davam etməsi haqqında Rəhbərə hansısa alimin məruzəsi olmuş və ya Rəhbərin özünün belə bir fikir söylədiyini deyə bilmərik. Təkcə onu deyə bilərik ki, son min ildə ermənilərin, 900 ildə farsların dövləti olmayıb ki, onların arasında hansısa dövlətlərarası əlaqədən və həmin əlaqədə vacib rol oynayan məntəqədən danışmaq mümkün olsun.
Son min ildə farslar və ermənilər ərəblərin, türklərin. monqoların və yenə türklərin/azərbaycanlıların təsis etdikləri dövlətlərin tərkibində yaşamışlar, ona görə eyni dövlətlərin tərkibində yaşayan etnik qrupların iki dövlət səviyyəsində əlaqələrindən danışmaq gülüncdür.
“Alim” Zəngəzur dəhlizi haqqında mövqeyini əsaslandırmaq üçün Rəhbərin fikrini təkrar edərək ondan çıxış etdiyini vurğulayır. Deməli, Rəhbərin dilindən çıxan istənilən doğru və yanlış fikir qeyd-şərtsiz istinad mənbəyinə çevrilməlidir.
Alimin yalan və iftiralarını saymaqla bitmir.
O, iftiradan çəkinmədən yazır ki, Azərbaycan ərazilərini İranın da qardaşcasına kömək etdiyi Ermənistan yox, Dağlıq Qarabağ separatçıları işğal etmişdilər.
Müəllif İranda və Turanda Zəngəzur dəhlizinin İran üçün heç bir təhlükə yaratmadığı, əksinə İrana böyük fayda gətirəcəyini deyənlərin fikirlərini böyük səhv hesab edərək yazır: “Turan dəhlizi İranın qonşuluğunda yerləşən Sünik vilayətini Ermənistandan ayırmaqla bu ölkəni İran yolundan, tarixi nəfəs keçidindən məhrum edir”.
“Alim” Birinci Qarabağ müharibəsi zamanı İranın Ermənistanı qəti məğlubiyyətdən xilas edərək hadisələrin istiqamətinin dəyişməsində məlum və ermənilər tərəfindən vurğulanan rolu haqqında fikri təkrarlayır. Ermənilər deyirdi ki, həmin illərdə Ermənistan çox tez boğulardı, yəni məğlub olardı, əgər İran ona “nəfəs” verməsəydi.
“Alim”i davakar siyasətçilər və şovinist ideoloqlar kimi narahat edən məsələlər sırasında Türkiyə ilə Azərbaycanın həmsərhəd və Naxçıvanın Azərbaycanın tərkib hissəsi olmasıdır.
Alim iki il düşündükdən sonra bu qənatə gəlir ki, demə, 2020-ci il ikinci Qarabağ müharibəsini Azərbaycan ermənilər tərəfindən işğal altında olan Qarabağı azad etmək üçün deyil, Zəngəzər dəhlizi yaratmaq üçün aparıb.
Ermənipərəstliyini nümayiş etdirmək üçün onların yalanlarını şüurlu şəkildə təkrar edərək son hadisələrlə bağlı deyir: “Azərbaycan Respublikasının Ermənistan ərazisinə daha çox irəliləməsi” İranı ciddi şəkidə narahat edir.
“Alim” hadisələrin obyektiv təsviri və təhlilini vermək əvəzinə, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırması prosesinə mane olmağa çalışaraq, normal münasibətləri Ermənistan üçün təhlükə adlandırır. O yazır ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə normal münasibətləri erməni kimliyi üçün böyük təhlükədir. Münasibətlərin normalaşması nəticəsində “Cənubi Qafqazda erməni mədəniyyəti və kimliyi yox olacaq”.
Çox riyakar bir yanaşmadır. Çünki son yüz ildə qeyri-fars xalqlara qarşı rəsmi səviyyədə etnosid və linqvosid, yəni bir xalq kimi məhvetmə siyasəti yeridən bir ölkənin “alim” nümayəndəsi müstəqil dövlətin milli kimliyinin müdafiəçisi donunda görünməyə çalışır. Məgər Ermənistan həmin dövlətlərin tərkibindəmi olacaq ki, öz milli kimliyini özü təyin edə bilməsin.
İranın Azərbaycan-Ermənistan münasibətlərinin normalaşmasına qarşı çıxmasınn bir səbəbini alim gələcəkdə, nə vaxtsa, bəlkə….. Azərbaycanın NATO-ya üzv ola biləcəyi təhlükəsi ilə əlaqələndirməyə çalışır.
Başabəla alim İran İslam Respubliasının yarandığı gündən NATO-nun ən güclü ölkəsi olan qonşusu Türkiyə Respublikası ilə geniş, hərtərəfli, o cümlədən sıx iqtisadi əlaqələrə malik olmasını təhlükə hesab etmir, amma Azərbaycanın NATO-ya nə vaxtsa üzv ola biləcəyi ehtimalını indidən İran üçün təhlükə hesab edir.
“Alim” Zəngəzur dəhlizi məsələsini, artıq qeyd edildiyi kim, ingilis-sionist (yəhudi) layihəsi və pantürk arzusu adlandıraraq, bir davakar və populist siyasətçi kimi qəti şəkildə elan edir ki, İran həmin layihənin “həyata keçməsinə imkan verməyəcək”. Əlavə edir: “Turan dəhlizinin həyata keçirilməsinin zəruriliyi ilə bağlı Bakının və onun tərəfdarlarının heç bir əsaslandırması qəbul edilməməlidir”.
Bu alim Zəngəzur dəhlizinin İrana mənfi təsirinə diqqəti cəlb etmək üçün onun əhatə dairəsini az qala sonsuza qədər genişləndirir. O yazır ki, Zəngəzur dəhlizi adi tranzit marşrutunun bir həlqəsi deyil, tranzit və iqtisadi yoldan daha artıqdır, çünki” ölkəmizin geosiyasi, təhlükəsizlik, daha da önəmlisi şiə və iranlı kimliyini hədəf alır”.
Müəllif bir tranzit dəhlizinin guya ölkə əhalisinin siyasi/ərazi (iranlı) və din i(şiə) kimliyi üçün nə kimi təhlükə yarada biləcəyini açıqlamır. Amma güman etmək olar ki, “alim” gələcəkdə İranda millətçi, şovinist farsların və onların maraqlarına xidmət edən şiə məzhəbinin hakim mövqeyini itirəcəyindən narahatlığını ifadə etmək istəyir. Alimin qorxduğu təhlükə, əlbəttə dəhlizin açılması ilə deyil, İran hakim rejiminin antibəşəri, antixəlqi və ən əsası, anti tarixi və antitərəqqi mahyyəti ilə bağlıdır və tarix ona zorla qəbul etdirilmiş ədalətsiz və tərəqqiyə zidd olan qaydaları gec-tez dəyişir və cəmiyyət tarixin inkişafınn magistral yoluna qayıtmalı olur. İranda mövcud olan, bütün cəhətlərdən insanlığa zidd olan rejimin ömrünü yeni bir xarici düşmən obrazı icad etməklə uzatmaq cəhdi regionda müəyyən fəsadlara gətirsə də, şovinistlərin arzu etdikləri nəticə verə bilməz.
Qeyd etmək lazımdır ki, müsahibə aparan jurnalist alimdən daha sağlam düşəncəyə malik olduğunu göstərirdi. O, alimə belə bir sual verir ki, Ermənistanın neçə ildir ki, Qərb və xüsusən ABŞ-la yaxınlaşmaq siyasəti yeritdiyi bir zamanda hansısa məhdud maraqlar baxımından Ermənistanı dəstəkləmək perspektivdə İran üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilərmi?
Alim bildirir ki, ABŞ-a görə Ermənstan Azərbaycanın Qafan bölgəsinə təcavüzünün(?) qarşısını almaq üçün İrana rəsmən müraciət edə bilmədi.
Alim qoyulan suala birbaşa cavabdan qaçaraq, son vaxtlar səsləndirilən qırmızı xətt, geosiyasi dəyişikliyə imkan verməmək, region məsələlərinin 3+3 formatında həllinə tərəfdarlıq kimi qırıq-kəsik cümlələrlə kifaytlənməli olur.
Müsahibədə İran İslam Respublikasının hazırkı hakimiyyətinin - hakimiyyətin bütün qolları üzərində inhisara sahib olan, mühafizəkar adlandırılan cinahın Cənubi Qafqaz siyasəti regionda itirilmiş mövqelərini Ermənistanı dəstəkləmək və Azərbaycanla düşmənçilik yolu ilə bərpa etməyə hesablandığı elmi (?) cəhətdən əsaslandırılır.
İranın Ermənistanı dəstəkləməsi sözdə müttəfiqlik əlaqələri qurmaqda olduğu, hazırda Ukraynaya təcavüz edərək müharibə girdabına qərq olan və zəifləyən Rusiyanı Cənubi Qafqazda əvəz etmək kimi qeyri-real hədəfi ilə izah edilə bilər.
İranda qatı şovinist, panfarsist millətçi və dini qüvvələrin Azərbaycanla düşmənçiliyi genişləndirilməyə cəhd etməsi bir tərəfdən güclü, müstəqil və qalib Azərbaycanın 100 ildən çox müddətdə milli ayrı-sekiliyə, etnik və dil baxımdan hərtərəfli təzyiqə məruz qalan, bir xalq kimi yox edilməsinə çalışılan Cənubi azərbaycanlılara mənəvi təsirini azaltmağa, digər tərəfdən özünün ən əsas rəqibi saydığı Türkiyə və digər türk dövlətləri, həmçinin onların birləşdiyi Türk Dövlətləri Təşkilatının aparıcı və əsas birləşdirici həlqəsi olan Azərbaycanın müstəqilliyi və inkişafı yolunda maneələr yaratmaqla həmin təşkilatın güclənməsinə mane olmağa, region və qlobal məsələlərə təsir gücünü aradan qaldırmağa yönəlib.
İranın şovinist fars hakimiyyəti daxildə azərbaycanlılara qarşı düşmənçilik siyasətini xaricdə türk dövlətlərinə qarş düşmənçilik formasında davam etdirməyə çalışır ki, bu da son dərəcə perspektivsiz bir siyasətdir.
Bütün qalan iftira və böhtanlar, Ermənistan sevgisi və s. əsas məqsədi pərdələməyə xidmət edir.

1-10-2022, 07:02
TƏBRİZDƏN BİR XƏBƏR ALA BİLMİRƏM


TƏBRİZDƏN BİR XƏBƏR ALA BİLMİRƏM

Mən yata bilmirəm, çəkilib yuxum,
Təbrizdən bir xəbər ala bilmirəm.
Gah ümid çoxalır, gah da ki, qorxum,
Təbrizdən bir xəbər ala bilmirəm.

Mən çoxdan bəldəm o zülümkara,
Tökülən qanlardan həzz alandılar.
Görkmi dindardır, xisləti şeytan,
Başdan ayağacan yapyalandılar.

Dilini, haqqını alıb əlindən,
Niyyəti bir xalqı çıxarmaq yoxa.
O hansı imandan, dindən danışır,
Faşist erməniyə durursa arxa...

Sözsüz, uzun çəkməz, getməz də belə,
İstibdad, cəhalət boğulacaqdır.
46-cı ildə batırlan Günəş,
Təzədən Təbrizdə doğulacaqdır.

Hələ ki, yatmırıam, çəkilib yuxum,
Təbrizdən bir xəbər ala bilmirəm.
Gah ümid çoxaır, gah da ki, qorxum,
Təbrizdən bir xəbər ala bilmirəm.
Bilmirəm.....
30-09-2022
Əjdər YUNUSOV
30-09-2022, 16:17
Yaşa görə əmək pensiyası yeni qaydada hesablanacaq


Yaşa görə əmək pensiyası yeni qaydada hesablanacaq

Qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyası yeni qaydada hesablanacaq. Bununla bağlı Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Təklif olunan dəyişikliyə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılacaq. Dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib. Qeyd edək ki, qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
30-09-2022, 16:15
Putin “ilhaq təklifi”ni Dumaya göndərdi


Putin “ilhaq təklifi”ni Dumaya göndərdi

Prezident Vladimir Putin qondarma “Donetsk və Luqansk xalq respublikaları”nın, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasının tərkibinə daxil etmək üçün müvafiq təklifləri Dövlət Dumasına təqdim edib. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Sentyabrın 23-dən 27-dək qondarma “Donetsk və Luqansk xalq respublikaları”nda, həmçinin Xerson və Zaporojye vilayətlərində (Rkraynanın zəbt olunmuş torpaqları-red.) Rusiyaya birləşmək məsələsi üzrə referendum keçirilib. Guya bu bölgələrdə əhalinin 90%-dən çoxu Rusiyaya birləşmək üçün səs verib.
Rusiya prezidenti Vladimir Putin ötən həftə bəyan edib ki, Rusiya həmin vilayətlərin sakinlərinin qəbul edəcəyi qərarı dəstəkləyəcək.
30-09-2022, 16:13
Britaniyanın baş naziri Rusiyanı hədələdi


Britaniyanın baş naziri Rusiyanı hədələdi

Böyük Britaniyanın baş naziri Liz Trass bildirib ki, London Rusiya Federasiyasına birləşməklə bağlı qondarma “LPR”, “DXR”, Zaporojye və Xerson vilayətlərində keçirilən referendumlar fonunda rəsmi Moskvaya qarşı yeni tədbirlər görəcək. Butov.az xəbər verir ki, xanım baş nazir bu barədə tvitter səhifəsində yazıb.“Biz tərəddüd etmədən növbəti tədbirləri, o cümlədən Rusiya prezidenti Vladimir Putinin hərbi maşınını iflic etmək üçün yeni sanksiyalar tətbiq edəcəyik”. Bundan əlavə, L.Trass qeyd edir ki, Böyük Britaniya heç vaxt “Donetsk və Luqansk xalq respublikaları”nı, eləcə də Xerson və Zaporojye vilayətlərini Rusiyanın bir hissəsi kimi tanımayacaq.
30-09-2022, 16:11
Bu vasitələr gömrük rüsumundan azad ediləcək


Bu vasitələr gömrük rüsumundan azad ediləcək

Milli Məclisin bu gün keçirilən iclasında “Gömrük tarifi haqqında” qanuna dəyişiklik edilib. Butov.az xəbər verir ki, dəyişikliklə təhsil fəaliyyəti ilə bağlı bir sıra vasitələr gömrük rüsumundan azad edilir. Layihədə təhsil fəaliyyəti ilə bağlı idxal edilən bir sıra avadanlıqların, cihazların, qurğuların və digər vasitələrin gömrük rüsumundan azad edilməsi nəzərdə tutulub. Gömrük rüsumlarından azad edilən avadanlığın, cihazların, qurğuların və təhsil fəaliyyəti ilə bağlı olan digər vasitələrin siyahısı müvafiq dövlət orqanı tərəfindən təsdiq ediləcək. Qanuna təklif olunan dəyişikliklər 2023-cü il yanvarın 1-də qüvvəyə minəcək və 2 il ərzində tətbiq olunacaq. Dəyişikliklər ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, bu müəssisələrdə təhsil alanların daha keyfiyyətli praktiki biliklər əldə etməsinə, bütövlükdə təhsilin mühüm pilləsi olan ümumi təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir. Məsələ səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.
30-09-2022, 16:08
Gürcüstan sərhədini keçən rusların sayı açıqlanıb


Gürcüstan sərhədini keçən rusların sayı açıqlanıb

29 sentyabr saat 10:00-dan 30 sentyabr saat 10:00-a qədər 6109 nəfər Rusiya vətəndaşı Gürcüstana daxil olub, 5186 nəfər isə tərk edib. Bu barədə Gürcüstan DİN məlumat yayıb. Qeyd olunub ki, Daryal sərhəd-keçid məntəqəsindən sərnişinlərin axını nəzərəçarpacaq dərəcədə azalıb və o cümlədən Gürcüstanın digər keçid məntəqələrində də Rusiya vətəndaşlarının gediş-gəliş sayı azalıb. Bununla belə, 28 sentyabrdan 29 sentyabra kimi Gürcüstan ərazisinə 9642 nəfər Rusiya vətəndaşı keçib, 5448 nəfər isə ölkə ərazisini tərk edib.
30-09-2022, 16:07
Rəhim Rəhimli sonuncu "şou"sunu göstərdi


Rəhim Rəhimli sonuncu "şou"sunu göstərdi

Gecə saatlarında həyata gözlərini əbədi yuman tanınmış müğənni Rəhim Rəhimli son mənzilə yola salınıb. Butov.az xəbər verir ki, mərhumla vida mərasimində ailə üzvləri, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Daha sonra mərhumun cənazəsi dəfn olunmaq üçün Suraxanı rayonu, Bülbülə qəsəbəsinə aparılıb..Qeyd edək ki, Azərbaycan şou-biznesinin tanınmış siması, müğənni, bəstəkar Rəhim Rəhimli ürək tutmasından vəfat edib.

30-09-2022, 16:05
Belaruslu nazir Nensi Pelosinin səfərinə etiraz etdi - Ermənistanı qəzəbləndirdi


Belaruslu nazir Nensi Pelosinin səfərinə etiraz etdi - Ermənistanı qəzəbləndirdi

Belarusun xarici işlər naziri Vladimir Makeyin ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfərinə etirazı Ermənstanda narazılıq doğurub. Butov.az xəbər verir ki, Belarusun İrəvandakı səfiri Ermənistanın Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Daha əvvəl Vladimir Makey ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinin mövcud münaqişələri daha da gərginləşdirdiyini bildirib.
Bununla əlaqədar Belarusun Ermənistanda səfiri Aleksandr Konyuku Xarici İşlər Nazirliyinə dəvət esən rəsmi İrəvan nazirin yuxarıda qeyd olunan bəyanatı ilə bağlı erməni tərəfinin narahatlığı və şərhlərini ona çatdırıb. Xatırladaq ki, Nensi Pelosi sentyabrın 17-dən 19-dək Ermənistanda olub.
30-09-2022, 16:02
Apteklərdə yod qıtlığının səbəbi açıqlandı


Apteklərdə yod qıtlığının səbəbi açıqlandı

Son günlər Azərbaycan ərazisində apteklərdə yodun çatışmazlığı barədə media və sosial şəbəkələrdə xəbərlər yayılır. Vətəndaşlar bir aya yaxındır ki, bu dərmanı əldə etməkdə çətinlik çəkdiklərini bildirirlər. Analitik Ekspertiza Mərkəzi (AEM) dərman vasitələrinin niyə yoxa çıxmasına aydınlıq gətirib. Mərkəzin İdxal-İxrac şöbəsindən bildirilib ki, son dəfə ölkəyə yod gətirilməsi üçün müraciət bu ilin aprel ayında edilib:“O vaxtdan yod idxalı ilə bağlı yeni müraciət olmayıb. Hazırda yeni idxal müraciəti qəbul edilib və bu da onu deməyə əsas verir ki, yaxın zamanlarda apteklərdə yod çatışmazlığı aradan qaldırılacaq. Qeyd edək ki, AEM-də olan məlumata görə, əsasən Rusiya (Yaroslavl farm fabrik), Ukrayna (Fitofarm) və Türkmənistanda (Sağlık Ezcaciliq Muessesi) istehsal edilən yod məhlulu Azərbaycan Respublikasında qeydiyyatdan keçib. Xatırladaq ki, nə Səhiyyə Nazirliyi və onun qurumları, həmçinin Analitik Ekspertiza Mərkəzi dərman təminatı ilə məşğul deyil. Bu fəaliyyət özəl şirkətlər tərəfindən həyata keçirilir”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!