29-09-2022, 21:09
Dünən ölən üç ermənidən biri polkovnik-leytenantdır - Adlar açıqlandıErmənistan Müdafiə Nazirliyi sentyabrın 28-də sərhəddə törədilmiş təxribat zamanı Azərbaycan tərəfinin cavab atəşi nəticəsində ölən üç hərbçisinin adını açıqlayıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ölən hərbçilər polkovnik-leytenant Nahapet Marqaryan, serjant Ovannes Sukiasyan və sıravi Edvard Ovannisyandır. “Ermənistan Respublikasının Müdafiə Nazirliyi ağır itki ağrısını bölüşür və hərbçilərin ailə üzvlərinə, qohumlarına başsağlığı verir”, - deyə məlumatda bildirilir. Məlumata görə, polkovnik-leytenant Nahapet Marqaryan 32 yaşında idi. Xatırladaq ki, ermənilərin dünənki təxribatı zamanı Azərbaycan Ordusunun bir əsgəri - İsgəndərov Nicat Hidayət oğlu yaralanıb. Azərbaycan Müdafiə Nazirliyi bildirilib ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
29-09-2022, 21:06
Beynəlxalq Prokurorlar Assosiasiyasına yeni prezident seçildiArgentinanın Buenos Ayres muxtar şəhərinin baş prokuroru Huan Batista Mahikes Beynəlxalq Prokurorlar Assosiasiyasının yeni prezidenti seçilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 29-da Tbilisidə Beynəlxalq Prokurorlar Assosiasiyasının Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin (NACP) xüsusi maraq qrupunun növbəti sessiyası keçirilib. Sessiyaya sədrlik edən Baş prokurorun müavini Heydər Məmmədov çıxışında korrupsiya yolu ilə əldə edilən gəlirlərin aşkar edilməsi və bərpası sahəsində həyata keçirilən institusional tədbirlərdən danışıb, bu xüsusda beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Daha sonra Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev çıxış edərək aktivlərin aşkar edilməsi, izlənməsi, bərpası sahəsində səmərəli mexanizm yaradılması, Avropa İttifaqının “Tvinninq” layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlər və əldə olunmuş nəticələr barədə məlumat verib. Sessiyada həmçinin Avropa Prokurorluq Xidmətinin rəhbəri Laura Kövesi, İrlandiya Prokurorluq Xidmətinin sabiq rəhbəri Ceyms Həmilton, Gürcüstan Baş Prokurorluğunun idarə rəisi Nikoloz Çinkoraşvili və Estoniyanın Şimal dairə prokuroru Kairi Kaldoja çıxış edərək öz təcrübələri bölüşüblər. Baş Prokurorluğun nümayəndə heyəti səfər çərçivəsində müxtəlif ölkələrdən olan həmkarları ilə görüşərək gələcək əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparıblar.
29-09-2022, 21:00
Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib. Bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak məlumat verib. O, altı nəfərin əsirlikdən qayıtdığını bildirib. Onlardan dördü dəniz piyadalarının hərbi qulluqçuları və ikisi mülki şəxsdir. Hərbçilər Mariupol döyüşlərində iştirak ediblər. Rusiyaya qaytarılan hərbçilərin sayı açıqlanmayıb. Yermak vurğulayıb ki, təkcə bu ay 235 nəfər geri qaytarılıb.
29-09-2022, 20:57
Şimali Koreya üçüncü dəfə raket atdıŞimali Koreya Yapon dənizinə doğru iki qısa mənzilli ballistik raket atıb. Bu barədə "Yonhap" xəbər agentliyi Cənubi Koreyanın Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, raketlər Şimali Koreyanın Pyonqannam-do əyalətindən atılıb. Bununla da Şimali Koreya sentyabrın 25-dən bu yana Yapon dənizinə doğru üçüncü dəfə raket atıb.
Agentlik qeyd edir ki, raketlərin buraxılışı Cənubi Koreya və ABŞ arasında birgə təlimlər fonunda həyata keçirilib. Bildirilir ki, KXDR ABŞ vitse-prezidenti Kamala Harrisin Cənubi Koreyaya səfərinə reaksiya verib. Bu gün, sentyabrın 29-da Harris KXDR ilə sərhəddə yerləşən hərbisizləşdirilmiş zonaya səfər edib. Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In sentyabr ayında ölkəsinin nüvə silahına sahib olmaq hüququna malik olduğunu bildirib. O, nüvəsizləşdirmə danışıqlarından imtina edib.
29-09-2022, 20:54
İtaliya vətəndaşlarını Rusiyanı tərk etməyə çağırdıİtaliyanın Rusiyadakı səfirliyi vətəndaşlarını Rusiya ərazisini tərk etməyə çağırıb. Bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb. Səfirlik ölkədə qalması zəruri olmayan italyanlara Rusiyanı tərk etməyi tövsiyə edib. Qeyd edək ki, dünən ABŞ, Polşa, Bolqarıstan vətəndaşlarına Rusiyanı tərk etməkıə bağlı çağırış edib.
29-09-2022, 20:51
Novxanıda hotel yanırAbşeron rayonunun Novxanı kəndində yerləşən hoteldə yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
29-09-2022, 17:08
Prezident "Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi"ndə dəyişiklik etdiPrezident İlham Əliyev 12 may 2020-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Əsasnaməsi”ndə dəyişiklik edib.
Butov.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitdən ayırmaların ƏMDX-nın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə istifadə edilməsinə icazə verilib.
29-09-2022, 17:02
Azərbaycanda daha 1049 nəfərə vaksin vurulubAzərbaycanda son gündə koronavirus əleyhinə 1049 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 385, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 158, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 437, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 69 nəfərdir. Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 889 515 təşkil edir.
29-09-2022, 17:00
Son sutkada 149 yoluxma - 3 nəfər öldüAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 193 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 821 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 374 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 024 aktiv xəstə var. Bu günə qədər 9 913 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 456, bu günə qədər isə ümumilikdə 7 247 567 test icra olunub.
29-09-2022, 16:58
Maqnit qasırğası olacaqSon üç sutka ərzində Günəş aktivliyinin aşağı səviyyədə olmasına baxmayaraq, səthində bəzi aktiv oblastlar parçalanıb. Yerə praktik təsir edə bilməyən C sinif və zəif təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə, hətta pozulmasına gətirərək radiasiya və maqnit qasırğası yarada bilən M sinif alışmalar müşahidə olunub. Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasının məlumatına görə, son sutka ərzində Günəşdə müşahidə olunan tac kütlə atılmaları 30 sentyabr - 1 oktyabr tarixləri üçün Yerə yaxınlaşaraq maqnit sahəsində dəyişiklik yarada biləcək. Çox zəif radiasiya qasırğası ilə yanaşı, Günəş atmosferindən gələn yüksək sürətli axınların Yerə daha yaxın olacağı səbəbindən mülayim (G1) və orta (G2) səviyyədə geomaqnit qasırğasının olacağı proqnozlaşdırılır. Maqnit qasırğasının gücünü göstərən əmsal 9 ballıq sistemlə 2-dən 6-ya kimi yüksələcək. Günəşdə alışmaların baş vermə ehtimalı sentyabrın 29-da C sinif alışmalar üçün 90%, M sinif alışmalar üçün 25% və X sinif alışmalar üçün isə 5%-dir.