Zelenski Trampla danışıqlar apardı .....                        Makron Bakı və İrəvana dəstək ifadə etdi .....                        ABŞ-nin Zəngəzur dəhlizi təklifinə Ermənistandan reaksiya .....                        Tramp Rusiyaya 50 gün vaxt verdi .....                        Azərbaycan millisinin futbolçusu “Fənərbağça”da .....                        Paşinyan Makronla görüşdü .....                        Heydər Əliyev Fondu Zaur Rzayevin müalicə xərclərini üzərinə götürdü .....                        Heydər Əliyev Fondu Zaur Rzayevin müalicə xərclərini üzərinə götürdü .....                        Motosikletlə avtoxuliqanlıq etdi, həbs olundu .....                       
23-09-2022, 18:58
Ermənilər Xocalıda tələ minalar basdırıb


Ermənilər Xocalıda tələ minalar basdırıb

Xocalıda erməni hərbi birləşmələri tərəfindən basdırılmış tələ-mina aşkarlanıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir. Erməni hərbi birləşmələri tərəfindən Xocalı rayonu istiqamətində basdırılmış Ermənistanda istehsal edilmiş piyada əleyhinə PMN-Э minalarından ibarət beş ədəd tələ-mina aşkar edilib. Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.



23-09-2022, 18:56
DİN Şabrandakı qəza ilə bağlı məlumat yaydı


DİN Şabrandakı qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Şabrandakı ağır qəza ilə bağlı məlumat yayıb. Qurumdan verilən məlumata görə, hadisə sentyabrın 22-də saat 18 radələrində Şabran rayonunun Aygünlü kəndi ərazisində qeydə alınıb. Şəhər sakini Q.Seyidovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Sumqayıt şəhər sakini X.Haşimovanın idarə etdiyi “Chevrolet” markalı avtomobil toqquşub. Nəticədə mikroavtobusun sürücüsü və 4 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Aqil Ələkbərov orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
23-09-2022, 18:53
FHN-dən hava ilə bağlı əhaliyə xəbərdarlıq


FHN-dən hava ilə bağlı əhaliyə xəbərdarlıq

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. FHN-in Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir: "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 23-dən 24-nə keçən gecədən başlayaraq tədricən ayın 26-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bir sıra ərazilərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü külək zamanı baş verən yanğının sürətlə yayılma riskini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Bundan əlavə, yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir".
23-09-2022, 18:48
Ermənilərin məqsədi köçkünlərin öz yurdlarına qayıtmasını əngəlləməkdir - XİN


Ermənilərin məqsədi köçkünlərin öz yurdlarına qayıtmasını əngəlləməkdir - XİN

"Məlum olduğu kimi, ötən ilin sentyabr ayında Azərbaycan Ermənistana qarşı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya üzrə dövlətlərarası iddialar qaldırıb. Məhkəmə Azərbaycanın verdiyi vəsatətlər əsasında 7 dekabr 2021-ci il tarixində Ermənistana qarşı müvəqqəti tədbirlərə dair yekdilliklə qərarlar qəbul edib. Belə ki, məhkəmə Ermənistana, Azərbaycan vətəndaşlarına və Azərbaycan əsilli şəxslərə qarşı təşkilatlar və fərdlər də daxil olmaqla, Ermənistan ərazisində nifrət nitqi zəminində irqi ədavətin təşviqi və qızışdırılmasının qarşısını almaq üçün bütün zəruri tədbirlərin görülməsini, habelə mübahisəni gərginləşdirə və ya uzada biləcək, o cümlədən həllini çətinləşdirə biləcək hərəkətlərdən çəkinmək tapşırığını verib". Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi 1965-ci il “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiya üzrə Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilmiş yeni müraciətinə dair sorğu ilə bağlı cavabında bildirilib. Qeyd edilib ki, məhkəmənin bu qərarının qəbul edilməsinə əsas Ermənistan tərəfindən revanşist, azərbaycanlılara qarşı nifrət nitqi və zorakı çağırışlar edən şəxslərin və etnik-milliyyətçi qrupların (əsasən VOMA, POGA və sair) məsuliyyətə cəlb edilməməsi, onların fəaliyyətinin bəzi hallarda Ermənistanın dövlət orqanları tərəfindən təşviq edilməsi, təşkilat fəallarının mükafatlandırması ilə bağlı Azərbaycan tərəfindən təqdim edilmiş dəlil və sübutlar olub: "Məhkəmənin bu qərarlarına baxmayaraq, Ermənistan 2022-ci ildə öhdəliklərini kobud şəkildə pozmağa davam etmiş, ölkə ərazisində revanşist, azərbaycanlılara qarşı nifrət nitqi və zorakı çağırışlara qarşı heç bir əməli tədbirlər görülməmiş, hərbiləşmiş qanunsuz birləşmələr Azərbaycana və azərbaycanlılara qarşı fəaliyyətlərini davam etdirmişdir. Onu demək kifayət edir ki, cari ilin aprel ayından başlayaraq Ermənistanda ölkədaxili nümayişlər zamanı səsləndirilən və azərbaycanlılara qarşı yönəlmiş əsas şüar “Türksüz Ermənistan” olub. Eyni zamanda, Laçın şəhəri, rayonun Zabux və Sus kəndləri Azərbaycanın tam nəzarətinə keçməzdən öncə işğal dönəmində orada qanunsuz məskunlaşmış erməni əsilli şəxslər azərbaycanlılara qarşı etnik nifrətlərini azərbaycanlılara məxsus olmuş evlərin yandırılması, meşələrin məhv edilməsi ilə nümayişkaranə şəkildə göstərmişdir. Ermənistan hökuməti bu halların qarşısını almaq və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxsləri məsuliyyətə cəlb etmək istiqamətində bugünədək heç bir əməlli tədbirlər görməyib. Bundan əlavə, Laçın rayonunda aparılan minatəmizləmə fəaliyyəti zamanı 2021-ci ildə Ermənistanda istehsal olunmuş 1400-ə qədər mina aşkar olunmuşdur. Minaların basdırıldığı ərazilərin mütləq əksəriyyəti vaxtilə azərbaycanlıların yaşadıqları kənd və qəsəbələrdir. Bu təxribatın da əsas məqsədi məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasının qarşısını süni şəkildə ənəgəlləməkdir. Ermənistan tərəfindən beynəlxalq məhkəmənin 2021-ci ilin 7 dekabr tarixli qərarlarının kobud şəkildə pozulduğunu sübut edən bu dəlillər bu gün rəsmi olaraq beynəlxalq məhkəməyə təqdim edilmişdir.Azərbaycan, Ermənistan tərəfindən işğal dövrü zamanı törədilmiş, habelə hazırda törədilməsi davam edən cinayətlərə hüquqi qiymətin verilməsi üçün bütün mümkün beynəlxalq mexanizmlərdən istifadəni təmin edəcək".
23-09-2022, 18:40
Zaporojyedə güclü partlayış olub


Zaporojyedə güclü partlayış olub

Ukraynanın Zaporojye vilayətinin Melitopol şəhərində güclü partlayış olub. Bu barədə şəhərin meri İvan Fedorov bildirib. Mer qeyd edib ki, bu gün səhər saatlarında baş vermiş partlayış şəhərin mərkəzində hiss olunub. Xatırladaq ki, bu gündən etibarən Ukraynanın işğal altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı referendum keçiriləcək.
23-09-2022, 18:37
ABŞ Gürcüstana hərbi yardım göndərdi


ABŞ Gürcüstana hərbi yardım göndərdi

ABŞ Gürcüstana 11,5 milyon dollar dəyərində hərbi yardım göndərib. Bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, yardım "Strateji tərəfdaşlara dəstək" layihəsi çərçivəsində edilib. Yardım şəkilində Gürcüstana 26 ton hərbi avadanlıq təqdim olunub.
23-09-2022, 18:36
Azərbaycan Avropa liderlərinin görüşünə dəvət olundu


Azərbaycan Avropa liderlərinin görüşünə dəvət olundu

Avropa İttifaqı tərəfindən təşkil edilən Avropa Siyasi Birliyinin liderləri oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada görüşəcək. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bildirilir ki, iclasa İttifaqın 27 üzvü ilə yanaşı 17 ölkə dəvət olunub. Dəvət məktubları Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Çexiyanın Baş naziri, Avropa İttifaqının müddətli prezidenti Petr Fiala tərəfindən imzalanıb. İclasa dəvət olunan ölkələr Azərbaycan, Türkiyə, Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna və Britaniyadır.
22-09-2022, 22:37
Zelenski Səudiyyə kralına təşəkkür etdi


Zelenski Səudiyyə kralına təşəkkür etdi

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Bu barədə “Al Arabiya” məlumat yayıb .Zelenski Səudiyyə şahzadəsinə hərbi əsirlərin mübadiləsində göstərdiyi səylərə görə minnətdarlığını bildirib və krallığın bu prosesdə əsas rolunu qeyd edib. Salman Əl Səud ölkəsinin Ukrayna münaqişəsinin bütün tərəfləri arasında vasitəçi kimi səy göstərməyə hazır olduğunu bəyan edib. Zelenski Ukraynanın enerji təhlükəsizliyi, müharibədən sonrakı yenidənqurma və birgə investisiya layihələrini də müzakirə etdiklərini açıqlayıb. Rusiya ilə Ukrayna arasında sonuncu əsir mübadiləsi sentyabrın 21-də baş tutub. Rusiya 55 nəfəri, o cümlədən Vladimir Putinin xaç atası adlandırılan Viktor Medvedçuku geri qaytarıb. Ukrayna tərəfi 215 hərbi qulluqçu, o cümlədən Azov alayının döyüşçülərini qəbul edib.
22-09-2022, 22:35
“Həyat bahalaşıb, soydaşlarımız çətin vəziyyətdədir” - Makron


“Həyat bahalaşıb, soydaşlarımız çətin vəziyyətdədir” - Makron

Prezident Emmanuel Makron cümə axşamı bildirib ki, Fransada ərzaq və elektrik enerjisinin qiymətləri artıb, yaşayış minimumu qalxıb. Makron bunu BFMTV-yə müsahibəsində bildirib. "Həyat bahalaşıb, ona görə də soydaşlarımız çətin vəziyyətdədir. Ərzaq, enerji və s. qiymətləri artırmışıq. Əhalini qorumaq üçün tədbirlər görmüşük... Və hər kəs üzərinə düşəni etsə, bu qışdan sağ çıxa bilərik”. Prezident deyib ki, bu yay Fransa hökuməti qarşıdan gələn qışda qıtlığın qarşısını almaq üçün elektrik enerjisi istehlakını 10% azaltmaq məqsədi ilə "enerji ehtiyatlılığı" proqramına başlayıb. O, hökuməti və şirkətləri enerji istehlakını azaltmaq üçün konkret planlar təqdim etməyə çağırıb.
22-09-2022, 22:31
Rusiyada saxlanılan etirazçılara çağırış vərəqələri verildi


Rusiyada saxlanılan etirazçılara çağırış vərəqələri verildi

Ötən gün Rusiyanın bir neçə şəhərində səfərbərliyə qarşı etiraz aksiyaları keçirilib. Butov.az xəbər verir ki, aksiyalar zamanı 38 şəhər üzrə 1400-dən çox insan saxlanılıb. Yerli KİV-in məlumatına görə, Moskva və Voronej şəhərlərində aksiyalar zamanı saxlanılan şəxslərə hərbi komissarlıqlar tərəfindən çağırış vərəqələri verilib. Bildirilir ki, saxlanılanlardan biri çağırış vərəqəsini imzalamaqdan imtina etdiyinə görə, onu cinayət işi ilə hədələyiblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında məsələyə belə münasibət bildirib: “Mitinqlərdə vətəndaşa orduya çağırış vərəqələrinin verilməsi praktikası qanuna zidd deyil”. Sentyabrın 21-də prezident Vladimir Putin Rusiyada qismən səfərbərlik elan edib. Səfərbərlik tədbirlərinin keçirilməsi haqqında fərman artıq Kremlin saytında dərc olunub. Daha sonra müdafiə naziri Sergey Şoyqu döyüş təcrübəsi olan, hərbi ixtisaslara malik rusların ehtiyatdan çağırılacağını bildirib. O, təxminən 300 min nəfərəin səfərbər olunacağını qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!