Nüşabə səni təbrik edirik! .....                        Zelenski Trampla danışıqlar apardı .....                        Makron Bakı və İrəvana dəstək ifadə etdi .....                        ABŞ-nin Zəngəzur dəhlizi təklifinə Ermənistandan reaksiya .....                        Tramp Rusiyaya 50 gün vaxt verdi .....                        Azərbaycan millisinin futbolçusu “Fənərbağça”da .....                        Paşinyan Makronla görüşdü .....                        Heydər Əliyev Fondu Zaur Rzayevin müalicə xərclərini üzərinə götürdü .....                        Heydər Əliyev Fondu Zaur Rzayevin müalicə xərclərini üzərinə götürdü .....                       
22-09-2022, 22:05
KTMT Baş katibi Azərbaycanla sərhədə gəldi


KTMT Baş katibi Azərbaycanla sərhədə gəldi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistan-Azərbaycan sərhədinə baş çəkib. Bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov bildirib. Onun sözlərinə görə, Zasın rəhbərlik etdiyi nümayəndə heyəti sərhəddə yerləşən Vayots Dzor bölgəsinə səfər edib. Zas orada yerli rəsmilər və hərbçilərlə görüşüb. Səfərin digər detalları hələlik məlum deyil.
22-09-2022, 22:01
Paşinyan Rəisi ilə sərhəd döyüşlərini müzakirə etdi


Paşinyan Rəisi ilə sərhəd döyüşlərini müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə görüşüb. Butov.az xəbər verir ki, görüş BMT Baş Assambleyası çərçivəsində baş tutub. Görüş zamanı Ermənistan-Azərbaycan sərhədində baş verən son insident müzakirə edilib. Rəisi İranın hadisələri diqqətlə izlədiyini qeyd edib. O bildirib ki, regiondakı bütün problemlər yalnız sülh yolu ilə həll edilməlidir. Xatırladaq ki, sentyabrın 12-13-də Ermənistan bütün sərhədboyu təxribat törədib. Bu təxribat nəticəsində baş vermiş döyüşlər nəticəsində Azərbaycan Ordusunun 80 hərbçisi şəhid olub, 281-i yaralanıb. Ermənistan tərəfi isə 207 hərbçisinin öldüyü və itkin düşdüyünü, 293 nəfərin yaralandığını bəyan edib.
22-09-2022, 21:58
Rusiya kanadalı məmurlara “stop” qoydu


Rusiya kanadalı məmurlara “stop” qoydu

Rusiya 87 Kanada vətəndaşının ölkəyə girişinə qadağa qoyub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata görə, siyahıda ölkənin ştat və ərazilərinin rəhbərləri, hərbçilər, Kiyevi silah və texnologiyalarla təchiz edən şirkətlərin rəhbərləri, ölkə fəalları yer alıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, Rusiya bu qadağanı Kanadanın sanksiyalarına cavab olaraq tətbiq edib.
22-09-2022, 21:54
Şabranda qəzaya düşənlər fəhlələr imiş - Hadisə yerindən video


Şabranda qəzaya düşənlər fəhlələr imiş - Hadisə yerindən video

Bu gün Şabran rayonunun Aygünlü kəndi ərazisində ağır yol qəzası baş verib. Mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 16 nəfər xəsarət alıb. Butov.az-ın əldə etdiyi məlumata görə, qəzaya düşən şəxslər meyvə bağlarında çalışan fəhlələr olub. Onlar Quba rayonundan qayıdarkən mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəzaya düşənlərdən bəziləri qadınlardır. Hadisə zamanı xəsarət alan şəxslər Şabran rayon sakinləridir. Qeyd edək ki, qəzada xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 1 nəfər ölüb, 2 nəfər Kliniki Tibbi Mərkəzə göndərilib. Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.

22-09-2022, 21:51
Maşın nömrələri elektron qaydada veriləcək


Maşın nömrələri elektron qaydada veriləcək

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə mövcud dövlət qeydiyyat nişanlarının rəqəm və ya hərf kombinasiyaları üzrə dövlət qeydiyyat nişanları veriləcək. Butov.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən "Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mərkəzi informasiya sistemi haqqında Əsasnamə"də əksini tapıb. Sistem vasitəsilə nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi barədə elektron talonların tərtib olunması, habelə dövlət texniki baxışı zamanı nəqliyyat vasitələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavədə nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildirişlərin verilməsi, eləcə də dövlət texniki baxışından sonra beynəlxalq sərnişin və yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sahiblərinin müraciəti əsasında onlara, həmçinin kağız daşıyıcıda dövlət texniki baxış talonu da veriləcək.
22-09-2022, 21:48
İrandakı aksiyalarda ölənlərin sayı 30-u keçib


İrandakı aksiyalarda ölənlərin sayı 30-u keçib

“Iran Human Rights” qeyri-hökumət təşkilatı ölkədə davam edən etiraz aksiyaları zamanı ölənlərin sayını açıqlayıb. Butov.az xəbər verir ki, təşkilatın yaydığı məlumata görə, İranda 6 gündür davam edən aksiyalarda azı 31 nəfər həlak olub. Ölü sayının artacağı istisna edilmir.
22-09-2022, 21:43
Sürücülük imtahanları ilə bağlı yenilik


Sürücülük imtahanları ilə bağlı yenilik

Nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə təşkil ediləcək. Butov.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən "Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mərkəzi informasiya sistemi haqqında Əsasnamə"də əksini tapıb. Əsasnaməyə əsasən, sistem vasitəsilə nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanların təşkili, sürücülük vəsiqələrinin doldurulması və verilməsi həyata keçiriləcək.
22-09-2022, 21:29
Daşqınlar böyük faciəyə səbəb oldu - 324 nəfər ölüb


Daşqınlar böyük faciəyə səbəb oldu - 324 nəfər ölüb

Cari ilin iyulun 1-dən Pakistanın Sind əyalətində baş verən daşqınların səbəb olduğu xəstəliklərdən 324 nəfər həyatını itirib. Butov.az xəbər verir ki, rəsmilər daşqından zərər çəkmiş bölgələrdə ishal, malyariya və dəri xəstəliklərinin artdığını bildiriblər. Daşqınlar səbəbindən əyalətdə evlərindən didərgin düşmüş 500 mindən çox insan düşərgələrdə yaşamağa davam edir. Daşqınlardan sonra bir çox şəhər və rayonlarda sular hələ də çəkilməyib. Mövcud vəziyyət əhalinin xəstəxanalara çıxışına mənfi təsir göstərir, tibbi ləvazimat və dərman vasitələri ilə təminatda problemlər yaradır.
22-09-2022, 21:27
Sabahdan hava pisləşir - Sulu qar yağacaq


Sabahdan hava pisləşir - Sulu qar yağacaq

Sentyabrın 23-dən Azərbaycanda havanın temperaturu iqlim normasından bir qədər aşağı enəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 23-dən 24-nə keçən gecədən başlayaraq şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-28 m/s, 24-ü axşam, 25-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Sentybarın 25-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 10°-dək aşağı enəcəyi, 24-də 23-25°, 25-də isə 20-22° isti olacaq. Azərbaycanın rayonlarında bir neçə gün davam edən isti və mülayim hava şəraitindən sonra sentyabrın 24-ü şimal və şərq rayonlardan başlayaraq havanın dəyişəcəyi, 26-dək qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, 24-dən 25-nə keçən gecə yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-12° aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
22-09-2022, 21:25
Bakıda "BMW" yandı


Bakıda "BMW" yandı

Bakı şəhərinin Sabunçu rayonunda "BMW" markalı minik avtomobilinin yanar hissələri yanıb. FHN-dən verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!