Sarkisyan və Köçəryana təklif edirəm: siyasətdən getsinlər! - Rubinyan .....                        Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət .....                        Təqaüd kartından pul oğurlayan şəxs saxlanıldı .....                        Dövlət qulluğuna qəbul imtahanlarına hazırlaşan namizədlərin nəzərinə .....                        Rusiyaya xəbərdarlıq edildi: “Vuracağıq” .....                        Tramp Qəzza üçün yeni plan hazırlayıb - TƏFƏRRÜAT .....                        Prezidentin BMT-dəki çıxışı - TAM MƏTN .....                        Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq .....                        Gəlin, birlikdə ədalətin selektiv olmadığı bir dünya quraq - PREZİDENT .....                       
2-04-2025, 11:47
Ağdamda mina partladı - Yaralı var


Ağdamda mina partladı - Yaralı var

İşğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində 2 aprel tarixində mina hadisəsi baş verib.
Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
1968-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Nurəddin Feyzi oğlu heyvan otararkən keçmiş təmas xəttində, minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
2-04-2025, 11:21
İlham Əliyev Ştaynmayerlə geniş tərkibdə görüşdü


İlham Əliyev Ştaynmayerlə geniş tərkibdə görüşdü

Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib. Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

-Cənab Prezident, əziz qonaqlar, xoş gəlmisiniz. Sizə burada yaxşı vaxt keçirməyi arzulayıram. Bizim elə indicə cənab Prezidentlə məhsuldar görüşümüz oldu. Görüş zamanı biz ikitərəfli gündəliyə daxil olan geniş, əhatəli məsələləri, eləcə də beynəlxalq məsələləri müzakirə etdik. Almaniya Prezidentini Azərbaycanda qəbul etməkdən çox məmnunam. Bildiyiniz kimi, bizim mütəmadi təmaslarımız olub. Biz keçən il Berlində görüşmüşdük və mən dəvətimi qəbul etdiyinizə görə Sizə minnətdaram. Əminəm ki, səfər çox faydalı, məhsuldar olacaq və bizim ikitərəfli əlaqələrimizə yeni təkan verəcəkdir. Xoş gəlmisiniz, cənab Prezident.

Prezident Frank-Valter Ştaynmayer dedi: Təşəkkür edirəm, cənab Prezident. Səmimi dəvətinizə görə təşəkkür edirəm. İcazə verin bildirim ki, uzun illərdən sonra yenidən Azərbaycanda olmaq xoşdur. Sonuncu səfərim xarici işlər naziri qismində 2016-cı ildə oldu. Ötən 9 ildə geosiyasi dəyişikliklərə gəlincə, bu, əbədiyyət kimi görünür. Lakin düzünü söyləsək, mən təxminən iki il bundan əvvəl Azərbaycan ərazisində - Xəzərin şərq hissəsində olmuşam. Sizin Aktaudakı logistika mərkəzini ziyarət edərkən və Azərbaycan gəmisinə minərkən mən öyrəndim ki, bu gəmi Azərbaycan ərazisidir. Ona görə də buraya, Bakıya yenidən qayıtmaq və bu günlərdə zəruri olan çox geniş fikir mübadiləsi aparmaq üçün imkana malik olmaq xoşdur.

X X X

Görüşdə Orta Dəhliz layihəsi və bu layihədə Azərbaycanın rolu, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi, yaşıl enerji ilə bağlı əməkdaşlığa toxunuldu. COP29-un Azərbaycanda yüksək səviyyədə təşkil edildiyi və həmin tədbir zamanı iqlim gündəliyi ilə bağlı mühüm nəticələrin əldə olunduğu vurğulandı.
Söhbət zamanı humanitar əlaqələrin inkişafına toxunuldu. Alman icmasının uzun illər Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşaması və onlara dövlət səviyyəsində göstərilən yüksək diqqət qeyd edildi.
2-04-2025, 10:18
Prezidentlərin təkbətək görüşü başladı


Prezidentlərin təkbətək görüşü başladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başlayıb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məəlumat yayıb.
2-04-2025, 10:10
Mətbuat Şurası “Kanal S”lə bağlı məlumat yaydı


Mətbuat Şurası “Kanal S”lə bağlı məlumat yaydı

"Sön dövrlər Azərbaycanın televiziya məkanında efir mədəniyyətinə riayət edilməməsi, ayrı-ayrı teleaparıcıların, veriliş iştirakçılarının etik qaydaları və ümumi normaları pozması halları artıb. “Kanal S” telekanalının yayımında yaşananlar da bu baxımdan diqqət çəkməkdədir".
Bu, Azərbaycan Mətbuat Şurasının Etika Komissiyasının "Kanal S" kanalında baş verənlərlə bağlı yaydığı məlumatda yer alıb.
"Telekanalda veriliş aparıcısı olan hər bir şəxs jurnalist statusundadır. Jurnalist isə iddialı danışıq tərzindən uzaq durmalı, səsinin tonunu yüksəltməməli, mimika və jestikulyasiyalarına diqqət yetirməli, konkretliyi qorumalı, qıcıqlandırıcı ifadələr işlətməməli, aşırı şəxsi mövqe və fikir nümayişindən çəkinməli, müsahiblərinə, çağrılmış qonaqlara hörmət və nəzakətlə yanaşmalı, onlara münasibətdə qınayıcı, linçedici mövqe tutmamalıdır.
Aparıcı-jurnalist nəzərə almalıdır ki, istənilən mövzudakı müzakirəni adi məişət səviyyəsinə endirmək, bayağılaşdırmaq eybəcər mənzərə və efir kirliliyi doğurur. Bu isə media peşəkarlığına tamamilə ziddir. Təəssüf ki, “Kanal S”in aparıcısı Nigar Fərhadın təqdimatında vurğuladığımız cəhətlər qətiyyən nəzərə alınmadı. O, özünün yolverilməz tərzi, ümumi dəyərlərə zidd davranış ilə geniş ictimaiyyətin narazılığına, hətta qəzəb və hiddətinə səbəb oldu.
Bütün bunları nəzərə alan Azərbaycan Mətbuat Şurasının Etika Komissiyası “Kanal S” telekanalının efirində yaşananlardan həm təəssüfləndiyini bildirir, həm də baş verənləri qətiyyətlə pisləyir. Komissiya bu qənaətdədir ki, sözügedən telekanalın rəhbərliyi belə xoşagəlməzliklərin qarşısını almalı, yolverilməz təqdimatların gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməlidir.
Komissiya, həmçinin, ümumən Azərbaycan teleməkanına məsul şəxsləri ictimai maraq və mənafelərin müdafiəsinin vacibliyi prinsipini rəhbər tutaraq, aparıcı seçimi, ekran etikası və efir məsuliyyəti məsələlərinə həssas yanaşmağa, sensasiya xatirinə əxlaq və davranış qaydalarının heçə sayılması təmayüllərinə, mənəvi dəyərlərdən uzaq hərəkətlərin adiləşməsinə, habelə cəmiyyətin axarına və dinc yaşam nornalarına qarşı təhdid mahiyyəti daşıyan hallara biganə qalmamağa çağırır", - məlumatda qeyd olunub.
2-04-2025, 10:06
İlham Əliyev Almaniya Prezidentini qarşıladı - FOTO + VİDEO


İlham Əliyev Almaniya Prezidentini qarşıladı - FOTO + VİDEO

Aprelin 2-də Almaniya Federativ Respublikasının
Prezidenti Frank-Valter Ştaynmayerin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Almaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri və birinci xanım Elke Büdenbenderi qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Almaniya Prezidentinə raport verdi.
Almaniya Federativ Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.









1-04-2025, 23:41
TARIXI-MEMARLIQ ABIDƏLƏRI ILƏ ZƏNGIN BUXARA


Şoxijahon Urunov
Buxara Dövlət Pedaqoji İnstitutunun
4-cü kurs tələbəsi


TARIXI-MEMARLIQ ABIDƏLƏRI ILƏ ZƏNGIN BUXARA

BUXARA – QƏDIM VƏ TARIXI-MEMARLIQ ABIDƏLƏRI ILƏ ZƏNGIN OLAN GÖZƏL ŞƏHƏRLƏRDƏN BIRIDIR


Buxara dünyanın ən qədim və zəngin tarixi-mədəni irsə malik şəhərlərindən biridir. 1997-ci ildə şəhərin 2500 illik yubileyi beynəlxalq səviyyədə qeyd olunmuşdur. Buxara adı ilk dəfə IX əsr tarixçisi Nərşəxi tərəfindən qeyd edilmişdir. Bir çox tarixçi və dilçi alimlərin fikrincə, “Buxara” sözü sanskrit dilindəki “vixara” sözündən yaranmışdır və “qalа” mənasını ifadə edir. Qədim dövrlərdə şəhər “Nümicqat” və “Faxira” adları ilə də tanınmışdır. Buxara erkən orta əsrlərdən etibarən sənətkarlıq və ticarət mərkəzlərindən biri olmuşdur. Burada istehsal olunan məhsullar Asiya və Avropa ölkələrinə ixrac edilirdi. Ərəb işğalı dövründə şəhər “Madinat at-Tüccar” (“Tacarlar şəhəri”) və ya “Madinat as-Sufriya” (“Mis şəhəri”) kimi tanınırdı. 1996-cı ildə UNESCO Buxaranı dünya mədəni irsinə daxil edilmiş şəhərlər siyahısına əlavə etmiş və qoruma altına aldığını elan etmişdir.

Qədim Buxara tarixçilər və səyyahlar tərəfindən “şeir və əfsanələr şəhəri” adlandırılmışdır. Bu qədim şəhərin hər küçəsi, xiyabanı, meydanı və abidələri keçmişin izlərini yaşadır. Uca minarələr, tarixi məkanlar və qədim əşyalar insan zəkasının möhtəşəmliyini əks etdirir. Şərq və Qərbdə Buxara “açıq səma altında muzey, möhtəşəm tarixin parlaq aynası” kimi tanınır. Qədim Buxaranın Ərk qalasında yalnız hökmdarlar deyil, həm də böyük alimlər, şairlər və filosoflar yaşamış və qiymətli irs qoymuşlar. Buxara mədəniyyətinin ən parlaq dövrlərində burada Rudəki, Firdovsi, Əbu Əli İbn Sina, Fərabi, Ömər Xəyyam kimi dahilər fəaliyyət göstərmişdir. İbn Sina Buxara haqqında belə yazırdı: "...Bu yerin kitabxanasında elə kitablar tapdım ki, onları nə əvvəllər, nə də sonralar heç bir yerdə görmədim. Onları oxuduqca mənə dünyanın sirrləri açıldı..."
Arxeoloji qazıntılar nəticəsində alimlər bu qədim şəhərin eramızdan əvvəl bölgənin iqtisadi və mədəni həyatında mühüm rol oynadığı qənaətinə gəlmişlər. Tarixi mənbələrə görə, Buxara Çin ilə Roma arasındakı Böyük İpək Yolunun ən vacib kəsişmə nöqtələrindən biri olmuşdur. VIII əsrdə ərəb işğalı nəticəsində Buxarada İslam dini yayılmış və şəhər zaman keçdikcə mühüm dini mərkəzə çevrilmişdir. Buxara o dövrdən etibarən “Buxarayi-Şərif” (“Müqəddəs Buxara”) kimi tanınmağa başlamışdır. Buxara təkcə tarixi və dini baxımdan deyil, həm də siyasi-iqtisadi, mədəni-humanitar və diplomatik əlaqələri ilə də seçilən qədim şəhərlərdən biridir. Özbəkistan müstəqillik əldə etdikdən sonra, ata-babalarımızın mirasını qorumaq və inkişaf etdirmək üçün böyük səylər göstərilmişdir. Ölkədə İmam Buxari, İmam Tirmizi, Bahauddin Nəqşbənd, İmam Maturidi, Burhanəddin Mərğənani kimi böyük alimlərin adları yenidən canlandırılmış və onların irsinin öyrənilməsinə xüsusi diqqət ayrılmışdır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin diqqəti nəticəsində tarixi və dini abidələrin bərpası istiqamətində geniş miqyaslı işlər aparılmışdır. Dövlət başçısı Buxara bölgəsinə səfərlərindən birinə Bahauddin Nəqşbəndin məqbərəsini ziyarət etməklə başlamışdır. Burada müqəddəs yerlərin abadlaşdırılması və ziyarətçilər üçün daha əlverişli şərait yaradılması istiqamətində göstərişlər verilmişdir.
Özbəkistan bu gün turizmin inkişafına böyük önəm verir və əcnəbi turistləri Buxara, Səmərqənd və Xivə kimi tarixi şəhərlərə cəlb etmək üçün geniş tədbirlər həyata keçirir. 2019-2025-ci illər üçün turizmin inkişafı konsepsiyası qəbul edilmiş və bu çərçivədə elektron vizaların verilməsi və viza rejiminin sadələşdirilməsi kimi addımlar atılmışdır. Buxaranın tarixi hissəsində böyük abadlıq işləri aparılmaqdadır. Burada qədim sənətkarlıq məhəlləsi yaradılacaq, Poyi Kalan və Mir Ərəb mədrəsələri bərpa ediləcək, şəhərin bəzi küçələri genişləndirilərək turistlər üçün gəzinti zonalarına çevriləcəkdir.
Buxara təkcə tarixi və dini abidələri ilə deyil, həm də zəngin mədəni irsi və inkişaf etmiş turizm infrastrukturu ilə dünya miqyasında diqqət çəkən bir şəhərdir. Qədim şəhər bu gün də özünün əzəmətini qoruyaraq, keçmişi və gələcəyi birləşdirən mədəniyyət mərkəzi kimi fəaliyyətini davam etdirir.



1-04-2025, 22:47
Sexdə güclü yanğın - Hadisə yerindən görüntülər


Sexdə güclü yanğın - Hadisə yerindən görüntülər

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 5 000kv.m olan şüşə istehsalı sexinin ərazisində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən sexin digər sahələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sexin əritmə sobası ətrafında 150 kv.m. sahə yanıb.
Sexin böyük hissəsi yanğından mühafizə olunub.

1-04-2025, 22:16
Zəlzələ bölgəsi üçün 500 milyon dollar maliyyə cəlb edilib


Zəlzələ bölgəsi üçün 500 milyon dollar maliyyə cəlb edilib

Türkiyə hökuməti 2023-cü ilin dağıdıcı zəlzələsindən zərər çəkmiş vilayətlərdə məşğulluq səviyyəsinin saxlanılması və artırılması məqsədilə əlavə 500 milyon dollar xarici maliyyə cəlb edib.
Bu barədə ölkənin xəzinə və maliyyə naziri Mehmet Şimşek məlumat verib.
“Biz kütləvi fəlakətin mənfi nəticələrini aradan qaldırmağa və fəlakət zonalarının bərpasının sürətləndirilməsinə çalışırıq”, - deyə o, qeyd edib.
Onun sözlərinə görə, fəlakət zonalarının ehtiyacları üçün Türkiyə hökumətinin zaminliyi altında Dünya Bankının xətti ilə vəsait ayrılıb. Zəlzələ nəticəsində zərər çəkmiş vilayətlərlə yanaşı, bu vəsaitdən fəlakət zonaları ilə həmsərhəd yeddi digər vilayət də yararlana bilər.
“Yeni vəsait axını hesabına şirkətlərə uzunmüddətli kredit ayrılacaq ki, bu da yeni iş yerlərinin açılmasına stimul verəcək. Əsas hədəfimiz Türkiyənin bu hissəsində sənaye istehsalının və ixracın həcmini artırmaqdır”, - deyə maliyyə naziri vurğulayıb.
1-04-2025, 21:49
Bakıdakı uşaq sığınacağında virus yayıldı


Bakıdakı uşaq sığınacağında virus yayıldı

Azərbaycan Uşaqları" İctimai Birliyinin
sığınacağında səkkiz uşaq virusa yoluxub.
Bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
Virusa yoluxan uşaqlar xəstəxanaya yerləşdiriliblər. Altı uşaq isə sığınacaqda müalicə alır.
K.Ağazadə yazıb: "Özünüzü virusdan qoruyun. 2 uşağımız xəstəxanada, 6 uşağımız isə sığınacaqda müalicə alır. Daha 24 uşaq yoluxmağa namizəddir. 14 uşağımız yaxşı ki, sanatoriyadadır".
1-04-2025, 20:37
Kadırovun oğluna yeni vəzifə verildi


Kadırovun oğluna yeni vəzifə verildi

Çeçenistan rəhbəri Ramzan Kadırov 17 yaşlı oğluna yeni vəzifə verib.
Adam Kadırov Çeçenistan Daxili İşlər Nazirliyinin kuratoru olub.
DİN əməkdaşlarına təqdimatdan sonra Çeçenistan rəhbərinin oğlu səkkiz “fərqlənən əməkdaş”a “Çeçenistan Qəhrəmanı” medalı təqdim edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!