Bakıdakı sürücülərin nəzərinə! .....                        İsrail zərbə endirdi .....                        Paşinyan İlham Əliyevə təşəkkür etdi .....                        Putin liderlərlə bir araya gəldi .....                        Bəzi təkliflərdən sonra futbolçuların başı gedir - Qurban Qurbanov .....                        Ukraynadan qaçan biznesmen bu ölkədə tapıldı .....                        Azərbaycana QIŞ GƏLDİ .....                        Kolumbiyada zənginlərdən əlavə vergilər alınacaq .....                        Bu suallar Putinin xoşuna gəlmədi .....                       
14-06-2025, 21:18
İranın qaz yatağı vuruldu


İranın qaz yatağı vuruldu

İsrail pilotsuz təyyarələri Cənubi Pars qaz yatağına hücum edib.
Bu barədə "Tasnim" məlumat yayıb.
Ölkənin qaz sektorunda iki partlayış baş verib ki, ilkin araşdırmalara görə, bu partlayış pilotsuz təyyarələrin hücumu nəticəsində olub.
Hücumlar Fəcr Cam neft emalı zavodunu hədəf alıb. Cənubi Pars Faza 6 və 8-də hasil edilən qazın bir hissəsi, o cümlədən “Nar” və “Kənqan” yataqlarında hasil edilən qazın bir hissəsi təmizlənmək üçün NEZ-ə göndərilir.
14-cü mərhələ neft emalı zavodunda baş verən yanğının söndürülməsi istiqamətində görülən çevik tədbirlər alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.
Bildirilib ki, dörd Cənubi Pars blokundan birində baş verən yanğın 14 saylı platformadan 12 milyon kubmetr qaz hasilatını bərpa olunana qədər müvəqqəti olaraq dayandırıb.
14-06-2025, 21:17
Bakı klubu baş məşqçisi ilə yollarını ayırdı


Bakı klubu baş məşqçisi ilə yollarını ayırdı

"Sabah" futbol klubu baş məşqçisi Vasili Berezutski ilə yollarını ayırıb.
Klubdan verilən məlumata görə, müqaviləyə ailəvi səbəblərlə əlaqədar olaraq qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, “Sabah” klubu tərəfindən mütəxəssisin ailəsinə ən xoş arzular çatdırılıb, həyat yoldaşına tezliklə sağalmağı və möhkəm can sağlığı arzulanıb.
14-06-2025, 20:23
Ərdoğan İlham Əliyevə zəng etdi


Ərdoğan İlham Əliyevə zəng etdi

İyunun 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı İran İslam Respublikası və İsrail Dövləti arasında vəziyyətin gərginləşməsi ilə bağlı narahatlıq ifadə olunub. Dövlət başçıları gərginliyin tezliklə aradan qaldırılmasının vacibliyini qeyd edərək, məsələlərin danışıqlar yolu ilə həllinin önəmi vurğulayıblar.
Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin gündəliyinə dair məsələlər barədə fikir mübadiləsi aparıblar.
Telefon danışığı əsnasında dövlət başçıları gələcək təmaslarla bağlı məsələlərə də toxunublar.
14-06-2025, 20:04
Təyyarələrimiz tezliklə İran səmasında olacaq - Netanyahu


Təyyarələrimiz tezliklə İran səmasında olacaq - Netanyahu

"İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarələri tezliklə Tehran səmasında peyda olacaq və İrandakı rejimin hər bir obyektinə və hədəfinə zərbə endirəcək".
Bu barədə Baş nazir Benyamin Netanyahu videomüraciət zamanı bildirib.
O əlavə edib ki, İsrailin endirdiyi zərbələr Tehranın nüvə proqramını "bir neçə il dala atıb".
14-06-2025, 20:03
Borçalıdan gələn səs

Cəlal YADİGARLI,

Tiflis Dövlət Universitetinin tələbəsi

Borçalıdan gələn səs

Cəlal Yadigarlı 18 may 2003-cü ildə Gürcüstanda, Dmanisi(Başkeçid) rayonunun Yırğançay kəndində anadan olub. Orta məktəbi Yırğançayda bitirdikdən sonra, 2021-ci ildə İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinə qəbul olub. Tarix ixtisası üzrə təhsil alır. Hələ uşaqlıq yaşlarından ədəbiyyata və tarixə böyük marağı var. Dediyiniə görə, sazla yatıb, sazla qalxarmış. Sazı uşaqlıq oyuncağı hesab edir. Tiflisə gələndən sonra M.F.Axundov adına Azərbaycan mədəniyyət muzeyində saz kurslarına getməyə və klassik havaları öyrənməyə başlayıb. Şeir yazmaq ilhamını da elə sazdan alır. Barmaqları pərdələrə toxunanda misralar qəlbimə düzülür. Kiçik yaşlarından Türk mədəniyyətinin və tarixinin təbliğini qarşısına hədəf qoyub və bu yolda addımlayır. Bir çox tarixi-mədəni tədbirdə iştirak edib, Borçalı türkləri və türk milləti haqqında məqalələr yazıb. Bu gün onun bir neçə şeirini oxucularımıza təqdim edirk:
OĞLUYAM
Soyum aşikardı cümlə aləmə
Oğuz adlı bəyin, xanın oğluyam.
Çağ örtüb, çağ açan sultan Fatihin,
İstanbul fəth olan danın oğluyam.

Atam Çağrı bəydi Xorasan şahı,
Anam Ağca xatun göylərin mahı,
Haqq bilib, Haqq sayan uca Allahı
İslama adanan canın oğluyam.

Dirçəliş cənginin sərazəriyəm,
Nə tatar, nə monqol, nə azəriyəm,
Səlcuqlu mülkünün göy Xəzəriyəm
Şərəfin, şöhrətin, şanın oğluyam.

Altay torpağından yoğrulub mayam,
Özüm bir orduyam, ləşkərə tayam,
Nə alban, nə əcəm, nə də ki hayam,
Kürşadda çağlayan qanın oğluyam.

Sultan Alparslanın şah zəfəriyəm,
Avşaram, Qacaram, həm Səfəviyəm,
Altaydan Tunaya bir səfəriyəm,
Aralın, Göyçənin, Vanın oğluyam.

Nəsli tükənməyib Çini aşanın,
Dəryatək çağlayıb, coşub, daşanın,
Bir vəsiyyəti var Ənvər Paşanın
Turanı gözləyən anın oğluyam.

Osmanoğulları gələcək geri,
Düşəcək Asyada zalimin səri,
Məşriqdən Məğribə dolansan yeri,
Türk qoxan hər səmtin, yanın oğluyam

Mən Yadigarlıyam, Borçalı yurdum,
Bircə himə bənddi Təbrizdə ordum,
Musulda, Kərkükdə dirilir qurdum,
Orhunda gövhəri-kanın oğluyam.

SAZIM
Sinəm üstə dillən sazım, din sazım,
Qoy telində Şərqin qəmi dillənsin.
Məclislər qur ocaqların başında,
Türkün nəsli obalansın, ellənsin.

Bəmə enmə bu fəryadı zilə çək,
Mizraba çək, pərdəyə çək, telə çək,
Al ruhumu ulu ərşə elə çək,
Gözüm yaşı dərya kimi sellənsin.

Ruhani çal dədələrin dilindən
İsyan qaldır Çağrı bəyin elindən
Əsli, soyu Oğuz xanın belindən
Olan oğul nişanından bəllənsin.

Barmaqlardan süzüləndə bal sazım,
Əllərimdə xəyallara dal sazım,
Hər dərdimi pərdə-pərdə çal sazım,
Qəlbim başı tel-tel olsun tellənsin.

Yadigarlı, yolunu get Kürşadın,
Quran olsun Haqq yolunda ərşadın,
Sazlı-sözlü bir ozanın, dilşadın
Qapısında gülün bitsin güllənsin.


YAXŞIDI
İnsanoğlu üç-beş günlük dünyada,
Halal süddən maya tutsa yaxşıdı.
Dara düşsə namərd əli tutmaqdan,
Bir arxalı qaya tutsa yaxşıdı.

Haqq duyula söhbətində, sözündə,
Dünya malı sər olmaya gözündə,
Ömrü boyu bir üz ola üzündə,
Xislətini saya tutsa yaxşıdı.

Yadigarlı Haqdan bulur dayağı
Oğul yaşar atasının sayağı
Ədəb ola hər insanın mayağı
El içində haya tutsa yaxşıd.

ATA OCAĞI
Gözüm yox dünyanın saraylarında,
Dünyamın gözüdü ata ocağı.
Dizimin taqəti, dilimin andı,
Sinəmin közüdü ata ocağı.

Bu qərib könlümün vətəni, eli,
Anamın zəhmətdən qabaran əli,
Atamın kəm qalan həftəsi, ili
Ömrün sərt üzüdü ata ocağı.

Sözün qüdrətindən olmuşam əmin,
Qəmlər oylağıdı üstü sinəmin,
Doxsanı ötürən qarı nənəmin,
Vəsiyyət sözüdü ata ocağı.

Yadigarlı, Haqqı belə bilmişəm,
Düşmüşəm dəryaya selə bilmişəm,
Atasız qalandan elə bilmişəm,
Atamın özüdü ata ocağı.

QALACAQ
Bir gün yağış məzarımı döyəndə,
Nə bu sevinc, nə bu həvəs qalacaq.
Sovrulacaq köksümdəki duyğular,
Torpaq altda bir don nəfəs qalacaq.

Ayaz nə vaxt göynədərsə əlləri,
Bəyaz geyir Başkeçidin elləri,
Şaxta vursa qəbrim üstə gülləri,
İntizarım yenə əbəs qalacaq.

Yadigarlı, çək gəmini dəryadan,
Ölüm Haqdır yetişəcək şər ya dan,
Son günündə qalsa sənə dünyadan,
Bir arşın ağ, bir dar qəfəs qalacaq.






14-06-2025, 18:53
Birgə hərbi təlimlər başlayır


Birgə hərbi təlimlər başlayır

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçiriləcək "Xəzri-2025" birgə taktiki təlimi üçün Azərbaycan HDQ-nin gəmiləri və şəxsi heyəti Bakıdan yola düşüb.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edək ki, Xəzər dənizinin Qazaxıstan Respublikasına məxsus ərazi sektorunda keçiriləcək birgə taktiki təlimin məqsədi Azərbaycan və Qazaxıstan hərbi dənizçilərinin peşəkarlıqlarının daha da artırılması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
14-06-2025, 17:55
Bakıda dəhşətli qəza: Piyada avtobusun altında qaldı


Bakıda dəhşətli qəza: Piyada avtobusun altında qaldı

Bu gün saat 07:45 radələrində Həsən bəy Zərdabi küçəsində 18 saylı marşrut xətti üzrə avtobusun iştirakı ilə qəza baş verib.
Bu barədə daşıyıcı şirkət məlumat verib.
Belə ki, piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu qaçaraq keçən 2 nəfər saatda 30-35 kilometr sürətlə hərəkət edən avtobusun qarşısına qəfil çıxıblar. Bu zaman onlardan biri yıxılaraq yolun hərəkət hissəsində qalıb və nəqliyyat vasitəsinə çırpılıb. Ağır xəsarət alan şəxs xəstəxanaya aparılsa da, həyatını itirib.
Qəza anını əks etdirən görüntülər aidiyyəti qurumlara təqdim edilib.
Hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır.
14-06-2025, 17:51
İran casus adı ilə 5 nəfəri həbs etdi


İran casus adı ilə 5 nəfəri həbs etdi

İran hakimiyyəti Yəzd şəhərinin mərkəzində gizli obyektlərin fotolarını çəkməkdə və İsraillə əməkdaşlıq etməkdə şübhəli bilinən 5 nəfəri həbs edib.
İran həbs olunanların kimliyi və iddia edilən əməkdaşlığın mahiyyəti ilə bağlı əlavə təfərrüatlar açıqlamayıb.
14-06-2025, 17:47
Yeniyetmə dənizdə boğuldu


Yeniyetmə dənizdə boğuldu

Lənkəranın "Kiçik Bazar" adlanan ərazisində yeniyetmə dənizdə boğulub.
Hadisə yerinə dalğıc-axtarış qrupu cəlb olunub.
Batan yeniyetmənin meyiti sudan çıxararaq Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
14-06-2025, 17:39
İsrail öldürdüyü İran zabitlərinin fotolarını paylaşdı


İsrail öldürdüyü İran zabitlərinin fotolarını paylaşdı

İsrail ordusu İranın Silahlı Qüvvələrinin 20-dən çox yüksək rütbəli komandirinin zərərsizləşdirildiyini açıqlayıb.
Bu barədə İsrail ordusunun rəsmi "X" hesabı vasitəsilə paylaşım edilib.
Qeyd olunub ki, əməliyyat kəşfiyyat məlumatlarına əsasən keçirilib.
Nəticədə, İranın Kəşfiyyat Xidmətinin rəhbəri Qulam Reza Mərhabi, “Yer - Yer” tipli raketlərdən istifadə üzrə ixtisaslaşan hərbi birləşmənin komandanı Məhəmməd Baqeri, general Əmir Əli Hacızadə və digər yüksək vəzifəli İran hərbçiləri zərərsizləşdirilib.
Adıçəkilən şəxslərin hər biri yeraltı gizli qərargaha endirilən zərbələr nəticəsində öldürülüb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!