"Qarabağ" 5 min manat cərimələndi .....                        Bakıda daha 5 stansiya tikiləcək - ÜNVANLAR .....                        Evlərdən 12 min manatlıq qızıl oğurlandı .....                        “28 May”la “Nizami” arasında hərəkət yanvardan DAYANDIRILIR .....                        Xəzər rayonunda 17 min manatlıq mal-qara oğurlandı .....                        Qırğızıstan parlamenti özünü buraxdı .....                        55 nəfərin zəhərləndiyi toyla bağlı araşdırma aparılır .....                        Urmiya gölü tamamilə qurudu .....                        Sünnət toyunda zəhərlənənlərin sayı 50-ni keçdi - YENİLƏNİB .....                       
19-03-2025, 09:49
YURDUMUZA BAHAR GƏLİR


Zəkiyyə Musaqızı


YURDUMUZA BAHAR GƏLİR

Yurdumuza bahar gəlir İlahi,
Bu füsunkar bol nemətə min şükür.
Yerin-göyün tək Sahibi Pənahı,
Lütf etdiyin bu sərvətə min şükür.

Böyük-kiçik çillələrə əlvida,
Çətin anda Xızır çatır imdada,
Boz ay yetir abu-atəş, xak-bada,
Dörd ünsürə, Ol hikmətə min şükür.

Günəş doğar, şəfəq saçar gülümsər,
Ay dolanar sübhü açar gülümsər,
El-obalar xoş hal olar gülümsər,
Səmimiyyət, şərafətə min şükür.

Qar əriyər sular coşar çağlayar,
Ruh paklaşar, qanlar coşar çağlayar,
Sevənlər də əhdi peyman bağlayar,
Təmiz eşqə məhəbbətə min şükür.

Xoş diləklə səmənilər boy atar,
Süfrələrə, xonçalara rəng qatar,
Yurd-yuvalar tonqal qalar, od çatar,
Sevgi dolu hərarətə min şükür.

Qaranquşlar müjdə verər yaz gəlir,
Bənövşələr xəzəl altdan dirçəlir,
Durnalar da qatarlaşıb düz gəlir,
Qovuşduran kəramətə min şükür.

Dünya aləm sanki nağıl möcüzə,
Hər yan sehir gül qönçələr tər-təzə,
Budaqlardan çiçək yağır üz-gözə,
Quşlar ötər zildə-bəstə min şükür.

Könülləri bihuş edər xoş ətir,
Arılar da çiçəklərdən bal çəkir,
Gözəllərin əllərində gül çətir,
Bu zəriflik lətafətə min şükür.

Bulud axar, şimşək çaxar, göy gurlar,
Yer üzünə bar bərəkət nur damlar,
Qara şuma toxum düşər nübarlar,
Ruzi verən mərhəmətə min şükür.

Bu elə bir gözəllik ki, tükənməz,
Bu elə bir sevgidir ki, yenilməz,
Söyləməklə bitən deyil əl qərəz,
Bu möhtəşəm təbiətə min şükür.

Yaradandan ümmətə bir hədiyyə,
Novruz payı keçmişlərdən indiyə,
Ulu adət ənənədir Zəkiyyə,
Bu mübarək həqiqətə min şükür.

18-03-2025, 22:00
Xankəndi şəhərində Novruz bayramı qeyd olunur -


Xankəndi şəhərində Novruz bayramı qeyd olunur -FOTO

Xalqımızın qədim el bayramı Novruzun gəlişi Xankəndi şəhərində bayram şənliyi ilə qeyd olunur.


Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Xankəndi şəhərində Zəfər meydanında “Xankəndinin bahar nəğməsi” adlı konsert keçirilir. Yazın gəlişi Qarabağda, Xankəndidə diyarında böyük coşqu ilə qarşılanır.
Konsert şənliyində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, məsul şəxslər, mətbuat nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Tədbir iştirakçıları əvvəlcə meydan ərazisində Novruz atributları, milli ornamentlərlə bəzədilmiş Xankəndidə hazırlanan şirniyyatlara və əl işlərindən ibarət müxtəlif stendlərlə tanış olublar. Bayram təbrikləri səsləndirilib. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız qədim Novruz bayramını müstəqil, suveren, işğaldan azad olunmuş Azərbaycanın dörd bir yanında böyük qürur və ruh yüksəkliyi ilə qeyd edir. Artıq 5-ci dəfədir ki, Prezident bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayır. Prezident 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində, 2024-cü ildə Xankəndi şəhərində, bu gün 2025-ci il mart ayının 18-də isə Ağdərə rayonunun Həsənriz kəndində bayram tonqalını qaladı. Bu, böyük xoşbəxtlikdir.Novruz torpağın oyanması, ruhun təzələnməsi, həm də milli birlik bayramıdır. Böyük qürur hissi ilə deyə bilərik ki, özünün ən şanlı tarixini yaşayan müasir, suveren Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir. Bayram tədbirində Zəfər meydanında Novruz tonqalı alovlandırılıb. Ocaqlarımız yanar olsun!





18-03-2025, 18:39
Suqovuşan məscidindən yeni FOTOLAR


Suqovuşan məscidindən yeni FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak ediblər.
Eyni vaxtda 100-ə yaxın insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. Məscidin həyəti də yaşıllaşdırılıb. İbadət ocağının daxilində xüsusi bəzək elementlərindən istifadə olunub.
Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ilin martında bu ibadət ocağının təməlqoyma mərasimində iştirak ediblər.
Bu məsciddə yaradılan şərait bir daha təsdiqləyir ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının təşəbbüsünə və tapşırıqlarına əsasən, paytaxtda və ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, tarixi abidə və ziyarətgah inşa edilib və ya əsaslı şəkildə bərpa edilib.
Qeyd edək ki, işğal zamanı məscidlərimiz də vəhşiliklə dağıdılıb, 67 məsciddən 65-i məhv edilib. İşğaldan azad olunmuş ərazilərimizdə hazırda aparılan geniş quruculuq işləri çərçivəsində yeni məscidlərin inşası da mühüm yer tutur. Suqovuşan kəndindəki məscidin tikintisi eyni zamanda ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir.






18-03-2025, 18:17
Vardanyanın məhkəməsində kimlər ifadə verdi? - FOTO


Vardanyanın məhkəməsində kimlər ifadə verdi? - FOTO

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası martın 18-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
İclasın əvvəlində Ruben Vardanyanın müdafiəçisi Avraam Berman məhkəməyə vəsatət verərək iclas protokolları və onlara əlavə edilmiş audioyazı ilə tanış olmaq üçün şərait yaradılmasını xahiş edib.
İttiham tərəfi vəsatətə etiraz etməyib.
Hakim Zeynal Ağayev vəsatəti təmin edərək təqsirləndirilən şəxsə və müdafiəçiyə məhkəmə iclas protokolları ilə təkrarən tanış olmaq üçün şərait yaradılacağını bildirib.
Daha sonra iş üzrə zərərçəkmiş şəxslər dindirilib.
Zeynal Ağayev dindirmədən əvvəl zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib.
Ardınca zərərçəkmiş şəxslər Rahib Fətəliyev, Səxavət Rəcəbov, Fərid Məmmədov, Sənan Mirzəliyev, Samir Məlikov, Ceyhun Xankişiyev, Ələsgər Cəfərov, Səfa Məmmədov, Əliş Şamıyev, Eldar Hüseynov, Elvin Tağıyev və digərləri bildiriblər ki, onlar Ruben Vardanyanı media və sosial şəbəkələr vasitəsilə tanıyıblar, Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində – Kəlbəcər və Xocalı rayonlarında hərbi xidmətdə olarkən Ermənistanın hərbi təxribatı zamanı müxtəlif təyinatlı silahlardan açılmış atəş, o cümlədən əl qumbaralarının partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkmişlərin hər biri təqsirləndirilən şəxs Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib.
Dindirmədən sonra zərərçəkmiş şəxslər dövlət ittihamını müdafiə edən prokurorların xidmət yerləri, hərbi təxribatların törədildiyi konkret ərazilər, hadisə nəticəsində yetirilmiş xəsarətlərin ağırlıq dərəcəsi və lokalizasiyası barədə suallarını cavablandırıblar.
Sonra martın 11-də keçirilən məhkəmə prosesi zamanı ifadə vermiş zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.







18-03-2025, 17:58
İraq nümayəndə heyəti Milli Məclisə gəldi


İraq nümayəndə heyəti Milli Məclisə gəldi

Martın 18-də Milli Məclisinin İnsan hüquqları komitəsində İraq Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Salihi ilə görüş keçirilib.
Görüşdə komitənin sədri Zahid Oruc, İctimai biliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa və Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov iştirak ediblər.
Görüş zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin əhəmiyyəti, regionda baş verən proseslər, Azərbaycan-İraq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
18-03-2025, 17:52
Prezident və xanımının Həsənriz sakinləri ilə görüşündən FOTOLAR


Prezident və xanımının Həsənriz sakinləri ilə görüşündən FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
Butov.az görüşdən fotoları təqdim edir:












18-03-2025, 17:47
Sabunçuda faciə - Yanmış evdə 3 nəfərin meyiti tapıldı


Sabunçuda faciə - Yanmış evdə 3 nəfərin meyiti tapıldı

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Bu barədə FHN-dən bildirilib.
Yanğın yerinin kəşfiyyatı zamanı 1-i uşaq olmaqla 3 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
18-03-2025, 17:30
Moskva-Bakı-İrəvan işçi qrupu ləğv olunub? - Overçuk cavab verdi


Moskva-Bakı-İrəvan işçi qrupu ləğv olunub? - Overçuk cavab verdi

Moskva, Bakı və İrəvandan ibarət üçtərəfli işçi qrupu ləğv olunmayıb, Rusiya tərəfdaşlarının xahişi ilə öz işini davam etdirməkdən məmnun olacaq.
Bunu Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının konqresində baş nazirin müavini Aleksey Overçuk bildirib.
“Baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu 10 noyabr 2020-ci il tarixli bəyanat çərçivəsində müvafiq olaraq Rusiya Federasiyası, Ermənistan və Azərbaycan dövlət başçılarının birgə imzası ilə müəyyən edilib. İndi üçtərəfli işçi qrupu yuxu vəziyyətdədir. Lakin biz bilirik ki, bu mövzuda tərəfdaşlar arasında təmaslar aparılır”, - deyə o, müvafiq sualı cavablandırıb:
“Üçtərəfli işçi qrupunu heç kim ləğv etməyib və əgər tərəfdaşlar bizimlə əlaqə saxlasalar və biz bir növ faydalı ola bilsək, əlbəttə ki, bu işi davam etdirməkdən məmnun olarıq. Amma bu, tərəfdaşlardan asılıdır”, - Overçuk əlavə edib.
18-03-2025, 17:26
3 ölkədən Bakı-İrəvan danışıqlarına reaksiya


3 ölkədən Bakı-İrəvan danışıqlarına reaksiya

Azərbaycan və Ermənistan sülh sazişi layihəsinin mətni ilə bağlı danışıqlar prosesini yekunlaşdırıb. Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini əlaqə kanalları vasitəsilə çatdırıb.
Məlumatı Ermənistan XİN də təsdiq edib. İrəvan sülh sazişinin imzalanması üçün tarix və məkanı müzakirə etməyə hazır olduğunu bəyan edib.
Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyi vurğulanıb.
Rəsmi Bakı sazişin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişməsinin labüd olduğunu bildirib.
Bir çox xarici dövlət sülh sazişi ilə bağlı açıqlamara reaksiya verməyə davam edir.
Böyük Britaniya Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarının müsbət başa çatmasını alqışlayır. bunu Böyük Britaniya Parlamentindəki çıxışında krallığın xarici işlər naziri Devid Lemmi deyib. Devid Lemmi tərəfləri sülh razılaşmasını mümkün qədər tez bir zamanda imzalamağa çağırıb.
Misir Ərəb Respublikası Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh sazişi layihəsi üzrə aparılan danışıqların başa çatmasını alqışlayıb. Bu barədə Misirin Azərbaycandakı səfirliyinin sosial media platformasındakı paylaşımında bildirilib. Qeyd edilib ki, bu addım iki ölkə arasındakı münaqişəyə son qoymağa, Cənubi Qafqaz regionunda sülhü bərqərar etməyə və bölgənin daha sabit və təhlükəsiz gələcəyə doğru irəliləməsinə töhfə verəcək. “Bu addım son illərdə hər iki ölkənin göstərdiyi səylərin bir nəticəsidir. Misir dost ölkələr arasında sülh sazişinin ən qısa zamanda imzalanmasını ümid edir və hər iki tərəf üçün mümkün olan ən yaxşı fürsətlərin yaranmasını arzulayır”, - məlumatda qeyd edilib.
Yaponiya Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir. Bunu Yaponiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kitamura Tosihiro bugünkü açıqlamasında bildirib. "Yaponiya Ermənistan və Azərbaycanın sülh sazişinin mətni üzrə razılaşma ilə bağlı verdiyi bəyanatları alqışlayır. İki ölkə arasındakı münaqişənin həlli Cənubi Qafqazda sülh və sabitlik üçün həlledici əhəmiyyət daşıyır", - o qeyd edib.
18-03-2025, 17:25
"Türkmən QHT-ləri ilə əməkdaşlıqlar Azərbaycan xalqına fayda verəcək"

Könül Quliyeva: "Türkmən QHT-ləri ilə əməkdaşlıqlar Azərbaycan xalqına fayda verəcək"

"Uşaqların Gələcəyi Naminə" İctimai Birliyinin sədri Könül Quliyeva QHT.az-a açıqlamasında Azərbaycan xalqını ilaxır çərşənbə münasibətilə təbrik edib, həmçinin Türkman İrsi Vətəndaş Cəmiyyətlərinin Həmrəylik Forumunun yüksək səviyyədə təşkil edildiyini vurğulayıb:
"Tədbirdə millət vəkilləri, İraqın deputatı, həmçinin İraq, Suriyadan və Türkiyədən gələn vətəndaş cəmiyyətinin nümayəndələri çıxış edərək, gələcəkdə birgə əməkdaşlıq üçün təkliflər irəli sürdülər. Forum çərçivəsində iki panel müzakirə edildi, hər bir paneldə maraqlı çıxışlar səsləndi. Lakin diqqətimi daha çox, gələn qonaqların vətəndaş cəmiyyəti təmsilçilərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə etdikləri səfərlərin təəssüratları cəlb etdi. Xocalı, Xankəndi, Şuşa və Füzuli kimi tarixi yerləri ziyarət edən qonaqlar, bu ərazilərdən aldıqları təəssüratları bölüşdü və bu mənim üçün duyğusal bir an oldu".
Könül Quliyeva, bu əməkdaşlıqların Azərbaycan xalqına fayda verəcək uzunmüddətli təsir göstərəcəyini qeyd edib:
"Tədbirdə Türkman irsinin zənginliyi, Azərbaycan xalqının mədəniyyəti, mənəvi sərvətləri və poeziyasının mükəmməl nümunələri geniş şəkildə müzakirə olundu. Eyni zamanda, Türkmənlərin Qarabağa səfəri zamanı avtobusda kərkük şərqilərinin ifa etməsi iştirakçılarda böyük təsir yaratdı. Forumun sonunda, QHT-lərin nümayəndələri arasında yaxın əlaqələrin qurulmasına da şərait yaradıldı. İstanbuldan gələn Kərküklü qonaq Ali Yağmuroğlu ilə görüş planlaşdırılır. Bu görüşlər sayəsində Türkmən QHT-ləri ilə yerli QHT-lər arasında əməkdaşlıq əlaqələri qurulub və yeni təşəbbüslər formalaşdırılıb. Türkiyə, İraq və Suriyadan gələn Türkman QHT-ləri ilə qurulan əlaqələr, gələcəkdə birgə layihələr və təşəbbüslərlə zənginləşəcək".
Pərvanə Fərhadqızı
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!