Ervin İbrahimoviç Zəfər parkında .....                        Polad Bülbüloğlu oğlu ilə Şuşadakı bağında .....                        Putinin növbəti hədəfi keçmiş Sovet ölkələridir - ŞOK İDDİA .....                        “Fənərbağça”nın prezidenti sərbəst buraxıldı .....                        Məleykə Abbaszadə "təhsil ekspertlərini" topa tutdu .....                        907-ci düzəlişin ləğv olunmasının vaxtı çatıb .....                        Avtobus qaz xəttinə çırpıldı, təchizat dayandırıldı .....                        İran-İsrail müharibəsi yenidən başlayır? .....                        "Neftçi" "Karvan-Yevlax"a qalib gəldi .....                       
28-05-2025, 15:27
Zelenski Almaniyadadır


Zelenski Almaniyadadır

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyaya səfər edib.
Bu barədə UNİAN məlumat yayıb.
O, Almaniya Kansleri Fridrix Merzlə görüşüb.
28-05-2025, 15:19
Laçın Beynəlxalq Hava Limanı regionun inkişafına mühüm töhfə verəcək - Ərdoğan


Laçın Beynəlxalq Hava Limanı regionun inkişafına mühüm töhfə verəcək - Ərdoğan

Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsi ilə regionun inkişaf və tərəqqi mərkəzinə çevrilməsinin vaxtı çatıb. Əminəm ki, bu gün istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı regionun inkişafına və dünyaya inteqrasiyasına mühüm töhfə verəcək.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında keçirilən üçtərəfli görüşünün yekunlarına dair bəyanatında bildirib.
Türkiyə lideri Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib, ölkəmizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib.
Rəcəb Tayyib Ərdoğan Türkiyə, Azərbaycan və Pakistanı “münasibətləri qarşılıqlı hörmət əsasında inkişaf edən qardaş ölkələr” adlandırıb. Üç ölkənin əhalisinin ümumi sayının 350 milyon nəfərə çatdığını, məcmu ÜDM-inin isə 1,5 trilyon dollar olduğunu xatırladan Türkiyə Prezidenti vurğulayıb ki, “ölkələrimiz ortaq idealları bölüşür”. O əlavə edib ki, Ankara Bakı və İslamabadla iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində gələcək addımlara sadiqdir. “Ankara ölkələrimizin strateji tərəfdaşlığının gücləndirilməsinə yönəlmiş hər bir addımı dəstəkləyir”, - deyə Ərdoğan əmin edib. O qeyd edib ki, regional proseslər Türkiyə, Azərbaycan və Pakistan arasında əməkdaşlığın vacibliyini vurğulayır.
28-05-2025, 15:11
Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi qardaşları var


Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi qardaşları var

Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var.
Bu fikri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Zirvə görüşündə səsləndirib.
“Siz keçilməz qaya kimi bizimlə bərabər dayandınız və biz tərəddüd etmədən sizə etibar edirik. Silahdaş olan qardaşlar kimi biz sülh, ədalət və mənəvi dəyərləri hər zaman üstün tutacağıq”, - deyə Pakistanın Baş naziri vurğulayıb.
28-05-2025, 15:03
Şahbaz Şərif: "Laçında Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının dalğalanmasını görmək..."


Şahbaz Şərif: "Laçında Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının dalğalanmasını görmək..."

Gözəl Laçında Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının dalğalanmasını görmək qəlblərimizi hədsiz sevinc və fəxarət hissi ilə doldurur.
Bu fikri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Zirvə görüşündə səsləndirib.
“Biz ötən il Astanada üçtərəfli formatda görüşdük və qarşılıqlı maraq doğuran məsələlər ətrafında olduqca səmərəli müzakirələr apardıq. Bu gün isə füsunkar Laçında üçtərəfli tərəfdaşlığımızı xalqlarımızın istəyinə uyğun olaraq yeni səviyyəyə qaldırmaq arzusundayıq”, - deyə Pakistanın Baş naziri vurğulayıb.
28-05-2025, 14:53
Azərbaycan beynəlxalq müstəvidə güclü mövqeyə malikdir - Şahbaz Şərif


Azərbaycan beynəlxalq müstəvidə güclü mövqeyə malikdir - Şahbaz Şərif

Azərbaycan bu gün beynəlxalq müstəvidə güclü mövqeyə malikdir.
Bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Zirvə görüşündə deyib.
Azərbaycan xalqının öz azadlığı uğrunda çox ciddi mübarizə apardığını xatırladan Pakistanın Baş naziri Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb.
Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbriklərini çatdıran Məhəmməd Şahbaz Şərif vurğulayıb ki, PKK məsələsinin həlli qardaş ölkənin Prezidentinin diplomatik məharətini nümayiş etdirir.
28-05-2025, 14:37
Putinlə Zelenski arasında görüş mümkündür - Peskov


Putinlə Zelenski arasında görüş mümkündür - Peskov

Vladimir Putinlə Vladimir Zelenski arasında görüş mümkündür, lakin bu, nümayəndə heyətləri arasında konkret razılaşmaların nəticəsi olmalıdır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Ukrayna ilə bağlı memorandum layihələrinin məzmunu tezliklə məlum olacaq;
Rusiyanın Ukrayna üzrə memorandum layihəsi üzərində iş son mərhələdədir. Bundan sonra danışıqların növbəti raundu müzakirə olunacaq. Peskov aydınlaşdırıb ki, Ukrayna ilə müvəqqəti atəşkəs üçün şərtlərin siyahısının müzakirəsi üçün sənədlər də hazırlanır.
“Moskva Ukrayna ilə bağlı media vasitəsilə razılaşdırılmalı olan sənədlərin məzmununu müzakirə etməyəcək; bunu diskret şəkildə etmək lazımdır”. Kreml sözçüsü bildirib ki, Ukrayna nizamlanması prosesində qurban verilə bilməyən çoxlu nüanslar var.
O əlavə edib ki, Ukrayna ilə danışıqların növbəti raundunun yeri birbaşa danışıqlar aparan hər iki tərəfə uyğun olmalıdır.
28-05-2025, 14:24
Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub


Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub

Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub.
Bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə bildirib.
“Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurlar bizi ürəkdən sevindirir. PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərksilah ilə bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinin və əzminin, Türkiyə dövlətinin gücünün nümunəsidir. Bu tarixi hadisə yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir”, - deyən Azərbaycan Prezidenti bu tarixi hadisə münasibətilə qardaş Türkiyəni bir daha təbrik edib.
28-05-2025, 14:18
İlham Əliyev birgə hərbi təlimlərdən danışdı


İlham Əliyev birgə hərbi təlimlərdən danışdı

Müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib.
Bu fikirləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə səsləndirib.
Dövlətimizin başçısı qeyd edib ki, bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir.
28-05-2025, 14:12
Azərbaycanla Türkiyənin əməkdaşlığı geniş coğrafiyanın enerji xəritəsini dəyişib


Azərbaycanla Türkiyənin əməkdaşlığı geniş coğrafiyanın enerji xəritəsini dəyişib

Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib.
Bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə söyləyib.
“Ölkələrimiz enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malik olub və bu gün bərpa olunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır”, - deyə dövlətimizin başçısı əlavə edib.
28-05-2025, 14:10
Gürcüstanın yeni daxili işlər naziri məlum oldu


Gürcüstanın yeni daxili işlər naziri məlum oldu

Gela Geladze Gürcüstanın yeni daxili işlər naziri təyin edilib.
Bu barədə baş nazir İrakli Kobaxidze bildirib.
G.Geladze müxtəlif idarələrdə, o cümlədən Təhsil Nazirliyində, Müdafiə Nazirliyində və Təhlükəsizlik Xidmətindıə müavin postlarında çalışıb.
Xatırladaq ki, Qərb ölkələrinin sanksiyaları altında olan keçmiş daxili işlər naziri Vaxtanq Qomelauri bu səhər ailəsi ilə daha çox vaxt keçirmək istədiyini bildirərək, istefa verdiyini açıqlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!