İran Rusiyaya torpaq verdi .....                        Mirzoyan onunla sülhdən danışdı .....                        “Neftçi” xal itirdi .....                        Ərdoğanla aramda etimad səviyyəsi daim artır - Paşinyan .....                        Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub - Paşinyan .....                        Yaxşı babadır, gördüyümdən hündürdür - Prezidentlə görüşən Nilay .....                        Qarabağ sonsuza qədər Azərbaycandır! .....                        Gəncədə 22 marşrut fəaliyyətə başlayır .....                        Baş Prokurorluğun rəhbərliyi Zəfər parkında - FOTO .....                       
26-01-2025, 13:32
Qubada 5 otaqlı ev yandı


Qubada 5 otaqlı ev yandı

Quba rayonunda 5 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Quba rayonunun İkinci Nügədi kəndində ümumi sahəsi 220 m² olan birmərtəbəli mansarda tipli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.
Bitişik talvar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
26-01-2025, 13:16
Tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat - 12 şübhəli saxlanıldı


Tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat - 12 şübhəli saxlanıldı

Türkiyənin Ankara və İstanbul şəhərlərində tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat keçirilib.
Bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində Osmanlı dövrünə aid bazar dəyəri 1,5 milyon türk lirəsi olan 243 əsər ələ keçirilib.
Həmçinin 12 şübhəli şəxs saxlanılıb.
Qeyd olunub ki, ələ keçirilən tarixi əsərlər arasında müxtəlif növ eksponatlar var.
25-01-2025, 19:53
Türk Mədəniyyəti və İrsi Fondunun ekspertləri Bakıda toplaşdı


Türk Mədəniyyəti və İrsi Fondunun ekspertləri Bakıda toplaşdı

23-24 yanvarın tarixlərində Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) Bakı şəhərində yerləşən Baş qərargahında Şura iclasına hazırlıq məqsədilə ikinci ekspert görüşü baş tutub. İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin Xarici İşlər və Mədəniyyət nazirliklərinin nümayəndələri, həmçinin təşkilatın əməkdaşları iştirak edib.
Öncə Fondun prezidenti Aqtotı Raımkulova qonaqları salamlayıb və 2024-cü ildə Fondun həyata keçirdiyi işlər barədə ətraflı məlumat verib. O, Fond tərəfindən 74-dən çox layihə və tədbirin reallaşdırıldığını vurğulayıb. Aqtotı Raımkulova bir sıra mühüm layihələri qeyd edib:
Astanada keçirilən sammit çərçivəsində Alaqul Osmonovun Bişkekdəki ev-muzeyinin bərpa və yenidənqurma işlərinin tamamlanması, "Türk Dünyası 2040-a baxış" sənədinə və TURKTIME-ın təşəbbüsünə uyğun olaraq Türk Mədəniyyəti İrsinin Kataloqunun hazırlanması, Beşinci Dünya Köçərilər Oyunlarının dəstəklənməsi, İstanbulda Türk mədəniyyət irsinin idarə olunması sahəsində mütəxəssislər arasında təcrübə və bilik mübadiləsi proqramının keçirilməsi, "Türk Dünyasının Məşhur Şəxsiyyətləri", "Türk ədəbiyyatının Zərgərləri", "Türk Dünyasının Elmi Xəzinələri" adlı kitab seriyalarının nəşr edilməsi, Bakıda "Türk Dünyası tarixi və mədəni irsinin UNESCO perspektivindən öyrənilməsi və qorunması" mövzusunda beynəlxalq konfransın təşkili, Parisdəki UNESCO qərargahında türk dünyasının görkəmli alimi Mahmud Kaşğari tərəfindən XI əsrdə yazılmış "Divani Lüğət at-Türk" adlı ilk Türk dilləri ensiklopedik lüğətinin 950 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans və sərginin keçirilməsi...
İclasın gündəliyində Türk xalqlarının mədəni irsinin qorunub saxlanılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri yer alıb. Dövlət orqanlarının nümayəndələri və Fondun əməkdaşları təşkilatın normativ sənədlərində dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparıb, 2025 və 2026-cı illər üçün Fondun fəaliyyət planlarına daxil edilmiş Türk Dünyasının zəngin irsinin populyarlaşdırılması, qorunması və bərpasına yönəlmiş layihələr ətrafında ətraflı müzakirələr aparılıb.
Qeyd etmək lazımdır ki, cari ildə Fondun Şurasına Qazaxıstan Respublikası sədrlik edir və Fondun təsisçi ölkələrinin mədəniyyət nazirlərinin iştirak edəcəyi 2-ci Şura iclası 2025-ci il fevralın 7-də Astana şəhərində keçiriləcək.

25-01-2025, 19:08
İlham Əliyev Davosdan paylaşım etdi


İlham Əliyev Davosdan paylaşım etdi

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə
hesablarında yanvarın 20-də Davosda CGTN (China Global Television Network) telekanalına müsahibəsindən görüntülər paylaşılıb.
Butov.az həmin paylaşımı təqdim edir:

25-01-2025, 18:32
Bakının məşhur kəsişməsində yenilik


Bakının məşhur kəsişməsində yenilik

Bakı şəhəri, Nərimanov rayonunda Ağa Nemətulla küçəsinin Çaykovski küçəsi ilə kəsişməsində hərəkət yenidən təşkil edilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sosial şəbəkədə məlumat yayıb.
“Nərimanov rayonu, Ağa Nemətulla küçəsinin Çaykovski küçəsi ilə kəsişməsində hərəkət yenidən təşkil edilib. Ağa Nemətulla – Çaykovski – Orucəliyev küçələri istiqamətində sürücülər sağa hərəkət edərək Heydər Əliyev prospektinə çıxa bilərlər”, – agentliyin paylaşımında qeyd olunub.
25-01-2025, 17:48
Hakan Fidan qonşu ölkəyə gedir


Hakan Fidan qonşu ölkəyə gedir

Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 26-da İraqa rəsmi səfər edəcək.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, səfər çərçivəsində nazir Hakan Fidanın yüksəksəviyyəli İraq rəsmiləri ilə görüşləri planlaşdırılır.
Görüşlərdə Türkiyə-İraq ikitərəfli əlaqələrinin gündəmindəki əsas məsələlər və cari regional proseslər müzakirə ediləcək. Hakan Fidanın toplantılarda əsasən Türkiyənin İraqla münasibətlərini inkişaf etdirmək niyyətini vurğulaması, İraqdakı sabitlik və təhlükəsizliyin bölgə üçün əhəmiyyəti, İraq və Suriyadakı yeni hökumətlər arasında konstruktiv dialoq və yaxşı qonşuluq əlaqələrinin bölgə üçün faydaları, terrorla birgə mübarizə kimi məsələlərə diqqət çəkəcəyi gözlənilir.
Qeyd edək ki, İraq 20 milyard ABŞ dollarına yaxın ticarət həcmi ilə Türkiyənin ən mühüm tərəfdaşlarından biridir. Türkiyənin İraqla ikitərəfli əlaqələri və müxtəlif sahələrdə qurduğu əməkdaşlıq son dövrlərdə əhəmiyyətli inkişaf mərhələsinə keçib.
Hakan Fidanın ötən il martın 14-də Bağdada səfəri çərçivəsində iki ölkə arasında Yüksək Səviyyəli Təhlükəsizlik Mexanizmi (YSTM) toplantısı keçirilib. Bu görüşdə PKK-nın “ortaq təhlükə” olaraq təyin edilməsi mövzusu daha da irəlilədilmiş, İraq hökuməti İraq Milli Təhlükəsizlik Şurasının PKK-nı “qadağan olunmuş təşkilat” elan etdiyi qərarı barədə məlumat vermişdi. Bu qərar İraqla terrorla mübarizə və təhlükəsizlik sahəsində əməkdaşlıq baxımından mühüm bir addım kimi qiymətləndirilib.
25-01-2025, 17:42
İsrail 200 fələstinlini azad etdi


İsrail 200 fələstinlini azad etdi

İsrail höküməti bu gün 200 fələstinli girovu azad edib.
Bu barədə “Al Jazeera“ məlumat yayıb.
İsrail Qəzza ilə atəşkəs razılaşması çərçivəsində azad edilən 4 israilli qadının müqabilində 200 fələstinli girovu azad edib.
25-01-2025, 17:27
Zelenski Azərbaycan barədə: "İlham Əliyevlə danışdıq..."


Zelenski Azərbaycan barədə: "İlham Əliyevlə danışdıq..."

Moldova Prezidenti Maya Sandu Ukraynada səfərdədir.
O, Kiyevdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb.
Görüşdə regional vəziyyət və enerji problemlərini müzakirə olunub.
Birgə mətbuat konfransında Zelenski ortaq problemlərin həllində əməkdaşlığın vacibliyini vurğulayıb.
"Qonşularımız ciddi və qeyri-sabit vəziyyətlə üz-üzədir, biz bunu yalnız birgə səylərlə həll edə bilərik. Buraya enerji sektoru və qarşılıqlı düşmənimizin təkcə Moldovanın deyil, bütün regionumuzun maraqlarına qarşı istifadə etdiyi bir çox sosial məsələlər daxildir. Böhransız Moldova bizim təhlükəsizliyimizdir”, - o deyib.
Zelenski əməkdaşlığın zəruriliyini vurğulayıb: "Biz birlikdə işləməliyik, bir-birimizi dəstəkləməliyik və insanlara kömək edə biləcək birgə həllər tapmalıyıq".
Ukrayna lideri enerji məsələlərindən danışarkən Azərbaycandan söz açıb. O bildirib ki, Azərbaycan kifayət qədər böyük qaz həcminə malikdir.
"Bu, Ukraynaya, Moldovaya, Slovakiya və digər ölkələrə də bəs edər. Bu yaxınlarda bu barədə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə də danışdıq. Ölkənin Ukrayna da daxil olmaqla, digər ölkələrə ixrac oluna biləcək böyük qaz həcmləri var. Tədarük marşrutları da mövcuddur. Siyasi iradə də var. Şərqi Avropa ölkələri buna hazırdır", - deyə Ukrayna Prezidenti vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

25-01-2025, 17:20
Ərdoğandan seçki mesajı: "2028-ci ildə 50 faizdən çox..."


Ərdoğandan seçki mesajı: "2028-ci ildə 50 faizdən çox..."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Van şəhərində keçirilən regional qurultayında növbəti seçkilərlə bağlı ciddi açıqlamalar verib.
O, regional qurultaylarda hakim partiyanı növbəti seçkilərə daşıyacaq rəhbər kadrları müəyyənləşdirdiklərini bildirib.
“2028-ci ildə keçiriləcək prezident və parlament seçkilərində Cümhur İttifaqı olaraq 50 faizdən çox səslə qalib gələcəyik", - Ərdoğan deyib.
"Seçkilərdə qalib gəlmək üçün boş xəyalların deyil, böyük hədəflərin ardınca gedirik. AK Partiya və Cumhur İttifaqı olaraq 85 milyon insanın könlünü almaq istəyirik. Bu məqsədlərə çatmayan hər bir nəticənin hesabını cəsarətlə vermək bizim borcumuzdur”, - Türkiyə lideri əlavə edib.
25-01-2025, 17:05
"TikTok" fəaliyyətini tamamilə dayandıra bilər


"TikTok" fəaliyyətini tamamilə dayandıra bilər

2024-cü ilin aprelində sabiq ABŞ prezidenti Co Bayden "TikTok" sosial şəbəkəsinin ölkədə qadağan edilməsini məcbur edən qanun imzalayıb. Sənəd yanvarın 19-dan qüvvəyə minib. Yanvarın 22-də vəzifəyə gəldikdən sonra Donald Tramp fərmanı ilə Baydenin imzaladığı qanunun qüvvəyə minmə müddəti 75 gün gecikdirilib.
Müddətin bitməsindən sonra Çinə məxsus sosial şəbəkəsinin taleyi qeyri-müəyyəndir. ABŞ-da 170 milyondan çox istifadəçisi olan tətbiqin perspektivləri ilə bağlı müxtəlif müzakirələr aparılır. Bəziləri onun amerikalı milyarder İlon Mask tərəfindən satın alına biləcəyini, digərləri onun fəaliyyətini tamamilə dayandıra biləcəyini qeyd edir.
İnformasiya texnologiyaları üzrə ekspert Fərrux Rəcəbli bildirib ki, "TikTok"un bağlanma səbəbi məxfiliyi pozması, ölkə üçün təhlükəli olması və ən əsası da platformanın Çin hakimiyyəti ilə əlaqələridir: "Platforma "ByteDance" şirkətinə məxsusdur. Hökumət şirkətə təklif etdi ki, yanvarın 19-a qədər şirkəti satışa çıxarın. Əsasən şirkətin Çinli iş adamlarına satılması təklif olundu. Amma "ByteDance" bundan imtina etdi, çünki həm platforma həm də şirkət olaraq büdcəsi çox yüksəkdir. Dünyada bir çox ölkədə insanların ən çox istifadə etdiyi platformalardan biridir. Normalda ayın 19-a qədər satılması üçün vaxt qoyulmuşdu".
Ekspertin sözlərinə görə, Tramp bu hadisədən sonra bir “jest” edərək satış üçün qoyulan deadline müddətini 75 günlüyünə uzatdı:
“Bu şirkət üçün nəticəni dəyişmir, hər halda bu büdcəyə sahib şirkətin və platformanın satılması heç kim üçün xoşagələn deyil. Bu qərardan sonra artıq "AppStore" və "PlayStore"dan "TikTok"un yenilənməsi və yüklənməsi dayandırılacaq. Ehtimal var ki, platforma tamamilə ləğv olunmasın. Belə ki, platformanın adı dəyişdirilə, yaxud başqaları tərəfindən alına bilər. Ümumiyyətlə ABŞ-dəki istifadəçilərin təklifi budur ki, platforma İlon Maska satılsın və başqa bir ad altında "X" platforması ilə birləşdirilsin. Hazırda "TikTok" platformasının alışı üçün yatırım etməyə hazır olan bir çox adamlar var, onlardan biri də İlon Maskdır. Platformanın bugünkü satış qiyməti haradasa 20 milyard dollar məbləğində dəyərləndirilir. Təkliflərə əsasən kimin satın alacağı, hansı dəyişikliklər olacağı hələki müəmmadır”.
F.Rəcəbli qeyd edib ki, "TikTok"un fəaliyyətinin dayandırılması heç kimə xoş olmayacaq:
“Dünya üzərində nə qədər insanın bu platformadan istifadə etdiyini düşünün. İllərdir bu platformaya enerjisini, zamanını ayıran, burada biznesini quran insanlar var. Bunların hamısının ləğv olunması xaosa da səbəb ola bilər. Amma mən düşünmürəm ki, bu platforma bağlanacaq, bu qədər insanların əməkləri qırağa atılacaq. Böyük ehtimal ki, başqa bir şirkət yaxud hansısa iş adamı tərəfindən satın alınacaq və dəyişikliklər olunacaq. Azərbaycanda da bu öz təsirini göstərəcək. Bugün "TikTok" platforması ölkəmizdə də şəxsi platformadan biznes platformasına çevrilib. Çünki bu gün biznesini quran hər kəs "TikTok" üzərindən satışını edir, müştəri qazanır, hansısa məlumat yaxud maarifləndirmə xarakterli faəliyyət göstərir. Bunların hamısının birdən-birə dayanması bütün dünya ölkələrinə öz təsirini göstərəcək, bizim ölkəmizə də həmçinin. Bu gün "TikTok" daha çox biznes üzərində qurulub. Burada elə bizneslər var ki, ayda minlərlə qazanc əldə edir. O insanların qazanclarının hansı səviyyəyə düşəcəyini düşünün. Yenə də ümid edirik ki, platforma tam olaraq bağlanmayacaq. Gözlənilən ən pis ehtimal budur ki, başqası tərəfindən alınacaq və maksimum dəyişiklik ediləcək. Yəqin ki, heç kimin vaxtı, əziyyəti hədər getməyəcək. Hələ ki, bu günə olan gözləntilər bunlardır”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!