İran Rusiyaya torpaq verdi .....                        Mirzoyan onunla sülhdən danışdı .....                        “Neftçi” xal itirdi .....                        Ərdoğanla aramda etimad səviyyəsi daim artır - Paşinyan .....                        Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub - Paşinyan .....                        Yaxşı babadır, gördüyümdən hündürdür - Prezidentlə görüşən Nilay .....                        Qarabağ sonsuza qədər Azərbaycandır! .....                        Gəncədə 22 marşrut fəaliyyətə başlayır .....                        Baş Prokurorluğun rəhbərliyi Zəfər parkında - FOTO .....                       
25-01-2025, 16:45
Çökən binada axtarışlar başa çatdı: iki nəfərin cəsədi tapıldı


Çökən binada axtarışlar başa çatdı: iki nəfərin cəsədi tapıldı

Türkiyənin Konya şəhərində çökən yaşayış binasında aparılan axtarış-xilasetmə işləri başa çatıb. Binanın dağıntıları altından iki nəfərin cəsədi tapılıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya mətbuata açıqlamasında deyib.
Nazir bildirib ki, binada ümumilikdə 79 nəfər yaşayıb. Hadisə baş verdikdən dərhal sonra dağıntılar altından iki nəfər sağ çıxarılıb, ardınca daha üç nəfər xilas edilib. Dağıntılar altından yeni evli gənc cütlüyün cəsədi tapılıb.
Hadisə ilə bağlı 4 nəfər saxlanılıb.
Xatırladaq ki, yanvarın 24-ü yerli vaxtla saat 20:05-də Türkiyənin Konya şəhərində dördmərtəbəli yaşayış binası çöküb.
25-01-2025, 16:38
Azərbaycanın düşmənləri pusquda dayanıb...


Azərbaycanın düşmənləri pusquda dayanıb...

Azərbaycanın iki qonşusu – Rusiya və İranla münasibətlərində gərginlik getdikcə artır.
Bunu politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Moskva və Tehran Azərbaycan əleyhinə siyasətlərini davam etdirdikcə, rəsmi Bakı hər ikisinin cavabını verməkdən çəkinmir:
"Bu doğru siyasət olmaqla yanaşı özündə müəyyən riskləri də ehtiva edir. Rəsmi Bakı hər iki qonşusu ilə normal münasibətlərə çalışsa da, bəlli səbəblərdən bu alınmır. Moskva və Tehran ölkəmizlə sözdə tərəfdaşlıqdan danışsalar da, reallıq fərqlidir. İki qonşu ölkə ilə gərginlik hansı həddə qədər davam edəcək? Rusiya və İran Azərbaycana qarşı təsir imkanlarını artıra bilərləmi?"
Politoloqun sözlərinə görə, Azərbaycan Rusiya və İranla münasibətlərdə qeyri-müəyyənlik dövrünə qədəm qoyub:
"Müstəqilliyimizin ilk illərində Rusiya və İrandakı mərkəzlər ölkəmizin şimal və cənub bölgələrində təxribatçı fəallıqla yadda qalmışdılar. Mərhum dövlət başçısı Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdə həmin təxribatların qarşısını ala bildi. Üstündən 30 il keçdikdən sonra Moskva və Tehran yenidən eyni siyasətdən istifadə edə, ölkəmizdə separatçı fəaliyyətləri körükləməyə çalışa bilərlər. Soydaşlarımızın təxribata uymayacaqlarına əmin olmaqla yanaşı düşmənlərimizin pusquda dayandıqlarını da unutmamalıyıq".
25-01-2025, 15:47
Bu şəxslər sabah imtahan verəcək


Bu şəxslər sabah imtahan verəcək

Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada aralıq imtahanı keçiriləcək.
Eksternat qaydada imtahanların sənəd qəbulu prosesi bitdikdən sonra sənədlərin uyğunluğu yoxlanılıb buna uyğun olaraq aralıq imtahanında iştirak edəcək namizədlərə məlumatlar SMS bildiriş vasitəsilə qeydiyyatdan keçilən əlaqə nömrəsinə göndərilib.
İmtahanda yalnız əvvəlcədən qeydiyyatdan keçmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra SMS bildiriş göndərilmiş namizədlər iştirak edə bilərlər.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
25-01-2025, 15:40
USAID Ukraynaya yardımı dayandırır


USAID Ukraynaya yardımı dayandırır

ABŞ dövlət katibi Mark Rubio ABŞ-nin bütün
diplomatik və konsulluq nümayəndəliklərinə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Dövlət Departamentinin maliyyələşdirdiyi yeni proqramlara maliyyə ayrılmasını dayandırmağı tapşırıb.
Bu barədə “CBC NEWS” məlumat yayıb.
Bildirilib ki, bu addım ABŞ Prezidenti Trampın imzaladığı sərəncama uyğun olaraq, ABŞ-nin xarici yardımını yenidən qiymətləndirmək məqsədini daşıyır.
Rubionun tapşırığına görə, bütün xarici yardımın hökumət səviyyəsində geniş qiymətləndirilməsi üçün 85 günlük bir müddət qoyulub və bu qiymətləndirməyə əsasən, Dövlət Katibinin Prezidentə təqdim edilməsi üçün bir hesabat hazırlanacaq.
Qeyd edilib ki, yalnız İsrail və Misirin hərbi maliyyələşməsi ilə fövqəladə qida yardımı istisna olunacaq.
25-01-2025, 15:07
İşğal dövründə Rusiyadan Ermənistana daşınan silahlar - Qarabağda yeni faktlar tapıldı


İşğal dövründə Rusiyadan Ermənistana daşınan silahlar - Qarabağda yeni faktlar tapıldı

Ermənistan Silahlı Qüvvələri üçün xüsusi olaraq Rusiya Federasiyası ərazisində hazırlanan müxtəlif hərbi təyinatlı məhsulların Ermənistan Xarici İşlər Nazirliyinin diplomatik kanalları ilə daşınmasına dair faktiki sübutlar ortaya çıxıb.
Hərbi təyinatlı yüklər, müvafiq normativ qaydalara əsasən gömrük baxışından keçmədən, diplomatik yük adı altında Rusiyadan Ermənistana, ordan isə Azərbaycanın işğal altında olmuş ərazilərinə daşınıb.
Daşımalar Moskvanın Domodedovo aeroportundan “Domodedovo Karqo” QSC tərəfindən birbaşa Ermənistanın paytaxtı İrəvan şəhərinə icra olunub.
2023-cü ildə keçirilən lokal antiterror əməliyyatından sonra Xankəndi, Ağdərə və Xocalı şəhərlərində yerləşən Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinə aid olan anbarlarda, sözügedən məhsulların qalıq hissəsi və ən əsası - yüklərin qablaşdırılması aşkar edilib.
Bağlamalarda yer almış məlumatlardan aydın olur ki, təkcə bir növ uniforma - qış gödəkcələrinin sayı 195 qutu kimi qeyd olunub.
Belə olan halda yükün geniş nomenklatura üzrə ümumi həcminin hansı miqdarda olduğunu düşünmək olar.
Təxmin olunur ki, Ermənistanın diplomatik kanallarından istifadə olunmaqla Azərbaycanın işğal altında olan ərazilərinə hərbi təyinatlı yüklər 2020-ci ilin yay aylarından (Tovuz döyüşlərindən sonra) etibarən 44 günlük müharibə zamanı və 09.11.2020-ci ildə bağlanan üçtərəfli atəşkəs bəyanatından sonra gətirilib.
Yəni, bu yüklər Qarabağda onlarla nəzarət-buraxılış məntəqəsi olan Rusiya Federasiyası Sülhməramlı Kontingentinin məsuliyyət zonasına daşınıb.
Onu da vurğulamaq lazımdır ki, diplomatik kanaldan istifadə Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinin (qanunsuz silahlı birləşmələrin) təcili təminatı üçün istifadə olunub və Rusiya Federasiyası buna vasitəçilik edib.
25-01-2025, 14:33
Bakıda qəza: işıqfor yararsız hala düşdü


Bakıda qəza: işıqfor yararsız hala düşdü

Paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti, “Asiman” şadlıq sarayının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, yeni quraşdırılmış işıqfor qəza zamanı yararsız vəziyyətə düşüb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları hadisə yerindədir və yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün qısa zamanda yeni işıqforun quraşdırılması işlərinə başlanılacaq.
25-01-2025, 14:15
HAMAS 4 israilli qadını girovluqdan azad etdi


HƏMAS 4 israilli qadını girovluqdan azad etdi

HƏMAS 4 israilli qadın girovu – Karina Ariyev, Daniella Gilboa, Naama Levi və Liri Albagı azad edib.
Bu barədə İsrail Müdafiə qüvvələri məlumat yayıb.
Qeyd edilib ki, girovlar Qəzzada Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına təhvil verilib.
25-01-2025, 13:30
Ağsuda ağır qəza: sürücünün bel fəqərəsi sındı


Ağsuda ağır qəza: sürücünün bel fəqərəsi sındı

Ağsu rayonunda 2000-ci il təvəllüdlü Sarızadə Nicat Nizami oğlu idarə etdiyi avtomobili yol kənarındakı maneəyə çırpıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 2000-ci il təvəllüdlü şəxs (kişi cinsli) 24.01.2025-ci il tarixində saat 11:10 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 7-ci bel fəqərəsinin sınığı, başın sıyırılmış açıq yaraları diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib.
Qeyd edilibn ki, pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabil qiymətləndirilən şəxsin gün ərzində əməliyyat edilməsi nəzərdə tutulub.
25-01-2025, 13:26
Qazaxıstanın neft bazasında partlayış


Qazaxıstanın neft bazasında partlayış

Qazaxıstanın Jezkazğan şəhərində yerləşən neft bazasında üç xüsusi təyinatlı avtomobil yanıb.
Yanğınsöndürənlərin gəlişinə qədər partlayış baş verib və anqar uçub.
FHN-in yanğınsöndürənləri yanğını söndürüb və yanacaq çəninin yanmasının qarşısını alıblar. Yanğın 100 kvadratmetr ərazini əhatə edib. Neft bazasının xəsarət alan dörd əməkdaşı xəstəxanaya yerləşdirilib. Yanğının səbəbi araşdırılır.
25-01-2025, 13:12
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında yanvarın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şərq rayonlarında intensivləşəcəyi ehtimalı var.
Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!