9-cu siniflərin imtahan nəticələri ELAN EDİLDİ .....                        Sumqayıtdakı yanğında fəhlə xəsarət aldı .....                        Sel Bakı-Şamaxı yolunda hərəkəti çətinləşdirdi .....                        Tramp Çin lideri ilə danışıqlar apardı .....                        Pezeşkianı İrəvanda gözləyirik - Mirzoyan .....                        Müsəlmanları təhqir edən erməni “bloger”ə cinayət işi açıldı .....                        Çörək maşını ilə narkotik paylayan şəxs tutuldu - VİDEO .....                        Lerikdəki zəlzələdən sonra dağıntı olub? - FHN-dən AÇIQLAMA .....                        Rusiyanın təqdim etdiyi memoranduma Zelenskidən reaksiya .....                       
5-10-2024, 21:37
Cəbrayılda ildə 24 milyon yumurta istehsal ediləcək


Cəbrayılda ildə 24 milyon yumurta istehsal ediləcək

Prezident İlham Əliyev tərəfindən Cəbrayıl rayonunda təməli qoyulan “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikində ilkin mərhələ üzrə 24 damazlıq yumurta istehsalı sahəsi tikiləcək.
“Hicaz” MMC-nin təsisçisi Səfər Sadıqov bildirib ki, müəssisə 3 sahədən - damazlıq yumurta, inkubator və yem fabrikindən ibarət olacaq.
Birinci mərhələdə 30 hektar ərazidə hər biri 1600 kvadratmetr olmaqla 24 damazlıq yumurta istehsalı sahəsi tikiləcək. Burada ildə 24 milyon ədəd damazlıq yumurta istehsal ediləcək. Bununla yanaşı, 2 hektar ərazidə saatda 40 ton istehsal gücünə malik yem fabriki və inzibati bina inşa olunacaq. Həmçinin 2 hektar ərazidə yerləşən soyuducu anbar və illik 24 milyon ədəd yumurta tutumuna malik inkubasiya fabriki fəaliyyət göstərəcək.
İstehsal prosesində müasir avadanlıqlardan istifadə olunacaq. Məhsulun keyfiyyətinin daim nəzarətdə saxlanılması məqsədilə müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya fəaliyyət göstərəcək.
Layihə üzrə ilkin mərhələdə 150 daimi iş yerinin yaradılması nəzərdə tutulub. Sonrakı mərhələdə yumurta istehsalının artırılması, broyler quşlarının yetişdirilməsi, kəsimi və emalı nəzərdə tutulub ki, bu da əlavə olaraq 400 daimi iş yerinin yaradılmasına imkan verəcək.
5-10-2024, 21:20
İsrail Hizbullahın mövqelərini bombaladı


İsrail Hizbullahın mövqelərini bombaladı

İsrail Hərbi Hava Qüvvələri Beyrut ərazisində Hizbullahın hərbi obyektlərinə zərbələr endirib.
Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Hücumun hədəfində Hizbullahın infrastrukturu və komandanlıq mərkəzləri olub.
Açıqlamada Hizbullahın Beyrutun tam mərkəzindəki yaşayış binalarının altına qəsdən silah yerləşdirdiyi qeyd olunub . Hücuma başlamazdan əvvəl hərbçilər mülki şəxslərə əvvəlcədən xəbərdarlıq edilib.
5-10-2024, 20:54
Rəsmi Bakı: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları manipulyasiyadır


Rəsmi Bakı: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları manipulyasiyadır

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin Ermənistanın hərbiləşdirilməsinə bəraət qazandırması və Azərbaycandan iddia olunan təhdidlər barədə söylədiyi fikirləri şərh edib. Bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin bütün vasitələrlə hücum silahları ilə təchiz olunan, konstitusiyasında və digər hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarını davam etdirən Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır.
Maraqlıdır ki, indi də Ermənistan XİN-in mətbuat katibi Ermənistan Konstitusiya Məhkəməsinin Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyalarının birgə fəaliyyətini tənzimləyən reqlamentin Ermənistan konstitusiyasına uyğunluğu barədə bu yaxınlarda qəbul etdiyi qərara onların konstitusiyasında “qonşularına qarşı ərazi iddialarının mövcud olmadığının” “təsdiqi” kimi istinad edir.
Bu iddiaya dair faktları yoxlayarkən, Ermənistan tərəfinin hələ 2010-cu ilin yanvarında Türkiyə ilə münasibətlərinin normallaşdırılmasına dair protokolların onun konstitusiyasına uyğunluğu ilə bağlı konstitusiya məhkəməsinin qərarının təfərrüatlı şəkildə əsaslandırıldığı zaman qondarma “Qərbi Ermənistan” iddialarından əl çəkmədiyini xatırlamaq kifayətdir.
Eyni məntiq və yanaşma məhkəmənin Azərbaycanla Ermənistan arasında sərhəd komissiyalarının reqlamentinin Ermənistan konstitusiyasına uyğunluğu ilə bağlı 26 sentyabr 2024-cü il tarixli qərarının qəbulu zamanı da tətbiq edilib. Məhkəmə qərarında hazırda Ermənistana məxsus olan rayonların sadalanmasına baxmayaraq, Azərbaycan ərazilərinə iddianı ehtiva edən Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın əks olunduğu preambulanın konstitusiyanın ayrılmaz hissəsi kimi əhəmiyyəti vurğulanıb. Xüsusən də, məhkəmə qərarında preambula və dolayısı ilə Müstəqillik Bəyannaməsi “erməni dövlətçiliyinin əsas prinsipləri” kimi səciyyələndirilib və onların dəyişilməz müddəalar olduğu qeyd edilib ki, bu da Ermənistanın Azərbaycan ərazilərə qarşı iddialarından irəli gələn təhdidi daha da artırır.
Almatı Bəyannaməsi məsələsinə gəlincə, məlumdur ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında 8 dekabr 1991-ci il Sazişində və 21 dekabr 1991-ci il Almatı Bəyannaməsində nəzərdə tutulan ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmətlə bağlı müddəalarda MDB-yə üzv dövlətlər arasında faktiki sərhədlərin hansı olduğu və ya hər bir dövlətin tərkibinə hansı ərazilərin daxil olması məsələsinə aydınlıq gətirilmir. Beləliklə, Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz.
Ermənistanın 18 fevral 1992-ci il tarixində MDB-nin yaradılması haqqında sazişi qeyd-şərtlə ratifikasiyasını inkar etmək olmaz. Üstəlik, Ermənistan qeyd-şərtlər etmək niyyətini hələ 26 dekabr 1991-ci il tarixində Ermənistan Ali Soveti MDB-nin yaradılması haqqında sazişə dair Protokolu ratifikasiya edəndə rəsmən bəyan edib. MDB-nin yaradılması haqqında sazişin ratifikasiyasına dair Ali Sovetin 18 fevral 1992-ci il tarixli qərarının 10-cu bəndində aydın şəkildə göstərilir ki, Ermənistan Respublikası qondarma “Dağlıq Qarabağ Respublikasını MDB-yə daxil olmaq hüququ olan müstəqil dövlət hesab edirdi.”
Ali Sovetin bu qərarından sonra Ermənistan heç vaxt “Dağlıq Qarabağı” Azərbaycanın tərkib hissəsi kimi tanımayıb, bu mövqe Ali Sovetin 8 iyul 1992-ci il tarixli Qərarında bir daha təsdiqlənib və Ermənistanın 5 iyul 1995-ci il tarixli Konstitusiyası ilə daha da möhkəmlənib. O zaman qeyd-şərtin müqaviləyə tərəf digər ölkələrin nəzərinə çatdırılmasının zəruri olub-olmaması və Ermənistanın belə tədbir görüb-görmədiyindən asılı olmayaraq, hər hansı bir mühakimə yürütmədən, qeyd-şərtlər Ermənistan qanunvericiliyinin bir hissəsidir və inkar edilə bilməz.
Beləliklə, həmçinin Ermənistanın Almatı Bəyannaməsinə qoşulan zaman konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı artıq mövcud olan iddiasını və onun qeyd-şərtlərini nəzərə alaraq, Ermənistan “Dağlıq Qarabağın” Azərbaycanın tərkib hissəsi kimi tanınmasını istisna edib. Odur ki, Ermənistan öz konstitusiyasına dəyişikliklər edənə və Azərbaycana qarşı iddiasını əks etdirən bütün hüquqi və siyasi aktlardan imtina etməyənə qədər Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur.
Həmçinin, Almatı bəyannaməsinə qoşularkən Ermənistanın Azərbaycana qarşı təcavüz tarixini nəzərə alaraq, “keçmiş Sovet İttifaqının respublikalarının inzibati sərhədləri boyunca bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınması” dedikdə Ermənistanın 1992-ci ildə və indi nə nəzərdə tutduğuna aydınlıq gətirməsinin vaxtı çatıb.
Bütün bunların fonunda və Ermənistan siyasətinin gözlənilməz xarakteri nəzərə alınaraq, kütləvi militarizasiyaya bəraət qazandıran özünümüdafiə hüquqları ilə bağlı arqumentlər həm uydurma, həm də təhlükəlidir.
Bundan əlavə, Ermənistan XİN-in Azərbaycanın COP29-dan guya Ermənistana hücuma hazırlıq məqsədilə “tüstü pərdəsi” kimi istifadə etdiyini iddia edərək, Azərbaycanda COP29-a səfər etməkdən çəkinməyə çağıran yalan dolu təbliğatı təəssüf doğurur.
Erməni tərəfinin bu problemlərə məhəl qoymamaq məntiqi onu göstərir ki, bu ölkə davamlı sülhdə maraqlı deyil və gələcəkdə Azərbaycana qarşı növbəti dəfə təcavüzə başlamaq üçün bu vəziyyəti ehtiyat variant kimi saxlamağa çalışır.
Ermənistan ziddiyyətli bəyanatlardan, təxribat xarakterli addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etdiyini öz fəaliyyəti və real addımları ilə nümayiş etdirməlidir.
5-10-2024, 19:50
Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir


Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir

Azərbaycanla Ermənistan arasında sülh sazişinin yekunlaşdırılması üçün ikitərəfli danışıqlar kritik yekun mərhələyə qədəm qoyub.
Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Faro di Rome" və "Eurasiaticanews" üçün yazıçı və tarixçi Karlo Marinoya eksklüziv müsahibəsində deyib.
Onun sözlərinə görə, proses Azərbaycanın Ermənistanla davamlı, təhlükəsiz və dönməz sülhə nail olmaq üçün güclü öhdəliyini bir daha təsdiq etməyə hesablanıb:
"Bu məqsədə çatmaq üçün bizim müqəddəs borcumuzdur ki, gələcək sülh sazişi ərazi iddialarına, təcavüzə və ya hərbi münaqişəyə qayıdışını hətta nəzəri cəhətdən də tamamilə qeyri-mümkün etsin. Azərbaycan bu vəbadan kifayət qədər əziyyət çəkib və gələcəkdə bu ssenarinin təkrarlanmasının qarşısını almaq istəyir. Bunun üçün Ermənistan Azərbaycanın suveren ərazisinin bir hissəsi ilə bağlı hazırkı Konstitusiyasında əksini tapmış aşkar ərazi iddialarını təcili həll etməlidir. Sülh yolunda bu əsas maneənin aktuallığını inkar etməklə və nəyin bahasına olursa-olsun, zəif tərtib olunmuş mətni imzalamaq üçün sadə və praktiki olmayan yollar seçməklə Ermənistan, görünür, qonaq otağındakı filə məhəl qoymur və ölkələrimiz arasında onilliklər boyu davam edən rəqabətin və qarşıdurmanın əsas səbəbini xalçanın altına süpürməyə çalışır. Beləliklə, bu gün top Ermənistanın meydanındadır və ümid edirik ki, münasibətlərimizin faciəli səhifəsini çevirmək üçün tarixi fürsət əldən verilməyəcək".
5-10-2024, 17:24
HƏMAS-ın iki komandiri öldürüldü


HƏMAS-ın iki komandiri öldürüldü

İsrail Müdafiə Qüvvələri (IDF) və Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) Livanda keçirdiyi birgə əməliyyat zamanı HƏMAS-ın əməliyyat bölməsinin komandiri Məhəmməd Hüseyn Əli əl-Mahmud öldürülüb.
O, İudeya və Samariya bölgəsində terror aktlarına rəhbərlik edib.
“Əl-Mahmud son illərdə İsrailin xaricdəki obyektlərinə hücumlarda, eləcə də Livanda HƏMAS-ın strukturunun gücləndirilməsi fəaliyyətində iştirak edib və İsrailə raket hücumları üçün silah tədarükü ilə məşğul olub”, - məlumatda qeyd olunub.
Tripoli ərazisində həyata keçirilən daha bir birgə əməliyyat zamanı HƏMAS-ın hərbi qanadının nümayəndəsi Səid Alaa Naif Əli öldürülüb.
Məlumatda onun İsrail obyektlərinə hücumlara rəhbərlik etdiyi və HƏMAS sıralarına döyüşçülər cəlb etdiyi bildirilib.
5-10-2024, 16:48
İranda terrorun qarşısı alındı


İranda terrorun qarşısı alındı

İranın şimalında yerləşən Növşəhr şəhərində terror aktının qarşısı alınıb.
Bu barədə şəhərin polis rəisi, polkovnik Əli Əkbər Dərvişi bildirib.
Qeyd olunub ki, terror aktı törətməyə hazırlaşan İŞİD terror qruplaşmasının 3 üzvü saxlanılıb.
5-10-2024, 16:27
Sumqayıtda oğurluq edən kişi və qadın tutuldu


Sumqayıtda oğurluq edən kişi və qadın tutuldu

Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən mağazada işçilərdən birinin pulqabısından 3000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 29 yaşlı O.Aşirov və bir qadın müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
5-10-2024, 15:55
Zakir Həsənov əmr imzaladı - Baş Qərargah rəisi vəzifəli şəxsləri topladı


Zakir Həsənov əmr imzaladı - Baş Qərargah rəisi vəzifəli şəxsləri topladı

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam, Qarnizon və Qaravul Xidmətləri, Daxili Xidmət nizamnamələrinin layihələrinin hazırlanması məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən yaradılan işçi qrupunun görüşü keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərliyi ilə keçirilən görüşdə Silahlı Qüvvələrin aidiyyatı qurumlarının məsul vəzifəli şəxsləri qeyd olunan nizamnamələrin təkmilləşdirilməsi məqsədilə görüləcək işlər barədə müzakirə aparıblar.
Qeyd olunub ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılan islahatlar, əldə edilən uğurlar və tətbiq edilən yeniliklər istifadədə olan hərbi nizamnamələrin müasir dövrün tələblərinə uyğunlaşdırılmasını və təkmilləşdirilməsini zəruri edir.
Bundan başqa, görüşdə nizamnamələrin təkmilləşdirilməsinə əsas verən digər səbəblər və məqsədlər, həmçinin işçi qrupunun fəaliyyət istiqamətində görüləcək işlər zamanı inkişaf etmiş ölkələrin ordularının təcrübələrindən yararlanmağa dair ətraflı fikir mübadiləsi aparılıb.

5-10-2024, 14:18
Suriyada İrana məxsus hərbi hava limanına hücum edildi


Suriyada İrana məxsus hərbi hava limanına hücum edildi

Suriyanın Homs vilayətində Bəşər Əsəd rejimini İranın dəstəklədiyi qruplara təhvil verdiyi Tedmur Hərbi Hava Limanına hücum təşkil edilib.
Saat 00.30 radələrində naməlum təyyarələr Homs vilayətinin şərqindəki Tedmur Hərbi Hava Limanı və ətrafında yerləşən hərbi sursat anbarına çoxsaylı hava zərbələri endirib.
Hücumlarla bağlı nə İsrail rəsmiləri, nə də Suriya rejimi tərəfindən hələlik heç bir açıqlama verilməyib.
5-10-2024, 14:13
Baş nazir “Azərenerji”-nin Prezidentinə şiddətli töhmət verdi


Baş nazir “Azərenerji”-nin Prezidentinə şiddətli töhmət verdi

“Azərenerji” ASC-nin Prezidenti Balababa Rzayevə şiddətli töhmət verilib.
Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” ASC-nin Prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!