Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
4-05-2025, 06:12
Özünü axtaran şair, təbrik edirik!

Özünü axtaran şair, təbrik edirik!

Bu gün-mayın 4-də rəngarəng-fəlsəfi, lirik şeirlər müəllifi, gözəl həkim, “Bütöv Azərbaycan” qəzetinin təəssübkeşi Nailə Nuşirəvan qızı İbrahimovanın doğum günüdür. Nailə xanım Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Şəhərcik qəsəbəsində dünyaya gəlib. Bakı şəhərindəki 63 saylı orta məktəbi və Azərbaycan Dövlət Tibb Universitetini bitirib.
Hələ orta məktəb illərindən şeir yazan Nailə İbrahimova artıq bir neçə kitab müəllifidir. Tanınmış qələm sahibləri, elm adamları onun yaradıcılığı barədə onlarca yazı yazıblar. “Düşüncələr” və “Ürəklə söhbət” şeirlər kitablarından sonra Nailə xanımın “Dəyişmədi illər məni” kitabı çap olunub. Bu kitaba şairin öz şeirləri ilə bərabər onun yaradıcılığına həsr olunmuş “Səmimiyyətin poeziyası”, “Baharlı duyğular”, “ Sözün və səsin pıçıltısı”, Qarabağın ağır dərdi üstümüzə qar ələdi”, “Həzin misralar”,”Yuxularıma gələn kənd”, “İnsan surətinin bütöv bir panoraması” və digər yazılar daxil olunub. Bir müəllifin yaradıcılığına bu qədər resenziya, məqalə və digər janrda yazıların həsr olunması geniş oxucu kütlələrinin onun yaradıcılığına marağının, sevgisinin təzahürüdür.
“Bütöv Azərbaycan” qəzetinin redaksiya heyəti Nailə İbrahimovaya doğum günü hədiyyəsi olaraq bir neçə şerini oxucuların ixtiyarına verir:

Bu tale yükünü necə qaytarım

Od tutur ürəyim, duyğularım da,
Sözüm də kül olub qəlbimdə qalır.
Tale düz yolumu bağlayıb nədən,
Məni bu dolanbac yollara salır.

Çəkdiyim əzablar bəs etmir yenə,
Dözümüm qalmayıb bu qədər yükə.
Ümid başım üstə görünən zaman,
Hər şey dəyişəcək deyirəm bəlkə.

Elə hey düşünüb daşınıram mən
Görəsən nə zaman səhv yolla gəldim?
Mümkünsüz geriyə qayıtmaq daha,
Keçdiyim yollarda qəm-kədər dərdim.

Bilmirəm günahı özümdə görüm,
Yoxsa ki, taledə, bəxtdə axtarım.
Bu, mənim bəxtimə yazılmışdısa,
Bu tale yükünü necə qaytarım?

Bu bir qismət, ya da mənim səhvimsə
Qismətimdən, ya özümdən küsüm mən.
Taleyimi verim yellər aparsın,
Əllərimi bu dünyadan üzüm mən.

Necə gözəl günlərdi

Zəngəzurda doğulub
Boya-başa çatmışam.
Gözəl bir kənd qoynunda
Böyüyüb boy atmışam.

Hər tərəfdə çiçəklər
Baxdıqca göz oxşardı.
Dağlardan gələn sular
Kükrəyərdi, daşardı.

Havası təmiz idi,
Meh xəfifcə əsərdi.
Solub saralan yarpaq,
Asta-asta düşərdi.

Meşədə buz bulaqlar,
Yolumuzu gözlərdi.
Hamı bu gözəlliyi
Seyr edərdi, izlərdi.

Süfrələr açılardı,
Yeyib içib gəzərdik.
Çəmənlikdə gülləri
Çiçəkləri üzərdik.

Necə gözəl illərdi,
Necə gözəl günlərdi,
Necə gözəl aylardı...
Yayda həyat qaynardı.

Şəhərdə yaşayanlar
Yayda kəndə gələrdi.
Şadlıqdan uşaq-böyük
Şənlənərdi, gülərdi.

Qohum-qardaş yığışıb
Sevincini bölərdi,
Necə gözəl günlərdi,
Necə gözəl günlərdi.

Nə yaxşı bilməmişəm

Gözümü yuman kimi
Şirin yuxum gələrdi.
Röyada ruhum mənim
Yaxşıca dincələrdi.

Gənclik – dinclik deyil ki,
Coşardı, çağlayardı,
Mənim qəlbim bir ümman
Gülərdi, ağlayardı.

Fikirlərim göylərdə,
Arzularım tükənməz.
Ümid – gələcək idi,
O günlər geri dönməz.

Ancaq gözəllikləri
Seyr edərdi gözlərim.
Ürəyimdən axardı
Hər kəsə xoş sözlərim.

Gözəl xəyallarımla
Gələcəyə uçardım.
Yaxşılığa can atıb
Pisliklərdən qaçardım.

Vurğundum hər insanda
Timizliyə, düzlüyə.
Hələ rast gəlməmişdim
Namərdə, yüz üzlüyə.

Yoxsa indiki kimi
Yuxum qaçardı məndən,
Bezərdim, usanardım
Yuxusuzluq əlindən.

Nə yaxşı pislikləri
Mən o vaxt bilməmişəm
Nə yaxşı pislikləri
Mən o vaxt görməmişəm.



Bir-iki söz yazdım

Bir-iki söz yazdım, bu gen dünyada
O sözlər dünyanı görən gözlərim.
Bir-iki söz yazdım ürəkdən gələn,
Yazdığım o sözlər – ürək sözlərim.

Hər şerim bir yanan ocaqdan doğub,
Onu ürəyimdə qovurmuşam mən.
Şeirlərim- yanan ocaq tüstüsü,
Beynimdən qəlbimə sovurmuşam mən.

Yanan ürəyimin alovu olub,
Sətir-sətir vərəqlərə düzülüb.
İçimdəki təlatümlü anların
Bir anıdır, sözlərimlə süzülüb.

Bu dünyanın çox sualı cavabsız,
Haqsızlığın haqqı qalıb hesabsız.
Bu dünyada yamanların sayı çox,
Yaxşıları tapmaq olmur çıraqsız.

Dünya yaman çalxalanıb

Dünya yaman çalxalanıb qaynayır,
Hər kəs ona bir züy tutub oynayır.
Böyük-kiçik bir-birini saymayır,
Əyilibdir hər ölçüsü, mizanı,
Kim söndürə bu qaynayan qazanı?

Bir düşməndir sanki insan insana,
Söz deməmiş əlləri batır qana.
Nədir belə insanı yığan cana?
Əyilibdir hər ölçüsü, mizanı,
Kim söndürə bu qaynayan qazanı?

Ər-arvadı, arvad-əri öldürür,
Bu vəhşilik neçə ocaq söndürür.
Kamil insan pis niyyətdən gen durur,
Əyilibdir hər ölçüsü, mizanı,
Kim söndürə bu qaynayan qazanı?


Zalımların müharibə davası,
Başlarında dəli, cünun havası,
Dünyanı məhv edən başsız ədası.
Əyilibdir hər ölçüsü, mizanı,
Kim söndürə bu qaynayan qazanı?

Özümü axtarıram

Bir ocaqdım sönmüşəm,
Lal sükuta dönmüşəm,
Diri ikən ölmüşəm.
Ocaqdakı qorumu,
Közümü axtarıram,
Özümü axtarıram.

Bir çiçəkdim, solmuşam,
Solub xəzan olmuşam,
Nəfəssiz boğulmuşam.
Yeni gələn baharı,
Yazımı axtarıram,
Özümü axtarıram.

Duyğylarım sel idi,
Arzularım bol idi,
Sevgim dəniz, göl idi.
Qəlbimdə o ümmanı,
Dözümü axtarıram,
Özümü axtarıram.

Quş tək qanad aşardım,
Səmalarda uçardım,
Qəlbimdən nur saçardım.
Əzmimi, vüqarımı,
Sözümü axtarıram,
Özümü axtarıram.


Dünya, elə işıqlı
Görünərdi gözümə.
Hər şeyi iti görən
Gözümü axtarıram,
Özüm elə özümü,
Özümü axtarıram.
3-05-2025, 22:37
Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTO


Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTO

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib.
Orden Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə görüşündə təqdim olunub.
Qeyd edək ki, Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb.
Birinci xanım Mehriban Əliyeva göstərilən diqqətə görə minnətdarlığını bildirib.



3-05-2025, 22:31
Sumqayıtda silah-sursat tapıldı


Sumqayıtda silah-sursat tapıldı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.
Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi, Xəzər bağları ərazisində 1 ədəd ov tüfəngi, Hacı Zeynalabdin qəsəbəsində “Kalaşnikov” avtomatına məxsus 145 ədəd 7.62 mm, 72 ədəd 5,45 mm-lik patron, 3 ədəd həmin silaha məxsus daraq və “Makarov” tipli tapançaya məxsus 40 ədəd 9 mm-lik patron aşkar edilib.
Silah-sursatlar aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.
3-05-2025, 21:58
Ərdoğan Şimali Kiprdə


Ərdoğan Şimali Kiprdə

Mayın 3-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) paytaxtı Lefkoşada yeni “Cümhuriyyət” kompleksinin açılış mərasimi olub.
Ərazisində ŞKTC Prezident Administrasiyası, parlament, hökumət və Şimali Kipr Ali Məhkəməsinin binalarının yerləşdiyi kompleksin açılış mərasimində Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və ŞKTC-nin lideri Ersin Tatar iştirak ediblər.
Türkiyə Prezidenti iştirakçılara müraciət edərək, 2022-ci ildə başlanan genişmiqyaslı layihənin başa çatmasından dərin məmnunluğunu ifadə edib.
"Bugünkü hadisə sıradan bir hadisə deyil, əlamətdar hadisədir. ŞKTC “Cümhuriyyət” kompleksinin açılışı bizim iradəmizin və azadlıq əzmimizin göstəricisi, Şimali Kiprə artan inamın təzahürüdür" deyən Ərdoğan Türkiyənin dəstəyi ilə tikilən yeni kompleksin ümumi sahəsinin 639 min kvadratmetrdən çox olduğunu vurğulayıb.
Türkiyə Prezidenti ilk mərhələdə ŞKTC Prezident administrasiyası və parlamentinin binalarının istifadəyə verildiyini, yaxın gələcəkdə dövlət qurumlarının və Ali Məhkəmənin də buraya köçürüləcəyini, Milli bağın və məscidin istifadəyə veriləcəyini bildirib.
Türkiyə lideri Şimali Kipr xalqını dəstəkləməyə davam etməkdə qərarlı olduğunu vurğulayıb.
ŞKTC Prezident administrasiyasının hazırkı binasının muzeyə çevrilməsi planlaşdırılır.
3-05-2025, 21:44
Netanyahu Azərbaycana səfərini təxirə saldı


Netanyahu Azərbaycana səfərini təxirə saldı

İsrailin Baş naziri Binyamin Netanyahu 7-11 may tarixlərində planlaşdırılan Azərbaycan səfərini bölgədə baş verən hadisələrlə əlaqədar olaraq təxirə salıb.
Bu barədə “The Times of Israel” hökumətin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Qəzza zolağında və Suriyada baş verən hadisələr, həmçinin sıx siyasi və təhlükəsizlik gündəliyi nəzərə alınaraq, Baş nazir Netanyahu Azərbaycana nəzərdə tutulan səfərini daha sonrakı tarixə keçirmək qərarına gəlib”, – deyə açıqlamada bildirilir.
O, Prezident İlham Əliyevə dəvətinə görə təşəkkür edib və iki ölkə arasında mövcud olan səmimi münasibətləri yüksək qiymətləndirdiyini əlavə edib.
3-05-2025, 21:08
Bakıda 8 bıçaq yarası alan kişi öldü - Şübhəli oğludur


Bakıda 8 bıçaq yarası alan kişi öldü - Şübhəli oğludur

Bakıda qətl hadisəsi baş verib.
Hadisə paytaxtın Yasamal rayonu, Rahib Tağıyev küçəsi, ev 20 ünvanında qeydə alınıb.
İddiaya görə, 1992-ci il təvəllüdlü Murad Əmirov atası Nizami Əmirovla mübahisə etdikdən sonra ona səkkiz bıçaq zərbəsi endirib.
N.Əmirov aldığı zərbələrdən həyatını itirib.
M.Əmirov isə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
3-05-2025, 20:56
Türkiyədən Netanyahu ilə bağlı təkzib


Türkiyədən Netanyahu ilə bağlı təkzib

"İsrailin baş naziri Benyamin Netanyahunun təyyarəsinə Türkiyə hava məkanından keçid icazəsi verildiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat yayıb.
O bidlirib ki, bu barədə Türkiyə XİN-ə ünvanlanan hansısa rəsmi müraciət yoxdur.
3-05-2025, 20:27
Azərbaycan komandası birinci oldu, Ərdoğan mükafat verdi


Azərbaycan komandası birinci oldu, Ərdoğan mükafat verdi

Şimali Kipr Respublikasında keçirilən “Texnofest-2025”də Azərbaycanl təmsil edən "Qızıl Qaya" komandası birinci yerə layiq görülüb.
Azərbaycan komandasına mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.
"Qızıl qaya" komandası turizm kateqoriyasında birinci yeri tutub.
Qeyd edək ki, 11-ci “Texnofest-2025” festivalı mayın 4-dək davam edəcək. Festival ŞKTC Prezident administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Foundation) tərəfindən dəstəklənir.
3-05-2025, 20:06
Prezident və xanımı Patriarx Kirill ilə görüşdülər - FOTO


Prezident və xanımı Patriarx Kirill ilə görüşdülər - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 3-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə görüşüblər.
Dövlətimizin başçısı və birinci xanım qonağı qarşıladılar.
Söhbət zamanı Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin Azərbaycana səfərləri, dövlətimizin başçısı və birinci xanım ilə görüşləri məmnunluqla xatırlandı.
Ölkəmizdə hökm sürən multikultural mühitə toxunuldu, müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda sülh və harmoniya şəraitində yaşadıqları vurğulandı. Bu xüsusda ölkəmizdə pravoslav xristian icmasına göstərilən diqqət və qayğıdan bəhs edildi, həmin icmanın nümayəndələrinin də Azərbaycanın ictimai-siyasi və mədəni həyatında layiqincə təmsil olunduğu diqqətə çatdırıldı. Dini tolerantlığın təmin edilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, xalqımızın həyat tərzi kimi uzun illərdir mövcud olduğu bildirildi.
Sonra Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim etdi.
Qeyd edək ki, Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb.
Birinci xanım Mehriban Əliyeva göstərilən diqqətə görə minnətdarlığını bildirdi.





3-05-2025, 19:50
Cüdoçumuzun qabırğası sındı, yarışa çıxa bilmədi


Cüdoçumuzun qabırğası sındı, yarışa çıxa bilmədi

Azərbaycan cüdoçusu Vüsal Qələndərzadənin (73 kiloqram) Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində təsəlliverici görüşə çıxmamasının səbəbi bəlli olub.
Bu barədə danışan Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib:
"Təəssüf ki, Vüsalın qabırğası sındı və 1/4 final görüşünü yarıda dayandırmalı oldu. Bu səbəbdən təsəlliverici görüşə çıxa bilmədi. Təxminən iki-üç ay müalicə almalı olacaq".


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!