Tramp: Biz hücum etməsəydik, İran edəcəkdi .....                        Dubaydakı ABŞ Konsolosluğuna PUA hücumu .....                        Türkiyə lideri regiondakı gərginliyi dəyərləndirdi .....                        İsrail Tehranda SEPAH komandirini öldürüb .....                        Tezliklə İranın yeni liderinin adı açıqlanacaq .....                        Sabunçuda qətl: Şübhəli saxlanıldı .....                        İsrail İranın gizli nüvə obyektinə hücum edib .....                        Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtları .....                        Ərəb ölkəsi İranla müharibəyə hazırlaşır - KİV .....                       
Tarix : 29-10-2020, 10:44
Hara gedir bu gənclik?!

Düşündüyü, yediyi, geyindiyi, dinlədiyi-bütünlükdə yaşamı tənqid olunan zəmanəmizin gəncliyi və bu gənclər üçün tez-tez deyilən "Hara gedir bu gənclərin sonu?" ifadəsi. Bəzən tənqid etdilər. Günahı isə sosial şəbəkələrdə gördülər. Söhbət bu gün məhz həmin şəbəkələrlə dünyaya Azərbaycanın haqq səsini eşitdirənlərdən gedir. Bəzən dinlədiyi musiqilər belə, qınanan cavanlarımızdan bir çoxunun son vaxtlarda dinlədiyi son "musiqi" yaylım atəşi oldu. Hələ "geyim-keçimini bilmir indikilər" dediyiniz "indikilər" son vaxtlar "qırmızıya" büründülər. Səngər savaşından tutmuş media müharibəsinə kimi, ön cəbhə arxa cəbhə fərqi qoymadan döyüşən, qan tökən, qisas alan bu zəmanənin gəncliyi oldu. "Bunlarda fərasət nə gəzir?!" deyib gileyləndiyiniz cavanlar bu gün tək can oldu, Azərbaycan oldu. Yeri gəldi özləri özlərini danladı ki, əsgərimin cəbhədəki əziyyətiylə müqayisədə "mənimki heç nədir" deyib informasiya müharibəsində "canlar aldı". Əlindən gələni nəinki əsirgəmədi, qat-qat artığını etdi. Qarabağı heç vaxt görmədən böyüyənlər Qarabağlı oldu. Nəqliyyatda "bəlkə də, o da yorğundur və ya hansısa problemi var" deyə düşünmədən əyləşdiyi üçün danladığınız aslanlar bu müaharibədə soyuq torpağı özlərinə isti yataq bildilər. Gecəsini gündüzünə qatıb savaşır, çalışır, yardımlaşırlar. Yeri gəlir hamımız Cəbrayıl üçün axan göz yaşında birləşirik. Yeri də gəlir Tanrıya açılan əllərdə bir dua oluruq. Bir şəhidə min-min bacı-qardaş oluruq. Hər bir hərbiçimizə qurban da oluruq. Beş barmağıqsa sıxılıb yumruq oluruq.... Məgər nə gözəl yolla gedirmiş bu gənclik.

Adilə Həmzəyeva,
BDU Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!