Kobaxidze sərt danışdı: “Heç kimə imkan verməyəcəyik!” .....                        Cabirlə bərabər bu gün mən də öldüm - Murad Dadaşov .....                        Hər üç ölümdən birinin səbəbi ürək-damar xəstəliyidir... .....                        III MDB Oyunları: Azərbaycan komandası 8 medal qazandı .....                        Netanyahu Qətərə zəng edib üzr istədi .....                        Sumqayıtda 350 min manata yol cizgiləri çəkiləcək .....                        Ramiz Quliyevin vəziyyəti pisləşib - Oğlu danışdı .....                        Əsas məsələ yalnız bilik əldə etmək deyil - Nazir .....                        Qalib gələcəyimizə əminəm - Paşinyan .....                       
27-01-2024, 08:58
Ərşdən gələn söz...


Ərşdən gələn söz...

Söz ərşdən gəlir. Bunu anlayanlar üçün sözün dəyər və qiyməti, ölçüsüzlüyü görünür. Söz səhifələrə ilmə-ilmə toxunur: cümlələr yaranır; cümlələrdən hekayələr, romanlar hasil olur. Müqəddəs kitablar da sözün qüdrətilə yaranır. Tanrı sözlə bərabər, onu qoruyanları da yer üzünə göndərir. Həm də bu bir alın yazısına çevrilir.
Ustad müəllimimiz Cahangir Məmmədli bu ali missiyanı layiqincə yerinə yetirmək üçün qarlı-boranlı, lal-dinməz qış gecəsində doğuldu. Belə bir bənzətmə edərdim: makedoniyalı İskəndər dünyanı qılıncıyla fəth edərkən "beşikdən yəhərə atıldı"ğı kimi, müəllimim də fikri, düşüncəsi ilə söz meydanına atıldı. İsgəndər qılıncı ilə, müəllimim qələmi ilə mübarizə apardı. Sonradan sözə məhəbbətlə yanaşmağı, ona ürəksiz toxunmamağı bizə də öyrətdi. Anladıq ki, qələmi əlinə könülsüz almağın özü günahdır. Gərək sözün qayğısını, nəvazişini çəkəsən. Əks halda söz qələm adamından küsər.
Müəllimim sözə ehya verməyi, onu diri, canlı saxlamağın qələm adamının ən ümdə vəzifəsi olduğunu hər dəfə bizə öyrədir. Özü də canyanğısı ilə, böyük məhəbbətlə... Ümumiyyətlə, müəllimimlə hər görüşü bitməyən, tamamlanmayan dərsə, elm tamaşasına bənzədirəm. Yeri gəlmişkən, tələbə Əsgər İsmayılovun "Açılmamış dəfinənin xəzinəsi" başlıqlı yazısından çıxarışa nəzər salaq:
"Müəllim cəmiyyəti sonsuz səmalara qaldıran qoşa qanaddır. Bəndəni Allaha yaxınlaşdırmaq, pis işlərdən uzaqlaşdırmaq isə müəllimin həyat amalıdır. Platon demişkən: "Müəllimlik hər şeydən əvvəl Tanrı sənətidir". Demək ki, müəllim Allahın adamıdır. Tanrı bəndəsini düz yola çəkdiyi, səhvlərini bağışladığı kimi, müəllim də Yaradandan fərqli olaraq görünməz deyil, insanlar içərisində bu şərəfli missiyanı yerinə yetirir. Cəmiyyətin pərsəng daşı olan müəllim məktəbdə 45, universitetdə 90 dəqiqəsini deyil – bütün ömrünü, həyatını, canının şirəsini, gözünün nurunu, qəlbinin odunu və ələlxüsus da bütün bilik və elmini (bundan qiymətli nəysə ola bilərmi?!) şagirdlərinə, tələbələrinə ötürür".
Bəli, Əsgər, "bundan qiymətli heçnə ola bilməz" deyərək, fikirlərini təsdiqləyirəm. Və müəllimimin tələbəsi olduğum üçün, özümü çox xoşbəxt sayıram. Bəlkə də ən çox inamını qazanmış tələbələrindənəm. İnam. Bu məfhum o qədər güclüdür ki, yoxdan bir əsəri var etməsi üçün insana qələmdən sonra ehtiyac duyulan ən vacib vasitədir. Bu vasitə qələm və söz, qəlb və fikir, həmçinin iki insan arasında mütləq vacibliyə sahibdir, yoxdursa, heç vaxt intəhasız sevgi yarana bilməz. Ustad bu gün tələbəsinə inanır. Hələ qələmin mürəkkəbini ilk axıtdığı dönəmlərdən inanıb sevdi, bağrına basdı. Fakültəyə addım atdığım ilk gündən onun qayğısını, nəvazişini, sevgisini hiss etmişdim, bu mənə həm bu yolda işıq idi, həm də güc-qüvvət.
O, tələbənin dostu, elə bu gün çox saylı uğurlara imza atmış jurnalistlərin müəllimidir. Onun qələmi və yaradıcılığı bizlərə doğru yol göstəricisidir. Mətbuat sahəsində yaradıcılığı gələcək nəsillərə xəzinə, peşəmizin sabahına işıq tutacaq mayakdır.

Şəms Hüseynli,
BDU Jurnalistika fakültəsinin tələbəsi

20-01-2024, 09:16
Qara kəmərlə asılmış qərənfillər

Qara kəmərlə asılmış qərənfillər

Övladlarımız kimi Qərənfillərimiz də Şəhid oldu. Azərbaycan övladları Vətən uğrunda, Qərənfillər isə fədailərimizin yolunda fəda oldular. Bu gün yenə də -avtobusda, dayanacaqda, yollarda, bir sözlə hər yerdə insanlarımızın üzündə 34 il əvvəlki acı, çiyinlərində otuzdördillik bir dərd yükü vardı. Dövlət müstəqilliyimizin bərpasına aparan bu şanlı yolda tökülən qanlar hələ də vətəndaşlarımızın gözlərindən çəkilmir.
Tələbələrin şaqraq səsindən vəcdə gələn Metro qatarlarında bir hüznlü sükut hakimdir. Qaboyun həzin səsi hamını Şəhidlər Xiyabanına çəkir. Metro girişlərində qara kəmərlə asılmış Qərənfillər isə hər il olduğu kimi, yenə də öz şəhid talelərini yaşamaqdadırlar. Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Vətən sağolsun! Bu vətən üçün Şəhid olmağı bacaran övladlar yetişdirən valideynlərin və Şəhidlərimizin ruhları qarşısında ehtiramla baş əyirəm!
Tamxil ZİYƏDDİNOĞLU
Azərbaycan Hərbi Jurnalistlər Birliyi İdarə Heyətinin sədri

19-01-2024, 06:45
Qərbi Azərbaycan müəllimləri rubrikasından


Qərbi Azərbaycan müəllimləri rubrikasından
Fatma Muradova


Muradova Fatma Cəfər qızı 8 fevral 1934-cü ildə İrəvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. İrəvan şəhərində orta məktəbi bitirdikdən sonra Ermənistan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmiş və həmin ildə Basarkeçər rayonunun Çaxırlı kənd orta məktəbində fizika və riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışdır. 1960-cı ildə İrəvan Kənd Təsərrüfatı Texnikumunda fizika və riyaziyyat fənni üzrə müəllimlik fəaliyyətini davam etdirmişdir.
Fatma Muradova 1960-cı ildə İrəvan Şəhər Komitəsinin Marksizm- Leninizm Universitetinə daxil olmuş və tam kursu müvəffəqiyyətlə bitirmişdir.
Fatma Muradova 1961-ci ildə İrəvan şəhər Lenin rayonu üzrə VIII çağırışa deputat seçilmişdir. O, 1963-cü ildə isə İrəvan şəhər Orcenikidze rayonu üzrə IX çağırışa deputat seçilmişdir.
Fatma Muradova 1963-cü ildə Kurud kəndinə gəlin köçmüşdür. Fatma xanım ailə həyatı qurması ilə əlaqədar iş yerini Qafan rayonunun Kurud kənd 8 illik orta məktəbinə dəyişmiş, kənddə riyaziyyat müəllimi işləmişdir. O, 1969-cu ildə Bakı şəhər keçmiş Oktyabr indiki Yasamal rayonu 13 nömrəli məktəbinə fizika müəllimi kimi işə qəbul olunur.
1970-ci ildən 2 nömrəli Dəmiryol texniki- peşə məktəbinə riyaziyyat müəllimi vəzifəsinə qəbul edilir. O, əmək fəaliyyəti müddətində: 1979-cu ildə “Təşəkkürnamə”, 1986-cı ildə “Əmək veteranı” medalı ilə və 1988-ci ildə “Fəxri Fərman”la təltif edilmişdir.
Muradova Fatma Cəfər qızı Kərimov Bəndəli Əli oğlu ilə ailə həyatı qurmuşdur. Onların 3 övladı, 7 nəvəsi və 10 nəticəsi var. Övladları və nəvələri ali təhsillidir. Onların övladları hərbi həkim, kimyaçı və müəllimə peşələrinə yiyələnmişlər. Nəvələri hal-hazırda müxtəlif dövlət qurumlarında çalışırlar.
Muradova Fatma Cəfər qızı 2019-cu il yanvar ayının 4-də Bakı şəhərində vəfat etmişdir.
"Bütöv Azərbaycan" qəzeti
19 yanvar 2024
29-09-2023, 12:07
YERİMİZDƏN GÖYÜMÜZƏ ƏMANƏTİMİZ! QƏNİRƏ xanım Paşayeva!


YERİMİZDƏN GÖYÜMÜZƏ ƏMANƏTİMİZ!
QƏNİRƏ xanım Paşayeva!


O getdi...
Öz adını böyük hərflərlə xalqının qəlbinə yazan ADAM!
İtirdik... Amma gözümüz həmişə gəzəcək, Sizi!
Özünüzün müsahibələrinizdə dəfələrlə qeyd etdiyiniz kimi, olan-qalanımız hamısı burda qalacaq, əliboş, gözüyumulu gedəcəyik. Yalnız sevgi əbədidir! Qəlblərimizdə Sizə olan sevgi!
Gec- tez o bambaşqa sevginizi, qəlbimizdəki əmanətinizi Sizə pay gətirəcəyik! Ziyanız xalqımızın gələcəyinə həmişə nur saçacaq. Özünüzlə aparmadığınız yaxşılıqlarınız bu dünyada dönə-dönə xatırlanacaq!
Yerimizdən, göyümüzə əmanətimiz, Əziz Qənirəmiz! Gözümdə yaş qurumaz, qəlbimdə sızıltın, canımda ağrın kəsməz. Sizi andıqca Vətən sevinər! Çox sevdiyiniz çiçəklər par-par parlar üzü Günəşə! Sizi əbədi yaşadar, Vətən! Yada salıb könlün aldıqlarınız qədirbilənliklə adınızı anar, ruhunuzu şad edər!
Məqamınız uca olsun, yeriniz behişt! Allah nura qərq etsin, əbədi evinizi, Əziz Qənirə xanım!
Ailəsinə, doğmalarına, hörmətli Qəzənfər müəllim Paşayevaya dərin hüznlə baş sağlığı verirəm. Allah rəhmət etsin!



Şair-publisist:
Azadə Novruzova
8-06-2023, 14:02
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşü təxirə salındı


Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşü təxirə salındı

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan bildirib. "Azərbaycan tərəfinin xahişi ilə Vaşinqtonda planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınır. Görüşün yeni tarixi barədə ictimaiyyətə lazımi məlumat veriləcək", - Ermənistan XİN rəsmisi qeyd edib.
6-05-2023, 06:19
Maralla qurbağanın söhbəti

Səməd Vəkilov


Maralla qurbağanın söhbəti

Bir də görürsən səfehin biri durub deyir ki, mən Napaleonu sərkərdə hesab etmirəm. Deyirlər ay qardaş, axı sən deyəsən bir az çox getdin. Qayıdıb deyir ki, əşi mənim Napaleon adlı problemim yoxdur. Yaxud ata-babasını dəqiq tanımayan biri qayıdıb deyir ki, filankəs mənim mənəvi atamdır.
Son dövrlər bir qrup sərsəm, iddiaları ilə müddəaları uyğun gəlməyən "siyasətçi" və "şairlər" Azərbaycan xalqının milli-mədəni dəyərlər sisteminə daxil olmuş şəxsiyyətləri sağına-soluna təhqir və təftiş etməyə cəhd edirlər. Sonra da üzr istəmək məcburiyyətində qalırlar. Beləsinə deyirlər, üzürü qəbahətindən böyük!
Tənqid etmək hər bir insanın hüququdur. Etsinlər nə gözəl. Bu hüquqa hörmətlə yanaşmaq lazımdır. Amma unutmaq olmaz ki, tənqid etmək hüquq olmaqla bərabər həm də mədəniyyətdir. Tənqid etmək ifadə azadlığı və hüquq mədəniyyətinin ən vacib komponentlərindən biridir. Hər halda biz polemika və tənqid etmə mədəniyyətimizin yüskək olmasını iddia edə bilmərik.
Bir hədisdə deyilir ki, bir nəfər Məhəmməd Peyğəmbərin yanına gəlib zina etdiyi üçün daş-qalaq olunmasını istəyir. Peyğəmbərin ətrafındakılar onu möhkəm qınayırlar. Peyğəmbər deyir ki, zinanın cəzası daş-qalaq edilməkdir. Həmin adamın daş-qalaq edilməsi məqamı çatanda Peyğəmbər o şəxsə ilk daşı zina etməyən şəxsin atmalı olduğunu deyir. Bu sözdən sonra hamı kənara çəkilir.
Əlbəttə hər bir şəxsi tənqid etmək olar. Amma tənqid etmək üçün mənəvi haqq deyilən nəsnə də olmalıdır axı. Nizami Gəncəvi tənqid etmənin formulunu poetik dildə belə ifadə edir.
Əvvəl gör özünün nə nöqsanı var,
Sonra sən başqasında eyib axtar.

Ancaq son dövrün populist özündənrazı "tənqidçilərini"nin yazdıqlarına baxanda adamın yadına klassik bir el əhvalatı düşür. Ovçu güllə ilə maralı yaralayır. Maral yaralı-yaralı qaçıb gedəndə, gölməçədə quruldayan bir qurbağa maraldan soruşur ki, ay Maral qardaş nə olub, niyə qaçırsan? Maral deyir ki, ovçu məni güllə ilə yaralayıb. Ona görə qaçıram. Qurbağa deyir: "Maral qardaş, bilmirəm bu ovçu sən maralnan mən maraldan nə istəyir?" Maral deyir:
"Ay qurbağa, ovçunun gülləsi məni öldürməzdi, sənin bu sözlərin məni öldürəcək".
3-03-2023, 07:45
Göydən-göyə ucalanlar..

Göydən-göyə ucalanlar...

Dünyanı yoxdan var edən Xaliq yaratdıqlarına elə dünyanın min naz-nemətini bəxş edər. Yaradanın bir cənnəti də var ki, o anaların ayaqları altındadır. O ana ki elə-obaya, böyük mənada cəmiyyətə sülh gətirib, birlik, mehribanlıq, doğmalıq toxumunu səpib. O qadın ki öz çətinliyinə razı olsa da, balalarının, ərinin, qardaşının, atasının heç bir vəchlə dərd-sərinə dözə bilməyib, tab gətirməyib.
İndi mərd, daxilən güclü, ləyaqətli bir qadın düşünək. O qadın ki, övladının sevdiyi yeməyi bişirmək istəmir. Sizcə belə ana olarmı?! Bəlkə də bir çoxlarımız bu sualın yersiz və doğru olmadığını düşünərik. Axı hansı ana bunu edər ki? Hər nə qədər çətin olsa da sualın cavabı var. Bu şəhid anasıdır.
Bir gecədə bütün ümidləri məhv olmuş, saçı ağarmış, beli bükülmüş qadın. Bir ananı ancaq övlad acısı yıxa bilər. Vətən sağ olsun deyə, xalq yaşasın deyə öz övladından keçən, biz torpağın üstündə rahat gəzək deyə övladını torpağa qurban verən şəhid anası. Biz əzizlərimizin qoxusunu doya-doya sinəmizə çəkə bilək deyə, övladının qoxusundan məhrum olan şəxsdir, ana – şəhid anası.
Bu analardan biri də Silahlı Qüvvələrin baş leytenantı şəhid Muxtar Qasımlının anası Almaz xanım Qasımovadır. Hər ana kimi o da övladının toyunu görmək arzusunda idi. Muxtarın vəfatından sonra Almaz Qasımovanı görməyə onu sevən bir qız gəlmişdi. Hətta Almaz xanıma oğlunun şəkli həkk olunmuş bir boyunbağı bağışlamışdı. Almaz xanımın sözlərinə görə bu qız hərdən onun məzarını da ziyarət edir. Kim bilir, bəlkə yaşasaydı onunla ailə həyatı da quracaqdı Muxtar.
Muxtar həyatcanlı idi. O, insanları, Vətəni, sülhü, bəşəri sevirdi. Onun ən sevdiyi yemək də vardı: yarpaq dolması. Amma bu dolma bizim bildiyimiz qaydada hazırlanmırdı. Almaz xanımın dediyinə görə Muxtar dolmanı toyuq əti ilə sevirdi.
"Muxtarın şəhid olduğu gündən mən bu yeməyi bişirmirəm, düzdü hərdən bizə gələn qohumlar hazırlayır bu yeməyi, amma Muxtarın yoxluğundan bəri bu yeməyi heç vaxt hazırlamamışam" – deyə Almaz Qasımova kədərlə bildirir...
Döyüş yoldaşlarının sözlərinə görə Muxtar şəhid olmaq arzusunda olub, hətta onun yaxın dostlarından biri yanında şəhadətə ucalıb... Sanki bu hadisədən sonra o öz dostunu yalnız qoymamaq üçün ona yoldaş olub. 2020-ci il 2 oktyabrda şəhadətə ucalan Muxtar Qasımlının fevralın 23-də doğum günüdür. Cənnətdəki doğum günün mübarək, şəhidim!
Şəhidlər ölmür, onlar daim yaşayırlar. Nə vaxta kimi bu xalq sizi unutmayıb, siz həmişə yaşayacaqsınız. Belə bir deyim var:
"Müharibə bölgəsindən kimsə sağ çıxmır, kimisi cismən ölür, kimisi ruhən".
Muxtarın vəfatı onun ailəsinin qəlbinə sağalmaycaq bir yara vurdu. Bu yara qaysaq bağlasa belə heç vaxt sağalmayacaq. Amma bir xalqın illərlə Vətənsizlikdən qəlbində bağladığı qubarı şəhidlərimiz öz canları hesabına silib atdı – mənfur düşməni doğma torpaqlardan birdəfəlik silib atdıqları kimi...

Sevinc Bağırlı,
BDU Jurnalistika fakültəsinin tələbəsi




3-03-2023, 07:30
İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyə qarşı təhdidlərin qarantıdır...


İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyə qarşı təhdidlərin qarantıdır...

Jurnalistika ixtisasına qəbul olmaq üçün 2019-cu ilin aprel ayının ilk günündə qabiliyyət imtahanı verdim. Təklif olunan 3 mövzu arasından: "İnformasiyanın həyatımızda rolu" – başlığı daha çox diqqətimi çəkdi. Mövzunun ilk sətirbaşını olduğu kimi təqdim edirəm:
"Yazıya başlamazdan əvvəl düşünürəm ki, səyahətimizi genişləndirib bəşər övladının yarandığı ilk dövrlərə – ibtidai icma quruluşuna nəzər salaq". Əlbəttə, burada diqqəti bəşər övladının ilk yaranışına çəkməyim heç də təsadüfi deyil. Çünki informasiyanın ilkin rüşeymi məhz insanın yaranışı ilə öz formasını tapmışdır. İnformasiya insanlarla bilavasitə əlaqəli olduğu üçün ilk insanın yaşı qədər də informasiyanın yaşı var. Kinetiq ünsiyyətdən, qırıq səslərdən başlayan informasiya artıq XXI əsrdə özünün ən yüksək məqamına çatmışdır. İnformasiya-kommunikasiya texnologiyalarının tərəqqisi müsbət və mənfi təsirləri ilə xarakterizə olunur.
Bu gün kiçikdən – böyüyə kimi demək olar ki, hər kəs ağıllı telefonlardan, planşetdən, kompyuterdən və s. istifadə edir. Ünsiyyət daha əlçatan və səmərəli olsa da, texnoloji inkişaf rahatlığı ilə birlikdə informasiya təhlükəsizliyi ilə bağlı bir çox narahatlıqlar da yaradıb və yaratmaqdadır. Ötən əsrin 70-ci illərinin əvvəllərində fərdi kompyuterlərin yaradılması ilə bəşəriyyətdə lV informasiya inqilabı baş verdi.
Bilirik ki, kompyuter sözü ingiliscədən tərcümədə hesablama mənasını verir. Bəs biz necə öz informasiya təhlükəsizliyimizi hesablaya bilirikmi? Təəssüf ki, bu suala dəqiq bir cavab verə bilməyəcəyik. Baxmayaraq ki, birinci kompyuter virusu nümunəsi 1983-cü ildə yaradılmışdı, ancaq 1988-ci ildə Morris soxulcanının kütləvi epidemiyası qeydə alındı.
Mütəxəssislər informasiya təhlükəsizliyinin təmin olunmasına kompleks yanaşmanın zəruriliyini əsas götürərək, 1988-ildə Amerikanın Kompüter Avadanlığı Assosiasiyası 30 noyabr tarixini Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü elan etmişdir.

Avadanlıq və proqram vasitələri istifadəçilərinin və istehsalçılarının diqqətini təhlükəsizlik problemlərinə yönəltmək, informasiya təhlükəsizliyini və onun daha dəqiq şəkildə mühafizə edilməsininin simvolik olaraq bir günü – 30 noyabr tarixi olaraq qəbul edilsə də, ancaq bu həyat qədər vacib olan məsələni ilin bütün günləri diqqət mərkəzində saxlamaq olduqca vacibdir.
Əlimizdə olan hansısa material düşmən tərəfin əlinə keçərsə, bizə tərəf tuşlanan silahı əvəz edər. İnternet istifadəçisi olan hər bir vətəndaş unutmamalıdır ki, təyyarənin narıncı rəngli qara qutusu qədər də bizlərin məlumatları önəmlidir və daha etibarlı qorunmalıdır. Ümumiyyətlə, müharibə şəraitində olan hər hansı bir ölkə vətəndaşları fərdi məlumatların mühafizəsi məsələsinə milli təhlükəsizlik prizmasından baxmalıdır. Azərbaycanın Ermənistan üzərində möhtəşəm hərbi zəfəri, məğlub dövlətin qaniçən siyasi rəhbərliyinin kapitulyasiya imzalaması ölkəmizin siyasi və hərbi uğurunun fövqəlgücünü göstərir. Lakin informasiya savaşı hələ də davam etməkdədir. BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlunun bu fikirləri isə olduqca qiymətlidir:
"Ermənistan – Azərbaycan müharibəsi təkcə cəbhədə deyil, informasiya məkanında da gedir. Və inanın ikincisi, birincisindən daha təhlükəli, həm də miqyasına görə genişdir."
Azərbaycan xalqı 44 günlük haqq savaşında göstərdiyi birlik və mütəşəkkilliyi informasiya müharibəsində də davam etdirməlidir. Ölkəmizdə ən uğurlu sahələrdən biri də informasiya-kommunikasiya texnologiyalarııdır. Bu sahə üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlayan ali məktəblərimiz var.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən şərqdə ilk olaraq informasiyanı dünyaya doğru və tez çatdırmaq üçün AzərTac yaradıldı. Həmçinin də informasiyalı və dünyadan məlumatlı gənclərin yetişməsi üçün Bakı Dövlət Universiteti (BDU) təsis olundu. Müasir dövrümüzün informasiya əsri kimi xarakterizə edildiyini nəzərə alaraq, sonda Stas Yankovskiyin fikirlərini xatırlamaq yerinə düşür:
"Hər bir insan öz xoşbəxtliyinin proqramisti, başqasının isə xakeridir".
Əsgər İsmayılov,
BDU Jurnalistika fakültəsinin tələbəsi


31-08-2022, 15:03
Qərbin sevimlisi, rusların düşməni - Qorbaçovun qaranlıq keçmişi


Qərbin sevimlisi, rusların düşməni - Qorbaçovun qaranlıq keçmişi

Sovet İttifaqında hakimiyyətə gəlişiylə Avropanın xəritəsini dəyişdirən və dünyanı nüvə ilə hədələyən, Soyuq Müharibəyə son qoyan, habelə bir sıra inqilabi dəyişikliklərə imza atan Mixail Qorbaçov ötən gün Moskvada vəfat edib. SSRİ-nin ilk və son lideri 92 yaşında uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Qorbaçov əslində kim idi?



Butov.az bildirir ki, altı illik hakimiyyəti dövründə Qorbaçov "dəmir pərdəni" qaldıraraq dünyanın siyasi ab-havasını dəyişməyi bacarıb. O, dünya ictimaiyyəti tərəfindən fərqli təqdim olunurdu. Qərbin nəzərində Qorbaçov Soyuq Müharibəyə son qoyan, Şərqi Avropaya azadlıq gətirən "qəhrəman" hesab edilir. Sadə rusların gözündə isə o, cəmi altı il ərzində super dövləti diz çökdürməyi və xalqını yoxsullaşdırmağı bacaran uğursuz siyasətçi kimi canlanır. Rusiyadan fərqli olaraq, xaricdə onu qəhrəman kimi alqışlayırdılar. Qorbaçov Amerika üçün “möcüzə”, dünyanı olduğu kimi görən, sovet ideologiyası ilə gözünü qırpmayan bir insan idi. Amma ölkəsi üçün bunu demək olmaz. Rusiyada keçirilən sorğuya əsasən, Qorbaçov “Sovet dövrünün ən nifrət edilən adamı” olub və hər beş respondentdən biri bu variantı seçib. Sorğular göstərir ki, ruslar Qorbaçova Stalindən daha çox nifrət edirlər. Qorbaçov öz xalqına formal azadlıq versə də, bundan həzz almaq həmişə ruslara zülm verirdi. Onun hakimiyyəti Sovet iqtisadiyyatında fəlakətli çöküşün şahidi oldu. Doğrudur, bu gün ruslar özlərini 40 il əvvəldən daha azad və varlı hesab edirlər. Lakin hazırkı iqtidar belə Qorbaçovun hakimiyyətini Rusiya üçün fəlakət adlandırır. Prezident Vladimir Putin Sovet İttifaqının dağılmasını “əsrin ən böyük geosiyasi fəlakəti” hesab edir. Qorbaçov da şəxsən Putinin siyasətini bəyənmir, onu daha çox tənqid edirdi. Onların sonuncu rəsmi görüşü illər öncə Rusiyada, Kremldə baş tutub. Daha sonra bir araya gəlməyiblər. Ruslar Qorbaçovu 1991-ci ildə ərazisi 15 ayrı ölkəyə parçalanan bir vaxtların qorxulu fövqəldövləti olan Sovet İttifaqının dağılmasında günahkar bilirlər. İllər ötsə də, onlara qarşı münasibət dəyişməyib. Bu gün də rusların çoxu Qorbaçova nifrət bəsləyir. Ruslar SSRİ-ni dağıdan Qorbaçova o qədər nifrət edirlər ki, o, 1996-cı ildə prezidentliyə namizəd olarkən, cəmi bir faiz səs toplaya bilmişdi. Hətta onun ölkədən çıxmasını tələb edənlər də az deyildi. Bunlara rəğmən Qorbaçov 1993-cü ildə Qərb tərəfindən Nobel sülh mükafatına layiq görülüb. Bu mükafat ona Soyuq Müharibəni dayandırdığına görə verilib.
Qorbaçov və keçmiş Sovet dövlətləri



SSRİ-nin dağılması ərəfəsində bir neçə keçmiş Sovet ölkəsində iğtişaşlar olub. Mixail Qorbaçovun başçılıq etdiyi Sovet imperiyası “rus və erməni kartından” məharətlə istifadə edərək Azərbaycan xalqına qarşı vəhşicəsinə dövlət terroru həyata keçirib. 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu maddəsini və Azərbaycan SSR Konstitusiyasının 7-ci maddəsini pozaraq yanvarın 20-də Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb. SSRİ-nin kəşfiyyat və xüsusi xidmət orqanı olan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) “Alfa” qrupu yanvarın 19-da saat 19:27-də Azərbaycanın yeganə telekanalı olan AzTV-nin elektrik stansiyasını dayandıraraq partladıb. Telekanalın fəaliyyətinin dayandırılması ilə Bakıda yaşayan azərbaycanlıların hadisələr barədə məlumat almasının qarşısı alınıb. Ruslardan və ermənilərdən ibarət ordu Bakını talan edib, günahsız insanlar qətlə yetirilib. 20 Yanvar qırğını Sovet ittifaqının sonunu yaxınlaşdırdı. SSRİ-nin parçalanması zamanı digər Sovet Respublikalarında da (Gürcüstan, Latviya, Qazaxıstan) oxşar qeyri-insani əməllərə yol verilib. Buna görə də keçmiş Sovet ölkələri Qorbaçovu qanlı lider olaraq xatırlayır. İttifaq dağılandan sonra Qorbaçov yenidən hakimiyyətə qarışmaq istəsə də, bu cəhdləri alınmayıb. Bəzi hallarda ölkədə və dünyada baş verən hadisələr barədə siyasi şərhlər verən Qorbaçov son günlərini sakit bir kənddə keçirib. Bundan öncə onun tez-tez ölüm xəbərləri yayılıb.



Sonuncu dəfə 2013-cü ildə Mixail Qorbaçovun öldüyü deyilsə də, o mediaya açıqlamasında keçmişə dönmək, hər şeyi yenidən başlatmaq niyyətində olduğunu söyləmişdi: “Məndən tez-tez soruşurlar ki, təkrar etməli olsam, hər şeyi yenidən başlayardımmı? Bəli, həqiqətən bunu edərdim. İndi isə daha çox əzmkarlıq və qətiyyətlə addım atardım”. Lakin onun bu arzuları ürəyində qaldı...



13-08-2022, 00:32
Polad Poladov dosta sədaqətdən yazır

Polad Poladov dosta sədaqətdən yazır

(Hekayə)

Sübh çağı yenicə açılmışdı. Tapdıq dayı səhər yeməyini yeyib həyətdə işıq dirəyinə bağlanmış atın yanına getdi. Dərindən ah çəkib atin alığını üstünə atdı. Örkəni atın belinə çəkib heybəsini yana bağladı. Atın yüyənini açıb, axşamdan döyüb hazırladığı kərəntisini də götürüb yavaş-yavaş biçənəyə tərəf üz tutdu. Yol boyu fikirli-fikirli gedir, yan yörədə quşların səsinə, cırcıramaların cırıltısına məhəl qoymurdu. Biçənəyə çatanda gözlərinə inanmadı. Yerindəcə donub qaldı.
Tapdıq dayının zəmisi tamamilə biçilmişdi. Otlar qurumaq üçün lay-lay sərilmişdi. Tapdıq kişi elə bilirdi ki yuxu görür, axı bu necə ola bilər. O ki, sırağa gün burdan gedəndə bir kərənti ağzı yer də biçməmişdi…
Atın yüyənini buraxdı. Bir az irəli gedib zəminin ortasındakı daşın üstündə oturdu. Bilmirdi ki, sevinsin, yoxsa ağlasın. Gözləri dolmuşdu. Bir az aralıda qonşusu Rasimin atını gördü.
Rasim Tapdıq dayının oğlü Mərdanla yaşdaş idi. Bir məhəllədə böyüdükləri kimi eyni sinifdə oxuyurdular. Əbədi və sarsılmaz dostluqları var idi. Hər ikisi də ali təhsil almışdı. Rasim kənddə müəllim işləyir, Mərdan isə bələdiyyədə işləyirdi. Vətən müharibəsi başlayan gündən hər ikisi ehtiyatda olan zabit kimi hərbi xidmətə çağrıldılar. İki dost birlikdə Vətənin müdafiəsinə yola düşdülər. Ağır döyüş yolunu isə ayrılıqda, hər biri komandir olaraq davam etdirdilər. Döyüş mövqeləri yaxın olduğundan hər gün bir birindən xəbər tuturdular.
Müharibənin iyirminci günü Mərdan yaralı əsgəri döyüş meydanından çıxarmaq istərkən düşmən gülləsinə tüş gəlir. Yaralansa da özünü əsgərin qarşısına verir. Dolu kimi yağan güllələr onu əbədi olaraq gözlərini yummağa vadar edir.
Rasim xəbərdən nə qədər sarsılsa da, artıq başqa yolu yox idi. Düşməndən tam qələbə ilə qisas almağı qarçısına məqsəd qoydu.
Nəhayət 44 günlük qələbədən sonra Rasim ordudan tərxis olundu. Ancaq kəndə necə gələcəyini və Tapdıq dayının üzünə necə çıxacağı onu cox düşündürür, üzürdü. Onu gətirən maşının kəndə gündüz gəlməsinə baxmayaraq Rasim kəndin yaxınlığında maşından düşür və qərara alır ki, kəndə axşam düşəndə girsin ki. Tapdıq dayı ilə üz-üzə gəlməsin. Birdən kişi məni görəndə dərdi dəbərər, ürəyi xarab olar, narahatçılıq keçirər,- deyə fikirləşdi. Axşam düşəndə ilk olaraq kənd məzarlığına gedib Mərdanı ziyarət etdi. Evə gələndən sonra isə Tapdıq dayıdan qaçır, istəmirdi kişi ilə üz-üzə gəlsin. Axı ona söz vermişdi ki, Mərdanla birlikdə qayıdacaq. Demək qismət beləymiş…
Rasim biçin başlayan günü öz yerlərini biçməzdən öncə qərara aldı ki, Tapdıq dayının yerini biçsin. Elə də etdi. Axşam hava tam aydınlıq idi. Rasim kərəntisini götürüb Tapdıq dayının biçənəyinə getdi. Gecəni səhərə qədər ay işığında Tapdıq dayının yerini biçdi. Səhər açılandan bir az keçmışdı. Yorğunluğunu almaq üçün bir yarğana söykəndi. Az keçməmiş yuxuya daldı.
Tapdıq dayı Rasimin atını görən kimi bildi ki, bu onun işidi. Ata tərəf gəldi. Baxdı ki, Rasim dərin yuxuya gedib. Rasimin başına sığal çəkib alnından öpmək istəyəndə göz yaşını saxlaya bilmədi. İki damcı Rasimin üzünə düşdü. Rasim yuxudan ayılıb Mərdan, gəldinmi qardaş,-deyə qışqırdı. Birdən başının üstə Tapdıq dayını gördü. Mərdan hanı Tapdıq dayı -deyə kişini sorğuya tutdu. Tapdıq dayı nə deyəcəyini bilmədi. Matdım-matdım Rasimin üzünə baxdı. Rasim isə aramsiz danışırdı…
-Tapdıq dayı axı Mərdan burda idi. Mənə dedi sən bir az dincəl. Mən bulaqdan su gətirib gəlirəm. Üzümə düşən damcıları da onun gətirdiyi su zənn etdim. Gecəni səhərə kimi mənimlə söhbət edə-edə ot biçmişik deyərək xəyala daldı. Nə olduğunu anlamağa çalışırdı.
Tapdıq dayı arif adam idi. Başa düşdü ki, oğlunun ruhu dostunu gecə tək buraxmayıb.

Polad Poladov



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!