Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 24-08-2022, 21:22
“Meşələrimizin yandırılması beynəlxalq cinayətdir”


“Meşələrimizin yandırılması beynəlxalq cinayətdir”
- Millət vəkili QHT-əri fəal olmağa çağırdı

"Azərbaycan təbiətinə qarşı belə vəhşi münasibət ermənilərin xislətindən irəli gəlir". Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov son günlər Laçın və Xocalı meşələrinin ermənilər tərəfindən yandırılmasına münasibət bildirərkən deyib. O bildirib ki, Avropa İttifaqının 18 iyul 2022-ci il tarixdə Azərbaycanla tərəfdaşlığa dair hesabatında “Dağlıq Qarabağ” ifadəsindən imtina etməsi Ermənistanda revanşist qüvvələri məyus etdi:
"Ermənistanda fəaliyyət göstərən “Respublika” partiyasının sədr müavini Armen Aşotyan bu sənəddə bir dəfə də olsun “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsinin Nikol Paşinyan tərəfindən imzalanan üçtərəfli bəyanatda həmin ifadənin olmaması, Nikol Paşinyanın xəyanətkar siyasətinin nəticəsi olduğunu bildirib".
Millət vəkili qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ermənistanın əvvəlcə müharibə meydanında, sonra isə diplomatik sahədə uduzması onların artıq siyasi gerçəkliklə barışmalı olduqlarını göstərdi: "Lakin bu gerçəklik fonunda erməni xisləti də özünü göstərməyə bilməzdi. Diplomatik platformada baş vermiş diqqətəlayiq dəyişikliklər Laçını tərk edən erməni əhalinin nümayişkəranə şəkildə tərk etdikləri evləri və meşə zolaqlarını yandırması ilə müşayiət olundu".
S.Qurbanov bildirib ki, bu təsadüfi deyil, işğaldan azad edilmiş bütün ərazilərdə erməni vəhşiliyinin, ekoloji terrorunun şahidi oluruq: "Ermənilər meşə zolaqlarını, bulaqları, nadir ağacları məhv etmiş, faydalı qazıntılarımızı talamışlar. Azərbaycanın flora və faunasına böyük zərbə vurublar. Ermənistanın Azərbaycana qarşı ekoloji terrorunun, təəssüf ki, bu gün də davam etməsinin şahidiyik. Laçın və Xocalı meşələri yandırılmaqla ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara vurulan ziyan beynəlxalq ekosid cinayətinin tərkib hissələridir. “Ekosid” termini yunancadan “evi, məkanı məhv etmək” anlamına gəlir və erməni vandalları işğal etdikləri məkanlarımızda guya “öz evlərini” yandırmaqla yanaşı, ətraf mühitə, ana təbiətə ziyan vururlar. Onlar anlamırlar ki, regionun bir hissəsində təbiətə, ətraf mühitə ziyan vurmaq, bütöv bölgənin təbii kompleksinə, flora və faunasına zərər vurmaqdır, qlobal anlamda isə hava keyfiyyətinə və istixana qazlarının artmasına və deməli qlobal istiləşməyə səbəb olmaqdır. Faktiki olaraq, bütöv regionun təbiətinə ziyan vuran bir millətin köklərinin bu regiondan olmaması heç şübhə doğurmamalıdır".
Millət vəkili əlavə edib ki, ermənilər bu cinayətləri ilə ətraf mühitin qorunması üzrə bir çox beynəlxalq konvensiyaları pozurlar: "Bunlar YUNESKO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyası, Avropanın canlı təbiətinin və təbii mühitin qorunması haqqında Avropa Konvensiyası (Bern Konvensiyası), BMT-nin Bioloji müxtəliflik haqqında Konvensiyası, Bioloji müxtəliflik haqqında Konvensiya, Biotəhlükəsizliyə dair Kartagena Protokolu və digərləridir. Bütün bu konvensiyaların katibliklərinə təcili surətdə erməni cinayətləri barədə məlumatlar təqdim edilməlidir".
S.Qurbanov deyir ki, düşmənin son 30 ildə törətdiyi ekoloji cinayətlərə aid rəqəmlərə diqqət yetirsək, ermənilərin təbiətə qarşı törətdiyi vəhşiliyin nə qədər böyük miqyasda olduğunu aydın görə bilərik: "Belə ki, işğala məruz qalan torpaqlarımızda 280 min hektar meşə sahəsi və onun 13197,5 hektarı qiymətli ağac növlərindən ibarət olub. İşğaldan azad olunmuş Zəngilan, Ağdam, Kəlbəcər, Qubadlı və digər rayonlarda qiymətli ağac növlərinin çoxu yarımfabrikat kimi xarici ölkələrə daşınıb. Yəni işğal dövründə bütün maddi sərvətlər talan olunub, meşələr kəsilərək satılıb, təbii resurslar qarət edilib. Ermənilərin törətdiyi digər bir vəhşilik isə təbii abidə hesab olunan ağacları məhv etməsidir.
Azərbaycanda bir sıra ağaclar hələ sovet dövründə təbiət abidələri siyahısına daxil edilmişdi. 30 ilə qədər erməni işğalı altında qalmış ərazilərdə 152 ədəd belə ağac mövcud olub. Bu ağacların siyahısına Şərq çinarı, Dağdağan, Palıd, Saqqız ağacı və digər ağaclar daxil olub. Bu ağacların çoxunun 1600 il yaşı olub. Bu ağaclardan 123-ü məhv edilib, yandırılıb, kəsilib".
S.Qurbanov bildirib ki, ermənilərin qanunsuz şəkildə Azərbaycanın əzəli torpaqlarında məskunlaşması Cenevrə Konvensiyalarının ciddi pozuntusu, müharibə cinayət olmaqla, Ermənistan üçün beynəlxalq hüquqi məsuliyyət yaradır: "Hesab edirəm ki, Azərbaycanın ictimai-siyasi fəaliyyətlə məşğul olan bütün şəxsləri bu məsələdə fəal olmalı, bütün platformalarda birgə fəaliyyət göstərməlidir. Xüsusilə vətəndaş cəmiyyəti institutlarının üzərinə böyük vəzifə düşür. Üç sahədə ixtisaslaşmış QHT-lər daha da fəal olmalıdırlar:
1) İnsan hüquları;
2) Qaçqınlar, məcburu köçkünlər;
3) Ekologiya.

Düzdür, bu sahədə beynəlxalq təşkilatlara bir sıra müraciətlərin şahidi olduq. Lakin daha yaxşı olar ki, vətəndaş cəmiyyəti institutları hesabatlar hazırlayıb beynəlxalq təşkilatlara təqdim etsinlər".


Paylaş



Bölmə: Maarif / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!