"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 12-10-2017, 13:42
Səhra tülküsü


Müharibə bəşəriyyətin ən böyük bəlalarından biridir. Lakin, o bizim dayanıqlığımızı və mənəvi dözümlüyümüzü sınaqdan keçirir. Şərəf və ləyaqət cızığını keçib keçməyəcəyimizi, müharibənin dəhşətindən keçərkən insan olaraq qalıb qalmayacağımızı sınayır. Seçimi biz etməliyik. Birinci Dünya Müharibəsindən sonra biz almanlar sındırılmış və hər şeyimizi itirmişdik. Böhran, işsizlik özünü göstərirdi. Birinci Dünya Müharibəsinin qalibləri Almaniyada istədiklərini edirdilər. Bizə aid olan hər bir şeyi zəbt edirdilər. Almanlar «Versal Sazişi»ni qaliblərin «Versal diktatı» adlandırmışdılar. Almaniyadakı hakimiyyət zəif və yarıtmaz idi. Almanlara ümid lazım idi. Bizim üçün ümid Hitler oldu. Biz ona inandıq. Hitler dəyişikliklər arzusunda olan almanların çox hissəsini öz tərəfinə çəkdi. O, Almaniyanın keçmiş qüdrətini qaytaracağını bizə vəd verdi. Biz öz həyatlarımızı ona etibar etdik. Bəlkə də milliyətçi sosialistləri hakimiyyəti gətirmək bizim səhvimiz idi. Bəlkə də bu, bizim üçün daha bir sınaq idi. İndi bu haqda mübahisə etməyin heç bir mənası yoxdur. Bu taleyin hökmü idi. Bu əhvalat, Hitler və onun hakimiyyətinin törətdikləri haqqında deyil. Bu əhvalat, böyük və alicənab insan, öz qoşunlarının önündə gedən, bütün fəlakətlərə öz əsgərləri ilə çiyin-çiyinə sinə gərən, leytenantdan general-feldmarşal rütbəsinə qədər həyat yolu keçən Ervin Rommel haqqındadır. Mən, Karl Bauer İkinci Dünya Müharibəsinin əvvəlində bir çox alman gənci kimi könüllü olaraq orduya yazıldım. Böyük Almaniya yaradılması xəyalı ilə sərxoş olaraq 1941-ci ildə zabit kurslarını leytenant rütbəsi ilə başa vurdum. Esesçilərə yəhudi ailəsini həbs etməyə imkan vermədiyim və patrul zabitinin burnunu sındırdığım üçün tribunalda mühakimə olundum. Mən bütün qəlbimlə Almaniyanı və Alman xalqını sevirdim, lakin mən hər zaman şovinizm ideyalarının, elita təbəqələrinin üstün olması inancının, ksenofobiyanın, etnos olaraq yəhudi və qaraçıların sıxışdırılmasının və məhv edilməsinin əleyhinə olmuşam. Bizim, milli mənsubiyyətinə görə insanların həyatlarını məhv etmək hüququmuz yoxdur. Biz Allah deyilik, bizim buna haqqımız yoxdur. Buna görə də mən esesçilərlə toqquşmadan sonra zərər gördüm. Döyüş yoldaşlarımın, zabitlərin və hərbi akademiyanın rektorunun döyüş meydanlarında alman xalqına xidmət edəcəyimi irəli sürərək məni müdafiə etmələri məni xilas etdi. Məni buraxdılar və Ervin Rommelin rəhbərliyi altında Afrika korpusunun tərkibində xidmət etməyə göndərdilər. Mən onun haqqında çox eşitmişdim. O, Üçüncü Reyxin ən yaxşı generallarından biri idi, ona hörmət edirdilər və ondan qorxurdular. Hərbi müşavirələrdə təkcə o, Fürerin üzünə hərbi əməliyyatlar barədə nə düşündüyünü deyə bilirdi. Bizim vəzifəmiz, Britaniya qoşunlarını geri oturtmaq və Şimali Afrikadademək olar ki Britaniya qoşunlarının darmadağın etdikləri İtaliya qoşunlarının mövqeyini yaxşılaşdırmaq idi. 12 fevral 1941-ci ildə biz Tripoli şəhərinə gəldik. Bizim əsas qüvvələrimiz yalnız bir aydan sonra gələcəkdilər, lakin hətta mart ayının sonuna belə onlar tam sayda gələ bilməmişdilər.Biz Rommelin əmrini gözləyirdik, biz bilirdik ki, əlimizdə olan qüvvə ilə, ağır itkilər vermədən ingilisləri geri oturda bilməyəcəyik. Mən akademiyada təhsil alarkən Rommelin hərbi istedadı barədə eşitmişdim və mənbunu əyani surətdə gördüm. O, ingilisləri aldatmaq və onları alman qüvvələrinin daha çox olduqlarını düşünməyə vadar etmək üçün tankların maketlərini hazırlamağı, avtomobillərin üzərində saxta silahlar yerləşdirməyi əmr etdi. O, ingilislərin döyüşün başa çatdığını düşünmələri üçün onlara hücum etməməyi əmr etdi. Hiylə özünü doğrultdu, ingilislər döyüşün başa çatdığını düşündülər və əsas qüvvələri geri çəkərək, ön xətdə döyüş təcrübəsi olmayan zirehli tank və piyada diviziyalarını saxladılar. Gözlənilməzlik amili bizim tərəfdə idi və biz bu vəziyyətdən istifadə etməliydik. Hücum etmədən əvvəl Rommel bütün zabitləri topladı, hücum zamanı mən atıcı bölüyə başçılıq edirdim. Biz çadırın içində, ərazinin xəritəsi olan masanın yanında dayanmışdıq və onu gözləyirdik. O daxil oldu və mən əyani olaraq generalımızı gördüm. Biz dərhal farağat durduq. Bu, əlli yaşlarında, alicənab, eyni zamanda sadə bir insan idi. O, ən kiçik təfsilatlarına qədər hücum planını bizə izah edirdi. Bizi buraxmadan əvvəl o nitq söylədi: Bizim hücumumuzdan nəinki Afrikadakı hərbi kampaniyanın taleyi, həmçinin bizim müttəfiqimiz olan italyanların taleyi də asılıdır. Biz, ingilisləri italyan ordusunu tam məhv etməsindən yayındırmalıyıq. Əgər biz qalib gəlsək,ingilislər bütün öz diqqətlərini bizim üzərimizə yönəldəcəklər, bununla da italyan ordusunun qalıqları asan şəkildə geri çəkiləcək, yenidən qruplaşacaq və növbəti əmrləri gözləyə biləcəklər. Sizin bir çoxunuz, mənim zabitlərim üçün bu “hərbi cəhətdən imtahan” olacaqdır. Qorxduğunuzu inkar etmək lazım deyil. «Siz qorxduğunuzdan utanmamalısınız. Qorxu, sağlam düşüncənin təzahürlərindən biridir. Yalnız axmaqlar heç nədən qorxmurlar» ˡ. Biz onun sözlərini yüksək gülüşlə qarşıladıq. O, bizə mənəvi dəstək verə və ümid aşılaya bildi. İndi isə öz əsgərlərinizin yanına gedin, onlara təlimat verin, onları ruhlandırın və yatın, hücumun başlanğıcında hamı mənə dincəlmiş vəziyyətdə və tam gücü ilə lazımdır. Biz hərbi salam verdik və çadırdan çıxmağa başladıq.

-Siz, leytenant Karl, qalın. Generalın mənim qalmağımı əmr etməsi məni təəccübləndirdi, lakin mən təəccübləndiyimi biruzə vermədim. Əyləşin, leytenant. Mən onun yazı masasının yanındakı stula əyləşdim. O, masadan qovluğu çıxardı və masanın üstünə qoydu.

-Mən sizin şəxsi işlə tanış oldum, Karl. Siz akademiyanı əla qiymətlərlə başa vurmusunuz və bu əsil almana layiqliolaraq təqdirəlayiqdir. Lakin sizin tərcümeyi-halınızda sizi bir şəxsiyyət kimi xarakterizə edən həyatınızın bir epizodu mənim xoşuma gəldi. Mən susurdum və generalın nə deyəcəyini gözləyirdim.

-Siz Berlində SS patrulunun həbs etmək istədiyi yəhudi ailəsinin tərəfini saxlamısınız. Sizin bunu niyə etdiyinizi öyrənə bilərəm?

- Mən həmişə düşünmüşəm və düşünürəm ki, düşmən sənə döyüş meydanında təhlükə yaradan kəslərdir, sənin xalqının müstəqilliyinə təhlükə törədən və terror aktları həyata keçirən radikal qüvvələrdir. Düşmənlər bunlardır, sənin ölkənin sadəcə alman olmadıqlarına görə günahkar olan vətəndaşları deyil.Biz insanları yəhudi və ya qaraçı olduqlarına görə həyatdan məhrum etmək hüququna malik deyilik. Bəli, mən yəhudi ailəsinin tərəfini saxlamışam və buna görə də peşman deyiləm. Və əgər ikinci dəfə imkan olsaydı, mən yenə o hərəkəti təkrar edərdim, ancaq kiçik bir düzəlişlə.

-Hansı?

- Patrul komandirinin qarnına yox, eybəcər sifətinə vurardım. Mən danışmağı dayandırdım, general da bir neçə dəqiqə susdu. Sakitliyi onun gülüşü pozdu.

-Siz utanmaz adamsınız, leytenant. Utanmaz olmağınız bir yana, siz həm də cəsursunuz və hər şeyi olduğu kimi üzə deyə bilirisiniz. Generalın kimi.

Mən ayağa qalxdım və ona hərbi salam verdim. Sizin rəhbərliyiniz altında xidmət etmək mənim üçün şərəfdir, general Rommel.

-Siz azadsınız, leytenant Karl, sabahkı hücuma hazırlaşın. Əsas odur ki, sağ qalın. Mən hərbi salam verdim və çıxdım.Mən əsgərlərə təlimat verdim, yeməyimizi yedik və bir müddət sonra yatmaq üçün uzandıq. Mən yata bilmirdim və hava almağa çıxdım. Mən səmaya baxırdım, o təmiz və ulduzlu idi. Mən ölümdən qorxmurdum. Mən yalnız “hərbi imtahan”dan uğurla çıxa bilməməyə görə qorxurdum. Mən özüm üçün yox, əsgərlərimə görə möhkəm dayanmalıydım. Mən onların həyatlarına görə cavab verirəm. Mən bunun öhdəsindən gələcəyəm. Çadıra daxil oldum və çarpayıya uzandım. Yatmadan əvvəl mən cəbhəyə yollanmadan qabaq babamın mənə olan nəsihətini xatırladım: «Yaddan çıxarma oğul, müharibədə əsas olan yalnız qələbə deyil, həm də insan olaraq qalmaqdır, insanlığı və şərəfi itirməməkdir, həddi aşmamaqdır, insanlığı, ləyaqəti itirərək yolundakı hər şeyi məhv edən heyvana çevrilməməkdir. Döyüşərkən biz bəzən nə üçün vuruşduğumuzu unuduruq, taleləri başqa cür ola biləcək itirilmiş həyatlar haqda düşünmürük.Əsas nə üçün mübarizə apardığını unutmamaqdır..» Mən yatana qədər onun sözləri beynimdə dolaşırdı. Bir müddət sonra bizi həyəcan siqnalı ilə ayağa qaldırdılar, vaxt gəlib çatmışdı. Bir addım da geriyə dönmədən, qələbə və yalnız qələbə, ingilislərin təqib etdiyi italyan ordusunun taleyi bizdən asılı idi. Rommel dərhal ingilislərə qarşı əks-hücuma keçdi. Biz düşmənə hücum edərək döyüşə atıldıq, gözlənilməzlik elementi və qələbəyə inam bizim tərəfimizdə idi. Hücum uğurla başa çatdı, iki həftədən az müddətdə ingilislər minlərlə mil geriyə atıldı. Rommel bizim üçün «əsgər üçün əsgər» oldu. O, təkcə əla strateq yox, eyni zamanda alicənab bir insan idi, o əsirlərə bizim qardaşlarımız kimi münasibət göstərməyi əmr etmişdi.O, onları qida və geyim ilə təmin edirdi. Onlara hörmətlə yanaşılırdı. Rommel gestaponun zabitlərini əsirlərin yanına buraxmırdı, bu da gestapoçuları hiddətləndirirdi.O, əsirləri alçaltmayaraq və onlara işgəncə verməyərək gestapoçuları həzzdən məhrum edirdi. Bununla da o, nəinki öz əsgərləri, həmçinin Almaniyanın düşmənləri arasında da hörmət qazanmışdı. Mənim bölüyümün iştirakı ilə bir neçə döyüşdən və ən əsası, bir neçə yaralı istisna olmaqlabir əsgər də itirmədən bir sıra vacib strateji şəhərlərin alınmasından sonra general Rommel məni yanına çağırdı. Mən hər bir şeyi təfsilatlarına qədər xatırlaylram, sanki bu bu dünən baş vermişdi. Mən içəri girdim və hərbi salam verdim. O, ayağa qalxdı və mənə yaxınlaşdı.

- Azad, leytenant. Siz, döyüşün ən gərgin yerlərində əsgərlərinizlə çiyin-çiyinə çarpışaraq özünüzü yaxşı tərəfdən göstərdiniz.

-Generalım, mən böyük Alman xalqının oğluna layiq şəkildə öz borcumu yerinə yetirmişəm.

- Əgər hamı sizin və mənim kimi olsaydı, Kapitan Karl.

-Kapitan? Mən öz təəccübümü gizlədə bilmədim.

- Siz, bizim böyük Vətənimiz naminə cəsarətlə və layiqincə döyüşmüsünüz. Mən sizi kapitan rütbəsinə yüksəldirəm, Karl. Siz buna layiqsiniz, lakin lovğalanmayın.
Mən susurdum, məni qürur hissi bürümüşdü. Mən heç bir söz deyə bilmirdim. Hələ mən akademiyada təhsil alarkən özümə söz vermişdim ki, birinci hərbi kampaniyada mən kapitanlığa yüksələcəm və buna nail oldum, həm də yəhudiləri müdafiə edərkəngestaponun zabitini döyüb yerinə oturtmaqla. O zabiti ki, tribunaldan mən azad olunarkən bağırmışdı ki, sən elə ilk döyüşdə öləcəksən, gərəksiz leytenantcıq.
-Mən generala hərbi salam verdim, o mənə əlini uzatdı və məni qucaqladı, sonda bu sozü dedi: İçindəki insanı öldürmə, Karl, nə üçün mübarizə apardığını unutma və yadda saxla, müharibədə əsas qələbə deyil, əsas insan kimi qalmaqdır. Əsas odur ki, nə üçün mübarizə apardığını unutmayasan. O, babamın mənə dediklərinin eynisini dedi.

- Mən sizi daha saxlamayacam, Kapitan Karl.

Mən hərbi salam verdim və çıxdım. Mən ön cəbhədə vuruşaraq, Afrika hərbi kampaniyasının bütün həlledici döyüşlərində iştirak etdim.Rommelin sürətli hücumu üstün olan Britaniya ordusunu geriyə, onların Nil çayı deltasındakı başlanğıc mövqelərinə qədər tulladı. Qələbə qazanmaq bizə nəsib olmadı. Yanacağın kəskin çatışmaması və canlı qüvvə dəstəyinin gəlməməsi səbəbindən ordumuzun hücumu getdikcə səngiməyə başladı. Rommelin xəstəliyi bizi sarsıtdı və El-Alameyndəki məğlubiyyətdən, eləcə də 1942-ci il 8 noyabrda amerikanların desant çıxarmasından sonra bizim bütün ümidlərimiz puç oldu.Ordumuzun ətrafındakı mühasirə halqası daralırdı. Yalnız bir variant qalmışdı, ordunu buradan çıxarmaq. Fon Arnim qoşunlara komandanlıq etmək üçün saxlanıldı.Rommel Tunisi tərk etdi və Hitlerin yanına uçdu ki, onu Tunisdən çıxmağa və ordunu Avropaya qaytarmağa inandırsın. Hitler etiraz edir və Rommeli Afrikadakı qoşunların komandanlığından kənarlaşdırır. Fon Arnim “Afrika” ordusu qrupunun komandiri oldu. (1943-cü ilin may ayında Tunisdə qurudan və sudan mühasiəyə alınmış alman və italyan qoşunları təslim oldular). Silahdaşlarımla müqayisədə mənim bəxtim gətirdi. El-Alameyndəki döyüşdə mən ağır yaralandım, məni və bir neçə ağır yaralını Berlindəki hospitala müalicə üçün göndərdilər.Hospitaldan sonra yaralanmağımla bağlı məni ehtiyata buraxdılarvə medalla təltif etdilər. Təssüf ki, mən bir daha feldmarşal Rommeli görmədim.Mən evə qayıtdım və ailə işi ilə məşğul oldum, bulka dükanında atama kömək etməyə başladım. Rommelin ölümü mənə pis təsir etdi. Mən sanki yaxın adamımı itirmişdim.Ona iftira atmışdılar, guya o Hitlerə qarşı sui-qəsd təşkil edən şəxslərdən biri idi. Misilsiz xidmətlərinə görə general-feldmarşala Xalq Tribunalı və ya intihar arasında seçim etmək imkanı verildi.1944-cü ilin 14 oktyabrında Rommel sianlı kalium qəbul edərək həyatına son qoydu. Müharibənin başa çatmasından neçə illər keçib. Mən yalnız bir şey barəsində düşünürəm, milliyətçi-sosialistləri hakimiyyətə gətirmək bizim səhvimiz idi ya yox. Bu bizim üçün bir sınaq idi. İndi bu haqda mübahisə etməyin heç bir mənası yoxdur.Bu, taleyin hökmü idi. Hitlerin başçılıq etdiyi faşistlərin ambisiyaları ucbatından zərər çəkən insanlara görə təəssüflənirəm. Alman olub olmamaları əhəmiyyətli deyil, döyüş meydanlarında həlak olan bütün gənclərə görə təəssüflənirəm.Əsir düşərgələrində həlak olmuş yəhudi və qaraçılara görə təəssüflənirəm. Mən istər faşistlərin hakimiyyəti dövründə, istərsə də ondan sonra həmişə demişəm, insanları sadəcə bizim kimi olmamaları səbəbindən məhv etməyə bizim haqqımız yoxdur. Bizim hamımızı Allah yaradıb və biz, başqa millətdən və ya əlil olduqlarına görə insanların müqəddəratını həll etmək hüququmuz yoxdur. Bəli, mən ölkəmə xidmət etməyə və onu qorumağa and içmişdim, amma mən əmrlə silahsız insanları güllələməyə and içməmişdim.Ervin Rommel mənim, eləcə də mənim həmvətənlərimin yaddaşında nizamsızlıq və cəza reydləri olmayan, esesçilərin məhkəməsiz cəzalandırmaları olmayan orduda qəhrəman və vicdanlı insan kimiqalmışdır.

Qeyd: «Qorxu, sağlam düşüncənin təzahürlərindən biridir. Yalnız axmaqlar heç nədən qorxmurlar» Sirr (Oleq Roy)



Tamerlan İldırım Ələkbərov
Butov.az


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!