"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 24-12-2017, 17:54
Dağlarının başı qardır, ağ örpəyin buludlardır, Qazax!


Doğrusu, bilmirəm kimdən başlayım, kimdən qurtarım. Molla Vəli Vidadidənmi başlayım, ya Molla Pənah Vaqifdənmi? Yoxsa Səməd Vurğundan? Ya Seyidovlar nəslinin ulu babası Hacı Mahmud Əfəndidən (1835 – 1896) danışım, yaxud da İsmayıl Şıxlıdan, bilmirəm. Bu dəfəki səfərim Qazaxadır, artilleriya general-leytenantı, Azərbaycan Demokratik Respublikasının Hərbi nazirinin müavini Əliağa Şıxlinskinin (1865-1943) yurduna. Başqa adla, "Artilleri Allahı"nın elinə.


Dağlarının başı qardır, ağ örpəyin buludlardır, Qazax!


Qazax rayonu Azərbaycanın qərbində yerləşir. Kür, Ağstafaçay, Çoğaz və Xramçay çayları bu rayonun ərazisindən axır. "Qazax" sözünün mənşəyi və indiki mənası ilə bağlı müxtəlif fərziyyələri var; istər yerli araşdırmaçıların, istərsə də xarici. Ancaq sözün ilkin mənasından daha çox sonradan qazanılmış mənası önə çəkilir. Belə ki, bu sözün sonradan qazanılmış "elindən ayrı düşmüş", "sərgərdan gəzən", "ucalıq", "sərhəd gözətçisi", "dəli atlı", "azad adam", "tabe olmayan", "yüksəklik" və s. kimi mənaları var.

Dağlarının başı qardır, ağ örpəyin buludlardır, Qazax!


Orta məktəbdə Kəmalə müəllimim vardı, Azərbaycan dili və ədəbiyyat fənlərindən dərs deyirdi, həm də sinfinizə o nəzarət edirdi. Kəsəsi, qazaxlıydı. Düzdür, müəllim olacaq qədər bilikli, savadlı deyildi, amma hər nə isə, insanıydı, həm də gözəl insan, gözəl qadın. Bir balaca da yerlibazlığı vardı, Qazaxdan çox qazaxlılardan danışırdı, çünki onlar da Qazaxı təmsil edirdi. Deyirdi ki, - "hara baxsanız, o tərəfdə də qazaxlı görəcəksiniz, bilirsiniz niyə? Çünki savadlıdırlar, sözlüdürlər, sazlıdırlar...". Orta məktəbi bitirdim, indi yalnız kitablara baxdığımda görmədim ziyalı qazaxlıları, həm də ünsiyyətdə olduqca gördüm, tanıdım. Deməli, haqlıymış müəllimim. Ancaq o da doğrudur k, hər qazaxlı da ziyalı ola bilməz, "hər oxuyan Molla Pənah Vaqif ola bilmədiyi" kimi. Mən müəllimin sözünə qüvvəti gördüklərimlə verəcəm.

Şəhər təkcə təmizliyi ilə deyil, həm də səyyar kitab xidmətiylə diqqətimi çəkdi. Kitab burada yalnız göstərilmir, oxunur.

Dağlarının başı qardır, ağ örpəyin buludlardır, Qazax!


Xeyir işlə bağlı iki günlük Qazaxa getməli oldum (bilet 10 AZN). Qatar ləngər vura-vura relslər üstə tövşəyirdi... Ağstafa və nəhayət, Qazax.

Dağlarının başı qardır, ağ örpəyin buludlardır, Qazax!


Vaqonda bu iki balacanın gördükləri görəsən, böyüyəndə də elə görünəcəkmi deyə düşündüm. Çünki onlar dünyanı gözəl görürlər. Bunu onlara güzgü deyir. Güzgünün bildiklərisə evin qarşısındakılar qədərdir. Evin arxası isə... qaranlıqdır, keşməkeşdir... Nə isə!

Dağlarının başı qardır, ağ örpəyin buludlardır, Qazax!


Qatardan enər enməz sazağı damarlarımda hiss elədim. Elə bil hər nəfəs alanda ağciyərlərim sorurdu şaxtanı. Sonra qan-damar sistemimə ötürürdü və beləcə, bədənimin hər səmti kəsici soyuğun ağuşuna əyilirdi. Üşüyürdüm, barmaqlarımı üfləyə-üfləyə birtəhər isinməyə çalışdım. Müxtəsər, çatdım evə. Pəhh! Evin arxasında bir yaşıllıq vardı, göz lazımıydı baxmağa. Baxdıqca da kəşflərim artırdı. Elə o kəşflərlə də düşdüm Bakı küçəsinin yollarına. O kəşflər daxilində Qazax Tarix-Diyarşünaslıq Muzeyindən tutmuş Qazax rayon Mədəniyyət evini ziyarət etmək də vardı, ancaq ən böyük görmək istədiyim maddi-mədəni irs Damcılı mağarasıydı. Mağara Daş Salahlı kəndində Avey dağının cənub-şərqində yerləşir. Sahəsi 360 kvadrat kilometrdir. Mağarada aparılan qazıntılarda orta və üst paleolitə, mezolit və neolitə, tunc və orta əsrlərə aid materiallar tapılıb (8 mindən artıq arxeoloji material aşkarlanıb). Mütləq vurğulayım ki, Damcılı mağara düşərgəsi dünya əhəmiyyətli abidələr sırasına daxildir. Ancaq həmin istəyimi Qazaxın şaxtası damcı-damcı əritdi, yox elədi. Çünki kimisi dedi ki, orada axeoloji qazıntı işləri gedir deyə giriş qadağandır, kimisi də dedi ki, şənbə günü olduğuna görə “Avey” Dövlət Qoruğu sizi apara bilmir, həftəiçi isə olar. Mənsə təbii ki, qala bilməzdim o qədər vaxt.

Sonra istəyim Damcılı mağarasından Göyəzənə ucaldı. Ucaldı və endi. Çünki yenə də hava səbəbiylə ora getmək çətin olardı. Elə dedilər. Hündürlüyü 250 metrə bərabər, Abbasbəyli və Alpout kəndlərinin yaxınlığında yerləşən Göyəzən dağına gedə bilməsəm də küçə boyu tablolarda Göyəzənin təsviri diqqətimi çəkirdi. Hətta qonaqları olduğum dayı demişdi ki, sən Göyəzəni görəcəksən. Necəmi? Çox sadə. Dedi ki, - "qızım, get o mərkəz küçəyə, görəcəksən!". :) Getdim də, gördüm də. Özüm də gedə bilmədim, kəsici hava imkan yaratmadı.

Sonra Qazax Dövlət Rəsm Qalereyasının qarşısında "Mən oxudum, sən də oxu!" yazılı stendi gördüm. Maraqlı gəldi, yaxınlaşdım. Deməli, açıq kitabxanaydı, içəridə də "Nağıl otağı" vardı. Doğrudan da içəri nağıllar aləmiydi elə bil, yüzlərlə kitab, jurnal, maraqlı eskizlər, elektron otağı. Digər otaqda isə tədbirlər keçirməkçün maraqlı dekorasiyalardan istifadə eləmişdilər. Xanım (adını unutduqlarım üzrlü bilər, yəqin) dedi ki, burada həm də uşaqlar vaxtlarını əyləncəli keçirirlər.

Dağlarının başı qardır, ağ örpəyin buludlardır, Qazax!


Dağlarının başı qardır, ağ örpəyin buludlardır, Qazax!


Dağlarının başı qardır, ağ örpəyin buludlardır, Qazax!


Dağlarının başı qardır, ağ örpəyin buludlardır, Qazax!


Dağlarının başı qardır, ağ örpəyin buludlardır, Qazax!


Dağlarının başı qardır, ağ örpəyin buludlardır, Qazax!


Bu da bütün suallarımı yorulmadan cavablayan xanımlar.

Dağlarının başı qardır, ağ örpəyin buludlardır, Qazax!


Görə bilmədiyim digər məkan Dövlət Rəsm Qalereyası oldu. Yox, buna səbəb hava şəraiti deyildi, nə də həftənin şənbə günü olması. Buna səbəb bir qadının, - "bura içəri yeni silinib, girsəniz bulaşacaq", sonra isə, - "birazdan da nahar fasilə olacaq", - deməsiydi. Saat 3 - də yenidən gedəcəkdim, ancaq vaxt arasında sıxılırdım, heyf
ki. Qalereya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 13 fevral 1986-cı il tarixli əmrinə əsasən yaradılıb:

Dağlarının başı qardır, ağ örpəyin buludlardır, Qazax!


Sonra Qazax tarix-diyarşünaslıq muzeyinə getdim. Münasibət çox isti idi, bəlkə də buna görə muzeyin soyuq olması üşütməmişdi məni. Hər sualıma əhatəli cavab verən xanım sonda elektron xidmətdən də danışdı. Danışdı və göstərdi.

Dağlarının başı qardır, ağ örpəyin buludlardır, Qazax!


Dağlarının başı qardır, ağ örpəyin buludlardır, Qazax!


Dağlarının başı qardır, ağ örpəyin buludlardır, Qazax!


Dağlarının başı qardır, ağ örpəyin buludlardır, Qazax!


Qazaxda mənimçün ən yaddaqalan məkanlardan biri Kitabxana oldu, Mərkəzləşdirilmiş Kitabxana Sistemi. Minlərlə kitab, bol çeşid. Həm çap, həm də elektron formada bir çox kitab əldə etmək olar burada. Ən maraqlısı isə səyyar xidmətin yaradılmasıydı. "Mən oxudum, sən də oxu" - deyə qışqıran stendlər onlara hücum çəkməyi gözləyir sanki. Sevdim. Hələ orada işləyən əməkdaşaları demirəm. Həcər xanım, məsələn. Digər iki xanımın adınısa unutmuşam (pis adətim üzrə), heyf. Ancaq xatirimdə məlumat verməyi sevən, qonaqpərvər, ziyalı kimi qalacaqlar.

Dağlarının başı qardır, ağ örpəyin buludlardır, Qazax!


Dağlarının başı qardır, ağ örpəyin buludlardır, Qazax!


Kitabxananın yaxınlığında Qazax Dövlət Dram Teatrı yerləşir. Ancaq sakinlərin bir neçəsi dedi ki, teatr binası ayda bir dəfə fəaliyyət göstərir, ya yox. Kitabxanasının zənginliyi ilə yaddaşımda qalan Qazax, ümid edirəm ki, növbəti səfərimdə teatr binasındakı maraqlı tamaşaları ilə yaddaşıma həkk olunacaq.

Şəhərdə yerləşən Cümə məscidi 1902-ci ildə Kəsəmənli Axund Hacı Zeynalabdin Məhəmmədəli oğlunun təşəbbüsü ilə tikilib. Baş ustası mahir bənna Müzəffər Hüseynovdur. Bununla bərabər, Qazaxda Rus Pravoslav kilsəsi də var. Kilsə 1897-1905 - ci illərdə tikilib. Tolerantlıq budur!

Orada bir park vardı, görkəmli şəxsiyyətlərin, daha çox da "ilk"lərin büstləri qoyulmuşdu. Sadəcə valeh oldum və bu valehlik məni vadar elədi hər büstə tək-tək baxmağa.

Dağlarının başı qardır, ağ örpəyin buludlardır, Qazax!


Digər mənzərə. Şəhidlərə verilən dəyər! Qarabağ müharibəsindəki şəhidlərdən başlayaraq Dördgünlük döyüşlərdəki aprel şəhidlərinə kimi demək olar, hamısının xatirə lövhələri vardı. Ən azyaşlı öldürülmüş sakinə kimi. Mənimçün Qazax bir başqa şəhərdir, çünki onu o büstlərə görə, şəhidləri andıran çərçivələrə görə, bir də bulaqlara görə xatırlayacam. Şəhid bulaqları! Bir çox şəhərdə olmuşdum, ancaq beləsini görməmişdim. Hər addımbaşı bulaq, şır-şır axan su... Şahmat evi tərəfdə bir yaşlı kişi quyu qazırdı. Yaxınlaşdım:

"-Yorulmayasınız, dayıcan.

-Çox sağ ol, qızım.

-Nə isə tikirsiniz?

-Bulaq olacaq burda.

-Nə bulağı?

-Şəhid bulağı!".


Hislər mütləq ifadə oluna bilmir, sözlər özünü itirir onların gücüylə. O ankı hissimi isə həmin vəziyyətdə dərk edə bilmədim. Qürur, sevinc, fəxarət, yanğı, acı... hər nə desən vardı.

Dağlarının başı qardır, ağ örpəyin buludlardır, Qazax!


Qazax rayonunda kütləvi informasiya vasitələrindən “Göyəzən” ictimai-siyasi qəzeti fəaliyyət göstərir. Özü də qəzetin təsisçisi Qazax rayonu İcra hakimiyyəti və qəzetin redaksiya heyətidir. Qəzet 1932-ci ildən fəaliyyətə başlayıb. Əvvəllər “Kommuna yolu”, “Qalibiyyət Bayrağı” adı ilə nəşr olunsa da, 1988-ci ildə qəzetin adı dəyişdirilərək “Göyəzən” adlandırılıb. Dörd səhifəlik bu qəzetdə orfoqrafik səhvlər gözlərimi deşsə də, onların da düzələcəyinə ümid edirəm. Çünki bütün yanlışlıqlar Göyəzəni görüncə onun ətəyinə tökülür, unudulur, geriyə yalnız zirvə qalır. O zirvədə isə bircə azadlığın kürsüsü yerləşir. O kürsü ikincini qəbul eləməz. Ona görə də yalan AZADLIQDAN həmişə "2" alaraq əyilir, sınır.

Dağlarının başı qardır, ağ örpəyin buludlardır, Qazax!




Azadə
Butov.az


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!