Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 1-05-2020, 18:25

Tofiq Şəfayət oğlu Mehdiyev! Zəngilan tarixində xüsusi dəsti-xətti olan Vətən oğlu! Zəngilana gəlişi ilə yenilik gətirdi, Işgüzarlıq, qaynarlıq, yeni-yeni ideyalar! Çox operativ başladı işə.
Geniş layihələr hazırlayıb həyata keçirdi. Kooperativ təşkilatlar yaradıldı, xırda və iri sahibkarlıq məktəblərinin təməli qoyuldu, inkişaf etdirildi. Əhalinin maddi-rifah halının yüksəldilməsi, kənd təsərrüfatının təmərküzləşdirilməsi və inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsullarının yüksək səviyyədə satışı və təsərrüfatdaxili rentabelliyin yüksəldilməsi, qeyri-üzvi gübrələrdən asılılığı aradan qaldırıb, təbii üzvi minerallardan istifadəyə geniş yer verilməsi, şəhər və şəhərətrafı tikinti -abadlıq işlərinin aparılması, respublika tikiş fabriki və sənaye -tikinti müəssisələri filiallarının açılması, işlək hala gətirilməsi, inkişaf etdirilməsi və yeni yüksək standartlara cavab verən yolların çəkilməsi, şəhərarası avtobus marşrutu xətlərinin açılması, yeni-yeni ideyalar işlənib hazırlanması məhz Tofiq Mehdiyev adı ilə bağlıdır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsindən gəlmişdi. Işıqlı adam idi. Hamı və hər kəs haqqında yüksək fikirdə idi. Etimad göstərirdi, vəzifələrə təyin edirdi, yüksək dəyər verirdi, hər kəsi öz ixtiyarına buraxırdı. O zirvədə qala bilmək, əməli işi ilə etimadı doğrultmaq artıq o adamın özündən asılı idi. Müdaxilə etməzdi. Müstəqillik verirdi gənc kadrlara, sərbəst iş sərgiləmək üçün, eyni zamanda nəzarətsiz də qoymurdu. Əməli köməkliyin heç zaman əsirgəməzdi. Özündənrazı, dikbaş, qeyri-ciddi, dedi-qoducu, yaltaq, ikiüzlü, cəmiyyətdə idarə olunmayan insanları sevməz və onlara qarşı açıq və sərt mövqe nümayiş etdirərdi. Dünən etimad göstərdiyi kadr özünü doğrultmurdusa onu itirməmək üçün çox əmək sərf edirdi. Kadr seçiminə çox həssaslıqla yanaşırdı. Böyük bir məktəb idi. Bu fəaliyyət dövründə məni RKK-dən, RPK-nə dəvət etdi. Iki il birgə əmək fəaliyyətində olduq. Aşkarlıq və yenidənqurma, ictimai-siyasi fəallığın yüksəldilməsi,yeni ideya və amallar uğrunda mübarizə,mübarizə dalğasının genişləndirilməsi, 20 yanvar hadisələri zamanı etirazlar, 40 gün matəm bayraqları altında, qara kəlağayı başımızda, hüzn və matəm içərisində, gərgin və uzun sürən iş saatlarında işləmək, mitinq və küçə yürüşlərinin vüsət aldığı, partiya və komsomol biletlərindən kütləvi şəkildə imtina edildiyi zaman, elan olunmamış müharibə...Qara bulud və acınacaqlı mənzərələr bir çox ideyaların həyata keçməsinə əngəl yaradaraq T.Mehdiyev ideyalarının həyata keçirilməsinə ciddi şəkildə mane olurdu...Gərgin keçən əmək şəraitində həm də Ermənistanda yaşayan soydaşlarımızın kütləvi şəkildə deportasiya edilməsi çox ciddi fəsadlar yaratmışdır. Onların qəbul edilməsi, yerləşdirilməsi, vətəndaş etirazları biri-birinə qarışmışdı. Bütün bunlardan ən çox əziyyət çəkən rayon rəhbəri-Tofiq Mehdiyev idi. Şəxsi nüfuzundan istifadə edərək bu məsələlərin öhdəsindən gəlmək üçün fəda edirdi özünü. Belə çətin sınaq dövründə gənclərin inkişafı və təhsilinin davam etdirilməsi üçün lazımi işlər görmüş və o sınaq dövründə aparatın 3 gəncini təhsilinin davam etdirilməsi və idarəetmənin incəliklərini dərindən öyrənmək üçün Ali Partiya Məktəbinə göndərmişdi ki, o gənclərdən biri də mən idim. Tofiq Mehdiyev 1946--cı ildə Zəngilan rayonunda, Şəfayət Mehdiyev ailəsində dünyaya göz açmışdır. Şəfayət Mehdiyev uzun müddət RXDS icraiyyə komitəsində məsul vəzifələrdə işləmiş böyük hörmət və nüfuz sahibi idi. T.Mehdiyev 1964-cü ildə ilk əmək fəaliyyətinə Bakı şəhərində, Leytenant Şimidit adına zavodda fəhlə, elektro-energetik kimi başlamışdı.1965/1970-ci illərdə Azərbaycan Texniki Universitetinin elektro-texnika fakültəsini bitirmiş,1973/1976-cı illərdə Azərbaycan respublikası Kənd Təsərrüfatı Nazirliyində,1976/1980-ci illərdə Respublika Həmkarlar Təşkilatında,1982/1987-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı, Kənd təsərrüfatı şöbəsində katib köməkçisi və müdir müavini vəzifəsində çalışmışdır. 1987-ci ilin dekabrından,1991-ci ilin may ayına kimi Zəngilan rayon partiya komitəsinin birinci katibi, 1991-ci ilin may ayından 1992-ci ilin sentyabr ayına kimi respublika istehlak və büdcəyə nəzarət komitəsinə rəhbərlik etmişdir. Istehsal Kooperasiya sistemində yeni islahatlar həyata keçirmiş, ilk istehsal yönlü kiçik müəssisələr yaratmışdır. Xl-XII çağırış Azərbaycan respublikası Ali Sovetinin deputatı seçilmişdir. Deputat kimi bir sıra təkliflər vermiş, qərar qəbuletmədə fəal iştirak etmişdir. "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin təsisçisi və rəhbərlərindən biri olmuşdur. Bir sıra tarixi araşdırma və məqalələr müəllifidir. Yeni və maraqlı kitab üzərində işləyir. Ailəlidir, iki oğlu, dörd nəvəsi var. Həyat yoldaşı Şəfiqə xanım Bağırova-Mehdiyeva Texniki Universitetdə fizika üzrə fəlsəfə doktoru, fizika kafedrasında dosent kimi fəaliyyət göstərir. Böyük oğlu Cövdət Mehdiyev respublika Qida təhlükəsizliyi Agentliyində, digər oğlu Rüfət Mehdiyev isə Maliyyə Nazirliyində məsul vəzifələrdə çalışırlar. Nəvələrin biri Amerika Universitetlərinin birində tələbə, digərləri isə məktəblidirlər.T.Mehdiyev çətinliklərlə dolu uzun və şərəfli həyat yolu keçmişdir. Nümunəvi və örnək ola biləcək ömür yaşamış, təqaüdə çıxmışdır. Insanlarla xüsusilə Zəngilanlılarla sıx əlaqədədir. Diskussiya və müzakirələrə açıqdır. Yeniliyi və inkişafı dəstəkləyir. Dövlət və dövlətçiliyə sadiq eloğlumuzdur! Hər kəs kimi onun da yeganə arzusu ata-baba ocağına dönməkdir. Nəvələri ilə zəngin təbiəti və təbii sərvətləri olan torpaqlarımıza qayıtmaq, arzu kimi qalmış istəklərini onların əli ilə həyata keçirmək, quruculuq və abadlıq işlərində yaxından iştirak etmək, ömrünün qalan hissəsini öz doğma yurd yerlərində keçirmək niyyətindədir. Inanır və deyirki o gün mütləq gələcək.Ölkədə aparılan daxili və xarici siyasət bunu deməyə əsas verir. Arzu və istəklərinin həyata keçməsi diləklərimizlə o gün bu gün olsun inşallah! Ümidli sabahlara!!!
Maya Mətin yazır:"Zəngilan tarixində xüsusi dəsti-xətti olan Vətən oğlu!"

Maya Mətin


Paylaş



Bölmə: Ana seife / Zəngəzur / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!