Bakıda 29 yaşlı qız özünü zəhərləyib öldürdü .....                        Koronaya yoluxanların sayı artdı .....                        Operativ Qərargah vaksinlə bağlı məlumat yaydı .....                        BDU ilə Qazaxıstan universitetləri arasında əməkdaşlıq genişlənir .....                        Azərbaycanda iqlim dəyişmələrinə ən həssas 20 rayon müəyyənləşdiriləcək .....                        Azərbaycanda iqlim dəyişmələrinə ən həssas 20 rayon müəyyənləşdiriləcək .....                        Zənganda etiraz aksiyası keçirilib .....                        Sabah Bakıya yağış yağacaq .....                        Baş Prokurorluq: “Çağrı Mərkəzi” və “Qaynar xətt” barədə yayılan məlumatlar həqiqətəuyğun deyil .....                       
Tarix : 19-12-2016, 19:05
Prezident nekroloq imzaladı

Xəbər verdiyimiz kimi, tanınmış alim, əməkdar elm xadimi, dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Şəfaət oğlu Mehdiyev 83 yaşında vəfat edib.

Butov.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev və digər dövlət rəsmiləri nekroloq imzalayıblar.

Nekroloqda deyilir:

“Arif Mehdiyev 1934-cü il dekabr ayının 19-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952–1957-ci illərdə Moskva Elektrotexniki Rabitə İnstitutunda radiorabitə mühəndisi ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda başlayan Arif Mehdiyev 1961–1965-ci illərdə SSRİ Elektron Sənayesi Nazirliyinin tərkibindəki qapalı müəssisədə, 1965-1966-cı illərdə isə Azərbaycan Dövlət Plan Komitəsində böyük mühəndis, 1966-cı ildə yenidən Respublika Elmlər Akademiyasının Fizika İnstitutuna qayıdaraq 1974-cü ilədək burada böyük elmi işçi vəzifəsində çalışıb. Arif Mehdiyev 1973-cü ildən etibarən Azərbaycan Elmlər Akademiyasının sonralar Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutuna çevrilmiş “Xəzər” Elmi Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsində işləməyə başlayıb. 1979-cu ildə o, həmin Mərkəzin əsasında yaradılmış Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda baş direktorun birinci müavini vəzifəsinə keçirilib. Arif Mehdiyev Birliyin bazasında yaradılmış Azərbaycan Milli Aerokosmik Agentliyinin ilk baş direktoru olub.

2001-ci ildə Arif Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti seçilərək 2007-ci ilədək bu vəzifəni icra edib. 2002-ci ildən etibarən ömrünün sonunadək o, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsində çalışıb.

Arif Mehdiyev 1969-cu ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1987-ci ildə isə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Arif Mehdiyevin elmi araşdırmaları yarımkeçiricilər fizikası ilə yanaşı, kosmik informasiya sahəsi ilə sıx bağlı idi. O, Yer kürəsinin kosmosdan müxtəlif texniki vasitələrlə öyrənilməsinə dair fundamental əsərlərin müəllifidir. Onun rəhbərliyi altında aerokosmik informasiyasının alınması, çevrilməsi, ötürülməsi, emal olunması və təqdimatı sahəsində uzun illər ərzində elmi-tədqiqat və layihələndirmə işləri aparılıb. Alimin bu sahədə yeni texnologiyaların yaradılması və elmi konsepsiyaların formalaşmasında xidmətləri təqdirəlayiqdir. O, kosmik fəzanın tədqiqi üçün nəzərdə tutulmuş müxtəlif cihazların yaradılmasında səylər göstərib. Arif Mehdiyev bir sıra aerokosmik eksperimentlərin təşkilatçısı və elmi rəhbəri kimi də tanınır. Onun tədqiqatları elmdə yeni istiqamət olan kosmik informatikanın formalaşması və inkişafına xüsusi töhfələr verib. Alimin ekologiyaya aid əsərləri də mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib.

Arif Mehdiyev elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək uzun illər ərzində Azərbaycan Neft Akademiyasının və Azərbaycan Aviasiya Akademiyasının professoru kimi yüksəkixtisaslı kadrların hazırlanmasında fəal iştirak edib. Onun elm təşkilatçısı kimi də fəaliyyəti təqdirəlayiq olub.

Arif Mehdiyev respublikamızda və ölkənin hüdudlarından kənarda mötəbər beynəlxalq simpozium və konfranslarda, o cümlədən ümumdünya kosmik konqreslərində Azərbaycan elmini layiqincə təmsil edib.

Arif Mehdiyevin araşdırmalarının nəticələri ölkəmizdə və xaricdə nəşr edilmiş 300-dən artıq elmi əsərdə və 50-dən çox ixtirada öz əksini tapıb. Onun rəhbərliyi altında Azərbaycanda onlarla elmlər doktoru hazırlanıb.

Akademik Arif Mehdiyevin elmi və elmi-təşkilati fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə o, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

Tanınmış alim və pedaqoq, bacarıqlı elm təşkilatçısı və səmimi insan Arif Şəfaət oğlu Mehdiyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Akif Əlizadə

Mikayıl Cabbarov

Arif Paşayev

Tofiq Nağıyev

İbrahim Quliyev

İsa Həbibbəyli

Rasim Əliquliyev

Telman Əliyev”
Prezident nekroloq imzaladı


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
Qırmızı işıqda keçən “Range Rover” dəhşətli qəza törətdi - VİDEO

Bakının mərkəzində avtomobilin aşması ilə nəticələnən dəhşətli qəza baş verib.

Bütöv.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdən anlaşılır ki, Bülbül prospektində “Range Rover” markalı avtomobil aşıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, onun digər avtomobillə toqquşmasının səbəbi yüksək sürətlə qırmızı işıqda keçməsi olub.

Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat verilməyib.(Unikal)



All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!