Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                        Müharibə üçün hər şey hazırdır! – Hər an başlaya bilər .....                        Əfqanıstanda 5,5 bal gücündə zəlzələ baş verib .....                        Şagirdlərin zəhərlənməsinə səbəb olan müəssisənin fəaliyyəti DAYANDIRILIB .....                        Bakıda məsciddə təmir işləri DAYANDIRILDI .....                        Azərbaycanda yeni mərkəz yaradılır .....                        Dövlət Agentliyinə üç qurum birləşdirilir .....                        Amerikadakı səfirliyimiz təxribat barədə bəyanat yaydı .....                       
Tarix : 21-07-2017, 11:29
Türkiyədəki zəlzələnin Azərbaycana təsirinin olub - olmamasıyla bağlı açıqlama



"Türkiyədə baş verən zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur, ola da bilməz".


Bunu APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, məsafə çox olduğuna görə, zəlzələ Azərbaycan ərazisinə təsir etməyib: "Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10 kilometr məsafədə yerləşib. Zəlzələ qeydə alınan yer tamam başqa regiondur. Orada gedən tektonik proseslərin, dərinlik qırılmalarının Azərbaycanla ümumiyyətlə, bağlılığı yoxdur. Əhalinin təşvişə düşməsinə heç bir əsas yoxdur".

Q. Yetirmişli əlavə edib ki, Azərbaycan ərazisində tektonik proseslərlə bağlı narahatlıq mövcud deyil: "Zəif təkanlar hiss olunsa da, qorxulu heç nə yoxdur. Dünən Saatlıda zəlzələ olub, amma yüngül təkandır, təhlükəli tərəfi yoxdur".

Qeyd edək ki, Egey dənizi sahillərindəki zəlzələ nəticəsində 70-dək Türkiyə, 100-dən artıq Yunanıstan vətəndaşı xəsarət alıb.


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!