Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 12-11-2018, 08:57
"XX əsrin ikinci yarısı Azərbaycan mədəniyyəti: akkultural situasiya və folklorun inteqrativ funksionallığı" mövzusunda elmi seminar keçirilib
AMEA Mərkəzi Elmi Kitabxanasında Folklor İnstitutunun təşkilatçılığı ilə filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin "XX əsrin ikinci yarısı Azərbaycan mədəniyyəti: akkultural situasiya və folklorun inteqrativ funksionallığı" mövzusunda elmi seminarı keçirilib. Seminarda AMEA-nın Folklor, Fəlsəfə, Arxeologiya və Etnoqrafiya institutlarının əməkdaşları, respublikanın ali təhsil müəssisələrinin müəllim və tələbə kollektivi, doktorant və dissertantlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov mövzunun aktuallığından və əhəmiyyətindən danışıb.
Sonra çıxış edən Sərxan Xavəri bildirib ki, mürəkkəb təşəkkül və təkamül yolu keçmiş Azərbaycan mədəniyyətinin sosial-mədəni sistem olaraq dəqiq geneoloji, tarixi, kulturoloji, sosioloji, ideoloji, hətta teoloji modelini bütün parametrlər üzrə müəyyənləşdirmək üçün onun digər mədəni sistemlərlə təması, qarşılıqlı münasibətləri üzərində xüsusilə dayanılmalıdır. Nəzərə çatdırıb ki, istənilən mədəniyyətin sistem bütövlüyü və bu bütövlüyü şərtləndirən etnokulturoloji xüsusiyyətlər adi halda olduğundan çox, yad mədəniyyətlə aktiv təmas məqamlarında daha qabarıq özünü göstərir.
Məruzəçi milli ictimai-humanitar elmi dövriyyədə o qədər də geniş işlənilmə dairəsinə malik olmayan "akkulturasiya" anlayışından danışıb. Bildirib ki, akkulturasiya müasir kulturologiyada yad mədəniyyətlə fasiləsiz təmas nəticəsində onun mənimsənilməsi prosesini ifadə edir: "Akkulturasiya prosesi əksər hallarda təsir edən hakim donor mədəniyyətlə təsirə məruz qalan resipiyent mədəniyyət arasında baş verir və bu andan resipiyent mədəniyyəti öz mədəni identikliyini qoruyub saxlamaq, yaxud da yad mədəniyyəti qəbul etmək kimi fundamental dilemma qarşısında qoyur. Bu dilemmanın mümkün həlli kombinasiyaları birinin seçilməsi zəruri olan dörd strategiya meydana çıxarır: assimilyasiya (mədəni identikliyin tam itirilməsi və yeni mədəni identikliyin qazanılması), separasiya (mədəni identikliyin tam qorunması və yad mədəniyyəti tamamilə inkar), marginalizasiya (ənənəvi mədəni identikliyin itirilməsi və yeni mədəni identikliyin qəbul edilməməsi), inteqrasiya (ənənəvi mədəni identikliyin qorunması şərtilə yeni mədəniyyətlə zənginləşmə)".
S.Xavəri akkulturasiya prosesinin Azərbaycan milli mədəniyyətinin müxtəlif mərhələlərində, xüsusən də olduqca mürəkkəb akkultural situasiyalarla müşayiət olunan ötən əsrin 60-80-ci illər üzrə elmi baxımdan izlənilməsinin zəruri olduğunu qeyd edib. Natiq bu mərhələnin seçilməsini onunla əsaslandırıb ki, XX əsrdə Azərbaycanın dövlət müstəqilliyinə ikinci dəfə qovuşduğu tarixə qədərki yaxın on illəri əhatə edən dövr öz etnokulturoloji sistem bütövlüyü və yeni keyfiyyət göstəriciləri ilə müasir Azərbaycan milli mədəniyyətinin ayrıca bir mərhələsini təşkil edir.
Daha sonra S.Xavəri həmin mərhələdə Qərb mədəniyyəti ilə münasibətlər kontekstində yaranan yeni akkultural situasiyada Azərbaycan mədəniyyətinin strateji seçiminin inteqrasiya olduğunu, inteqrasiyanın reallaşmasını təmin edən başlıca amilin isə ənənəvi mədəniyyətin, folklor təfəkkürünün bu proseslərdə əsas tənzimləyici parametr kimi iştirak etdiyini əsaslandırıb. O, qeyd edib ki, həmin tarixi mərhələdə Azərbaycan mədəniyyətinin Qərbin müxtəlif mənəvi-intellektual tendensiyalarına çevik reaksiyası, həm də bu reaksiyaların kifayət qədər professional səviyyədə olması onunla şərtlənirdi ki, milli mədəniyyət bu proseslərə kifayət qədər dəqiq müəyyənləşmiş folklor təfəkkürü ilə daxil olub. Bu mərhələdə milli mədəniyyət folklor təfəkkürünü yeni məzmunda həzm edərək Avropa mədəni ənənələri ilə sintez edir. Milli mədəniyyətdə folklor yaddaşına əsaslanan yaradıcılıq istiqamətləri mədəni hərəkat səviyyəsinə qalxır.
Natiq müxtəlif mədəniyyət faktları üzrə aparılan təhlillər əsasında qeyd edib ki, XX əsrin 60-80-ci illəri Azərbaycan mədəniyyətində folklorun tənzimləyici parametr funksiyası aşağıdakı mexanizm əsasında reallaşıb: əsas xüsusiyyəti sosiointeqrativ funksionallıq olan folklor yeni akkultural situasiya yarandığı məqamda sistemə daxil olan elementlərin yeni düzümünü təmin etmək məqsədilə aktivləşmiş, onları sistemin özünün semantik strukturuna tabe etdirmiş, başqa sözlə ifadə etsək, sosiodiferensial funksiyanı reqlamentləşdirmişdir.
Qeyd edilənlərə əyani nümunə olaraq məruzəçi XX əsrin ikinci yarısı Azərbaycan mədəniyyətinə aid bir sıra örnəklərə diqqəti yönəldib. Məruzəçi bildirib ki, XX əsrin ikinci yarısı Azərbaycan mədəniyyətinin müxtəlif istiqamətlərində, ədəbiyyatda, musiqi sənətində, rəssamlıqda, kinoda folklorun iştirakı bütöv bir sistem xarakteri daşıyır. Folklor bu mədəniyyət nümunələrində yalnız formal göstəriciləri janr modelləri, vəzn, qafiyə, dil-üslub xüsusiyyətləri, zahiri dekorasiyası və s. ilə deyil, milli düşüncə texnologiyası olaraq iştirak etmişdir. Alim nəticə olaraq XX əsrin 60-80-ci illərində yeni akkultural situasiyada strateji seçim olaraq assimilyasiya, separasiya və marginalizasiyanın qarşısının alınmasını və inteqrasiyanın reallaşmasını təmin edən başlıca amilin ənənəvi mədəniyyətin, folklor təfəkkürünün bu proseslərdə əsas tənzimləyici parametr kimi iştirakı olduğunu bildirib.
Sonda Sərxan Xavəri folklorşünas alimlərin qaldırılan elmi problemlə bağlı suallarına cavab verib. Məruzə ətrafında geniş müzakirələr aparılıb. Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoylu, Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanov, tanınmış kulturoloq, professor Fuad Məmmədov və digərləri çıxış edərək mövzunun aktuallığını, müasir Azərbaycan mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətini, bu istiqamətdə tədqiqatların davam etdirilmə zərurətini qeyd ediblər.
"XX əsrin ikinci yarısı Azərbaycan mədəniyyəti: akkultural situasiya və folklorun inteqrativ funksionallığı" mövzusunda elmi seminar keçirilib
"XX əsrin ikinci yarısı Azərbaycan mədəniyyəti: akkultural situasiya və folklorun inteqrativ funksionallığı" mövzusunda elmi seminar keçirilib


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!