Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                        Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi .....                        Salyanda dördotaqlı ev kül oldu .....                        Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi .....                        Tramp onu vəzifəsindən azad etdi .....                        İran və Rusiyanın baş diplomatları nə danışdılar? .....                       
Tarix : 12-04-2019, 06:53
Əbülfəs Qarayev İspaniyanın məşhur kanalına müsahibə verib

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev aprelin 11-də ölkəmizdə səfərdə olan İspaniya Dövlət Televiziyasının “Medina en TVE” proqramının direktoru Bouziane Ahmed Khodjaya müsahibə verib.
Butov.az Axşam.az-a istinadən xəbər verir ki, Əbülfəs Qarayev müsahibədə Azərbaycanın tolerant ölkə olduğunu vurğulayaraq müxtəlif dinə mənsub millətlərin burada sülh və əmin-amanlıq içərisində yaşadığını bildirib. Nazir qeyd edib ki, Azərbaycanın tolerantlıq modeli müsəlman dünyası üçün örnək sayılır. Ölkəmizdə bu mövzuda çoxsaylı beynəlxalq konfrans və forumlar keçirilir.
Azərbaycanda mədəniyyət sahəsinin inkişafı, bu sahədə yeniliklər, ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlər barədə danışan Əbülfəs Qarayev İSESCO-nun mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” və 2011-ci ildən etibarən iki ildən bir təşkil olunan Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas tərəfdaşlarından biri olduğunu diqqətə çatdırıb. Nazir cari ilin 2-3 may tarixində Bakıda keçiriləcək V Dünya Mədəniyyətlərarası Dialoq Forumu və 30 iyun – 10 iyul tarixlərində gerçəkləşəcək UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası barədə məlumat verib.
Əbülfəs Qarayev müsahibəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, 20 faiz torpaqlarımızın işğal edilməsi barədə də danışıb, bu ərazilərdə tarixi-mədəni abidələrimizin dağıdılıb talan edildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan sülhsevər, sabitliyin bərqərar olduğu ölkədir, amma məruz qaldığı işğalla heç vaxt barışmayacaq.
Əbülfəs Qarayev İspaniyanın məşhur kanalına müsahibə verib


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!