Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 26-07-2019, 07:11
Mərkəzi Elmi Kitabxanada UNESCO-nun Azərbaycanda milli irsin öyrənilməsinə dair fəaliyyəti müzakirə edilib
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) və Qafqaz Tarixi Mərkəzinin birgə təşkilatçılığı ilə UNESKO kafedrasının milli irsin öyrənilməsi üzrə “Günəşin axtarışında” beynəlxalq İşçi qrupunun Azərbaycan üzrə fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə UNESKO-nun beynəlxalq tərkibdə işçi qrupunun müxtəlif ölkələrdən olan üzvləri respublikanın elmi və ali təhsil müəssisələri və təşkilatları, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri qarşısında qrupun son bir ildə fəaliyyəti barədə hesabatla çıxış ediblər.
Tədbiri giriş sözü ilə açan MEK-in direktoru Leyla İmanova 2018-ci ilin aprel ayından başlayaraq kitabxananın UNESKO nəzdində yaradılmış kafedra ilə əməkdaşlığı çərçivəsində mənəvi ənənələrin və dinlərarası dialoqun komparativ araşdırılmasına dair bir sıra layihələr həyata keçirdiyini bildirib. L.İmanova Azərbaycan milli irsinin qorunmasına dair UNESKO-nun ilkin reyestr formatı üçün MEK-in elektron kataloqunun əsas götürüldüyünü deyib və MEK tərəfindən “Siyahılar”, “Məzarlar” və “Abidələr” adlı məlumat bazalarının hazırlandığını söyləyib. MEK rəhbəri mütəmadi olaraq ictimaiyyətin bu layihələr barədə məlumatlandırıldığını da diqqətə çatdırıb.
L.İmanova MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) layihəsi çərçivəsində son 4 il ərzində Azərbaycanın mədəni-tarixi irsinə aid olan sənədlərin toplanılması, sistemləşdirilməsi, rəqəmsallaşdırılması, arxivləşdirilməsi, məlumat bazasına yerləşdirilməsi və istifadəçilərə təqdim edilməsi istiqmətində görülən işlərdən danışıb. Beynəlxalq standarta uyğun olan MRY-nin elektron kataloqunun istənilən kataloqa, həmçinin UNESKO kataloqlarına inteqrasiya oluna bildiyini əlavə edib.
Sonra MEK-in Komplektləşdirmə bölməsinin rəhbəri və layihənin icraçısı Nazilə Həsənova “Məzarlar” və “Abidələr” layihələrinin elektron kataloq və məlumat bazalarını təqdim edib.
Daha sonra “Qafqaz Tarixi Mərkəzi” İB-nin erməni yalanlarının ifşasına dair apardığı təqdiqatlar çərçivəsində “Bolgarka” ilə yazılan erməni tarixi” sənədli filminin təqdimatı keçirilib və film nümayiş etdirilib. Mərkəzin direktoru, AMEA Hüquq və İnsan Hüquqları İnstitutunun baş elmi işçisi, UNESKO-nun dosenti Rizvan Hüseynov filmin “Tarixin işğalı - torpağın işğalı” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında hazırlandığını bildirib. Qeyd edib ki, Tovuz rayonunun Girzan kəndində və Gədəbəy rayonunun alban məbədlərində çəkilən filmdə xarici elmi təqdiqatçıların və UNESCO nümayəndələrinin fikirləri, həmçinin abidələrimizə qarşı erməni vandalizminin şahidi olan yerli sakinlərin xatirələri və nadir tarixi faktlar yer alır.
Tədbirdə “Azərbaycanın Tovuz rayonunun Girzan kəndinin biritual məzarlığının qəbir daşlarına ətraf mühitin təsirinin öyrənilməsi” layihəsinin də təqdimatı keçirilib. UNESCO kafedrasının “Günəşə doğru” beynəlxalq İşçi qrupunun üzvü, Eksperimental Arxeologiyanın İnkişafı üzrə Avropa Birliyi (EXAR) və Ümumdünya İrs İcmasının üzvü, Azərbaycan ərazilərinin milli maraq və elmi prinsiplərə əsaslanan tədqiqatçısı kimi tanınan alim Tatyana Krupa birgə tədqiqatlar zamanı aşkar olunan tarixi faktlarla bağlı təsüratlarını bölüşüb. Tədqiqatçı alim vurğulayıb ki, iştirak etdiyi ekspedisiyalarda qəbirüstü mədəniyyət nümunələrinin qədim azərbaycan türklərinə məxsus olduğunu tarixi faktlarlar aşkar şəkildə göstərir. Qeyd edib ki, ermənilərin Azərbaycan torpaqlarındakı mədəniyyət nümunələrini özününküləşdirmək cəhdləri isə erməni saxtakarlığından başqa bir şey deyil, eyni zamanda mədəniyyətə qarşı törədilən vəhşilik aktıdır.
Dəyirmi masada çıxış edən rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov, Prezident Kitabxanasının şöbə müdiri, tarixçi Nazim Mustafa, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin elmi araşdırmalar və nəşr şöbəsinin baş elmi işçisi, tarixçi Həcər Verdiyeva, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı rəssamı Gülşən Hacıyeva, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların gigiyena və bərpası laboratoriyasının elmi işçisi Zaur Orucov, Müəllif Hüquqları Agentliyinin eksperti Elşad Əlili və başqaları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işləri, təqdim olunan layihələri müştərək fəaliyyətin nəticəsi olaraq yüksək qiymətləndiriblər. Çıxışlarda arxeoloji araşdırmalar zamanı tədqiqatlarla əlaqədar elm sahələri ilə yanaşı digər sahələrdən də mütəxəssislərin cəlb edilməsi, tədqiqatların dərinləşdirilmiş rejimdə aparılması, Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı ermənilərin saxtakarlıq və cinayət əməllərinin təsbit olunması üçün beynəlxalq səviyyədə müvafiq strukturlar qarşısında vəsatət qaldırılması və s. məslələlərlə bağlı fikrilər səsləndirilib.
Tədbirdə Azərbaycanın tarixi-mədəni irsinin qorunmasına və araşdırılmasına böyük diqqət yetirilməsi ilə yanaşı, həm ölkəmizdə, həm də bütün Qafqaz bölgəsində zəngin irsimizin bu vaxtadək qeydə alınmayan, araşdırılmayan və qorunmayan hissəsinin, eləcə də dünya miqyasında unikal olan xristian, müsəlman və digər abidələrin pasportlaşdırılmasına ciddi zərurətin yarandığı vurğulanıb.
Bunu nəzərə alaraq, Qafqaz Tarixi Mərkəzinin təşəbbüsü, UNESKO nəzdində kafedra və Mərkəzi Elmi Kitabxananın dəstəyi ilə bir çox dövlətləri təmsil edən alim və tədqiqatçılardan ibarət işçi qrupun yaradılıdığı və ötən ilin aprel ayından Azərbaycanın qərb bölgəsində bərpa işlərinə ehtiyac duyulan qədim abidələrin, məzarlıqların, qoçdaşların və məbədlərin pasportlaşdırılması işinə başlanıldığı diqqətə çatdırılıb. İşçi qrupa Azərbaycan, Türkiyə, Qazaxstan, Rusiya, Ukrayna və Gürcüstandan olan mütəxəssislərin daxil edildiyi və qrupun tərkibinin genişləndirilməsi məqsədilə digər dövlətlərdən də təmsilçilərin cəlb olunmasının nəzərdə tutulduğu deyilib.
Dəyirmi masa çıxışlar və müzakirələrlə davam edib.
Mərkəzi Elmi Kitabxanada UNESCO-nun Azərbaycanda milli irsin öyrənilməsinə dair fəaliyyəti müzakirə edilib
Mərkəzi Elmi Kitabxanada UNESCO-nun Azərbaycanda milli irsin öyrənilməsinə dair fəaliyyəti müzakirə edilib
Mərkəzi Elmi Kitabxanada UNESCO-nun Azərbaycanda milli irsin öyrənilməsinə dair fəaliyyəti müzakirə edilib


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!