Qatara daş atan yeniyetmələr polis tərəfindən müəyyən edildi .....                        Bu avtobuslarda da gedişhaqqı 60-70 qəpik oldu .....                        Ərdoğan da İrəvana getməyəcək? .....                        Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi .....                        Rüşvət alan meşə gözətçisi həbs olundu .....                        Zəfərin 5 illiyinə həsr olunan “Yaradan” filmi təqdim edildi .....                        Prezidentin qızları və gəlini minifutbol turnirində .....                        Həbsdən cəmi bir gün əvvəl... - FOTO .....                        ABŞ ona qarşı sanksiyaları ləğv etdi .....                       
Tarix : 14-10-2019, 13:56
ADMİU Təhsil sərgisində iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 10-12 oktyabr tarixlərində keçirilən XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisində (“EduExpo”) iştirak edib. Butov.az-a verilən məlumata görə, 22 ölkədən 150-dən çox təhsil qurumunun qatıldığı möhtəşəm sərgidə ADMİU Azərbaycanda incəsənət təhsilinin müxtəlif istiqamətləri üzrə nailiyyətləri təqdim edib. Təhsil sərgisində ADMİU-da müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr - aktyor, rejissor, operator, xanəndə və rəssamlar incəsənətin müxtəlif sahələri üzrə nümunələr təqdim ediblər. Sərgidə dosent Aysel Əzizovanın rəhbərliyi ilə hazırlanmış Rəssamlıq fakültəsinin geyim dizaynı ixtisası üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət “Qarabağ rüzgarı” adlı geyim kolleksiyası təqdim olunub. Rəssam və aktrisa tələbələrin nümayiş etdirdikləri kolleksiya Qarabağın mədəni sərvətlərinin zəngin bədii interpretasiya imkanlarının müasir geyim dizaynı sahəsinə tətbiqi baxımından iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sərgi milli muğam üçlüyünun ifa etdiyi Qarabağ şikəstəsi ilə müşayiət olunub. Tədbirdə Kino və televiziya, Musiqi sənəti, Teatr sənəti fakültələrinin, eləcə də SABAH qruplarının tələbələri fəal iştirak ediblər. Onlar etüdlər göstərib, müxtəlif musiqi nömrələri, həmçinin mütəfəkkir şair İmadəddin Nəsimin əsərlərindən nümunələr səsləndiriblər”.
ADMİU-nun kollektivi sərgidə ali təhsil müəssisələrinin stendləri ilə tanış olub, təhsil sahəsindəki yeniliklərlə maraqlanıb, həmçinin xarici universitetlərin nümayəndələri ilə əlaqə qurmaq, imkanı əldə ediblər. Gənclər, təhsil müəssisələri və şirkətlər arasında ünsiyyət üçün mühüm platforma olan təhsil sərgisinin yaratdığı imkanlardan istifadə edən ADMİU kollektivi sərgiyə qatılan xarici ölkə universitetlərinin təmsilçiləri ilə faydalı işgüzar görüşlər keçirib. Bu görüşlərdə qarşılıqlı əməkdaşlıq əlaqələrin qurulması, birgə layihələrin həyata keçirilməsi, müəllim-tələbə mübadiləsi, birgə seminar və konfransların keçirilməsi kimi məsələlər müzakirə olunub.
ADMİU Təhsil sərgisində iştirak edib


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!