Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 21-11-2019, 09:27
Mərkəzi Elmi Kitabxana tərəfindən Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinə yeni nəşrlər təqdim olunub - FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası tərəfindən Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinə yeni nəşr olunan "İmadəddin Nəsimi", "Molla Nəsrəddin", "Məhəmməd Füzuli" kitablarının bütün cildləri, həmçinin professor Ziyadxan Əliyevin "Nəsimi dünyası rənglərin işığında" kitabı təqdim olunub. Butov.az-a verilən məlumata görə, kitablar noyabrın 20-də Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir çərçivəsində təqdim edilib. "Nəsimi işığında" adlı tədbirdə muzeyin direktoru Pakizə Mehdiyeva, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Aygün Səfərova və əməkdaşı Mədinə Hüseynli Xaçmaz Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Fərid Musayev, Əməkdar jurnalist Azər Həsrət və başqaları çıxış edərək, Azərbaycan ədəbiyyatı və fəlsəfi fikir tarixində İmadəddin Nəsiminin mühüm yer tutduğunu diqqətə çatdırıblar. Bildirilib ki, Azərbaycan ədəbiyyatına qiymətli incilər bəxş etmiş, ümumilikdə dünya poeziyasının möhtəşəm nümunələrini yaratmış İmadəddin Nəsiminin yaradıcılığının dünyaya tanıdılmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Tədbirdə Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” sərəncamları iştirakçıların diqqətinə çatdırılıb, Nəsiminin həyatı, milli ədəbiyyatımızda onun yaradıcılığının, fəlsəfi baxışlarının yeri və rolu barədə geniş məlumatlar verilib.
Mərkəzi Elmi Kitabxana tərəfindən Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinə yeni nəşrlər təqdim olunub - FOTOLAR
Mərkəzi Elmi Kitabxana tərəfindən Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinə yeni nəşrlər təqdim olunub - FOTOLAR


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!