Kobaxidze: Kulevi terminalı sanksiyalardan yayınmaq üçün istifadə olunmur .....                        Tramp: "Biz, həqiqətən yaxşı iş görürük" .....                        Donald Tramp: "Sülh Şurası istənilən ölkəyə açıqdır" .....                        Rejissor Kənan Mahmudov və yazıçı Orxan Saffari polisə çağırılıb .....                        Qonşusunun evinə oğurluğa girən şəxs saxlanılıb - VİDEO .....                        Prezident Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir .....                        Rusiyaya üzərlik aparmayın! - AZAL-dan xəbərdarlıq .....                        Suriyada 20 mindən çox məhbus qaçıb .....                        Xəzərdə zəlzələ oldu .....                       
Tarix : 22-12-2020, 14:24
Həsən Seyidbəylinin 100 illiyi münasibətilə virtual sərgi hazırlanıb - FOTOLAR

Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, kinodramaturq, rejissor və ssenarist, Xalq artisti Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi münasibətilə Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən sənədlər əsasında virtual sərgi açılıb.

Butov.az xəbər verir ki, Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, virtual sərgi Prezident İlham Əliyevin “Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamına uyğun olaraq hazırlanıb.

Sərgidə sənətkarın həyat və yaradıcılığını əks etdirən fotolar yer alır.

Həsən Seyidbəyli ssenari müəllifi olduğu və rejissor kimi quruluş verdiyi yüksək bədii keyfiyyətə malik, eləcə də ifadə vasitələrinin rəngarəngliyi və süjet xəttinin dolğunluğu baxımından seçilən filmlərlə Azərbaycanın kino sənəti salnaməsinə yeni səhifələr yazıb. Onun həyat həqiqətlərinə sədaqətlə yaradılan və mənəvi zənginlik, əxlaqi saflıq, dərin zövq aşılayan uğurlu ekran əsərləri, xüsusilə “Nəsimi” tarixi bədii filmi milli kinematoqrafiyanın nailiyyətləri sırasında özünəməxsus layiqli yer tutur. Unudulmaz sənətkar Azərbaycan Kinematoqrafçılar İttifaqına rəhbərlik etdiyi uzun illər ərzində dünya kinosunun qabaqcıl təcrübəsindən lazımınca bəhrələnməklə respublikada kinematoqrafiya fəaliyyətinin təşkilinə və kino sənətinin inkişafına əhəmiyyətli töhfələr verib.







Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!