Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 18-07-2022, 14:57
Moskvada “Çingiz Aytmatov – Doğan günəş” adlı film çəkilib

Moskvada ADM-DJEK kinostudiyasında Yeltsin Mərkəzinin dəstəyi ilə “Çingiz Aytmatov – Doğan günəş” adlı film çəkilib. Filmdə ulu öndər Heydər Əliyev haqqında danışılıb.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, ekran işinin ssenari müəllifləri Aleksey Şipulin və Qriqoriy Naxapetovdur. Q.Naxapetovun rejissorluğu ilə çəkilən filmin mətnini isə Aleksandr Drozdov oxuyub. Qeyd edək ki, 2008-ci il Qırğızıstanda “Çingiz Aytmatov İli” elan olunmuşdu. Elə həmin il dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun yubiley tədbirlərinə Bakıda start verilmişdi. Həmin vaxt birinci və axırıncı yubiley tədbiri Bakıda keçirilib. O zaman Prezidenti İlham Əliyev Çingiz Aytmatovla birlikdə səfərin təşkilatçısı və Türkdilli dövlətlərin siyasətinə dəstək Fondunun prezidenti Nüsrət Məmmədovu qəbul edərək, dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovu “Dostluq” ordeni ilə təltif etmişdi.
Həmin ilin may ayında Toktoqul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında ulu öndrər Heydər Əliyevin möhtəşəm 85 illiyi keçirilib. Tədbirdə çıxış edən Çingiz Aytmatov ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün nə qədər önəmli şəxsiyyət olduğunu demişdi. Tədbir Türkdilli dövlətlərin siyasətinə dəstək Fondunun təşkilatçılığı ilə baş tutmuşdu.
Qürurverici haldır ki, Moskvada ADM-DJEK kinostudiyasında Yeltsin Mərkəzinin dəstəyi ilə çəkilən "Çingiz Aytmatov – Doğan günəş" adlı filmdə türkdilli dövlətlərin siyasətinə dəstək fondunun keçirdiyi hər iki tədbirdən fraqmentlər yer alıb.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!