Cəlilabad sakinini avtomobil vuraraq öldürüb .....                        Körpə 10-cu mərtəbədən yıxıldı, sağ qaldı .....                        Epşteynin şəbəkəsinin İngiltərə bağlantıları .....                        İsrail “Hizbullah” mövqelərini vurdu .....                        Ramazanın 9-cu gününün duası - İmsak və iftar vaxtları .....                        Sərhəddə əməliyyat: 22 Taliban üzvü öldürüldü - YENİLƏNİB .....                        Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır .....                        Tələbələrin şəkillərini yayan şəxs SAXLANILIB .....                        Cəriməsi olana kredit verilməyəcək? .....                       
Tarix : 12-09-2017, 14:59
Səfirlikdən MEK-ə kitablar hədiyyə edilib




Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyi yanında Heydər Əliyev adına Mədəniyyət Mərkəzindən AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) mərkəz tərəfindən çap olunmuş kitabların elektron versiyaları hədiyyə edilib.


Butov.az xəbər verir ki, Azərbaycanın təbliği baxımından xüsusi seçilmiş ədəbiyyat siyahısına aşağıdakılar daxildir: “Azərbaycanın mədəni mirası”, “Özbək və Azərbaycan poezisiyasının çağdaş özəllikləri”, “Müasir Azərbaycan poeziyası antologiyası”, Əli Həsənovun “Geosiyasət”, Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, “Leyli və Məcnun” poemaları, özbək tarixçisi Şöhrət Salamovun “Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə” və “Qarabağ: İdeyalar müharibəsi. Millətçilik, terrorizm, genosid”. Qeyd edək ki, Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış kitablarda mətnlər həm özbək, həm də rus dillərində verilib.

AMEA Mərkəzi Elmi Kitabxanası adından Mədəniyyət Mərkəzinin fonduna “Kəlağayı”, “Macarıstan türkologiyası, Georq Hazai və Azərbaycan”, İmre Madaçın “İnsanın faciəsi”, Azərbaycan Respublikası Nazirlər Kabineti (ARNK) yanında Tərcümə Mərkəzinin və Kolumbiyanın Azərbaycandakı Səfirliyinin birgə hazırladığı “Azərbaycan-Kolumbiya: İyirmi şeir” kitablarının elektron versiyaları təqdim edilib.

Xatırladaq ki, Mədənyyət Mərkəzinin göndərdiyi ədəbiyyatlar MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilmiş, habelə materiallar diskə toplanaraq kitabxananın Akademiklər zalında Azərbaycanın Özbəkistandakı Səfirliyi üçün ayrılmış xüsusi diplomatik guşədə yerləşdirilmişdir.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!