Ukrayna Rusiyaya atəşkəs sənədi göndərdi .....                        Araz Musayev niyə bıçaqlanıb? .....                        Qarabağda səslənən hər not Azərbaycan xalqının dirçəlişinin səsidir .....                        Gəncə sakini Rusiya-Ukrayna müharibəsində həlak oldu .....                        Zakir Həsənov Yaşar Gülərlə Laçında görüşdü .....                        Azərbaycan və Türkiyə Kəşmir məsələsində qətiyyətli mövqe nümayiş etdirir .....                        3 ölkənin lideri seyrangahda .....                        Ərdoğan Laçında Səməd Vurğunun şeirini oxudu .....                        Laçından üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq .....                       
Tarix : 20-07-2017, 10:24
AMEA Mərkəzi Elmi Kitabxanası Rusiyanın Arxangelsk vilayətindəki Azərbaycan diasporasına ədəbiyyat göndərib

Butov.az xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən Rusiyanın Arxangelsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporasına maarifləndirici ədəbiyyat göndərilib.



“Arxangelsk vilayətində Azərbaycan diasporu” təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımovun AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə ünvanladığı məktuba əsasən, xüsusi seçilmiş ədəbiyyatın əksəriyyəti rus dilindədir. Əsasən Azərbaycanın zəngin və qədim mədəniyyətini, incəsənətini, tarixini, müasir siyasi vəziyyətini əks etdirən ədəbiyyat siyahısında klassik ədəbiyyatımızın görkəmli nümayəndələrindən N. Gəncəvinin əsərləri, S. Aşurbəylinin “Bakı şəhərinin tarixi”, “Novruz bayramı ensiklopediyası”, “Azərbaycan folkloru”, “Azərbaycan musiqi elmi”, B. Kərimovun “Azərbaycanın qədim yaşayış məskənləri”, 2 cildlik “Azərbaycan Xalq Cümhuriyyəti ensiklpodediyası”, A. Paşayevin “Ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı, deportasiyası və ərazi iddiaları”, N. Əliyevin “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi”, “Erməni terrorçu və quldur dəstələrinin insanlıq əleyhinə cinayətləri (XIX-XXI əsrlər)” və təbliğat əhəmiyyətli digər kitablar vardır.

Qeyd edək ki, azərbaycanlıların Arxangelsk vilayətində diaspor təşkilatının formalaşma tarixi 1973-cü ildən başlayır. 2016-cı ildən daha aktiv fəaliyyətə keçən “Arxangelsk vilayətində Azərbaycan diasporu” təşkilatı Azərbaycan mədəniyyətinin Şimali Rusiyada təbliği, tanıdılması, Arxangelsk vilayətində Azərbaycanın haqq səsinin çatdırılması istiqamətində ardıcıl işlər görüb, bir çox ilklərə imza atıb. Təşkilat həmçinin, Arxangelsk şəhəri rəsmilərinin Azərbaycanın bir sıra dövlət qurumları ilə əməkdaşlığının yaradılmasında, Arxangelsk və Bakı şəhərləri arasında iqtisadi, mədəni, təhsil əlaqələrinin təşkilində vasitəçi missiyasını yerinə yetirib.

Xatırladaq ki, Azərbaycanın tarix və mədəniyyətinin təbliğini əsas fəaliyyət meyarlarından biri kimi diqqətdə saxlayan Mərkəzi Elmi Kitabxana ölkə içində və xaricdə fəaliyyət göstərən müxtəlif qurumlarin – səfirliklərin, diaspor numayəndəliklərinin milli təbliğ yönümlü işlərinə xüsusi əhəmiyyət verir və bu səpkidə bütün müraciətlərə dəstək verməyə hazırdır.

[center]AMEA Mərkəzi Elmi Kitabxanası Rusiyanın Arxangelsk vilayətindəki Azərbaycan diasporasına ədəbiyyat göndərib


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!